Страница 1358 из 5746 << < 1354 1355 1356 1357 1358 1359 1360 1361 1362 > >>
Salam |

Assalamu Alaikum. Zəhmət olmasa mənə Azərbaycanca Quran təfsiri kitabi adi deyə bilərsiniz?

Ответ / Cavab

Aleykumussalam.

Azəri dilində tam təfsir kitabı yoxdur, bəzi təfsirlərin bir neçə cildi və ya bəzi  surələrin  təfsirləri ayrıca kitab şəklində elə surələrin adları ilə satışda var.

Tərcmə nəzərdə tutursuzsa, o zaman Ağabala Mehdiyevin-Ayətullah Məşkininin müəllifi olduğu kitabın tərcümsini alın.

Allah sizə yar olsun

Задан: 12 Май, 2016 , Опубликовано: 12 Май, 2016
Ayan2 |

Sabahınız xeyir.Sualım beledir.Bir qız imkanı aşağı olan iş yoldaşına dollar 78m olanda pul verib dollarla.indi qız deyir ki,mene pulu nece qaytarmalıdır,axı indi dollar 150manatdır.Men dedim ki,sene pulu 78manat şeklinde qaytarmlıdır.dolları xırdalayanda o qız 78alıb xercleyib,neye göre indiki mezenne ile vermelidir axı?Bu artıq faiz sayılır.Doğru demişem?İndi bu qız nece alsın pulu.xahiş edirem sualı tez cavablandırardız.Çox sağ olun.ALLAH razı olsun.

Ответ / Cavab

Aleykumussalam.

Borc verilən zaman əgər nəzərərində manat tutulubsa, o zaman düzdr. Əgər borc  verən borc verərkən borcu ona qaytaranda neçə olmasından asılı olmayaraq elə dollar şəklində qaytarmasını istəyibs və borc alan da qəbul edibsə, o zaman  bu artıq faiz sayılmaz.

Allah sizə yar olsun

Задан: 12 Май, 2016 , Опубликовано: 12 Май, 2016
Gulusum |

Salam Aleykum. Dediizki namazda sesli qilinmali yerləri? Onlar hansidirki? Anam butun namazlarda hansi hissəsini səsli qilmalidir? 2)sesli qilmaq lazim olanlar yerleri sesiz qilmaq olar? Namaz batil deyil? Allah razi olsun!

Ответ / Cavab

Aleykumussalam.

Sübh, şam və xiftən namazlarının ilk iki  rükətlərinin qiraətlərini kişilərə səli demək vacibdir və qalan namazlrın və bu namazların qalan rükətlərin qiraətlərini isə səssiz demək vacibdir. Qadınlar isə yaxşı olar ki, bütün namazlarını səssiz qılsınlar, lakin naməhrəm onları eşitməyəcəyi halda səssli qılınması lazım olanları səsli qıla bilərlər

Səsli qılınmalıları bilərəkdən səssiz və ya səssiz  qlınmalıları bilərəkdən səslə qılmaq namazı batil edər.

Allah sizə yar olsun

Задан: 12 Май, 2016 , Опубликовано: 12 Май, 2016
Ehli-beyit asiqi |

Salam.her iki tesehhüddin salavatinda Allahumme selli ala Muhemmedin ve ali Muhemmed ve eccil ferecehum. Bu cur demisem batildi namazlarim? Cox cox saqolun ALLAH razi olsun

Ответ / Cavab

Aleykumussalam.

Batil deyil, lakin bundan belə təşəhüdə  bu əlavəni deməyin.

Allah sizə yar olsun

Задан: 12 Май, 2016 , Опубликовано: 12 Май, 2016
Əlı |

Salam qardaş.qünutda 2 dəfə hasənətən deyilir yoxsa hasanə və yaxud həsənə çox sağolun.

Ответ / Cavab

Aleykumussalam.

Əgər ayə bir nəfəsə oxunursa, həsənətən, əgər həmin kəlmənin axırında dayanılrsa, həsənəh deyiləcək.

