Страница 1259 из 5746 << < 1255 1256 1257 1258 1259 1260 1261 1262 1263 > >>
sara |

Axsaminiz xeyir.1.Qadin heyzli olan zaman diz cokub elini goye acib dua ede biler,yoxsa Allahin qarsisina bele cixmaq olmaz? 2.qusl veren zaman her terefe 1 defe,yoxsa 3 defe su tokmek lazimdir? 3.qorxudan,vesveseden nece qurtula bilerem? 4.destemaz alarken qola 2 defe su tokurem,ele hiss edirem ki,su azliq edir.qolumu 1 defe yumaqucun 3,4 defe su toke bilerem? 5.men kecen ramazanda oruclu ola-ola bakiya getmishdim.indi sizin sayenizde oyrendim ki,sefer orucu pozurmush.men de zohrden qabaq gedib axsham qayitmishdim.demeli o gunun qezasini tutmaliyam? Allah Sizi qorusun!Sag olun.

Ответ / Cavab

Aleykumussalam.

1.Əlbətdə , məgər biz nə zamansa ALlahın nəzərində kənarda qala bilirik? Elə yaxşısı budur ki, qadın həmin halında namaz vaxtları  səccadəsini yerə sərib  oturub dua və zikrlərlə məşğul olsun.

2.Suyu nə qədər istəyirsiz tökün, əsas şərt hər tərəfin tam yuyulmasıdır.

3.Allaha mphkəm sığının və onu həqqi və əsl güc və qvvə bilin, belə olduqda qalan nə varsa insanın nəzərində kiçilər, kiçikdən isə qorxulmaz.

4.Suyu çox tökə bilərsiz, lakin iki dəfədən artıq yumayın.

5.Məsələni bilmədikdən tutmusuzsa, qəzası lazım deyil.

Allah sizə yar olsun

Задан: 20 Июнь, 2016 , Опубликовано: 19 Июнь, 2016
salam |

Salam aleykum qardas. 1 Ramazan ayında çox esebler pozulur sebrde olmur eger bir şexs bele vezyetde aqqı valideyn olsa ve tövbe etse Allah bağışlayar bu ayda? 2 nedense men oruc tutanda imanım dahada zeifleyir namaza hevesim olmur mende oruc eks tesir edir bilmirem neyniyim sizce bele birşey niye olur? Çox sagolun Allah razı olsun

Ответ / Cavab

Aleykumussalam.

1.Valideynlərindən halallıq alsa və tovbə etsə, bağışlayar. Ramaan ayında səbr edilməlidir, bəkə adi aylardan daha artıq.

2.Allahı hazır və nazir bilmirsiz, onu daima sizin üzərinizdə nəzərinin olmasını bilsəz, belə olmaz.

Allah sizə yar olsun

Задан: 20 Июнь, 2016 , Опубликовано: 19 Июнь, 2016
gulay |

Salam.1)Aile qurmamiw qadinin qaw aldirmasi gunahdirmi? 2)oruc tutmuw qadin pamadadan istifade ede bilermi? 3) iki genc bir birilerini sevirse onlarin daniwmasi yeni bir birileri ile elaqede olmasi gunahmidir?

Ответ / Cavab

Aleykumussalam.

1.Bu dini məsələ deyil, adət məsələsiir.

2.Etməsin, bu içəri daxil olub odula bilər və oruc pozular.

3.Bəli, naməhrəmdirlər.

Allah sizə yar olsun

Задан: 19 Июнь, 2016 , Опубликовано: 19 Июнь, 2016
Tunzale |

Salam..Eger qadin 6gun erzinde heyzden paklanirsa amma qusul almirsa ..gozleyirki 10 gun tamam olsun..bu oruca keffare getirirmi..

Ответ / Cavab

Aleykumussalam.

Bəli, paklanıbsa, gərək qüsl versin və bilərəkdən verməyib oruc tutmazsa, kəffarə gələr.

Allah sizə yar olsun

Задан: 19 Июнь, 2016 , Опубликовано: 19 Июнь, 2016
Mustafa |

Salam aleykum. Qütb tv-nin youtube səhifəsi inşallah nə vaxt fəaliyyətə başlayacaq ?

Ответ / Cavab

Aleykumussalam.

Texniki problemlər var, onlar həll olandan sonra.

Allah sizə yar olsun

Задан: 19 Июнь, 2016 , Опубликовано: 19 Июнь, 2016
Ali |

Salam Aleykum Va Rahmatullahi va Barakatuhi birde qardaş.bu ayelerin yeni Qurani Karimin ayesinnin sayı 6666 ola bilermi? Sehv etmiremse Ocaq Necad AĞA sohbetlerinin birinde arz etmiştir .yeqinki ağa düz deyer) Birde sualım budur qardaş.çox-çox üzr isteyirem .Kişi ve yaxud qadın oruc halında cinsi elaqe olmadan bir birilerine her hansı bir toxunma,üzden öpme elinden tutma ve s..kimi anlar olması icazelidirmi? Birde ki quranın Tövbe suresinde neden Bismillahsız başlayır? Allah sizlere yar olsun İn şa Allah

Ответ / Cavab

Aleykumussalam.

