Salam aleykum qardaş. 1, Qeyd. Əgər kimin üçünsə duanın 100 dəfə təkrarlanan hissəsini oxumaq çətin olsa, onda təkrarın əvəzinə, duanın qeyd olunan hər iki hissəsini bir dəfə deyib sonra bir dəfə "tis ətə və tis-inə mərrəh" (mənası "99dəfə" deməkdir) sözünü desin. Bu dogrudurmu? Yeni duanin hemin yerini oxuyandan sonra bunu desek daha yaxsidirmi ya ferq etmez. 2, Rusiya ucun Assalah.infodan namaz vaxtini gotururuk. Orda hem suxur hem fecr yazilib, suxura qeder imsaki qurtariram ama fecre qeder olarmi yemek? Ve niye orda iki vaxt yaziblar? Ehtiyata goremi? Onceden tesekkurler
Ответ / Cavab
Ələykissalam. 1. Xeyr, dogru deyil. Ümumiyyətlə dua özü vacib deyil, mütəhəbdir, bacarılan qədərin oxuyun İNŞAALLAH savabı olar və Allahdan istəyiniz də verilər. 2. Suhur vaxti ehtiyat vaxtdır. Fexre 5 dəq qalmışa qədər qurtarsanız yaxşıdır.
Задан: 10 Май, 2016 , Опубликовано: 10 Май, 2016
Arzu |
Salam size bir nece sualim vae cox sag olun.Meni universitetden oglan cox sevirdi ve niyyeti ciddi idi cox.Sonradan ne oldusa tam deyisdi haksiz yere atdi hec istememis kimi getdi.Men hec beddua etmedim sadece Allaha tapsirdim elediyim fedakarliglar qarsisinda elediyi davranisi haksizligi.Ne vaxtsa hemin adam sehvini anlayib pesman olub yasattigin yasiyar? Bu duzdur? Birde geleceyde aile heyati quranda hemin adam sorussa menden heyatinda kimse olub men ona oldugun demeliyem ya gizletmeliyem? Yalandan cox qorxuram cunki ele birseydir ne vaxtsa ustu acilir.
Ответ / Cavab
Ələykissalam. Haqqun-nas, yəni xalqın haqqı məsləsi çox qəlizdir, Allah bu günahı bağışlamır ta ki sahibindən halallıq alasan. Əgər kiminsə haqqın yemisənsə, mütləq qarşına çıxır, əgər kiməsə züllm eləmisənsə, mütləq işlərində təsirini göstərəcək, hətta kimisə haqsız yerə incitmisənsə, bu özünü gəlcəkdə mənfi mənada təsiin göstərəcək. Sizin halda əgər belə hal olubsa, o şəxs peşman olacaq. Deməyə də ehtiyac yoxdur...
Задан: 11 Май, 2016 , Опубликовано: 10 Май, 2016
Leman |
Salam.men demisdimki Receb ayinin son uc gununu (5,6,7) oruc tutacam.5de tutdum amma 6 sida gunortadan sonra halim qarisdi mecbur olub orucumu pozdum.inanin mecbur oldum qan teziqim keskin asagi dusdu ozumde uzr isteyirem 2 ovladim var onlara tek baxidim.yeni usaqlara gore teziqe qarsi derman icmeli oldum belelikle orucum pozuldu.bilmek isteyirem bu orucumunda qezasi var? varsa nece gundu? Cox sagolun bilmediyimizi bize oyredirsiz Allah sizden razi olsun inseAllah.
Ответ / Cavab
Ələykissalam. Əgər müstəhəb oruc idisə, yoxdur, qəza orucu idisə yenidən tutarsız İNŞAALLAH. Allah şəfa versin
Задан: 10 Май, 2016 , Опубликовано: 10 Май, 2016
AliAbbas |
Salam aleykum. Bu gün Şaban ayının neçesidi?
Ответ / Cavab
Ələykəssalam. Tqəvimlərdə ciddi qüsurlar var, İNŞAALLAH 3-ü olar yəqin.