Allah sizə yar olsun

Задан: 12 Май, 2016 , Опубликовано: 12 Май, 2016
Ilaha |

Salam tövbəni geri götürmək olar

Ответ / Cavab

Aleykumussalam.

Tovbəni geri götürmək, yəni ALlaha demək ki, yox ALlah səhf demişəm, sənə tərəf qayıtmıram, günaha tərəf gedəcəm?????

Allah sizə yar olsun

Задан: 12 Май, 2016 , Опубликовано: 11 Май, 2016
bir xanim |

SalamAleykum.Saban ayinin 15-i Nimeyi Saban adlanir,bes Beraet kunu ne demekdir?

Ответ / Cavab

Aleykumussalam.

Nimeyi şaban, yəni Şabanın yarısı, ortası. Bəraət kandili sözü isə türklərdədir.

Allah sizə yar olsun

Задан: 12 Май, 2016 , Опубликовано: 11 Май, 2016
bir xanim |

SalamAleykum.Saban ayinin 15-i Nimeyi Saban adlanir,bes Beraet kunu ne demekdir?

Ответ / Cavab

Aleykumussalam.

Nimeyi şaban, yəni Şabanın yarısı, ortası. Bəraət kandili sözü isə türklərdədir.

Allah sizə yar olsun

Задан: 12 Май, 2016 , Опубликовано: 11 Май, 2016
nihad |

Salam Haci.1.ixlas surəsində mən yəkunləhu deyirəm mənə dedilər yəkulləhu deməlisən.axi n hərfi yazilib mən düz demirəm?2.cümə namazinda və əsr namazinda 1 ci və 2 ci rükətlərdə fatihəni demirik olar yerinə istiğfar edim?3.mən 30 km uzağda cümə namazina getmişdim cuməni 2 əsri 4 rükət qildim.dedilər ki sən 2 rükət qilmaliydin.axi pişnamazdan əvvəl hərəkətləri edəndə namaz batil olur?pişnamaz təşəhhüd deyir sonra 3 rükətə gedirlər mən oturum salamlari deyim?düz dedim.niyyətini necə deməliyəm?cavablandirdiğiniza görə çox sağolun Allah sizdən razi olsun.

Ответ / Cavab

Aleykumussalam.

Bu təcvid qaydasına əsasən belə olur. Yazılış Yəkun ləhu dur, ələffüzfün düzgün forması isə Yəkul-ləhu dur.

2.Allahın adlarını zikr edin.

3.İki rükət qılmalı idiz.Bəli, siz salamları deməli idiz.

Allah sizə yar olsun

Задан: 12 Май, 2016 , Опубликовано: 11 Май, 2016
Nara |

| Salam.Əvvəlki sualım bu olmuşdu və çox sağolun cavaba görə.Öyrənmək istəyirdim ki, Ramazan nə vaxt girir? 2ci sualımda orucu düzgün qaydada necə tutmaq? İndi isə sualım belədi - Oruc tutanda nə sözlərnən başlamaq lazımdı?.Bildiyimə görə su və xurmanan.Lakin nə sözlər ilə başlamaq lazımdı.Əvvəlcədən təşəkkürlər.

Ответ / Cavab

Aleykumussalam.

Tqvimə əsasən iyunun 7si daxil olur.

Oruca Bismillah deyib başlayın və bitirəndə də Allahın veriyi nemətlərə şükr edib iftar açın. Bunun müstəhəbb duaları isə Ramazan qabağı saytda otuzdurulacaq.

Allah sizə yar olsun

Задан: 12 Май, 2016 , Опубликовано: 11 Май, 2016
FIDAN |

salam.sorusmaq isteyirdimki saban ayi ayin necesi girib? birde saban ayinin 15 may ayinin necesine dusur?

Ответ / Cavab

Aleykumussalam.

Ayın səkkizi Şabanın biri idi, buna əsasən hesablayın.

