Страница 1249 из 5746 << < 1245 1246 1247 1248 1249 1250 1251 1252 1253 > >>
Məşədi Elvin Babayev |

Salam. 1. Sumqayıtda doğulmuşam. 6cı sinifə qədər orada oxumuşam. Sonra Bakıya köçmüşəm. Qeydiyyatım Sumqayıt şəhərinədir. Xalalrım. dayım orada yaşayırlar. Tez -tez olmasa da yolum düşür hərdən. Qəsr sayılır yoxsa necə? 2. bir hamilə qadın konkret olaraq şüurlu şəkildə uşaq dünyaya gətirəcəyini nəzərə alaraq ehtiyyat edərək oruc tutmur. (yemək yeməməyi bətnindəki körpənin inkişafına təsiri var) Bu haqda xahiş edirəm məlumat verərdiz. 3. Talaq istəyən bir xanıma talaq verilmir. O xanım və ya bir başqası duasında Allahdan bu işin düzəlməsi üçün dua etməsi nə dərəcədə doğrudur?

Ответ / Cavab

Aleykumussalam.

1.Sumqayıtda haşansa olmanız oranin vətən olması üçün kifayət deyil, əgər orada yaşamırsızsa, ora gedəndə səfər sayılacaq.

2.Onun təsiri olmasını haradan bilir?

3.Dua edə bilər.

Allah sizə yar olsun

Задан: 23 Июнь, 2016 , Опубликовано: 23 Июнь, 2016
Ira |

Salam.Adam var Ramazan ayini oruc tutmur boynunada keffare gelmesin deye ora bura sefer edir bilerekden bu ne derecede dogrudur?

Ответ / Cavab

Aleykumussalam.

Bu iş əxlaqi tərəfdən pis işdir.

Allah sizə yar olsun

Задан: 23 Июнь, 2016 , Опубликовано: 23 Июнь, 2016
Efsane |

Salam Haci ALLAH sizden min kere razi olsun inwALLAH ALLAH sizi ce burdaki butun musalman baci qardawdari xowbwxt etsin icindede bizi inwALLAH AMIN ....Haci qardaw bizim evde aloe gulu var mualice ucun qopatmaq isdeyirem deyiler olmaz gunahdi gulu qopatmag dogurdan gunahdi qopartmiyim?cox sagolun ALLAH emabetinde olun

Ответ / Cavab

Aleykumussalam.

Qoparda bilərsiz.

Allah sizə yar olsun

Задан: 23 Июнь, 2016 , Опубликовано: 23 Июнь, 2016
SAMIRA |

Salam Aleykum. Dediz keffarenin pulunu bir aileye vermek olar.Bir aile var kasibdi oglanin gozleri tutulub ishlemir evladida var heyat yoldashida ishlemir bir yashli anasi var o ishliyib baxir aileye onun bunun komeyi ile dolanirlar namaz ehlidirler bu aileye vermek olar o pulu?birde xanim keffarenin pulunu oz yigdigi puldan vere biler erine demeden ya mutleq erininde xeberi olmalidi? Cavab ucun ALLAH razi olsun.

Ответ / Cavab

Aleykumussalam.

Bəli, olar.

Allah sizə yar olsun

Задан: 23 Июнь, 2016 , Опубликовано: 23 Июнь, 2016
sebine35 |

Salam dunenki sualin davamidir,vesiyetle baglidir.hemin qadina soz vermek nezerde tutursuz? o mene vesiyyet edende men sakit durdum hec bir soz vermedom.men bsqa ilenin geliniyem ,boynum ne vezifeler qalir.etrafli yazin basa dusum.Xamenei aga

Ответ / Cavab

Aleykumussalam.

Boynunuzda vəzifə yoxdur.

Allah sizə yar olsun

Задан: 23 Июнь, 2016 , Опубликовано: 23 Июнь, 2016
Bende |

Salam xeyirli ramazanlar hamiya. Allergiyambvar burnum gozum axir bogazima gedir su uduram orucu pozur?

Ответ / Cavab

Aleykumussalam.

Ağıza daxil olmadan udularsa, eybi yoxdur.

Allah sizə yar olsun

Задан: 23 Июнь, 2016 , Опубликовано: 23 Июнь, 2016
Gerib xanim |

SalamAleykum.Size 2,-sualim var.1.Necisli paltarlara salavat vermek lazimdir?2.Necis dedikde hansi necisi nezerde tutulur?uzr isteyirem heyzli-ganli paltarlar,spirtle bulanmiw paltarlar ve yaxud sidiyli paltallar?bunlardan hansi olur?Xahiw edirem etrafli yazardiz?Cunki,men bilmirem hansi paltar necisdi ve hansi salavati deyirsen?Allah sizden razi olsun.

