Страница 988 из 5746 << < 984 985 986 987 988 989 990 991 992 > >>
Seidrza |

Salam Aleykum men her zaman zirk edirem tespekle ve ya tespeksiz, zikr sozleri ile ve Allahin gozel adlari ile zikr edirem , mashin surerken ve televizora baxarken, sohbet ederken kimlese zikr dayanmir bilmek isterdim bu shekilde zikr etmek olarmi? gunah deyilmi?

Ответ / Cavab

Aleykumussalam.

Bəli, olar , yaxşı iş görürsüz.

Allah sizə yar olsun

Задан: 30 Ноябрь, 2016 , Опубликовано: 30 Ноябрь, 2016
gunay |

salam.menim bilerekden ve ozumden asili olmayan sebeblerden etdiyim gunahlarim coxdu,hec kime yox ancaq oz heyatimi alt-ust edecek gunahlar etmisem.Allahim bagislamayacaq hec bir zaman meni,ancaq ruhumu temizlemek isteyirem,hansi dualari oxuyum?xahis edirem mene yardimci olun.Allah komeyiniz olsun

Ответ / Cavab

Aleykumussalam.

Tovbə edin, günahları tovbə ilə yumaq olar. Heç vaxt da Allahın rəhmətindən məyus olmayın. O çox mehribandır.

Allah sizə yar olsun

Задан: 30 Ноябрь, 2016 , Опубликовано: 30 Ноябрь, 2016
Husniyye |

Salam.Insanin omru uzatmasi insanin oz elindedirmi?Meselen 1xesteye mualice olunmasi onun omrunu uzatmaq demek yoxsa onun Allah verdiyi omru sagliqli yawamasi demek.?Tewekkur edirem

Ответ / Cavab

Aleykumussalam.

Bu ömrü qorumaqdır. Ömrü uzatmaq üçün izə müəyyən əməllələri icra etmək lazımdır. Bunalrın da başında qohum əqraba ilə get gəl dayanb.

Allah sizə yar olsun

Задан: 30 Ноябрь, 2016 , Опубликовано: 30 Ноябрь, 2016
Ferid |

Salam eleykum Dunen bir yere getmisdik ki 48 km idi evden uzaqligi ama yadimdan cixdi men namazlari qesr qilmadim sonra yadima dusdu bu halda men ne etmeliyem ? Allah komeyiniz olsun

Ответ / Cavab

Aleykumussalam.

Namazlar yenidən qəsr şəklində qılınmalıdır, vaxtı keçibsə, qəsr lkimi qəzası qılınsın.

Allah sizə yar olsun

Задан: 30 Ноябрь, 2016 , Опубликовано: 30 Ноябрь, 2016
Aya |

Salam .hicabli gadin gaynin yanda basi acik geze bilermi ve ya eyer er arvadin kebini yoxdursa ama evlidiler basi acik geze bilermi ernin yanda 2.niyyet orucu nece tutulur niyyet etmek istirem

Ответ / Cavab

Aleykumussalam.

Qayın naməhrəmdir və ondan hicab saxlanmalıdır.

Evli olub kəbin kəsdirməyənlər yubatmadan tez kəbinlərini oxutsunlar.

Niyyət orucu yoz, nəzr orucu olur və oruc tutmağğın bir qaydası var. Sübh azanından şam azanına kimi orucu pozan işlərdən çəkinmək.

Allah sizə yar olsun

Задан: 30 Ноябрь, 2016 , Опубликовано: 30 Ноябрь, 2016
Sual |

Salam. Haci israildeki yanginlara Allahin zalim sionistlere gonderdiyi bela kimi baxa bilerik? Son hadiseler zamani Azani yigisdirmaq haqqinda qerar meselesi var idi gundemlerinde.

Ответ / Cavab

Aleykumussalam.

Bunu ALlah daha yaxşı bilir.

Allah sizə yar olsun

Задан: 30 Ноябрь, 2016 , Опубликовано: 30 Ноябрь, 2016
Rəsul |

Salamun Əleyk. Zöhr namazı nə vaxt qəzaya düşür? Təşəkkürlər.

Ответ / Cavab

Aleykumussalam.

Şam azanına 4 rükətli namaz vaxtı qaldıqda.

Allah sizə yar olsun

Задан: 30 Ноябрь, 2016 , Опубликовано: 30 Ноябрь, 2016
aysel |

Salam.Məhəmməd Peygəmbər (s)axirinci həcci zamani Minada okarkən hansi surə nazil olub?Nas,Nəsr və ya hansi?

Ответ / Cavab

Aleykumussalam.

Son tam surə Nəsr surəsidir.