 

Allah sizə yar olsun

Задан: 12 Май, 2016 , Опубликовано: 11 Май, 2016
Gulwen |

salam. destemz alarkan destemaz aliram vaciben... sozunu han demeliyik. elimizi suya vurmamiwdan qabaq ya qurtardiqdan sonra ya da qurtarana kimi davamli demek. onceden tewekkurler allah razi olsun

Ответ / Cavab

Aleykumussalam.

Dəstəmaza başlamazdan əvvəl niyyət edilir, sonra dəstəmazın işlərinə başlanılır.

Allah sizə yar olsun

Задан: 12 Май, 2016 , Опубликовано: 11 Май, 2016
Gullu |

Salam, xais edirem sualima cavab verin. Chox sagolun onceden. Aybashindan sonra, sadece heyz qusulu almaq lazimdi? Men quran oxuyacam, ona gore bashqa qusl almaq lazimdi?

Ответ / Cavab

Aleykumussalam.

Bəli, heyz qüslü alınacaq və sonra Quran oxumaq üçün də dəstəmaz alınacaq.

Allah sizə yar olsun

Задан: 12 Май, 2016 , Опубликовано: 11 Май, 2016
Gulusum |

Salam Aleykum. Mənim anam namazi səsiz yox yəni pıçılti ilə deyil səsli qilir. yəni bir başqa adam eşidir ailə uzvlərimizdən. Təbiki evdə naməhrəm yoxdu. Belə olar qilmasi? Axi eşitmişəmki qadinin namazin hər hansi bir hissəsini səsli deməsi namazin savabini azaldir. Düzdü?

Ответ / Cavab

Aleykumussalam.

Səsli qılınmalı namazları olar, lakin səssiz qılınmalıları bilərəkdən səslə qılsa. namaz batildir.

Allah sizə yar olsun

Задан: 12 Май, 2016 , Опубликовано: 11 Май, 2016
Ehli-beyit asiqi |

Salam.men tesehhudde demisem hardasa 25 gun olar o namazlarim batildi musteheb namazlarda qilmisam, namazlarimi qeza etmeliyem? Cox sagolun cavablandirdiqvizcun minnetdaram.

Ответ / Cavab

Aleykumussalam.

Təşəhüddə nə demisiz?

Allah sizə yar olsun

Задан: 12 Май, 2016 , Опубликовано: 11 Май, 2016
Məsum |

Salamun aleykum.Dul bir kişinin 40 yaşı var 30 yaşında bir qızla ailə qurmaq istəyir.Qızda onunla ailə qurmaq istəyir.Kişidə qızda dindardılar. Ancaq qızın atası kişinin evi yoxdu və maddi vəziyyətinin yaxşı olmadığına görə qızını o kişiyə vermək istəmir.Sizin məsləhətiniz nədi bu məsələyə?

Ответ / Cavab

Aleykumussalam.

Onların evlənməsində heç bir maniə yoxdur, əgər ailəsi məsələn kirayədə qalmağa yardım edə bilərlərsə, bunu  etsinlər.

Allah sizə yar olsun

Задан: 12 Май, 2016 , Опубликовано: 11 Май, 2016
salam |

salam,bacim qayniynan bir evde qalir namaz qilir cimmeye gelende deyinirler deyirler odun yoxdu su qizidiranda qizdiranda deyirler iwiq pul yazir,deyir qusul vere bilmirem,erim gelende namaz qilmiram gedennen sonra qiliram bakiya iwdemeye gedir yoldawi.deyir tezeliyce bele edirem evde deyinirler tez tez cimende.mende dedim gunahdi bele olmaz,ged qonwuluqda qohumlariniz var olarda cim,teyemmum elesen duz sayilmaz.yaziq caresiz qalib dedim birde sizden soruwum nece elesin?saqolun

Ответ / Cavab

Aleykumussalam.

