Страница 991 из 5746 << < 987 988 989 990 991 992 993 994 995 > >>
Elya |

Salam, 1.Plastik cerrahin ishi haramdirmi? 2.Menimle plastik cerrah evlenmek isteyir,bu adam esasen qadinlari emeliyyat edir.Menim onunla evlenmem haramdirmi?Bu evliliyin menim uchun xeyirsiz olacagini eminlikle demek olarmi?(men namaz qiliram ve xeyirli bir aile heyati qurmaq isteyirem).

Ответ / Cavab

Aleykumussalam.

1.HAram baxma və haram toxunma olmazsa, xeyr, haram deyil.

2.Evlənməniz yox, dediyimiz şərtlərdə haramlıq var.

Qərar özünüzündür

Allah sizə yar olsun

Задан: 27 Ноябрь, 2016 , Опубликовано: 27 Ноябрь, 2016
Pünhan |

Salam hacı Seher üzdü yuduqdan sonra destemaz almaq olar?yeni üzdü qurulamamiş?

Ответ / Cavab

Aleykumussalam.

Bəli, olar.

Allah sizə yar olsun

Задан: 27 Ноябрь, 2016 , Опубликовано: 27 Ноябрь, 2016
Salam |

Salam,Burada http://cavab-al.com/ bele yazilib:"Ayətullah Şübeyri Zəncaninin fətvasına əsasən zinakar evli qadın tövbə edərək, təlaqdan və iddədən sonra zina etdiyi kişi ilə evlənə bilər. Yəni əbədi haram olmurlar." xahish edirem,eger sehfdirse onlara bunu deyin.chox sag olun

Ответ / Cavab

Aleykumussalam.

Belə bir fətvanın olmasına rast gəlməmişik.

Allah sizə yar olsun

Задан: 27 Ноябрь, 2016 , Опубликовано: 27 Ноябрь, 2016
Bende |

Salam. 1. Mikayil meleyin vezifesi nedir? 2. Ebu Leheb peygemberin neyi olub? 3. Ibrahim suresinin ilk ayesindeki Elif, Ra, Mim herflerinin tefsire gore aciqlamasin yazardizda?

Ответ / Cavab

Aleykumussalam.

1.Həzrət Mikayil ruzinin paylanmasına və təbiətin idarə olunmasına(yağəşların yağdırılması, bitkilərin bitirilməsi və sair) xidmət edir.

2.Əmisi olub.

3.Bunlar muqəttəə hərfləridir və Allah ilə Peyğəmbəri arasında olan sirli rəmzlərdir ki, açıqlaması İmam Zaman gələndə olacaq.

Allah sizə yar olsun

Задан: 27 Ноябрь, 2016 , Опубликовано: 27 Ноябрь, 2016
Feride |

Assalamu aleykum.halal kolbasalar hansidir?namazda salamlari nece demek lazimdi...uzu hansi tereflere cevirb hansilari demek lazimdi xaiw edirem bunu etrafli yazin

Ответ / Cavab

Aleykumussalam.

Biz ancaq Hicaz və Səba kolbasalarını halal bilirik

Salamlar üzü qibləyə  deyilməlidir.

Allah sizə yar olsun

Задан: 27 Ноябрь, 2016 , Опубликовано: 27 Ноябрь, 2016
Muselman |

Haci yeni onu demek isteyirem ki bir isi etmeye baslayanda sirf Allah ucun edirsen niyyetinde. Ancaq sonra qelbive pis pis dusunceler gelir hansi ki hec razi deyilsen ve narahat olursan. Bu halda bu riyadir yoxsa weytan vesvesesi?

Ответ / Cavab

Aleykumussalam.

İnsan qəlbində bunun riya olub olmamasını hamıdan yaxşı bilir.

Allah sizə yar olsun

Задан: 27 Ноябрь, 2016 , Опубликовано: 27 Ноябрь, 2016
ulker |

salam. bu gece peygemberimizin wehadeti gunudur. bu gece ucun etmeli oldugumuz nese var? musteheb namaz kimi

Ответ / Cavab

Aleykumussalam.

Bu gecə şəhadət gecəsi sayılar. Şəhadət günü sabahdır.

Həzrətə hədiyyə olaraq iki rükət namaz qıla bilərsiz.

