Страница 1248 из 5746 << < 1244 1245 1246 1247 1248 1249 1250 1251 1252 > >>
bende |

Salam..bu gun isde isdekilernen sozlesdik din barede..neqede ozum ozume diyiremki bele sohbetlere qarismiyacam onlara cavab vermeyecem ama alinmir..ayri vaxt Allah Allah diyirler ama bele sohbetlere gelende momine diyib lag eliyirler biraz dinden danisana..deyirler muselman kilseyede gede biler..shamda yandira biler..mende diyirem ancag bit din var her uzunde oda Islam..tekce o qebul olacag axiretde..baslandi qirgin olar dedi men dedim..indi cox narahatam bele soz sohbet orucu pozur,?orucum batildi?heqitende quranda varda he haci islamdan baska din qebul olunmayacag..sehv dememisemki

Ответ / Cavab

Aleykumussalam.

YAxşı olar ki, savadınız çatan şeyləri bəhs edin və insanlara çatdırın.

Orucunuz o zaman pozular ki, belə söhbətlərdə Allahın, Peyğəmbərin ya canişinlərinin adından yalan danışasınız.

Allah sizə yar olsun

Задан: 23 Июнь, 2016 , Опубликовано: 23 Июнь, 2016
SAMIRA |

Salam Aleykum.Men iller once namaza gelende ehli sunne kimi bashlamisham ve valideynlerimide bu namaza orgetdim.Indi ozum shie olmusham min shukur ama onlari bu namaza getire bilmirem en coxda atam deyir dolamisan bizi men ustlerine cox getmek istemirem xoshluqla deyirem basha saliram ALLAH dan tek isteyim valideynlerim meni basha dushsun mene maraqlidi men bununla yalnish elemirem ki? Ehli sunne kimi namaz qilsalarda imamlarimizi sevirler men ancaq ozumu gunaxlandiriram bunu onlara ne yolnan deyim sizce?

Ответ / Cavab

Aleykumussalam.

Onlara həqiqəti yavaş yavaş başa salın.

Allah sizə yar olsun

Задан: 23 Июнь, 2016 , Опубликовано: 23 Июнь, 2016
aygul |

yeni mutleq azan ve iqame oxunmalidir?birde gunde namazi 3 defe qilmaqla 5 defe qilmagin ferqi var yeni isinle elaqeder olaraq 3 defe qilsan olar?

Ответ / Cavab

Aleykumussalam.

Yənisini yazmışdıq.

Fərqi yoxdur.

Allah sizə yar olsun

Задан: 23 Июнь, 2016 , Опубликовано: 23 Июнь, 2016
..xxx.. |

Salam. Əvvəlvədən planlaşdırılmış yemək məclisinə oruclu getmək orucu batil edirmi? Əvvəlcədən bilirdim gedəcəyimi. Mənə görə narahat oldular, yanımda yeməyə çəkindilər.

Ответ / Cavab

Aleykumussalam.

Orucu pozmamısızsa, heç bir məsələsi yoxdur.

Onlar sizə görə yox, ALlahın əmrini heçə saydıqlarına bir az narahat olmalıdırlar.

 

Allah sizə yar olsun

Задан: 23 Июнь, 2016 , Опубликовано: 23 Июнь, 2016
Lala |

Salam.Quran oxuyanda 5-10deq sonra(uzr isteyirem) ayaqlarim keyleshir yigcam halda otura bilmirem,ayaqlari uzadib oxumaqda deyirle olmaz,sizden meslehet isterdim.Allah sizden razi olsun Amin.

Ответ / Cavab

Aleykumussalam.

Qadağan deyil. Yığıb otura bilmirsizsə, stolda ya divanda oxuyun.

Allah sizə yar olsun

Задан: 23 Июнь, 2016 , Опубликовано: 23 Июнь, 2016
LEYLA |

Salam.1. Eger keffareni pul sheklinde oduyurukse bunu ramazan ayindan hemen sonra eliyek ya basqa ayada kecirmek olar? 2. Orucluyken uze qatiq cekmek olar?

Ответ / Cavab

Aleykumussalam.

O an vermək  vacib deyil.

Qadağan deyil.

Allah sizə yar olsun

Задан: 23 Июнь, 2016 , Опубликовано: 23 Июнь, 2016
Məşədi Elvin Babayev |

Salam. 1. Daimi kəbinin duasını yazardız zəhmət olmasa. 2. Müvəqqəti əqdin bitməsilə iddə saxlamayan qadının hökmü nədir? (cinsi əlaqə olub amma hər iki tərəf 100 faiz qorunduqlarına əmindilər) 3. İftar zamanı namazı iftardan sonraya saxlamaq namazın əvvəl vaxtındakı savabını təxirə salmır ki?