Ответ / Cavab

Aleykumussalam.

1.Paltar yuyarkən salavat çəkmək onun paklanmasına təsir etməz,

2.Nəcislərin barəsində risalə kitablarına baxın, orada yazılıb.

Oradan oxuyun, başa düşmədiyinizi soruşun. Dedikləriniz də nəcis sayılır

Allah sizə yar olsun

Задан: 23 Июнь, 2016 , Опубликовано: 23 Июнь, 2016
E......N |

Haci uzr isdyrem men cox sixiliram Belgem meselesinde isdedim bayra cixardam belgem bogazimda oldu ama agizimin suyu cixdi Belgem bogazimdaydi cixarda bilmediyimnen udqunluq oldu orucum Batildirmi? indi ne edim?ama agzimda deyildir

Ответ / Cavab

Aleykumussalam.

Ağıza daxil olmadan udulubsa, batil deyil.

Allah sizə yar olsun

Задан: 23 Июнь, 2016 , Опубликовано: 23 Июнь, 2016
Aynur |

Salam.musiqiye qulaq asmaq haramdi cunku pis tesirler edir insana? Men bele oxumusdum.axi mene qulaq asdigim mahnilar pis tesir elemir:( eksine meselen menim cetin imtahanim var dunen biraz oxudum sonra yoruldum biraz mahniya qulaq asdim mene enerji verdi motive etdi yeni mahniya qulaq asanda tesevvur eledimki imtahanimi yaxsi yazacam neticem yaxsi olacaqzad bu meni heveslendirdi qayidib yene oxudum.niye haramdi axi biraz qeliz gelir mene

Ответ / Cavab

Aleykumussalam.

Musiqilərin haramına qulaq asmaq olmaz, halalına qulaq asa bilərsiz.

Allah sizə yar olsun

Задан: 23 Июнь, 2016 , Опубликовано: 23 Июнь, 2016
Intizar |

Salam Hacı! Mən bir yazıya rast galdim yazılmışdıki Qədr gecəsi 6 günün qəza namazını qılmaq savabdır. Bilmək istəyirəm belə bir şey var ya yox. Əgər varsa o namazları qəza namazı niyyətiylə ardıcıl sübh namazından başlayaraq xiftən namazına kimi qilmaq lazımdır, yoxsa 6 dənə sübh namazın qəzasını, sonra 6 dənə zöhr və s. Təşəkkür edirəm.

Ответ / Cavab

Aleykumussalam.

Qədr gecəsində 100 rükət müstəhəbb namaz var. Qəzası olan kəslərə onun yerinə 6 günün qəzasını qılmaq məsləhət görülür.

Qəza namazlarını gündəlik ardıcıllıqla qılın.

Allah sizə yar olsun

Задан: 23 Июнь, 2016 , Опубликовано: 23 Июнь, 2016
İloş |

Qiblənin harda olduğunu necə bilməy olar?Qusul verərkən mutləqdiki uzu qibləyə olsun? Qiblənin hansi tərəfdə olduğunu bilmiyib qusul verəndə duzgundurmu?

Ответ / Cavab

Aleykumussalam.

Kompaslar satılır, qiblə göstərmək üçün, onlardan alın.

Üzü qibləyə olmaq lazım deyil.

Allah sizə yar olsun

Задан: 23 Июнь, 2016 , Опубликовано: 23 Июнь, 2016
Ramiz |

Salam Aleykum. 1. Eyer qadin oruc tutursa, ve subh namazindan biraz kechmish melum olsaki xestelenib(qadinlarin adet hali) onda onun vezifesi nedir? Orucunu iftara kimi tutmalidir, yoxsa her an acha biler? 2. Yusif Peygemberin kinoda quyuda yanina gelen ve onu o quyuda 1200 il gozdeyen o goca kishi kimdir? Cebrayil(a) deyil, chunki O ona bashga suretde yanina gelir.

Ответ / Cavab

Aleykumussalam.

1.Bu halda orucu pozulub və saxlamaq lazım deyil.

2.Bu misali bir mələkdir.

Allah sizə yar olsun

Задан: 23 Июнь, 2016 , Опубликовано: 23 Июнь, 2016
Sevda |

S.A ... 1)Burnumdan gan geldi bawimi yuxari galdirdim ki axmasin gan iceri getdi (bigazdan diyesen) oruc pozulurmu ? 2) kraska bawa goyanda oruc pozulurmu?