Allah sizə yar olsun

Задан: 27 Ноябрь, 2016 , Опубликовано: 27 Ноябрь, 2016
bəndə |

Salam Aleykum.Hacı dində ailə qurmamaq günah sayılır.O biri dünyada buna görə də sorğu sual olunacıyıq?25yaşlı xanımam bu yerəcən çox elçi olub çoxu da salim insanlar.Ama mən hamını yola salıram yaşı da ildən ilə uzadiram artiq heç ailə qurmaq istəmirəm.Söz götürmürəm kimdənsə,ailə saxlamağa fiziki halım da yoxdu,,,Ürəyim qırıqdı insanlardan bunları bilə bilə hə deyib nə özümü nə kimisə bədbəxt etmək istəmirəm.Nə qohum qonşuların niyə getmirsən söznə görə də həyatımı riskə ata bilmərəm.Kimisə istəyə də bilmirəm.Həyatdı qurmasam ailə bu mənə günahdı?Çoxsağolun

Ответ / Cavab

Aleykumussalam.

Peyğəmbərimizdən olan bir hədisdə evlənmə qüdrəti olub evlənməyəni -Bizdən deyil- adlandırıb.

Allah sizə yar olsun

Задан: 27 Ноябрь, 2016 , Опубликовано: 27 Ноябрь, 2016
Allah bendedi |

Salam men bilmek isdeyirem nisanli kesin nisanlisi qiz oglan ferqi yoxdu hansisa biri olurse ve hemin kes birde hec kesi sevmir ve evlenmir yeni ona sadiq qalir bu hemin sexse gunahdir?2. Bes evli onlanda cavan vaxti olende nece olur yeniden evlenmeyende gunahdir? Sagolun...

Ответ / Cavab

Aleykumussalam.

Bu sədaqət sayılmaz, müsəlman ailə qurmalıdır

Bir dəfə ailəsi olanla olmayan fərqlidir.

Allah sizə yar olsun

Задан: 27 Ноябрь, 2016 , Опубликовано: 27 Ноябрь, 2016
Muselman |

Salam Haci. Riya etmek isteyi qelb raziligi ile birlikde olur duzdur? Yeni eger menim qelbime riya dusuncesi gelir ve men bu dusunceyle qetiyyen razi olmayib narahatciliq keciriremse, demeli bu dusunce menden deyil ve weytan vesvesesesidir? Duz deyirem?

Ответ / Cavab

Aleykumussalam.

Riya bir əməli  etdikdə bunu ALlahdan qeyrisinə göstərməkdir.

Allah sizə yar olsun

Задан: 27 Ноябрь, 2016 , Опубликовано: 27 Ноябрь, 2016
77711 |

Salam Aleykum. Saqqalın çıxması üçün üze krem derman kimi seyler vurmaq olar?tutaqki üzde müeyen yerde tük çıxmır bura derman vurub gurlaşdıra bilerik? Bu haramdı ya yox? Sağolun

Ответ / Cavab

Aleykumussalam.

Bu sual verilmişdi ə cavabını da vermişdik, eybi yoxdur, olar.

Allah sizə yar olsun

Задан: 27 Ноябрь, 2016 , Опубликовано: 27 Ноябрь, 2016
mehri |

Salam.qibleni nece mueyyen ede bilerem men?

Ответ / Cavab

Aleykumussalam.

Məscidin mehrabı, müsəlman qəbristanlığı qiblə müəyyən etmək üçün rahat yoldur. Həmçinin dini  dükanlarda qibləni göstərəcək kompaslar  da satılır.

Allah sizə yar olsun

Задан: 27 Ноябрь, 2016 , Опубликовано: 27 Ноябрь, 2016
anar |

salam aleykum nece defe sizle yaziwiriq ailemle ayrilmaq barede.dua edin mene ovladim yanimda boyusun onun yiyesi menem anasi ana nenesi yox.bunlar tagutdurlar.mene dua edin.ALLAH razi olsun

Ответ / Cavab

Aleykumussalam.

Sizləri dua edirik.

Allah sizə yar olsun

Задан: 27 Ноябрь, 2016 , Опубликовано: 27 Ноябрь, 2016
Ayan |

Salam.Meherremlik ayi deqiq ne vaxt çixir deye bilersiz zehmet olmasa?Bir de eşitmişem ki,Mcdonaldsda donuz yagindan istifade edilir.Amma deqiq bilmirem.Gunahdi eger ordan alib nese yesek?

Ответ / Cavab

Aleykumussalam.

Tam arxayınçılıq üçün dekabrın 2 ni sayın.

