Страница 1252 из 5746 << < 1248 1249 1250 1251 1252 1253 1254 1255 1256 > >>
SAMIRA |

Salam Aleykum.Boynuna keffare gelen adam olarki 60 feqire verilecek haqqi bir imkansiz aileye versin?eger olarsa o aile mutleq oruc tutan olmalidi?

Ответ / Cavab

Aleykumussalam.

Verilə bilər, əgər günahkar deyillər.

Allah sizə yar olsun

Задан: 23 Июнь, 2016 , Опубликовано: 22 Июнь, 2016
Salam aleykum |

ayn herfi sakin olanda onu nece oxuyag? Allah razi olsun

Ответ / Cavab

Aleykumussalam.

Bunu gərək tələffüz edib göstərək, bu isə yazı ilə mümkün deyil.

Allah sizə yar olsun

Задан: 23 Июнь, 2016 , Опубликовано: 22 Июнь, 2016
Ulker |

Salam. Gunahlardan temizlenmek ucun nece tovbe etmek olar? Tovbe namazi nece qilinir?

Ответ / Cavab

Aleykumussalam.

Saytımızda bu barədə yazılar çoxduur, axtarışdan istifadə edib bu məqalələri tapın və oxuyun.

Allah sizə yar olsun

Задан: 23 Июнь, 2016 , Опубликовано: 22 Июнь, 2016
gulnar |

Salam.elmlerden nesimi metrosu,9 mikrorayona getmek orucu pozurmu?mesafeye gore. Xamenei aga.

Ответ / Cavab

Aleykumussalam.

Xeyr, bu səfər deyil və orucu pozmaz.

Allah sizə yar olsun

Задан: 23 Июнь, 2016 , Опубликовано: 22 Июнь, 2016
sebine35 |

Salam menim 1 iw yoldasim var, subay vaxti meni ogluna isteyirdi,men de qadinin xasiyyetinin tund oldugu ucun onun oglundan imtina etdim,hem de basqa sebeblerde vardi,ne ise.bu qadin hele mene elci gelmiyib mene vesiyyet edirdi,men olende bele edirseiz ve s.bu qadin umud idiki,men onun gelini olacam.men de ana-atamin raziligi ile basqasina ere getdim. bu iw yoldwim bu tezelikce rehmete getdi,sonrdan xeber tutmusam. onun vesiyyetine emel etmemisem ,mene gunah yazilirmi? axi men artiq basqa ailenin geliniyem.Xamenei aga

Ответ / Cavab

Aleykumussalam.

Sizin onun  vəsiyyətinə əməl etməniz, əgər söz verməmişdizsə, vacib deyil.

Allah sizə yar olsun

Задан: 23 Июнь, 2016 , Опубликовано: 22 Июнь, 2016
Fuad |

Salam.Oruclu ikən bəlğəmi udmaq orucu batil edərmi.İndidən təşəkkürlər.

Ответ / Cavab

Aleykumussalam.

Ağız boşluğuna daxil olmadan udularsa, oruc pozulmaz.

Allah sizə yar olsun

Задан: 23 Июнь, 2016 , Опубликовано: 22 Июнь, 2016
Fərhad |

Assalamu aleykum, tövbə edib ibadətə başlayan adam keçmiş illərin orucunu tək qəza edəcək ya kəffarəsidə ödənməlidir?

Ответ / Cavab

Aleykumussalam.

Ancaq qəza edəcək.

Allah sizə yar olsun

Задан: 23 Июнь, 2016 , Опубликовано: 22 Июнь, 2016
Aynur |

Salam aleykum. Istigfar etmek ne demekdir ve nece edilmelidir?

Ответ / Cavab

Aleykumussalam.

Tovbə etmək, Allahdan bağışlanma diləmək.

Allah sizə yar olsun

Задан: 23 Июнь, 2016 , Опубликовано: 22 Июнь, 2016
....... |

Salam Aleykum.eger bir ailede qadin 1 ya 2 heftelik hamile oldugunu bilirse o aileye elaqede olmaq olmaz?ya hamileliyin nece ayina kimi elaqede ola bilerler?cavabi maile yazin xais.cox sagolun

Ответ / Cavab

Aleykumussalam.

Qadağan deyil, ola bilərlər.

Allah sizə yar olsun

Задан: 23 Июнь, 2016 , Опубликовано: 22 Июнь, 2016
ruslan |

Salam,qedr qeceleri 18,20,22,ya19,21,23,hansi daha düzdür,bəziləri hələ yazir,bəziləri başqacür

Ответ / Cavab

Aleykumussalam.

24, 26 və 28 ci gecələr, RAmazanın 19, 21 və 23 cü gecələri.

Allah sizə yar olsun

Задан: 23 Июнь, 2016 , Опубликовано: 22 Июнь, 2016
Ira |

Salam.MEN DUNEN GECE QUSULA DUSHDUM HALIM YOX IDI COX YORGUN IDIM YATDIM BU GUNDE ORUC TUTMADIM KI CIMIB SABAH TUTARAM.INDI QEZASIN TUTMALIYAM RAMAZAN AYINDAN SONRA YA KEFFARESIN ? QEYD EDIMKI MEN KEFFARENIN NE OLDUGUNU BILMIRDIM BURDAN OXUMUSHAM KI BELE BIR SHEY VAR YENE BOYNUMA DUSHUR?

Ответ / Cavab

Aleykumussalam.

Qeyd edilən halda sizə kffarə düşür.

Əgər bunu etmədən əvvəl kəffarə gələcəyini buradan oxumusuzsa, boynunuzdan düşməz.