Ответ / Cavab

Aleykumussalam.

Bilərəkdən olmayıbsa, xeyr.

Xeyr, pozulmur.

Allah sizə yar olsun

Задан: 23 Июнь, 2016 , Опубликовано: 23 Июнь, 2016
vefa |

salam. is yoldasim subh namaz vaxti bogazindan icdiyi su gelib. su gelende agzindan cixartdib cole udmayib. indi onun orucu batildir ya yox? xais edirem cavablandirardiniz. evvelceden tesekkurler

Ответ / Cavab

Aleykumussalam.

Ağzından su gəlməsini anlamadıq, sualı bir qədər aydın yazın.

Allah sizə yar olsun

Задан: 23 Июнь, 2016 , Опубликовано: 23 Июнь, 2016
Suzan |

Salam.men basqa seherde yasayiram burdada azerbaycan vaxti ile orucu tutub acmq lazimdi.ama men 03: da tutub 20:00 da aciram ya bezen 03:15 de tuturam bu gecede 02: 05 de tutdum yeni bilmek istiremki tutduqum oruc sefdi yeni qebul olunmazdi ya belede tutsam eybi yoxdu.cox narahatam :(

Ответ / Cavab

Aleykumussalam.

Xeyr, yaşadığnız yerin üfüqünə əsasən edəcəksiz.

Oranın namaz vaxtlarına uyğundursa, düzdür.

Allah sizə yar olsun

Задан: 23 Июнь, 2016 , Опубликовано: 23 Июнь, 2016
Konul |

Salam.seher subh namazindan sonra yadima duwdu ki dermanimi qebul etmemiwe.ve susuz qebul etdim.qidalandirici derman deyil.hormonal preparatdir.vacib idi.orucum pozulub??

Ответ / Cavab

Aleykumussalam.

Orucu sona qədər saxlayın və bu günü qəza da edəcəksiz.  Nəsə yesəz ya içsəz kəffarə də gələr.

Allah sizə yar olsun

Задан: 23 Июнь, 2016 , Опубликовано: 23 Июнь, 2016
Eşk |

Salam. Məsçiddə namaz qılarkən hamı telefonunu çıxarıb yaxınlığına qoyur. Namaz qılarkan cibdə hər hansısa əşya olsa olarmı. Çox sağolun.

Ответ / Cavab

Aleykumussalam.

Olar, qadağan deyil.

Allah sizə yar olsun

Задан: 23 Июнь, 2016 , Опубликовано: 23 Июнь, 2016
Gunel |

Salam,qedr gecesinin qusulunu aldiqdan sonra namaz qilanda destamaz alinir?Allah razi olsun.

Ответ / Cavab

Aleykumussalam.

Bəli, bu müstəhəbb qüsl dəstəmazı əvəz etməz.

Allah sizə yar olsun

Задан: 23 Июнь, 2016 , Опубликовано: 23 Июнь, 2016
Sevinc |

Salam ələykum. Cavabdan başa düşmədim. Sualım belədir, tələbə hər gün tərəxxüs həddini keçənə qədər oruc olmalıdır? Yoxsa tutmaya bilər? Xamenei ağa. Allah razı olsun.

Ответ / Cavab

Aleykumussalam.

Tələbə haradan hara gedir, onu bir yazın.

Allah sizə yar olsun

Задан: 23 Июнь, 2016 , Опубликовано: 23 Июнь, 2016
Banu |

Salam.mene1yol gosterin zehmet olmasa.men ayaqyolunda bovl vaxtii cox eziyet cekirem.yuyunub qurtariram yene sidik gelir.her defe bu 5-6defe tekrar olunur.bu qedrr yuynmaqdan suyu da israf edirem ozumde xestelenmisem.bu kimi hallarda ne edilmelidi?

Ответ / Cavab

Aleykumussalam.

Tələsməyin, tam olaraq bitirin və sonra yuyunun.

Allah sizə yar olsun

Задан: 23 Июнь, 2016 , Опубликовано: 23 Июнь, 2016
Страница 1249 из 5746 << < 1245 1246 1247 1248 1249 1250 1251 1252 1253 > >>
© 2026 При использовании материалов, ссылка на сайт www.iSLAM.az обязательна!
Copyright 2002-2016, Центр Религиозных Исследований, All Rights Reserved.
Вопросы и пожелания: [email protected]
  SpyLOG Сайт сделал: 313wb.com