Bu yerlərdə yemək yemirik, onların heç bir şeyinə etibar etmədiyimizdən

Allah sizə yar olsun

Задан: 27 Ноябрь, 2016 , Опубликовано: 27 Ноябрь, 2016
Ekber |

Salam aleykum.Ayətullah Sistaniyə görə Əsr namazinin fəzilət vaxtı nə vaxtdı?Çubuğun kölgəsi 4/7 olduğu qədər ,yoxsa iki qatı olduğu qədər?

Ответ / Cavab

Aleykumussalam.

Müctəhidlərimiz, öhrü bitirdikdən sonra əsri qilmağı tovsiyə edirlər.

Allah sizə yar olsun

Задан: 27 Ноябрь, 2016 , Опубликовано: 27 Ноябрь, 2016
Abdullah |

salam aleykum ,Allah canivizi sag elesin Mehdi Tahiri kitabi var saglamliq ve uzunomurluq sheriet esaslari ustunde meslehetli kitabdi? http://www.kitabxana.net/files/books/file/1387125276.pdf

Ответ / Cavab

Aleykumussalam.

Kitabla yaxından tanış deyilik.

Allah sizə yar olsun

Задан: 27 Ноябрь, 2016 , Опубликовано: 27 Ноябрь, 2016
Anamika |

Salam, yoldashim ikinci arvad istiyir deyir dinimiz buna icaze verir! Sualim belediki menim raz olmaqa ixtiyarim var? Yani dinimize gore? Ve o men razi olmadan ala biler?

Ответ / Cavab

Aleykumussalam.

Dinə görə ala bilər, lakin onu da bilməlidir ki, iki arvad almaq o qədər də ona asan görsəndiyi kimi deyil. İnsanlar elə bilirlər ki, bu sadəcə iki qadını eyni zamanda kəbinə salmaqla bitir. İkisinin də ev məsələsini, dolanışıq məsələsini və aralarında ədalətə riayət etməsini  və aralarında yarana biləcək problemləri səbrlə yola verə biləcək qüdrəti lazımdır. Odur ki, Quranda buna icazə verilsə də , şərtlərə əməl edəməyəcəyi təqdirdə biri ilə kifayətlənmə  məsləhət görülür

Allah sizə yar olsun

Задан: 27 Ноябрь, 2016 , Опубликовано: 27 Ноябрь, 2016
Salam |

Salam Aleykum Haci Men nese sef edende mene ele bil kimse deyirki duzgun deyil yadaki nese pis is gorende xirda bele olsa vicdan ezabi cekirem fikir aparir meni bu neden di bilmek olar ? ve

Ответ / Cavab

Aleykumussalam.

İnsanın vicdanı  susmadıqda, ayıq olduqda belə olur. Səhfinizi düzəldin, rahatlaşarsız.

Allah sizə yar olsun

Задан: 27 Ноябрь, 2016 , Опубликовано: 27 Ноябрь, 2016
Salam |

Salam aleykum.Bildiyimə görə,qəza namazlarında tərtib eyni günün zöhr və əsr,şam və xiftənin ardıcıllığı xüsusunda vacibdir.Mən qəzaları qılarkən şam namazının qəzasını etdikdən sonra xiftənin qəzasını qılmadan o biri namazlara keçdim,sonra başqa vaxt qayıdıb həmin xiftənin qəzasını etdim.Burda tərtibə xələl gəlib? Allah razı olsun

Ответ / Cavab

Aleykumussalam.

Bəli, başqa qəza qılmısızsa tərtibi pozmusuz, çalışın tərtiblə qılın.

Allah sizə yar olsun

Задан: 27 Ноябрь, 2016 , Опубликовано: 27 Ноябрь, 2016
Qonca |

Salam haci evli qadin zina Elese Heyz halinda sonra heqiqi tovbe Etse bagiwlanar? Ve heyz halinda kofferesi var?

Ответ / Cavab

Aleykumussalam.

Bu iş haramdır, tovbə edilsə də həmin kişiylə bir birlərinə əbədi olaraq haram olarlar.

Allah sizə yar olsun

Задан: 27 Ноябрь, 2016 , Опубликовано: 26 Ноябрь, 2016
Страница 991 из 5746 << < 987 988 989 990 991 992 993 994 995 > >>
© 2026 При использовании материалов, ссылка на сайт www.iSLAM.az обязательна!
Copyright 2002-2016, Центр Религиозных Исследований, All Rights Reserved.
Вопросы и пожелания: [email protected]
  SpyLOG Сайт сделал: 313wb.com