Allah sizə yar olsun

Задан: 23 Июнь, 2016 , Опубликовано: 22 Июнь, 2016
Nermin |

Salam.Men insallah ehyeleri oruc tutmaq isteyirem.ayin 24gece qedr gecesidir.bu 24-25kecen gecelerdir? birdeki men ehyeleri oruc tutmagim ucun 24gece niyyet edib tutmaliyam?cox xahis edirem basa salardiz meni

Ответ / Cavab

Aleykumussalam.

Orucu gərək  bütün ramazanı tutasız, müəyyən günlər yox. Qeyd edilən gün isə ilk əhya gecəsidir.

Allah sizə yar olsun

Задан: 23 Июнь, 2016 , Опубликовано: 22 Июнь, 2016
Ehli-beyit asiqi |

Salam Aleykum.üzür isteyirem dünen saridan biraz tün olan lekeden sonra daha hence gelmedi qüsul vermedim namazlarimida qiliram orucumuda tutdum orucum düzdü? Yoxsa qüsul vermeliydim? Çox sagolun ALLAH sizi qorusun.

Ответ / Cavab

Aleykumussalam.

Əgər adi çirkdirsə, düzdür.

Allah sizə yar olsun

Задан: 23 Июнь, 2016 , Опубликовано: 22 Июнь, 2016
Parvana |

Salam,necesiz?tutdugunuz otucu Allah qebul elesin.menim iki sualim var size ve eger zehmet deyilse cavablandirardiz.Qedr geceleri ayin necesine duwur?Ve istixare namazi dogrudurmu?onu qilmaq islamda gunqh deyil ve xususen bu ayda??

Ответ / Cavab

Aleykumussalam.

İlk qədr gecəsi ayın 24 ü dür.

Bəli, düzgündür.

Allah sizə yar olsun

Задан: 23 Июнь, 2016 , Опубликовано: 22 Июнь, 2016
Aygul |

Aha baxaram,birde men namaz qilmagi hem vereqden hem videodan baxdim sadece olaraq videoda her ruku,secde,tesehhud,teshibati erbeden sora ALLAHu Ekber deyir bir dene 3ruketden evvel demir,bunu demek vacibdi?birde namazdan evvel azan ve iqame oxunmalidi?

Ответ / Cavab

Aleykumussalam.

Ruktlərin əvvəlində demək lazım deyil, vacib olan isə ancaq namazın başlağıcında olandır.

Azan iqamə isə təkid olunmuş müstəhəbblərdəndir ki, adi halda tərk olunmaması tərif olunub.

Allah sizə yar olsun

Задан: 23 Июнь, 2016 , Опубликовано: 22 Июнь, 2016
Sevinc |

Salam. Bəs tələbə hər gün səfərə çıxana kimi oruc olmalıdır? Yoxsa, ümumiyyətlə, tutmasa olar? Xamenei ağa. Allah razı olsun

Ответ / Cavab

Aleykumussalam.

Tələbə səfər edərsə, dərsi üçün, bu peşə sayılmaz və orucu pozular.

Allah sizə yar olsun

Задан: 23 Июнь, 2016 , Опубликовано: 22 Июнь, 2016
Leyla |

Salam, dinde bele bir şey varmı ki kişi qadına üç defe seni bosayiram dese boşanmış sayilir

Ответ / Cavab

Aleykumussalam.

Öz ixtiyarı ilə. əsbsiz, adi halında bunun nə olduğunu dərk edərək deyərsə, kəbin pozular.

Allah sizə yar olsun

Задан: 23 Июнь, 2016 , Опубликовано: 22 Июнь, 2016
Salam |

Qardaw bagiwlayin. Qusl verende, yoldawim menim yanimda ve ya men yoldawimin yaninda quslu vermek olar? Yeni baxmaq olar?

Ответ / Cavab

Aleykumussalam.

Ər arvad bir birlərinə məhrəmdirlər və qeyd edilən hal onlara haram deyil.

Allah sizə yar olsun

Задан: 22 Июнь, 2016 , Опубликовано: 22 Июнь, 2016
Farida |

Salam. qadının 1-2 ayında hamiləlik pozularsa bunun qüslü varmı? və hansı qüsuldur?

Ответ / Cavab

Aleykumussalam.

Uşaq ya döl düşübsə, ondan sonra nifas gələr(10 gün müddətində) bundan paklanandan sonra `nifas qüslü veriləcək.

Allah sizə yar olsun

Задан: 22 Июнь, 2016 , Опубликовано: 22 Июнь, 2016
Turkan |

Salam Alleykum oruc tutduqumuz zaman Denizde cimmek gunahdirmi yeni orucu Pozarmi? orucu Pozan Seyler nelerdir en vacibleri

Ответ / Cavab

Aleykumussalam.

Bizim indiki çimərliklərimizdə olmaqlıq artıq haramdır, zahirən orucun şəklini pozmasa da orucdan bir şey qalmaz. Dənizdə suya batmaq , başı batırmaq orucu pozar.

Orucu pozanlar bunlardır, yemək, içmək, cinsi rabitə, insanın öz züylə bir iş görüb sperma xaric etməsi,  başı suyun altına batırmaq, sübh namazlına kimi cənabətli(heyzli, nifaslı qalmaq ), Allahın, peyğəmbərin və canişinlərinin adından yalan danışmaq, Qatı toz, tüstü və ya buxarı udmaq. bilərəkdən qusmaq, sulu şeylərlə imalə etmək.

Allah sizə yar olsun

Задан: 22 Июнь, 2016 , Опубликовано: 22 Июнь, 2016
Страница 1252 из 5746 << < 1248 1249 1250 1251 1252 1253 1254 1255 1256 > >>
© 2026 При использовании материалов, ссылка на сайт www.iSLAM.az обязательна!
Copyright 2002-2016, Центр Религиозных Исследований, All Rights Reserved.
Вопросы и пожелания: [email protected]
  SpyLOG Сайт сделал: 313wb.com