Задан: 10 Май, 2016 , Опубликовано: 10 Май, 2016
Eşq Mıkanı Kərbəla |
Salam aleykum. Bayaqdan cavabladığınız suallara baxıram,hər bir suala aydın cavab yazırsız. Allah razı olsun. Allah imanınızı kamil, elminizə bərəkət versin. Mənim sizə belə bir sualım olacaqdı. Məsələn bir insan istəyir ki, axirəti üçün faydalı azuqə toplasın. Məsələn, bir əməl edirsə sonra nəsə bizim kiçik sandığıız bəzi günahlar olur, amma əslində böyük günah kimidə saymaq olar. Bizlər, əgər savab ediriksə sonra günah ediriksə o etdiyimiz yaxşılıqlar, ibadətlər silinir? Mən bəzən fikirləşirəm ki, bu gün ziyarətnamələr, dualar və s. yaxşı əməllər edəcəm. Amma bilmirəm nədəndir, sonra düşünürəm ki, günahlarım həmin yaxşılıqları sonra siləcək, həvəsdən düşürəm. Birdəki namaz qılanda şəkk edirəm. Nə qdər doğru kimi qıldığımı sansamda yenə özlüyümdə deyirəm ki, O böyük Rəbbə layiqli namaz qılmadım. Öz ibadətlərimin qəbul olmadığını sanıram. Bəlk
Ответ / Cavab
Aleykumussalam.
Əvvəlki suala cavab olaraq. İnsan xeyirli işin günahlarla silinəcəyindən həvəsdən düşməməli, bəlkə əksinə, bundan qorxub günahdan uzaq dayanmalıdır. Əgər nəfsi ilə bacaqmırsa, hər bir xət baş verdikdə , tez daha artıq xeyirli iş görməlidir.
İkinci olaraq. Əgər bu şəkklər namazdan sonra baş verirsə, fikir verməyəcəksiz.
Allah sizə yar olsun
Задан: 11 Май, 2016 , Опубликовано: 10 Май, 2016
Elşad |
Salam. Yaxınlarının qəbrini ziyarətə imkan olmayanda evdə onlara hansı duanı oxumaq lazımdır?
Ответ / Cavab
Ələykəssalam. İstənilən duanı. Qurandan surələr də oxuyub hədiyyə etsəniz yaxşıdır.
Задан: 10 Май, 2016 , Опубликовано: 10 Май, 2016
Gulusum |
Salam Aleykum. Allahu Əkbər yoxsa Əllahü Əkbər deyilməlidir? Hansi daha düzgün? Fərqi varmi hansini dedin namazda?? Allah razi olsun İnşallah
Ответ / Cavab
Ələykissalam. Ümumiyyətlə namazın sözlərində ü, ö kimi səslər səsləndirilməsin, ərəb dilində yoxdur bu səslər.
Задан: 10 Май, 2016 , Опубликовано: 10 Май, 2016
Elnur |
Salam.Meyyyiti salafana ve sonar kefene bukmek olar?
Ответ / Cavab
Ələykəssalam. Salafana niyə? Səbəb nədir?
Задан: 10 Май, 2016 , Опубликовано: 9 Май, 2016
ilaxa |
Salam.rayondayam qesr namazi qilacam bakiya qayidanda qesr namazin az ruket qildigim ucun yerde qalan ruketler boynuma qeza dusur?2-seher namazi qezaya getse yene qezani qesr niyyeti ile qilim?3-niyyetde meselen:zohur namazi qiliram qesr niyyetile burda vaciben qurbeten ilellah deyilir?4-15yasinda oglanin beyninde problem var eqli cehetden biraz geridi uwag agli kimi yerimeyede cetinlik cekir onun yaninda hicabsiz olar gezmek?
Ответ / Cavab
Ələykissalam. Qəsr namazı olmur, sadəcə 10 günə qədər səfərdə olanda zöhr, əsr və xüftən namazları iki rəkət qəsr niyyətilə qılınır və geri qayıdanda da yenidən bütöv qılmağa ehtiyac yoxdur. 2. sübh namazının qəsri olmur. 3. deməkdə də olar deməməkdə, onsuz da vacibdir bu namaz. 4. Çəkinmək lazımdır
Задан: 10 Май, 2016 , Опубликовано: 9 Май, 2016
---- |
Salam Aleyküm! Hər vaxtınız xeyir. Mənim sualım: 1. Mənə evdən Cümə namazlarına getməyə icazə vermirlər lakin elə hal olub ki məktəbdə dərsdən tez boşlayıblar getmişəm Cüməyə(icazəsiz). Əgər mənə evdən icazə vermirlərsə qıldığım Namazlar batildi və yenidən qılmalıyam? 2. Evdən gizlində olsa dərsdən çıxıb gedə bilərəm? Allah Razı Olsun!
