Salam Aleykum.sualim beledir qunutdaki ve tesehuddeki salavati bu cür demey olar Allahumme selli ala Muhemmedin ve Ali Muhemmed ve eccil ferecehum olar bele demek? Cox sagolun ALLAH ibadetlerinizi qebul etsin Amin.
salam, men abiturientem ve gelen ay in sha Allah Ramazan ayi gelir, men her gun gunde azi 2 hazirliqa gedecem, ve mektebde son zeng hazirliqlari falan olacaq, hamisi da gunun altinda isti havada, eger orucu tutsam ve halim pileshse orucu qezaya saxlamaga haqqim var?
Ответ / Cavab
Ələykissalam. Əgər oruc sizə ölümcül, səhhətinizə çox ciddi ziyanı olacaqsa, halınız düzələcək qədər su içə və yeyə bilərsiz, ancaq günün sonuna kimi yenidən oruc olmaq lazımdır, baxmayaraq ki, həmin günün qəzasın tutacaqsız.
Задан: 11 Май, 2016 , Опубликовано: 11 Май, 2016
Kərim |
Salamun aleyküm.İmam Əhməd ibn Hənbəl və İbn Həzmə görə: “məni vücudun çölə atmağa möhtac olduğu bir şeydir, onu əliylə atan qan aldıran kimidir və caizdir”.yəni icazəlidir?bəziləri deyir ki məkruhdur.həkimlər də deyir ki olar.
Ответ / Cavab
Ələykəssalam. Əhli-sünnənin 4 şəriət imamlarından biri olan ibn Hənbələ görə, istimna (özündən sperma xaric etmək və ya masturbasiya) icazəlidir bəzi hallarda, lakin bir daha qeyd edirik ki, bu çox böyük haram işdir. Bunun la bağlı artıq neçə dəfələrlə sual verilib və hamısı da genclərdir və ən pisi isə təkidlə bildirir ki, olar. Axı bu mundar əməldə nə görübsüz ki, bu məsələdə təkid edirsiz. Həm İslam, həm dünya elmi, təbabət bunun ciddi fəsadlara yol açdığını bildirir, xüsusən də rus dilinə tərcümə olunmuş materiallar çoxdur oxuyun. Facebook səhifəmizdə də bu barədə post qoyduq, oxuyarsız onu da. Allah baöışlasın sizi.
Задан: 11 Май, 2016 , Опубликовано: 11 Май, 2016
Anar |
Salam.övladını itirmek valideynler ucun cezadırmı.Bacımın yegane ovladı olub. Cox asi danışır. Deyir ne gunah elemisem 21yasında oglum qezada oldu. Biz onu nece basa salaq..2Bu olum onun alın yazısıdırmı.Allah yar ve yardımcınız olsun.
Ответ / Cavab
Ələykəssalam. Buna birmənalı yanaşmaq olmaz. Müxtəlif səbəblər ola bilər. Məsələn, ola bilər Allah bu yaşında almaqla ona rəhm edib, bələkə yaş-yaşa gəldikcə elə günahlar edəcəkdi ki, onu məhv edəcəkdi sonda Cəhənnəmə salınacaqdı, bu səbəbdən Allah canını alıb Cənnətlik edəcək, və ya ola bilər gələcəkdə elə bir hala düşəcəkdi ki, pis şikəst olacaqdı və ana ömür boyu əziyytin çəkib daha da Allaha qarşı üsyan edəcəkdi, və ya ola bilər o övladın övladı gələcəkdə Allahın düşmənlərindən olacaqdı və çoxlu qırğınlar törədəcəkdi və s... Hər halda Allah heç kimə zülm eləmir və hər bir işi də hikmət əsasındadır. Allah rəhmət eləsin!
Задан: 11 Май, 2016 , Опубликовано: 11 Май, 2016
Elnur |
Salam.Kefen birden qan olar.Bu sebebden brinci salafana bukuldu meyyit,sonra kefene.Bele seyi seriet icaze verir Ya yox.
Ответ / Cavab
Ələykəssalam. Olmaz...
Задан: 11 Май, 2016 , Опубликовано: 11 Май, 2016
000 |
Salam.Size bir nece sual verib vaxtinizi alacam.Halalliq verin. Cox sukur ki namaz qiliram.Shie namazi qiliram ve eqidemde mohkemem.1 nefere subut elemek ucundeye bilersizmi namazda alni mohure qoymaq ve eller yanda qilmaq barede quranda yazilibmi?ve eger yazilibsa hansi ayelerde? namaz qilan kisiler sidiye gedende mutleq oturmalidirlar?