Ərinə desin, onun üçün bir şərait yaratsın və ya bu deyilənlərin qarşısını başa salmaqla alsın

Allah sizə yar olsun

Задан: 12 Май, 2016 , Опубликовано: 11 Май, 2016
Ülviyyə |

Salam! 2016-cı il Ramazan ayı hansı gün dəqiq başlayır? İftar saatların bilmək olar?

Ответ / Cavab

Ələykissalam. Dəqiq demək mümkün deyil, bu ayın görsenmeyi ilə bağlıdır, təxmini ayın 7-si.

Задан: 11 Май, 2016 , Опубликовано: 11 Май, 2016
səbr |

Salam Aleykum.Bu dəfə sual yox sonsuz təşəkkürümü bildirirəm sizə.O qədər duaçıyam Alllah hər iki dünyada aqibətinizi xeyir etsin,günahlarnızı bağışlasın,bütün dua ibadətlərnizi qəəbul eləsin,səbr versin hər bir işdə Allah kömək olsunn Amin Amin Amin.Yaxşıki yazdım o qədər insana elə bil səbr ötürdüz,həqiqətən özümə gəldim,yoxsa heçnədən Allahın əmanət verdiyi canı üzürdüm.Var olun Allah daim canvızı sağlam etsin.

Ответ / Cavab

Ələykissalam. Allah sizdən razı olsun, çox sag olun diqqət və dəyərinizə görə. Sonsuz təşəkkürümü bildirirəm. AMİN, İNŞAALLAH, bahəm.

Задан: 11 Май, 2016 , Опубликовано: 11 Май, 2016
Ira |

Salam.1) Ushaqlarimizi reqse qoymagimiz qiz ya oglan gunaxdi? 2)Heyizli xalda yasin suresini telefonda oxuya bilerem? 3) sher yazmaq gunaxdi?

Ответ / Cavab

Ələykissalam. 1. Baxır sizin niyyətinizə, məsələn bəzi mənbələrdə kişilərə məxsus döyüş rəqslərini ifa etməyə icazə verilir, hətta vaxtilə Peyğəmbərin bu kimi rəqslərə tamaşa etdiyi bildirilir (bu mənbələr əsasən əhli-sünnə yönümlüdür). Lakin əksər mənbələrdə hər cür rəqsin hədər əyləncə, vaxt keçirmə vasitəsi olduğu deyilir və rəqs etmək qadağan sayılır. İnsanı ehtirasa gətirən, Allahdan uzaq salan, coşduran və günah əməllərə aparan rəqslər bütün alimlərin nəzərində haramdır. Xüsusilə, qadının naməhrəm kişi qarşısında rəqs etməsi buna aiddir. Müctəhidlərin əksəriyyəti kişinin kişi məclisində rəqs etməsinə də icazə vermirlər, hətta insan evdə tək olarkən belə, rəqs etməsi mənasız vaxt keçirmək olduğu üçün, bunu xoş qarşılamırlar. Amma qadının qadın məclisində rəqs etməsi bəzi müctəhidlər tərəfindən icazəli sayılır. Alimlərin əksəriyyəti yalnız qadının öz həyat yoldaşından ötrü rəqs etməsinə icazə verir. İndi bunlara əsasən sizin onu rəqsə qoymaqda niyyətiniz nədir, rəqqas etmək istəyirsizsə, uşağa günah deyil, ancaq sizin özünüzə ziyandır. 2. Bəli, qandan təmizlənib dəstəmaz alıb oxuyun. 3. Xeyr, özü-özlüyündə günah deyil

Задан: 11 Май, 2016 , Опубликовано: 11 Май, 2016
Страница 1358 из 5746 << < 1354 1355 1356 1357 1358 1359 1360 1361 1362 > >>
© 2026 При использовании материалов, ссылка на сайт www.iSLAM.az обязательна!
Copyright 2002-2016, Центр Религиозных Исследований, All Rights Reserved.
Вопросы и пожелания: [email protected]
  SpyLOG Сайт сделал: 313wb.com