Страница 1261 из 5746 << < 1257 1258 1259 1260 1261 1262 1263 1264 1265 > >>
Nana |

Salam oruclu olanda sac kesdirmek olar?

Ответ / Cavab

Aleykumussalam.

Qadağan deyil.

Allah sizə yar olsun

Задан: 19 Июнь, 2016 , Опубликовано: 19 Июнь, 2016
ya Eli |

Allahın salamı üzerinize olsun!1.Heci zohrden sonra sefer etsem axwam qayidib eve gelmeliyem? Geceni qalib orucumu tutub seheri gun eve qayitsam olar? 2. Yuxulu olmuşam bilmirem boynuma qusul gelib ya yox? Qusula ehtiyyac var? Allah razi olsun!

Ответ / Cavab

Aleykumussalam.

Evə qayıtmaq vacib deyil, haradasızsa, orada da iftar açacaqsız. Gecəni başqa yerdə olsaz səfərdə, zöhrə qədər evə qayıtsaz və o zamana kimi orucu pozan ir iş görməmisinizsə, niyyət edib oruc qala bilərsiz.

Buna yəqininiz yoxdursa, qüsl vacib  deyil.

Allah sizə yar olsun

Задан: 19 Июнь, 2016 , Опубликовано: 19 Июнь, 2016
fidan |

Salam.Namazin üç defe qilinmaği ne derecede düzgündür

Ответ / Cavab

Aleykumussalam.

Bu iş icazəlidir.

Allah sizə yar olsun

Задан: 19 Июнь, 2016 , Опубликовано: 19 Июнь, 2016
bende |

Salaam .hekim meslehet gormur axi 1 ci uwaga sud vere vere hamile aalmaga.deyir qalsan gerek uwagi kesesen sudden .betndeki uwaga ziyan eliyir deyir. Men bele veziyetde neynemeliyem?

Ответ / Cavab

Aleykumussalam.

Soruşduz cavab verdik.

Allah sizə yar olsun

Задан: 19 Июнь, 2016 , Опубликовано: 19 Июнь, 2016
Rovshen |

SALAM ALEYKUM 1.ƏGƏR QADIN ÜZÜRLÜ SƏBƏBDƏN ORUC TUTMURSA VƏ GÜN ƏRZİNDƏ HƏMİN ÜZRÜN SONA ÇATMASINA YƏQİNİ OLSA VƏ YƏQİNLİK OLANA QƏDƏR YEMƏK YEMİŞ OLSA QALAN VAXTI İFTARA QƏDƏR GÖZLƏMƏLİDİRMİ YOXSA HƏMİN GÜN ÜÇÜN ONA ORUC VACİB OLMUR 2.SƏHF ETMİRƏMSƏ CAVABLARINIZIN BİRİNDƏ MÜRƏBBƏNİN HARAM OLMASINI QEYD ETMİSİNİZ BU HANSI MÜRƏBBƏLƏRƏ AİDDİR Kİ

Ответ / Cavab

Aleykumussalam.

1.Əgər qeyd edilən gün sübh azanından sonra davam edibsə, həmin günü oruc olmayacaq.

2.Üzüm mürəbbəsi.

Allah sizə yar olsun

Задан: 19 Июнь, 2016 , Опубликовано: 19 Июнь, 2016
Lala |

Salam.Haci ALLAH oruc ve ibadetlerinizi qebul etsin Amin,1-qadin niyet edibki toy edenden sonra Imamehsani verecek bunu indi qedr gecesi ve ya gunu vere bilermi?2.6-7 ilqabaqlar basha dushmediyim vaxtlarda qoca anam orucluiken ona Bakiya qonaq getmeyi teklif etdim, orucunu acdi 5-6gune qayitdiq.Oda mende keffare haqda bilmirdik.sonralar bilmishem ve ozumu gunahkar bilirem axi men ona teklif etmeseydim anam orucunu axira qeder tam tutardi,sizin bu haqda fikrinizi ve meslehetizi bilmek isterdim.Teshekkur edirem.

Ответ / Cavab

Aleykumussalam.

Ramazan ayında gündüz yemək haramdır, bu halda gündüz olmaz. Ancaq qeyd edilən  gecələrdə iftar süfrəsi verə bilər.

Qeyd edilən səfərə görə kəffarə yoxdur.

Allah sizə yar olsun

Задан: 19 Июнь, 2016 , Опубликовано: 19 Июнь, 2016
Terane |

Salam !Ogey ogul anaya mehremdirmi?

Ответ / Cavab

Aleykumussalam.

Atanın arvadını demək istəyisinizsə, bəli.