Allah sizə yar olsun

Задан: 30 Ноябрь, 2016 , Опубликовано: 29 Ноябрь, 2016
Beno |

Salam Aleykum. Ereb elifbasinda nece herf nece ses var? 2) ereb elibasinda "d" herfi ve ya sesi var? Yadaki buna uygun ses ve ya herf var? 3) bir yerden oxudumki ereb elifbasinda bezi herifleri peltek cixarmaliya peltek teleffuz etmeliyem. Dogrudur? Dogrudursa nece eliyirler onu??

Ответ / Cavab

Aleykumussalam.

Ərəb əlifbası 28 hərdən ibarətir. 3 dənə də ə-i -u kimi hərəkətlər var.

Bəli, bəzi hərflərin tələffüzündə  pəltək  səsləndirmələr var.

Allah sizə yar olsun

Задан: 29 Ноябрь, 2016 , Опубликовано: 29 Ноябрь, 2016
Aysel |

Salam.Hacı mənə məsləhət verin.Allah məni çox sınayır, sizcə bu nədən ola bilər? 21 ildə nələr gördüm.Sanki 50 yaşında bir qadınam.O gədər çətinliklər görürəm ki.Allahın verdiyi hər bəlaya şükür.Özüm məşədi xanımam.Bəzən qorxuram. GÖRƏSƏN ömrümün sonuna kimi belə davam edəcək? Toyum olmalıdır ama pulumuz yoxdu toy eləməyə, cehiz almağa.Sizdən tək istədiyim mənə dua edin.

Ответ / Cavab

Aleykumussalam.

Allah iistədiyini sinayar.

Sizi dua edirik.

Allah sizə yar olsun

Задан: 29 Ноябрь, 2016 , Опубликовано: 29 Ноябрь, 2016
Beno |

Salam Aleykum. Bele bir soz esitmisemki pis insanlar namaz qilanmazlar (meselen kafir ve ya pis islerle mesqul olanlar ve yaxutda Allahin haram buyurduqlarini haram bilmeyenler ve s) Allah onlarin gozune perde endirib ve Allah izin vermeyinceye qeder onlar heqiqeti gorenmezler. Men biliremki Vahabiler pis insanlardi. Amma onlar namaz qilirlar. Duzdu belki hamsi namaz qilmir amma qilanlarida var gormusemde. Duzdu ehli sieye namazi qilmirlar yeni ehli sunne namazi qilirlar sehv etmiremse amma ferq etmez esas odurki namaz qilirlar. Bes sualim budur bunlar pis insanlardirsa namaz niye qilirlar? Allah niye izin verir? Teqlid: Sistani aga

Ответ / Cavab

Aleykumussalam.

Allah insanların gğözünə pərdə çəkməz, əgər gözdə pərdə varsa, insan bunu öz günahları ilə asıb. Tovbə ilə də aradan apara bilər.

Vəhhabiləri isə elə namazları ilə aldadıb avara qoyublar.

Məsələ namazı şəklində qılmaq deyil, namazı varlığı ilə qılmaqdır.

Allah sizə yar olsun

Задан: 29 Ноябрь, 2016 , Опубликовано: 29 Ноябрь, 2016
Beno |

Salam Aleykum. Men hicabliyam ve bezen hicabli xanimlar meni gorende salam verirler (tanimadigim insalanlar). Niye verirlerki? Adetdi? Men hicabsiz olanda vermirdiler. Amma hicaba kecenden bezileri verir. Bezen olurki fikirli oluram mene salam verende esitmirem ve salamlarini almiram bilmeden. Yanimdaki insanlar deyirki sene salam verdi. Amma esidende aliram. Bu gunahdi? Indi mende hicabli insanlara salam vermeliyem?

Ответ / Cavab

Aleykumussalam.

Hər bir müsəlman gərək ir birini salamlayalar. Olar da salamlayirlar.

Eşitdikdə cavab vermək vacibdir.

Allah sizə yar olsun

Задан: 29 Ноябрь, 2016 , Опубликовано: 29 Ноябрь, 2016
Beno |

Salam Aleykum. Insallah sozu nece yazilir ve nece teleffuz olunur? 2) Bir insana nece salam vermeliyik? Duzgun sekilde olmasi ucun. Ve salami nece alirlar meselen biri salam verende biz ona ne demeliyik?

Ответ / Cavab

Aleykumussalam.

1.İnşaƏllah

2.Səlamun ələyk.

3.Aleykumus-səlam deyib cavabın alın.

Allah sizə yar olsun

Задан: 29 Ноябрь, 2016 , Опубликовано: 29 Ноябрь, 2016
xXx |

Salam aleykum.Biri meselen yolda sennen kontur istiyir.sende ogru olar deye wubhelenib yoxdu deyirsen.ve sonradan hem de niyyeti bele deyiwirsenki kontur yoxdu meselen Azndi) Yeni bu yalan sayilmir?Xamneyi aga.Allah razi olsun

Ответ / Cavab

Aleykumussalam.

fikrinizdə başqasına verməyə olmadığını tutub deyin.