Ответ / Cavab
Ələykissalam. Xoşdur, narahat olmayın. 1. Quranda nə möhürlə qılmaq yazılıb, nə də möhürsüz, nə əllər aşağı nə də qarında qılmaq barədə yazılıb. Deyə bilər ki, yazılmıyıbsa, onda niyə möhürlə qılırsan? Axı Quranda heç azan, iqamə, namazın rəkətləri, namazı pozan hallar, şəkkiyyat, orucun pozulması və s bu kimi şəri məsələlər yoxdur. Ona görə Peyğəmbər buyurdu ki, Mən özümdən sonra sizə Quran və İtrətimi (əhli-beyti, yəni 12 İmam) qoyub gedirəm. Quran cansız, Əhli-beyt isə canlı Qurandır, yəni o Həzrətlər deyir nə nədi Quranda. Möhürlə bağlı qısaca buradan tanış ola bilərsiz - http://www.fazellankarani.com/azari/qa/5935/. Əllərin bağlanmasına gəlincə, əhli-sünnənin 4 imamından biri olan Maliki əlləri açıq qılmağı buyurur və malikilər əli açıq qılırlar, hərçənd ki, möhürsüz. - http://313news.net/forum/topic/5583/
Ancaq məsləhət budur ki, əsla məzhəbi məsələlərdə mübahisə etməyin, nəinki İslam dini, bütün dinlər və əqidələr buyurublar ki, əgər kifayət qədər elmin və əxlaqın (yəni səbrin) yoxdursa, mübahisəyə girişmə, günah edəcəksiz...
ələykissalam. Cənabət qüslunu verirəm (və ya alıram fərq etməz)qurbətən iləllah.
Задан: 11 Май, 2016 , Опубликовано: 10 Май, 2016
WEFA |
SALAM heyz olduqdan sonra 5 un gecdi qusl aldim daha sonra heyz bitmediyini oyrendim namaz qilmadim nece gun sonra qilmaliyam zehmet olmasa deyerdiz
Ответ / Cavab
Ələykissalam. 10 günə kimi qan gəldisə, heyzdir, 10 günə kimi qildiginiz namazlar da batildir, qəzası yoxdur ama.
Задан: 11 Май, 2016 , Опубликовано: 10 Май, 2016
aysən |
salam.qadin heyat yoldasina nifret edirse, bu gunahdi? sag olun
Ответ / Cavab
Ələykissalam. Qəlbdə kin, nifrət saxlamaq, hətta tez-tez lənət göndərmək insan qəlbini öldürər. Hər kimə nifrət hissi olsa da bu biruzə verilməməli, normal münasibət qurulmalıdır, bu nifrət tez-tez dava-dalaşa səbəb olmamalıdır... Allah sizi qorusun!
Задан: 11 Май, 2016 , Опубликовано: 10 Май, 2016
Nara |
Salam.Öyrənmək istəyirdim ki, Ramazan nə vaxt girir? 2ci sualımda orucu düzgün qaydada necə tutmaq? Əvvəlcədən təşəkkür!
Ответ / Cavab
Ələykissalam. Əvvəlcədən qəti tarix demək mümkün deyil, təxmini 7-si 2. Sübh azanından şam azanına kimi yeyib-içməmək lazımdır
Задан: 11 Май, 2016 , Опубликовано: 10 Май, 2016
Gulusum |
Salam Aleykum Haci. Səhv getdib bağişlayin. Soruşduğum bu idi biz Allahu Əkbər yoxsa Əllahu Əkbər deyilir? Namazda. Allah razi olsun. Xahiş edirəm cavab verin.
Ответ / Cavab
Ələykissalam. Hər iki halda desəniz səhv deyil, ancaq ərəbcə düzgünü Əllah-dır...
Задан: 11 Май, 2016 , Опубликовано: 10 Май, 2016
Samire |
Salam.men gun erzinde cox yemek yeyirem her defe ozume soz veriremki sabahdan duzgun qidalanacam amma alinmir yene eyni veziyyet tekrarlanir.ozum ozume nifret ediremki yeni bu qedermi gucsuzem:(hemde cox tez doyuram duzgun qidalana da bilerem.amma gozum doymur.artiq bezmisem bu haldan!men bu goz acligina qarsi ne edim yalvariram meslehet verin
Ответ / Cavab
Ələykissalam. Bunun üçün güclü iradə olmalıdır, özünüz başa düşüb dərk eləməlisiniz ki, bu sizə, səhhətinizə ziyandır, bu həm də sizin mənəviyyatınıza ziyandır, bunları tez tez fikirləşin, İNŞAALLAH bir xeyri olar.