Bəli, verilən rəqəmlərin də biri budur.

Cinsi raitə olmadan bunlar icazəlidir, lakin əgər bunun məni xaric olmasıyla sonunclanacağını bilsələr olmaz.

Surənin əvvəlində Allah muşriklərə bizarlığını elan edir, Rəhmətdən sonra bu bəlağət və fəsahətə ziddir.

Allah sizə yar olsun

Задан: 19 Июнь, 2016 , Опубликовано: 19 Июнь, 2016
Aynur |

Salam aleykum. Sualima gore cox cox uzr isteyirem. Qadinlarin adeti gunlerinde Qurani Azeri dilinde oxumaq olarmi? 12 imamlara ve ya 14 mesuma hediyye namazi qilarken heresine ayri ayriliqda qilinmalidir?

Ответ / Cavab

Aleykumussalam.

1.Olar, Oxuya bilərsiz.

2.HAmisina bir də qıla bilərsiz, ayrı ayrı da.

Allah sizə yar olsun

Задан: 19 Июнь, 2016 , Опубликовано: 19 Июнь, 2016
Efsane |

Salam haci men ne edim bilmirem son baxtlar iwlerim hec alinmir 3aydiki niwanlimla goruwe bilmirik goruwmek teyin edende gelib bur iw bawimiza gelir heliyik ALLAHIN komeklile uzuk taxmag isdiyirik bir uzuk taxa bilmirik alinmir ne edim nolar dua edin bize ALLAH sizden razi olsun ALLAH hamimizi xowbext etsin icindede bizi inwALLAH AMIN

Ответ / Cavab

Aleykumussalam.

Haramdan uzaq olun və ALlahı yaddan çıxarmayın. Hər işə qədəm qoyduqda onun adıyla başlayın.

Allah sizə yar olsun

Задан: 19 Июнь, 2016 , Опубликовано: 19 Июнь, 2016
Ali |

Salam Aleykum Va Rahmatullahi va Barakatuhi ! Aziz qardaşım bu sual bir a mübahiseli olduğundan sizlere sual vermek isterdiz. Qurani Kerimin neçe ayesi var?? Sura bilirik 114-dür.

Ответ / Cavab

Aleykumussalam.

Ayələrin sayı barədə fikirlər və rəylər müxtəlifdir. Bunun bəzi səbəbləri var. Bəziləri Surələrin əvvəlində olan Bismillahları ayə kimi saymır, bəziləri  sayır, burada artıq müəyyən say fərqi əmələ gəldi. Bəzi ayələr var ki, onlar ardıcıl nazil olub və ardıcıl olaraq vəqf edilmədən oxunması tövsiyə olunub, bəziləri bunlaı hə birin ayrı ayə,  digərləri isə hamısını bir ayə kimi sayır. Və sair. Belə müxtəlif yanaşmalardan saylarda fərq  görsənir.

Allah sizə yar olsun

Задан: 19 Июнь, 2016 , Опубликовано: 19 Июнь, 2016
Salam aleykum |

salam aleykum,Bagiwlayin meni,suali duzgun yazmamiwdim,sakin elif nece oxunur,mes,Enam sure 118 ayede "Muminin" kelmesinde sakin Elif var,onu nece oxuyum?Eger oxunmursa ora niye qoyublar? chox sag olun

Ответ / Cavab

Aleykumussalam.

O cəm əlifidir və orada olmasının səbəbi isə  kəlmənin cəmə aid edildiyini bildirmək üçündür. Qramatika məsələlərindəndir.

Allah sizə yar olsun

Задан: 19 Июнь, 2016 , Опубликовано: 19 Июнь, 2016
ilaxa |

Salam.qedr geceleri ayin necesidi?

Ответ / Cavab

Aleykumussalam.

Saytın ana səhifəsi də qoymuşuq.

Allah sizə yar olsun

Задан: 19 Июнь, 2016 , Опубликовано: 19 Июнь, 2016
bende |

salam aleykum ,Allah ishivizi avand elesin 1)3.4 ruketler namazda serbestdi Ayatollah Sistani 2)ramazan ayi nece gundu? biz 7 balwamiwiq oda eliyir 29 gun ,30 gun deyil? 3)sige nedir?

Ответ / Cavab

Aleykumussalam.

1.Anlamadıq nə soruşmaq istəyirsiz?

2.ya 29 olacaq ya 30, bu təzə ayın nə zaman çıxmasına bağlıdır.

3.Müvəqqəti evlilik.

Allah sizə yar olsun

Задан: 19 Июнь, 2016 , Опубликовано: 19 Июнь, 2016
... |

SALAM...Su olan yerde teyemmum edib oruc tutmaq ne derecede dogrudur?

Ответ / Cavab

Aleykumussalam.