Allah sizə yar olsun

Задан: 29 Ноябрь, 2016 , Опубликовано: 29 Ноябрь, 2016
Əkbər |

Allahın salamı olsun sizlərə.Mənim 2sualım olacaq.1-cisi mən namaz qılanda tutaq qunut edərkən bilirəmki 3dəfə salavat deyirəm ama qunut bitdikdən sonra içimdə hiss yaranır ki dəqiq 3dəfə dedim diyə hiss olur bu namazı batil etməz ? Vəsvəsədirsə nə edim ? 2ci sualım budur ki deyirlər möminlər öldükdə ölümü asan olur ölüm ağrısını hiss eləmir ölümü çox rahat olur, bəs onda Peyğəmbərimiz Məhəmməd(s.a.v) niyə deyirlər ölüm anında ölümü çətin olub ? Çox sağolun

Ответ / Cavab

Aleykumussalam.

1.Xeyr, batil olmaz. Buna fikir verməyin.

2.Kim deyirsə, səhf deyir. Belə bir şey olmayıb.

Allah sizə yar olsun

Задан: 29 Ноябрь, 2016 , Опубликовано: 29 Ноябрь, 2016
Elnur |

Salam eleykim və rehmetulah ve bereketu meselen bir qohum rehmete gedib dəfn mərasimində iştirak ede bilmirəm uzaqdan meyit namazi qıla bilerem. Cox saqolun Allaha emanet

Ответ / Cavab

Aleykumussalam.

Xeyr, uzaqdan meyyit namazı qılınmaz. İki rükət müstəhəbb namz qılın yaxud da dəfn gecəsi onun üçün vəhşət namazı qılın.

Allah sizə yar olsun

Задан: 29 Ноябрь, 2016 , Опубликовано: 29 Ноябрь, 2016
Salam |

Salam Aleykum Haci, Haci Namaz 5 defe gilmag lamzdi bunu QURANDA Yazilib ama ALLAH Mohletde verir mesel ucun yola cixanda 3 defe gilmag olar men mesel ucun isde oluram vaxtm olmur is cox olur 3 defe giliram bu duzduu gunahi var ama evde olanda 5 defe giliram

Ответ / Cavab

Aleykumussalam.

Quranın harasında yazılıb 5 vaxt?

Namazı 5 ayrı vaxtda ya  günortaları və axşamları ardıcıl qılmaqda ixtiyar sahibisiz.

Allah sizə yar olsun

Задан: 29 Ноябрь, 2016 , Опубликовано: 29 Ноябрь, 2016
... |

Salam.kişi evlənəcəyi qadını evlilikdən əvvəl hicabsız görə bilər ? Səhv etmirəmsə belə bir şey oxumuşdum ki görə bilər yanlarında gərək 1 şəxs də olsun yani 2 naməhrəm xəlvətdə olmasın.belə bir şey var ya yox ?

Ответ / Cavab

Aleykumussalam.

Bu ancaq evliliyin buna ehtiyacı olduqda və evlilik yəqin qərar olduqda icazəli sayılar.

Allah sizə yar olsun

Задан: 29 Ноябрь, 2016 , Опубликовано: 29 Ноябрь, 2016
Rena |

Salam.. Deyirlerki usag sefer ayinda dogularsa 7 eve corek paylamaq lazimdir.. islamda bele bir emel varmi?.. cox sagolun

Ответ / Cavab

Aleykumussalam.

Belə bi əmr yoxdur. Edilsə də savabı olar.

Allah sizə yar olsun

Задан: 29 Ноябрь, 2016 , Опубликовано: 29 Ноябрь, 2016
Enver |

Salam, subh namazi qezalarini gunorta veya axwam qilmaq olarmi? saq olun.

Ответ / Cavab

Aleykumussalam.

əgər sübh qəzaya qalıbsa, yaxşı olar ki, yuxudan ayıldıqda qəzanı qılasız, bunu etməsəz, gərək zöhrdən əvvəl onu qəza edəsiz.

Allah sizə yar olsun

Задан: 29 Ноябрь, 2016 , Опубликовано: 29 Ноябрь, 2016
Страница 988 из 5746 << < 984 985 986 987 988 989 990 991 992 > >>
© 2026 При использовании материалов, ссылка на сайт www.iSLAM.az обязательна!
Copyright 2002-2016, Центр Религиозных Исследований, All Rights Reserved.
Вопросы и пожелания: [email protected]
  SpyLOG Сайт сделал: 313wb.com