Задан: 11 Май, 2016 , Опубликовано: 10 Май, 2016
Teo |
Salam bagislayin sizi narahat edirem evvela uzun ilerdir size sullar verirem cox saolunki cavablandirirsiz ALLAH RAZI OLSUN.1ci sualim oduki uzr isteyirem sulaima gore eger sidik paltara azaciq damcisida deyse onu yusaq paklasaq olarmi namaz qilmaq olar?2cisi oduki subh namazi 05:30gun cixir ama o vaxti hava aydinli olur namazin bitme vaxtdi gunesin gorunmesine gore bitir yoxsa hava aydinlanmasina gore mene dedilerki o vaxti hava aydinlidi namaz qezaya gedir men dedimki gunes cixmasina gore goturlur namazin bitme vaxti.
Ответ / Cavab
Ələykəssalam. Xoşdur, buyurun. Amin, sizdən də İNŞAALLAH!. 1. Bəli, sidik damcısı dəyən yeri 3 dəfə suya cəkin kran altında sonra namaz qılın. 2. Günəşin çıxması ilədir
Задан: 11 Май, 2016 , Опубликовано: 10 Май, 2016
Cefer |
Salam aleykum, men bir ilden sonra rusyada universitete oxiyacam insaAllah, sizden sorismag isteyirem hansi senet daha yaxsidi Islam baximinan Mellim yoxsa hekim, yani hansinin heyirlidi
Ответ / Cavab
Ələykəssalam. Əgər işin sənətkarı olsanız hər ikisi çox yaxşıdır, cəmiyyətə çox xeyri dəyəcək sənətlərdir

Ramil |
Salam.nece kilometrden sora sefer Namazi baslayir.Xayis edirem aydinliq getirerdiz? Cox sagolun.
Ответ / Cavab
Ələykəssalam. Şəhər divarlarından 22 kilometr çıxandan sonra...
Задан: 11 Май, 2016 , Опубликовано: 10 Май, 2016
Салам |
Салам алейкум , я ИншаАллах планирую свадьбу сделать в августе ,напишите пожалуйста какие днях лучше не делать ...я хочу вмовлуд имама Рзы(а) может быть же что не совпадёт если щас буду планировать .а надо определиться с днём договориться с ресторанам
Ответ / Cavab
Определить точно сейчас, на какой именно день придется мовлуд имама Рзы (а), трудно. Потому как месяцы по лунномк календарю могут продолжаться 29 или 30 дней. Мовлуд имама Рзы (а) будет отмечаться 11-го Зишь-гада, то есть ориентировочно 14-го или же 15-го августа. Но точно мы сможем сказать об этом лишь по окончании месяца Шаввяль.
Задан: 11 Май, 2016 , Опубликовано: 10 Май, 2016
Cemale |
Salam. Astral seyaheti etmek dini cehetden ne derecede dogrudur? Yeni men astral seyaheti etsem gunah qazana bileremmi? Onceden tewekkur.
Ответ / Cavab
Ələykissalam. Bunun heç elmdə tam izahı yoxdur. Astral səyahət insanın bədəndən kənar, ruhən səyahət etməsidir, bu isə mümkün deyil
Задан: 11 Май, 2016 , Опубликовано: 10 Май, 2016
Amaliya |
Salam.mende aprel ayindan beri geribe sheyler olur.Otpuskaya gedende özümle balaca 4anta apardim.getdiyim yerde 4antami acdim ve orda 4 dene eyni dikish iyneleri tapdim.amma sapsiz .ancag dikish iyneler.eve gayidandan sonra 2-3 hefteden sonra evde de 1 denesini hemin öl4üde iyne tapdim yerde..daha 1 xefteden sonra (10000 defe üzr isteyirem)alt paltarimda.tumanimda.rezin olan yerde tapsim.meni sancirdi iynw .amma hec bir defe gar gelmedi.Bu ne ola biler?Hansi Duani Siz mene meslehet görürsiniz oxumaga. Allah Sizden razi olsun. Salam aleykum7
Ответ / Cavab
Aleykumussalam.
Ayətəl jursini 3 dəfə ardıcıl oxyun.
Allah sizə yar olsun