Salam aleykum. Belə bir məslə var. Bir qıza bir qadın elçi gəlib və hə cavabı alıblar. Amma qadının əri öldüyünə görə və ili verilədiyinə görə deyirki aşkara 3 aydan sonra çıxardarıq. Yəni camaat deməsin il verilməyib əri ölüb qız alır. Həmdəki camaat qızı subay bildiyi üçün hələdə elçi düşür. Sizcə bu günah deyilki, bilə bilə yox cavabı verib gələnlərin ürəyini sındırıb yox deyirlər.Halbuki qız nişanlıdı. Zəhmət olmasa məsləhətinizi bildirin. Allah razı olsun.(sistani ağa)
salam, men oruc tuturam, ilk 5 gunu tutdum sonra heyz oldugumdan 7 gun tutmadim, indi yene 3 gundu tuturam, abiturient oldugumdan, gun boyu chox yorgun ve halsiz oluram, 2-3 gunden bir 1 kq ariqliyiram her defe, mene chetin oldugundan olarki orucu saxliiyim, ve sonra qezani tutum?
Salam turkler sunnuduler deyirler amma buna baxmayaraq orucluyken onlarin oruc haqqinda olan verliwlerine baxiram ve zovq aliram Show tv-de Mustafa Karadawin iftar ve sahur verliwlerine ozudeki canli olur tay bizdeki kimi yox.Xezer tv-de iftar verliwi olur tekrarin sahurdada verirler Bilmek isteyiremki bu gunah deyilki?Allah sizlerdende Haci Surxaydan da Haci Sahinden de o Mustafa Karadawdanda razi olsun Bu sadaladiqim adamlar daniwanda men onlardan zovq aliram
Ответ / Cavab
Aleykumussalam.
Bunlara baxmağınız günah eyil, lakin məsləhət olaraq deyək ki, ilin 11 ayını durmadan şoular göstərən kanalın Ramazan ayında iftardan danışması bizdə rəğbət yaratmaz. Turk kanallarına baxmaq istəsəz belə, onların dini səmtli kanallarına baxın. Həmçinin ən üstünü isə Kanal 12 yə baxın.
SALAM ALEYKUM 1.EVİMİZƏ QONAQ GƏLMİŞ 15 YAŞININ TAMAM OLMASINA 1 AY QALMIŞ OĞLANA YEMƏK VERMƏK OLARMI 2.TANIŞLARIMIZIN ƏKSƏRİYYƏTİ FİTRƏNİ LAZIMI İNSANLARA VERMİRLƏR ƏKSƏR VAXTI DİLƏNÇİLƏRƏ VERİRLƏR OLARMI Kİ BİZ FİTRƏNİ ONLARDAN YIĞIB BAYRAM OLDUQDAN SONRA TƏDRİCƏN EHTİYACI OLANLARA VERƏK
Men her zaman azana 5-10 deqiqe qalmiw imsaqi bitirirem, bu sabah da ele oldu,amma destemaz alandan sonra ele bildim ki,azana cox qalib ve destemaz alanda agzima daxil olan suyu uddum,sonra elimi yudum,otaga qayidanda gordum saat 3:23 olub,men bilmirem o suyu udanda 3:22 olub yoxsa nece,bu halda oruc duzdur? xamanei aga.sag olun
Ответ / Cavab
Aleykumussalam.
Qeyd edilən halda bunun azandan əvvəl ya sonra baş verdiyini bilmirsizsə, inşaLAlah ki, azandan əvvəl olub.
Salam Aleykum.1.Men secdeye getdiyim vaxt usaq elin mohure qoysa menim alnim yari mohure yari onun eline deyse namazi batil edir? 2.Hem erebce hemde azeri tercumesi olan quran var play marketde varsa hansidi? Cox sag olun ki,suallarimiza cavab verirsiz.
Ответ / Cavab
Aleykumussalam.
1.Onun əlini sürüşdürüb çəkin və alnınızın qalxmadan tam olaraq möhürə oturmasına çalışın.
Salam . 1.Aybaşı zamanı dua oxumaq günahdı? 2. Mən anam din barədə yanlış bir şey etdiyində düzeltmek istəyirəm amma anam mənə qulaq asmir yenə əvvəlki qaydada etməyə davam edir. Mən nə edə bilərəm? DƏSTƏMAZ alarkən yanlışa yol verir mən düzeldende isə mən belə alıram deyirəm qulaq asmir mənə.
Ответ / Cavab
Aleykumussalam.
1.Xeyr, günah deyil.
2.Ona elə təzdə eyin ki, özünü sizin qarşınızda bilməyən hiss etməsin.
Salam Aleykum. Icki icen birini bu yoldan cekindirmek ucun ne deyim? Bu ayda da icir. Demediyim basa salmadigim soz yoxdu. Ferqli sozler deyin gedim deyim belke dondu. 26 yasi var
Ответ / Cavab
Aleykumussalam.
Ondan bunu nə üçün içdiyini soruşun, səbəbini izah etsin. Ağlı əldən alır, insan etdiyini bilmir. Axı insan necə razıdır ki, cibinin pulunu versin ki, bir neçə saatlığa ağlımı, iradəmi itirim, insani keyfiyyətlərdən uzaqlaşım.
salam. men oruc tuturam. ola bilsin ki ishimle bagli axsam saatlarinda Turkiyeye ucum. 1.Bilmek isterdim ki eger iftar vaxti girene qeder teyyare havaya qalxarsa orucum pozularmi. 2. Bir de eger sefere gore orucumu pozmali olaramsa, insallah gelen ramazana qeder 1 gun adi qeza orucu kimi qezasini tuta bileremmi?
Ответ / Cavab
Aleykumussalam.
1.Zöhrdən sonra evdən çıxsaz , həmin günün orucu sona qədər davam edəcək və təyyarədə olmanız ouca təsir etməz.
2.Bəli, səfərdə 10 gündən az qalınacaqsa, oruc tuta bilməyəcəksiz, sonra günə gün qəza ediləcək.