Allah sizə yar olsun

Задан: 19 Июнь, 2016 , Опубликовано: 19 Июнь, 2016
Salam. |

Salam Hacı. 2 sualıl olacaq. 1- Qızın atası razıdı kebine. Menim sualım odur ki , 2 defe kebin kesdirmek olar ?? Yoxsa birinci kebini geri oxutdurmalıyıq?? 2-- Hacı kebin ucun zakz isteyirler. Biz halhazırda nişanlıyıq ne etmeliyik ?? Meslehetiniz necedi ??? Allah razı olsun siZdenn

Ответ / Cavab

Aleykumussalam.

1.İki dəfə kəbinə ehtiyac yoxdur, bir dəfə oxunsa  kifayədir.

2.Zaqs kağızını yəqin ki, kəbin kağızına görə istəyirlər, böyükləriniz getsə və kəbin kağızı tələb etməsələr, zaqs da istəməzlər. Zaqs etdirdikdə gedib kağızı da yazdırarsız.

Allah sizə yar olsun

Задан: 19 Июнь, 2016 , Опубликовано: 19 Июнь, 2016
Zamir |

Salam. Bu gun ucun ezan vaxti 03:23 gosterir. Gec durmusdum orucu 03:21 de bagladim. Heyetde qonsuda xoruz var. Saat 03:21 de bannadi. Men ona ehemiyyet vermedim ve axirinci stekan suyu da icdim. Bilmek istiyirem bu duzdu ki xoruz ezan vaxtin bilir? Cunki ekser vaxti duz banniyir. Yoxsa cedvele gore duz baglamisam.

Ответ / Cavab

Aleykumussalam.

03.23 ü keçməyibsə düzdür.

Allah sizə yar olsun

Задан: 19 Июнь, 2016 , Опубликовано: 19 Июнь, 2016
irada |

Haci,men qezani 6 il sonra ediremse yene de her gune 750 qr vermeliyem,yoxsa 6 il gecikdirdiyime gore artiq odemeliyem?bunu bilmek isteyirem.Chox sag olun.

Ответ / Cavab

Aleykumussalam.

Son Ramazan ayından qalanın qəzaları üçün verəcəksiz.

Allah sizə yar olsun

Задан: 19 Июнь, 2016 , Опубликовано: 19 Июнь, 2016
Aysel |

Sabahınız xeyir. Xeyirli Ramazanlar ilk öncə. Bir sualım olacaqdı. Şükür Namazı necə qılınır? Onun təyin olunmuş bir vaxtı var mı? Yoxsa mən nə zaman istəsəm qıla bilərəm? Mən çox istədiyim və dua etdiyim bir şey qəbul olduğu ve ümumi olaraq Allaha Şükür etmək istəyirəm. Kömək edərdinizzzəhmət olmasa. Necə qıla bilərəm?

Ответ / Cavab

Aleykumussalam.

İki rükət Allahın nemətlərinə şükr etmə niyyəti ilə sübh namazı kimi namaz qılın. Bunu istədiyiniz vaxt qıla bilərsiz.

Allah sizə yar olsun

Задан: 19 Июнь, 2016 , Опубликовано: 19 Июнь, 2016
Sadiq |

Salam. 1.Muselmanlarin muselmanlarla tarixde vurusdugu muharibeler yazdiniz ki, cox muharibeler olub. Zehmet olmasa o muharibelerden bir necesinin adin yazardinizda? 2. Omerin dovrunde eli bagli namazin qilinmasini tesdiq eden hemin hedislerden bir necesini yazardizda? 3. Cenabet quslu evezi alinan teyennumden sonra destemaz almadan namaz qilmaq olar yoxsa destemaz almaq sertdir? (Sistani)

Ответ / Cavab

Aleykumussalam.

1.Məsələn cəməl, siffeyn,

2.Əziz oxucu bizim o qədər vaxtımız yoxdur .

3.Bəli, olar.

Allah sizə yar olsun

Задан: 19 Июнь, 2016 , Опубликовано: 19 Июнь, 2016
[email protected] |

Çox üzr istəyirəm. Serialın ya yoldaşın toxunmasinin tesiri ile qadın sehvetlense alt paltarı yaş olsa qüsl düşür buna? Qüsl hansı halda vacibdir

Ответ / Cavab

Aleykumussalam.

Əgər cinsi sonunclanma hissi olubsa, bəli, əks halda düşməz.

Allah sizə yar olsun

Задан: 19 Июнь, 2016 , Опубликовано: 19 Июнь, 2016
Aide |

heci narahat etdim uzur isteyirem bilmek isterdim namaz qlan adamin drnaqi uzun olarmi cunki menim xalam quran oxuyur o deyirki uzun drnaqin altinda seytan yatir coox saqolun

Ответ / Cavab

Aleykumussalam.

Azca olarsa və altı təmiz saxlanılarsa, icazəlidir. Qeyd edilən şeytan onun altına toplanan mikroblardır.

