Страница 1246 из 5746 << < 1242 1243 1244 1245 1246 1247 1248 1249 1250 > >>
mmmmmmm |

Salam aleukum.muselman kisi oz kebinli xanimini var,bide bawka rus bir qadinla uzur isteyirem elaqesi var.kisinin oz arvadi nece aparmalidi ozunu?? Mene deyirlerki dinimizde bele emel etmek olar kiwiye,gerek gebul edesen.bawka cehedlerden yaxwi pis insan deyil bu kiwi hormet edir oz xanimina.dogru olan yolu gosterin zehmet olmasa.

Ответ / Cavab

Aleykumussalam.

Əvvəla belə rəy var ki, müsəlman qadını olan kişi qeyri müsəlman qadın almaq istəsə, müsəlman qadınından razılıq almalıdır.  Qeyd etdiyiniz ikinci qeyri müsəlman qadınla qeyri şəri yolla əlaqədədirsə, bu iş haramdır və mütləq ayılmalı və tovbə etməlidir.

Allah sizə yar olsun

Задан: 24 Июнь, 2016 , Опубликовано: 24 Июнь, 2016
ilaxa |

Salam.sabah axsamustu saat 6da deveciye yola cixacam 2gunluk.oruc tutmayim bu seher?

Ответ / Cavab

Aleykumussalam.

Axşam çıxacağınız günü tam oruc olacaqsız və iftarı olduğunuz yerin üfüqünə əsasən açacaqsız.

Orada qaldığınız günlər isə oruc ola bilməzsiz.

Allah sizə yar olsun

Задан: 24 Июнь, 2016 , Опубликовано: 24 Июнь, 2016
hicabli |

Assalamun Aleykum. Men inwaAllah iyunun 9u turkiyeye gedecem Allain izniyle bir ay orda qalacam inwaAllah. Namazlarimi nece qilim orda? Yəni qəsr olarag qilim? Ya 10 gun muddetinde qesr qilim sonraki gunler adi qaydada? Bawa salardiz zehmet olmasa. ALLAH razi olsun

Ответ / Cavab

Aleykumussalam.

Əgər orda bir yerdə 10 gündən artıq qalacaqsızsa, ora çatan kimi namazlarınız tam olacaq.

Allah sizə yar olsun

Задан: 24 Июнь, 2016 , Опубликовано: 24 Июнь, 2016
Feride |

ehzab suresini yaza bilersiniz.internetde axtardim hamsi turkcedi.coooxx xaiw edirem yazin

Ответ / Cavab

Aleykumussalam.

Bu böyük surədir, bura yazmaq mümkünsüzdür.

Allah sizə yar olsun

Задан: 24 Июнь, 2016 , Опубликовано: 24 Июнь, 2016
islam |

Salam Aleykum. Iftar yazilan vaxt orucu acmaq olar? Meselen 20:34de azandi hemin vaxt orucu acmaq olar ya 5-10deq gozlemek lazimdir ki, azan qutarsin ?

Ответ / Cavab

Aleykumussalam.

Bəli, azan vaxtının dəqiq olması yəqin olarsa, olar. Amma tam yəqinlik hasil olmaq üçün azanın sonunu gölzəmək  daha yaxşıdır.

Allah sizə yar olsun

Задан: 24 Июнь, 2016 , Опубликовано: 24 Июнь, 2016
İsmayılov |

Oruclu ikən donor kimi qan vermək olar?

Ответ / Cavab

Aleykumussalam.

Əgər bu qan vermə zəiflədib orucu pozmağa səbəb olmazsa, olar.

Allah sizə yar olsun

Задан: 24 Июнь, 2016 , Опубликовано: 24 Июнь, 2016
huseyn |

Salam. Zohr azanindan sonra sefere cixsam, gece orda qalib seheri gun saat 11-de ordan cixib, zohr azanina qeder eve catsam, her iki gun oruc tuta bilerem? Tesekkur

Ответ / Cavab

Aleykumussalam.