Ответ / Cavab
Ələykəssalam. 1. Əgər valideynlərin əziyyət və narahatçılığına səbəb olursa, icazəli deyil. Günahdır, hərçənd ki, batil olmaz İNŞAALLAH!
Задан: 10 Май, 2016 , Опубликовано: 9 Май, 2016
Yakko |
Salam.bilmek isterdimki hamile olanda ana betinde dolun urek doyuntusu esidilmeyene kimi yeni ruh bedene kecmeyene kimi dolu gotuzdurmek olar?
Ответ / Cavab
Ələykəssalam. Xeyr, olmaz, böyük günahdır, fəsadları da var, maddi-mənəvi-fiziki.
Задан: 10 Май, 2016 , Опубликовано: 9 Май, 2016
qonaq |
salam zehmet olmasa deyerdiniz meselen sam namazi vaxti evde olmuram eve gelende xifften namazinin vaxti olur men onda xiffteni qilib sonra sami qilmalyam eger sami sonra qilacamsa qeza deyib qilmaliyam evvelceden cox sag olun
Ответ / Cavab
Ələykəssalam. Şam və xüftən namazlarını gün batandan gecə yarısına kimi, yəni bu günün namaz cədvəlinə əsasən 23.59-a kimi qıla bilərsiz. Bu vaxt arasında əvvəlcə şam, sonra xüftən qılınmalıdır.
Задан: 10 Май, 2016 , Опубликовано: 9 Май, 2016
səbr |
Salam Aleykum.3cü dəfədir yazıram bağışlıyın.İnanın elə çarəsizəmki dua edin məni.Başqa özüm nə dualar edim?Dünən o ürəyimdə olan insanla danışdım cvbları qane etmədiyi üçün,ya gələcəkdə alınmaz deyə indidən sildim hər yerdən blokladım.Çox ağırdı ama istəmədən elədim,qohumdu Allah bilir necə qəlbimdədi dedi qismətə buraxıram.Yəni əgər qismətimiz birdisə,biz danışmasaq da,görməsək də,illər də ötsə,Allah bizi qovuşdurar?Allah hərşeyə qadirdi,gündən günə məhv oluram.Bəlkə zamanı deyil deyə alınmır mən duamla Allahdan onu istiyə bilərəm?Bilirəm başqa birnə addım ata bilmiyəcəm .
Ответ / Cavab
Ələykissalam. Narahat olmayın, yazın nə sualınız olsa. Əlbəttə, əgər Allah o şəxsi sizin üçün təyin edibsə, ailə qurarsız İNŞAALLAH. Siz sadəcə çalışın namazlarınıza və məhrəm-naməhrəm münsaibətlərinə fikir verin, günaha batmayın. Allah işləri sahmana salacaq, arxayın olun, qətiyyən səbirsizlik etməyin, Allaha təvəkkül edib, işləri Ona tapşırın. Hədisdə var Allah buyurur ki, gördüz başınıza bəla gəlib, çarə axtarıb heç nə etməyin, bəlanı daha da böyüdərsiniz.
Задан: 10 Май, 2016 , Опубликовано: 9 Май, 2016
Sevinc |
Salam ələykum. Bir tələbə həftənin 6 gününü zöhrdən əvvəl dərsə gedib axşam qayıdır, oxuduğu şəhərlə evin gəliş-gediş məsafəsi 45 km-dən çoxdursa, orda namazını necə qılmalıdır? Ramazan ayında oruc tuta bilərmi? Allah razı olsun.
Ответ / Cavab
Ələykissalam. Namazı tam, orucu da tutmalıdır.
Задан: 10 Май, 2016 , Опубликовано: 9 Май, 2016
bende |
Salam. Men ele bildim wabanin birinci gunu 8 i idi.oruc tutdum. Ama burda oxudumki 9 u dur. Bu gun tutmamiwam. Tutdugum iruc receb ayina aid oldu?