Allah sizə yar olsun

Задан: 19 Июнь, 2016 , Опубликовано: 19 Июнь, 2016
Aide |

Salam menim sualim budur ki eyer men evde bezeniremse ve yaxd cole cxanda bezeniremse men bezenende ancaq yoldasim ucun bezenirem vee cxdiqim yerde mene baxilarsa mene gunah sayilir ki amma men hec vaxt yoldawimdan bawqasi ucun bezenmirem coxmu gunah qazaniram bilmek isteyirem zehet olmasa coox saqolun alllah razi olun

Ответ / Cavab

Aleykumussalam.

Yoldaşınız üçün evdə bəzənəcəksiz. Çöldə yoldaşınız üçün bəzənmə sayılmaz.

Allah sizə yar olsun

Задан: 19 Июнь, 2016 , Опубликовано: 19 Июнь, 2016
...... |

Salam. Keffare 60 gundu? Ilk 30 gunu dalbadal tutmaq lazimdi? Cox sagolun

Ответ / Cavab

Aleykumussalam.

Bəli, qəzası və ilk 30 günü ardıcıl olmalıdır.

Allah sizə yar olsun

Задан: 19 Июнь, 2016 , Опубликовано: 19 Июнь, 2016
Cavid |

Salam Aleykum. 1ci sual- Oruc tutanna sora seher durub dis pastasi ile disi fircalamag olar? 2ci sual- oruclu halda cimmek olar ? 3cu sual- birinci niyyeti edib sora yemek lazimdi yoxsa yemey yeyib qurtarannan sora niyyet elemey lazimdi? 4cu sual- men eger imsaka dura bilmemiwemse, nese niyyet elemeliyem yuxudan ayilanda yoxsa iftarda adi oruc tutmag kimi acmaliyam ? xais edirem cavablandirin Allah razi olsun sizden

Ответ / Cavab

Aleykumussalam.

1.Əgər bir şeyin içəri getməyəcəyinə əminsinizsə, olar, lakin işi bitirdikdən sonra 3 dəfə ağızda olan nəmi toplayıb çölə atacaqsız.

2.Bəli, olar.

3.Niyyət oruc tutacağına qərarlı olmaqdır.

4.Oruc olduğunuzu qərar etmisizsə, bu elə niyyətdir.

Allah sizə yar olsun

Задан: 19 Июнь, 2016 , Опубликовано: 19 Июнь, 2016
irada |

Cavablandirdiginiza gore minnetdaram Size.Xahish edirem bu sualima da aydinliq getiresiniz.Deyirsiz ki,bir oruc o biri ramazana qalanda 750 qram mudd odemek lazimdir.Bilmek isteyirem ki, 6 il sonraya qalsa nece,750 qrami 6ya vurmaq lazimdir?Yeni iller uzandiqca mudun qederi artmir ki?Tesekkur edirem.

Ответ / Cavab

Aleykumussalam.

Bu bu ilin orucu o biri Ramaza qaldıqda edilir və 750 qram təam hər günün qəzasından əlavə hər günə aiddir.

Allah sizə yar olsun

Задан: 19 Июнь, 2016 , Опубликовано: 19 Июнь, 2016
Ilahe |

Salam gozel insan. Haci size vacib sualim var. Gece imsaka durub yeyennen sora boynuna cenabet qusl gelse yuxuya getsen yatsan sora gunorta qusl almaq olar? Yani orucu davam etmek olar. Cox sagolun.

Ответ / Cavab

Aleykumussalam.

Xeyr, sübh azanına qədər qüsl gələrsə, mütləq qüsl verməlidir, qüslə avxt olmasa təyəmmüm alıb oruca daxil olmalıdır. Qüsllü halda qüslü bilərəkdən almayıb yatılarsa, oruc pozular .

Sübh azanından sonra olarsa, bu oruca təsir etməz, namazlar üçün qüsl ediləcək.

Allah sizə yar olsun

Задан: 19 Июнь, 2016 , Опубликовано: 19 Июнь, 2016
nermis |

salam haci men eger aile qurduqdan sonra hicablansam toy kasedinde ve ya sekillerde meni basiaciq gorseler gunah olmazki mene?onceden tesekkurler yazan elleriniz var olsun

Ответ / Cavab

Aleykumussalam.

Onları naməhrəmlərə  göstərməyəcəksiz.

Allah sizə yar olsun

Задан: 19 Июнь, 2016 , Опубликовано: 19 Июнь, 2016
Страница 1261 из 5746 << < 1257 1258 1259 1260 1261 1262 1263 1264 1265 > >>
© 2026 При использовании материалов, ссылка на сайт www.iSLAM.az обязательна!
Copyright 2002-2016, Центр Религиозных Исследований, All Rights Reserved.
Вопросы и пожелания: [email protected]
  SpyLOG Сайт сделал: 313wb.com