Səfərə çıxan günü oruc sona qədər davam etməlidir. Qayıdan günü  zöhrə qədər evə çatsaz, bu zamana qədər orucu pozan bir iş görülməsə niyyət edin həmin gün də oruc qala bilərsiz.

Allah sizə yar olsun

Задан: 23 Июнь, 2016 , Опубликовано: 23 Июнь, 2016
ilqar |

Salam.zəhmət olmasa deyin.Çərəkə kitablarında ayələrdə və surələrdə bəzi harflərin altınnan xətt çəkilir.bu nə məna verir?ALLAH sizlərdən razı olsun.Amin

Ответ / Cavab

Aleykumussalam.

Nəyin atltından xətt çəkildiini bilmirik, bu səbəbə cavab verə bilmərik.

Allah sizə yar olsun

Задан: 23 Июнь, 2016 , Опубликовано: 23 Июнь, 2016
Bəxtiyar |

Salam cümə namazı vacibdi?

Ответ / Cavab

Aleykumussalam.

Məsum imamın hazır olduğu dövrdə vacibdir. Qeybdə olduğu dövrdə isə vacibi təxyiridir, yəni insan cümə günü zöhr vaxtı zöhr namazını ya cümə namazını qılmaqda ixtiyar sahibidir.

Allah sizə yar olsun

Задан: 23 Июнь, 2016 , Опубликовано: 23 Июнь, 2016
gulay |

Salam.Men Namaz qilarken atam geldi otagin qapisini bagli gorub qapini doydu men ne qeder ucadan `Allahu Ekber`desemde ewitmedi.Men mecbur olub Namazimi kesib qapini acdim.Sonra ise hemin Namazi yeniden bawladim.Bunun gunahi nedir? birde men oxumuwdumki Namazi palaz ve ya xalca uzerinde qilmaq duzgun deyil,Bu ne qeder dogrudu?

Ответ / Cavab

Aleykumussalam.

Tovbə edin ,

Allah sizə yar olsun

Задан: 23 Июнь, 2016 , Опубликовано: 23 Июнь, 2016
Ehli-beyit asiqi |

Salam Aleykum. Üzür isteyirem men heyzliyem qedr gecesinde ne ede bilerem hansi dualari sureleri oxuya bilerem? cox xaish edirem meslehet verin 2.heyzli halda Qurani bashima qoyub duani deye bilerem? Önceden teshekkür edirem ALLAH razi olsun.

Ответ / Cavab

Aleykumussalam.

Bir neçə sual bundan əvvəl belə suala cavab yazdıq.

BAğı vəziyyətdə olarsa, edə bilərsiz.

Allah sizə yar olsun

Задан: 23 Июнь, 2016 , Опубликовано: 23 Июнь, 2016
ruslan |

Salam haci həftədə 3qündən bir şabrandan ceyranbatana işə qedirem,orucda tuturam,batil deyil?

Ответ / Cavab

Aleykumussalam.

Qeyd edilən səfərdə namazlarınız tanmdır, orucunuzu da tutacaqsız.

Allah sizə yar olsun

Задан: 23 Июнь, 2016 , Опубликовано: 23 Июнь, 2016
Humay |

Salam. men bilmek isteyirem eger 10 gun qedr gecesi tutmaq istyen adam her gun qedr gecesi quslu almalidi yoxsa bir gun her gune niyyet edib alsa olar?

Ответ / Cavab

Aleykumussalam.

Bu qüsl mütəhəbbdir və istəsə hər gecə bunu edə bilər.

Allah sizə yar olsun

Задан: 23 Июнь, 2016 , Опубликовано: 23 Июнь, 2016
AYSEL |

Salam aleykum. Zəhmət olmasa Ramazan ayında qılınan Teravih namazınin qaydasini yazardiz. Qədr gecəsi heyzli qadın dua və ya hansısa əməlləri edə bilərmi? Təşəkkür

Ответ / Cavab

Aleykumussalam.

Şiə fiqhində bu namaz tərif olunmayıb.