Ответ / Cavab

Aleykumussalam.

1.Bu dua deyil, əqd siğəsidir və bunu təhsili olanlar bilir.

2.HAram olubıar.

3.İftar çox çəkərsə, salar.

Allah sizə yar olsun

Задан: 23 Июнь, 2016 , Опубликовано: 23 Июнь, 2016
İlli |

Yani uzu qibliyə tutmuyub qusul versəm oruc tuta bilərəmdə?

Ответ / Cavab

Aleykumussalam.

Yəni yazdıq, qüsldə üzü qibləyə durmaq lazım deyil.

Allah sizə yar olsun

Задан: 23 Июнь, 2016 , Опубликовано: 23 Июнь, 2016
Məşədi Elvin Babayev |

Salam. 1. Kilsə tikintisinə sərf edilən maddi və mənəvi əməyin əcri varmı? 2. Bir xanım ailə qurub. Əri 1 aydan edib. Nə xəbər var nə ətər var. Güman edilən odur ki, əvvəldən orada ailəsi olmuş olsun. Sadəcə burada saxlamaq üçün evləndirilib. O xanım da 2 ilə yaxındır ki ata evindədir. Dövlət nigahı yoxdur amma kəbini var. Əlaqələri də yoxdur. Oğlanın ailəsi ilə də qanlı düşməndilər. Ağıl sahibləri ayrılıqlarını təsdiqləyir ki, Bəli bu ikisi ayrıdır. Talaq məsələsi necə olmalıdır?

Ответ / Cavab

Aleykumussalam.

1.Xeyr, yoxdur.

2.Ərin icazəsi olmalıdır, kimsə ərlə rabitə saxlatı talaq üçün icazə alsın.

Allah sizə yar olsun

Задан: 23 Июнь, 2016 , Опубликовано: 23 Июнь, 2016
salam |

Salam toy disqine baxmaq olar? Yeni qohumların. Haram meclisdi. Xamnei aga.

Ответ / Cavab

Aleykumussalam.

Məclis haramdırsa, ona baxmaq necə halal ola bilər axı.?

Allah sizə yar olsun

Задан: 23 Июнь, 2016 , Опубликовано: 23 Июнь, 2016
aysel |

Salam.men namazi qilib qurtaranan sonra herden mene ela gelir ki men 4 yox 5ruket qilmisham. Namazi qurtaranan sonra men yenada tekrar qilmaliyam hemin namazi? Cox saqolun

Ответ / Cavab

Aleykumussalam.

Namaz bitəndən sonra gələn şəkklərə fikir verməyin.

Allah sizə yar olsun

Задан: 23 Июнь, 2016 , Опубликовано: 23 Июнь, 2016
Məşədi Elvin Babayev |

Salam. 1. Müvəqqəti əqd oxunur məsələn 1 ay müddətinə. Bu müddət bitdikdən sonra yenidən oxunması vacibdir mi? Yoxsa davam edilə bilər mi? 2. Müvəqqəti əqd oxunur xanıma. Amma cinsi münasibət olmadan ayrılıq qərarı alınır. Bu zaman xanım iddə gözləməlidir mi? 3. Müvəqqəti əqdin iddəsi neçə gündür?

Ответ / Cavab

Aleykumussalam.

1.Bəli, vaxt qurtardı əqd pozulur.

2.Xeyr.

3.İki aydır.

Allah sizə yar olsun

Задан: 23 Июнь, 2016 , Опубликовано: 23 Июнь, 2016
Məşədi Elvin Babayev |

Salam. 1. Hamilə qadının orucu haqqında soruşmuşdum. Qadın yeməyini biraz gecikdirdikdə qan şəkəri düşür və halsızlaşır. Bu halda hökm? 2. Naməhrəm olan kişi və qadının bir evdə iftar etməsinin hökmü nədir?

Ответ / Cavab

Aleykumussalam.

1.Əgər şəkərdirsə və oruc onun vəziyyətini ağırlaşdırırsa, tutmayacaq.

2.BAşqalarının  azad girə bilmədiyi qapalı yerdə olmasınlar.

Allah sizə yar olsun

Задан: 23 Июнь, 2016 , Опубликовано: 23 Июнь, 2016
fidan memmed |

salam.qardaşım subaydı.onun evlənməsi ücün necə dua edim hansı sureni necə dəfə oxuyum.

