Страница 143 из 5746 << < 139 140 141 142 143 144 145 146 147 > >>
bende 313 |

Salam.Imamlara Peygemberlere vefat gununde Allah rehmet elesin demek duzgundu?Allah razi olsun

Ответ / Cavab

Aleykumussalam.

O həzrət özü aləmlərə rəhmət olaraq göndərilən şəxsdir. Deyin Allahin salam və salavatı ona və ailəsinə olsun.

Allah sizə yar olsun

Задан: 16 Май, 2019 , Опубликовано: 16 Май, 2019
Anar |

Salam Aleykum. Esitdiyime gore Ramazan ayinda seytanlar zincire vurulur bu beledir? Eger beledirse insanlar niye gunah edir spirtli icki icir ve s gunahlar edir? Evvelceden tesekkurler!

Ответ / Cavab

Aleykumusalam.

Bəli, bu belədir. Şeytan zəncirə vurulub, bizim nəfsimiz zəncirlənməyib.

Allah sizə yar olsun

Задан: 16 Май, 2019 , Опубликовано: 16 Май, 2019
...... |

Salam. 1. Fikir verdim ki, burnumdan qan gelir, dush ile burunun icini yudum, sonra salfet ile sildim, gordum ki, rozovu qan cixir az, burnumun icini qurutdum amma yegin ki, pak deyil ici, bele oruc tutmaq olar? Yeni pak olmayan burun ile oruc tutmaq olar? Sadece quru qan qalarsa. 2. Gun erzinde herden belgem gelir, men onu agiza getirmeden, bogazdan ashagi uduram. Bes oruc olanda eger belgem gelerse ve men burnumnan onu cekib udsam nece bilim qan ile birge idi ya yox? Belke burundaki yara tezeden acilar belgemi cekende. Bunu nece bilmek olar ve ne etmek lazimdir? Belgem gelende ozumu yormuram sadece agiza getirmeden uduram. Narahatam buna gore.cox sagolun

Ответ / Cavab

Aleykumusalam.

1.Bəli, bunun oruca təsiri yoxdur.

2.Bir başa udularsa oruc batil olmaz. Qanlı olması barədə bir dəfə axtarış aparın, yəni çölə atın, qanlı deyilsə, daha  bilin ki, qan yoxdur və fikir verməyin.

Allah sizə yar olsun

Задан: 16 Май, 2019 , Опубликовано: 16 Май, 2019
Rovshen |

SALAM 1) DİŞİ GÜN ƏRZİNDƏ DİŞİ QANIYAN ORUC TUTA BİLƏRMİ 2)ORUC OLA OLA DİŞ DÜZƏLTDİRMƏK OLARMI 3) DAMAĞA İYNƏ VURULUR ...HƏMİN DAMAĞA VURULAN DƏRMAN ORUCU POZARMI

Ответ / Cavab

Aleykumusalam.

Bəli, oruc tutacaq amma diqqətli olub qanı udmamalıdır.

Əgər içəri  bir şeyin getməyəcəyindən əmindirsə, olar.

Xeyr bu dərman orucu pozmaz, lakin ağızın içinə  dərman tökülərsə, bayira atılmaldır.

Allah sizə yar olsun

Задан: 16 Май, 2019 , Опубликовано: 15 Май, 2019
Murad |

Salam.Məktəbli uşaq oruc tutub bir neçə gün sonra tutmayıbsa gunahdır? Artıq tuta bilməyib.Yaşı 16

Ответ / Cavab

Aleykumusalam.

O yaşda uşağa oruc vacibdir. Əgər zəifdirsə və tutmaqdan acizdirsə, üzrlü sayılar, lakin qəzaları boynunda qalacaq.

Allah sizə yar olsun

Задан: 16 Май, 2019 , Опубликовано: 15 Май, 2019
Salam |

1 həftə oruc tutub sonra baş fırlanma və halsızdaşma səbəbilə oruc tutmamaq gunahdır?

Ответ / Cavab

Aleykumusalam.

Ramazan orucu sona qədər tutulmalıdır. İstisna hallar var. Bu ağır xəstələr və əldən düşmüş qocalar, oruc olmaqla ağır vəziyyətə düşə biləcək şəxslərdir. Əgər həqiqətən dözülməz hal baş verirsə, istisna sayılar.