Heyzli qadın namaz qıla bilməz, oruc ola bilməz, quranın xəttinə toxuna bilməz, vacib səcdə ayəsi olan surələrdən bir hərf oxuya bilməz. məscidə daxil ola bilməz. Bundan kənar istədikləri qədər dua və zikr edə bilər

Allah sizə yar olsun

Задан: 23 Июнь, 2016 , Опубликовано: 23 Июнь, 2016
*!* |

Salam.oruc olan vaxti dişəri fırça ve diş pastası yla yumaq olar?

Ответ / Cavab

Aleykumussalam.

Əgər qabaqcadan içəri bir şey keçməyəcəyinə əmindirsə, yuya bilər, lakin bitirdikdən sonra 3 dəfə ağızın nəmini toplayıb çölə atsın.

Allah sizə yar olsun

Задан: 23 Июнь, 2016 , Опубликовано: 23 Июнь, 2016
Feride |

Assalamu aleykum.əhzab suresiyle bagli sual verdim size cox sagolun cavablandirdiniz.onu balaca kasaya yazib qoya bilerem?xaiw edirem əhzab suresini yazin.

Ответ / Cavab

Aleykumussalam.

Mümkündür.

Allah sizə yar olsun

Задан: 23 Июнь, 2016 , Опубликовано: 23 Июнь, 2016
Sevinc |

Salam ələykum. Tələbə hər gün zöhrdən əvvəl uzaq şəhərə dərsə gedir(gediş-gəliş 45 km-dən çoxdu) Hər gün oruc tutub tərəxxüs həddini keçəndən sonra açmalıdır? Yoxsa tutmasın. Xamenei ağa. Allah razı olsun.

Ответ / Cavab

Aleykumussalam.

Bu suala cavab vermişdik, ağa Xameneinin nəzərində tələbəçilik peşə sayılmaz bu səbəbdən oruc tutmayacaq.

Orucu pozan işi isə tərəxxüs həddini  keçəndən sonra etsin.

Allah sizə yar olsun

Задан: 23 Июнь, 2016 , Опубликовано: 23 Июнь, 2016
Salam |

Salam aleykum,Eraf suresi 172-ci ayede 3 noqte iwaresinin birinde dayanmag lazimdir,orada dayananda Bele deyib dayanirig yoxsa Bel,yeni sakin edirik?Allah razi olsun

Ответ / Cavab

Aleykumussalam.

Bəla deyilib dayanılacaq.

Allah sizə yar olsun

Задан: 23 Июнь, 2016 , Опубликовано: 23 Июнь, 2016
Oruc |

Salam. Klopiksol, Akineton, Prodep dermanlarini gun erzinde 3 defe qebul eden xeste oruc tuta bilermi? (Sistani aga)

Ответ / Cavab

Aleykumussalam.

Dərmanın nə olmasından asılı olmayaraq əgər insan bunları atmağa məcburdursa və bunu gündüz vaxtı atmalıdırsa, atmasa xəstəliyi şiddətlənə bilər yaxud da sağalması yubanıb insanı ağır çətinliklərə salarsa, dərmanlarını atacaq, sonra oruclarını qəza edəcək.

Allah sizə yar olsun

Задан: 23 Июнь, 2016 , Опубликовано: 23 Июнь, 2016
Lala |

Axsaminiz xeyir . qedr gecesinde subh namazina kimi oyag qalinir ya sehere kimi .tewekkur

Ответ / Cavab

Aleykumussalam.

Sübh namazına kimi qalmanız kifayətdir.

Allah sizə yar olsun

Задан: 23 Июнь, 2016 , Опубликовано: 23 Июнь, 2016
Страница 1246 из 5746 << < 1242 1243 1244 1245 1246 1247 1248 1249 1250 > >>
© 2026 При использовании материалов, ссылка на сайт www.iSLAM.az обязательна!
Copyright 2002-2016, Центр Религиозных Исследований, All Rights Reserved.
Вопросы и пожелания: [email protected]
  SpyLOG Сайт сделал: 313wb.com