Ответ / Cavab

Aleykumussalam.

Onun üçün bir dəyərli xanın tapın və evləndirin.

Allah sizə yar olsun

Задан: 23 Июнь, 2016 , Опубликовано: 23 Июнь, 2016
Məşədi Elvin Babayev |

Salam. 1. Borc qaytardığın adamla haqq edib işi bitirirsən. Sonradan hesabat edəndə görürsənki sən demə 9 manat qalıbmış. Bunu o zaman nə sən, nə də o fikir verməyib. Bütün ehtimalları nəzərə alaraq o 9 manatı o kəsin adından onun xəbəri olmadan kiməsə ehsan edildə qiyamətdə soruşmazlar ki? 2. Uşaq istəyən kişinin xəbəri olmadan uşaq olmasının qarşısını müxtəlif vasitələrlə (məsələn: dərman və s) alan qadının hökmü? Və ya işin hökmü?

Ответ / Cavab

Aleykumussalam.

1.Həmin adamın özünə qaytaracaqsız.

2.Haramdır, qadının buna haqqı yoxdur.

Allah sizə yar olsun

Задан: 23 Июнь, 2016 , Опубликовано: 23 Июнь, 2016
Feride |

Assalamu aleykum...eger bir qiz evde qalsa,onun ucun elci gelmese əhzab suresini kagiza yazib bir kuzəyə atsinlar ve hemen kuzəni qiz yasayan eve qoysunlar...size sualim budurki kuzə nedir?onu neyle evez etmek olar?bu dua heqiqetende dogrudurmu?

Ответ / Cavab

Aleykumussalam.

Kuzə maskuradan böyük, kasadan balaca qab.

Ola bilər

Allah sizə yar olsun

Задан: 23 Июнь, 2016 , Опубликовано: 23 Июнь, 2016
Gerib xanim |

SalamAleykum. Cavab ucun sagolun.Men rasiyada yawayiram ve men Risale kitabini elde ede bilmirem,internetdede mumkun deyil,sizden gisa da olsa yazmaginizi isteyirem.Menim bundan gabag verdiyim suala esasen necisli paltari yuyanda necisi ve yaxud ga uzr isteyirem heyz gani paltarda bulawibsa onu suda yuyum ve salavat demeyim??

Ответ / Cavab

Aleykumussalam.

Risalə kitablarını  elektron variantları internet portallarına doludur.

Sadəcə yumaqla paklayın, salavat emək həmişə yaxşıdır, amma pak etmədə rolu yoxdur.

Allah sizə yar olsun

Задан: 23 Июнь, 2016 , Опубликовано: 23 Июнь, 2016
Гюльнар |

Salam bagishlayin Gədr Gecesi hansi günlərə düshür?

Ответ / Cavab

Aleykumussalam.

Sabah ilk qədr gecəsidir.

Allah sizə yar olsun

Задан: 23 Июнь, 2016 , Опубликовано: 23 Июнь, 2016
Məşədi Elvin Babayev |

Salam. 1. Ailə qurarkən kəbini kəsilməyən bir xanım boşandıqda (dövlət tərəfindən nigah pozulduqda) ona talaq vacibdir mi?

Ответ / Cavab

Aleykumussalam.

Talaq kəbinin dala oxunmasıdır, kəbin yoxdursa, talaq da olmaz. amma el adəti ilə evləniblərsə, yaxşı olar ki, ehtiyata görə talaq oxunsun.

Allah sizə yar olsun

Задан: 23 Июнь, 2016 , Опубликовано: 23 Июнь, 2016
Məşədi Elvin Babayev |

Salam. 1. Bədənin tüklərini təmizləməyin hökmü nədir (xüsusilə sinə tüklərini).

Ответ / Cavab

Aleykumussalam.

Bədənin müəyyən yerlərinin tüklərini təmizləmək qadağan deyil.

Allah sizə yar olsun

Задан: 23 Июнь, 2016 , Опубликовано: 23 Июнь, 2016
Страница 1248 из 5746 << < 1244 1245 1246 1247 1248 1249 1250 1251 1252 > >>
© 2026 При использовании материалов, ссылка на сайт www.iSLAM.az обязательна!
Copyright 2002-2016, Центр Религиозных Исследований, All Rights Reserved.
Вопросы и пожелания: [email protected]
  SpyLOG Сайт сделал: 313wb.com