Ответ / Cavab
Ələyksəssalam. şÜBHƏLİ GÜNLƏRDƏ niyyət edin ki, məsələn Rəcəbdəndirsə Rəcəb ayının, əks halda Şaban ayının orucu niyyətilə tuturam
Задан: 10 Май, 2016 , Опубликовано: 9 Май, 2016
Ehli-beyit asiqi |
Salam Aleykum fatihe suresindeki iyyake na'budu yoxsa iyyake nagbudu hansi duzdu? 2.siratel deyilir yoxsa sIratel? Cox sagolun ALLAH razi olsun.
Ответ / Cavab
Ələykissalam. Orda ğ deyil, boğaz ə-sidir. 2. Əslində düzgünü siratal-dır.
Задан: 10 Май, 2016 , Опубликовано: 9 Май, 2016
Nura |
Salam aleykum, demek bugun nezr orucumu tutmusam 3 gunden 1ci gunudur hele ama bezi sebeblere gore sabah biri gun belke tuta bilmedim, niyyetimi zohrden evvel oz ozume dedimki eger deyismek olarsa niyyeti deyisib qeza orucunu tuturam, melumatim yoxdue bu haqda, indi menim orucum salamatdi? Ve orucum bele deyende qezaya cevrilirmi?
Ответ / Cavab
Ələykissalam. Zöhr azanına kimi niyyəti dəyişmisizsə, qəzaya qəzadır və düzdür.
Задан: 10 Май, 2016 , Опубликовано: 9 Май, 2016
SAMIRA |
Salam aleykum.1)Namazdayken ushaq qiblemizde durarsa ne edek,namaz pozulur?2)Ushaq mohuru goturse ne edek? 3) Yaxudda mohuru goturub yaliyib yash eliyende ona bashi qoymaq problem olmaz ki?
Ответ / Cavab
Ələykissalam. 1. Pozulmur, xeyr. 2. Bu halda xalis kətan və yaxud pambıqdan olan paltara səcdə edə bilərsiniz. Həmçinin daş və kağıza da səcdə etmək olar. Əgər səcdə etməyə bir vasitə tapmasanız, namazınızı sındırın və səcdəsi doğru olan vasitə ilə namazı qılın. Əlbəttə əgər vaxt olmasa və namaz qəzaya gedəcəksə, əlinizin arxasına səcdə etməlisiniz. 3. Heç bir tərəfə dönmədən möhürü üstünüzə ya yerə silin, alınmasa eybi yoxdur
Задан: 10 Май, 2016 , Опубликовано: 9 Май, 2016
gulsum |
Salam sualima cavab vereceynizcun evelceden tesekur edirem. Bilmek isterdimki restoran ya kefede afsant islemek gunahmi yeni melum meselki orada haram yemekler icki olur? Yoldasim rasiyada moykada isleyir cox eziyetle ama ona teklif edibler afsant islemeyi yaxsi mawla. Meslehetinuze ehtiyacmiz var.coxsaxolun
Ответ / Cavab
Ələykissalam. Buyurun, xoşdur. Əgər başqa iş varsa, getməsin ora. Halal iş olan yerdə haramlığı olan işə getmək olmaz, baxmayaraq ki, ola bilər halal işin maaşı az, digərinki çoxdur.
Задан: 10 Май, 2016 , Опубликовано: 9 Май, 2016
Salam aleykum |
men bezen her seyden bezdiyimi hiss edirem,eyni sohbetlerden,seher durub,axsam yatmagdan,qohum qonsulardan,hetta ozumden.Eve kimse gelmesin isteyirem,sakitlik isteyirem.Butun gunu evde bezen darixiram,amma harasa gedende de darixiram.Mene bir meslehet verin
Ответ / Cavab
Ələykissalam. Sizin Allahdan başqa bir dosytunun yoxdur. Yəni Allah buyurur ki, yalnız məni özünüzə dost tutun. Ətrafda olan hər şey və hər kəs bir vasitədir Allaha çatmaq üçün. Sizin dünya və axirətinizə xeyiri olacaq işlərlə məşğul olun