Su olan yerdə təyəmmüm batildir.  Ancaq o zaman düz sayılar ki, ibadətin vaxtı çıxır və dəstəmaz almağa vaxt qalmayıb.

Allah sizə yar olsun

Задан: 19 Июнь, 2016 , Опубликовано: 19 Июнь, 2016
dinim |

Salam.1.ardıcıllıqnan qəza namazları qılırdım,birini qılıb qılmamağımda şəkk elədim.nə edim təzədən qılım? 2.Zehni zəif olan adam necə eləsin namazda çox şəkk eləməsin?nə iş gördüyü tez yadınnan çıxır. 3.Yaddaş zəifliyi olan adamın da çox şəkk eləməyi vasvasılıq sayılır? Xamneyi ağaya təqlid edirəm.Sağolun.

Ответ / Cavab

Aleykumussalam.

1.Yenidən qılın.

2.YAnına bir şeylər qoysun, onunla işarələnsin. Məsələn 4 dənə çöp qoysun, onunla rükətlərin sayını işarələsin və sair.

3.Xeyr, vasvaslıq ayrı məsələdir.

Allah sizə yar olsun

Задан: 19 Июнь, 2016 , Опубликовано: 19 Июнь, 2016
Nezrin |

Salam EhliBeyte hediyye namazi qilcam insAllah bu namazi nece ruket edim?adi namaz kimi olsun?

Ответ / Cavab

Aleykumussalam.

Müstəhəbb namazlar iki rükət şəklində qılınar.

Allah sizə yar olsun

Задан: 19 Июнь, 2016 , Опубликовано: 19 Июнь, 2016
Nezrin |

Salam,men ehd etmisem ki,14 Mesuma hediyye namazi qilim,o niyyetle ki,nisanlimin isleri duzelsin bele ehd gunahdir?ve bu namazi ne vaxt hansi gun hansi saatda hansi niyyetle qilim?

Ответ / Cavab

Aleykumussalam.

İşiniz düzəldikdə qılarsiz.

Allah sizə yar olsun

Задан: 19 Июнь, 2016 , Опубликовано: 19 Июнь, 2016
Salam aleykum |

Dini aylarda niye 10 gun ferq olur,yeni niye oruclug ele eyni vaxtda olmur? hicri teqvim haqda oxudum amma tam bawa duwmedim

Ответ / Cavab

Aleykumussalam.

Ay təqvimi ayın orbit hərəkətinə bağılıdır. Ay illik  dövrünü 355 günə tamamlayır, günəş isə 365 günə, 10 gün fərq burdandır.

Allah sizə yar olsun

Задан: 19 Июнь, 2016 , Опубликовано: 19 Июнь, 2016
....... |

Salam Aleykum suallara gore uzr isteyirem.1. Suallarin birinde siz cavab veribsizki erle arvad seviserken arvadin kisinin orqanina elle toxunub bosaltmasi gunah sayilmir..nece yeni...bes bu exlaqdan kenar emel sayilmirki?aydinliq getirin xais..2...10 gunden cox leke gorunurse demisdinizki heyz deyil istihazedir.bes istihaze olanda ne edib namaz qilmalidir?hansi hokmu yerine yetirmelidir yoxsa tekce qusul alsa bes eder?cox sagolun

Ответ / Cavab

Aleykumussalam.

1.Yazmışıqsa , deməli elədir.

2.İstihazə  iki halda olar, ya çox ya az, hansındandırsa, onunhökmlərinə əsasən qadın məsələsin həll edir.

Allah sizə yar olsun

Задан: 19 Июнь, 2016 , Опубликовано: 19 Июнь, 2016
Salam |

salam aleykum,sakin elif nece oxunur,mes,Enam sure 118 aye Muminin suresinde sakin Elif var,onu nece oxuyum?sag olun

Ответ / Cavab

Aleykumussalam.

Bu əlif oxunmaz.

Allah sizə yar olsun

Задан: 19 Июнь, 2016 , Опубликовано: 19 Июнь, 2016
Resul Eli |

Esselamun Eleykum 1.Hezin,lirik yaxudda bele deyek sakit musiqilere qulaq asmagin hokmu nedir? 2.Istenilen haram olmayan bir musiqini qadin seslendirirse bunu kisinin qulaq asmasinda kisi ucun haram yaxud mekruhlugu varmi? Ayetullah Xamenei aga Allah razi olsun

Ответ / Cavab

Aleykumussalam.

1.Haram deyilsə, icazəlidir.

2.Qadın tək oxumamalıdır. Kişi də tək oxuyan qadın səsinə qulaq asmasın

Allah sizə yar olsun

Задан: 19 Июнь, 2016 , Опубликовано: 19 Июнь, 2016
Страница 1259 из 5746 << < 1255 1256 1257 1258 1259 1260 1261 1262 1263 > >>
© 2026 При использовании материалов, ссылка на сайт www.iSLAM.az обязательна!
Copyright 2002-2016, Центр Религиозных Исследований, All Rights Reserved.
Вопросы и пожелания: [email protected]
  SpyLOG Сайт сделал: 313wb.com