Allah sizə yar olsun

Задан: 16 Май, 2019 , Опубликовано: 15 Май, 2019
Hicran |

Oruc tutmayan insan ramazan bayramında bayramı qeyd edə bilər?

Ответ / Cavab

Aleykumusalam.

Bəli, bayram əhval ruhiyyəsində  yaşaya bilər. Bayram kimi həmin günü də qeyd edə bilər. Amma mutləq şəkildə bilməliyik ki, Ramazan bayramı maddi bayram deyil. Oruc tutub, yalvarıb bağışlanma diləyənlərin günah yükündən xilas olma bayramıdır.

Allah sizə yar olsun

Задан: 16 Май, 2019 , Опубликовано: 15 Май, 2019
RənA |

Salam.. Zehmet olmasa bu duanın tercümesini yazardızda......,Bismillahir rahmanir rahim,Raabbi Lä tazarna farzan,va anta xasrul varisin.. çox sağolun

Ответ / Cavab

Aleykumusalam.

Rəbbim məni tək qoyma və sən varislərin ən yaxşısısan

Allah sizə yar olsun

Задан: 16 Май, 2019 , Опубликовано: 15 Май, 2019
İbrahim |

Salam Aleykum. Ramazan ayında imamlarımızın hansının vefatı var ve ayın neçesindedir

Ответ / Cavab

Aleykumusalam.

Ramazanın 21 i İmam Əlinin ürəkyandırıcı şəhadəti günüdür.

Allah sizə yar olsun

Задан: 16 Май, 2019 , Опубликовано: 15 Май, 2019
bende |

Salam Haci.1)destemazli olsan imsaki ya iftari yeyib sonra namaz qilmaq olarmi yoxsa yemekden sonra daha yaxwi olar ki yeniden destemaz alasan?2)men subhe kimi oyaq qalib imsaki ve subh namazi qilib yatiram ve saat 12-1de dururam bele icazedimi?Allah razi olsun

Ответ / Cavab

Aleykumusalam.

1.Dəstəmaz pozulmayıbsa bəli, qıla bilərsiz.

Bunun heç bir eybi yoxdur.

Allah sizə yar olsun

Задан: 15 Май, 2019 , Опубликовано: 15 Май, 2019
Anar |

Salam Aleykum. Deyilene gore oruc olarken sefere gedersek oruc acilmalidir bu beledir? beledirse ne qeder mesafe qet etdikden sonra orucumuzu acmaliyig? ve birde deyirler gunortadan sonra sefere cixarsaq oruca davam edilmelidir bu beledir? Evvelceden tesekkurler!

Ответ / Cavab

Aleykumusalam.

Əgər insan gediş gəlişi azı 41 ya 45 km olan yerə səfər edərsə, namazları qəsr olacaq, orucu da pozular.

Zöhr azanından sonra səfərə çıxılarsa, həmin günün orucu sona qədər tutulmalıdır.

Allah sizə yar olsun

Задан: 15 Май, 2019 , Опубликовано: 15 Май, 2019
Anar |

Salam Aleykum. 1. Hansi (kitablarin) hedisler sehih sayilir, ve hedislerin sehih olmaginin sebebi nedir yeni hedislerin sehih olmagini nece bilirsiniz? 2. (Sallallahu aleyhi ve sellem) (Sallallahu aleyhi ve alihi ve sellem) bu sozlerin menasi nedir? ve bu sozlerden hansi duzgundur ve duzgun olmayan sozun duzgun olmamasinin sebebi nedir? niye duzgun deyil? 3. Yararsiz (atilasi) halda olan dini kagizlari ne etmeliyik? Evvelceden tesekkurler!

Ответ / Cavab

Aleykumusalam.

1.Səhih hədisər o hədislərdir ki, onlar həqiqətən də Peyğəmbər ya məsum imamdan deyilməsi isbat oluna. Hədisin səhihliyini yoxlama yolları var. Hədisin deyilişi, bəyanı, sənəd silsiləsi yoxlanılır bununla səhih olub olmaması meydana çıxır.

Allahın səlamı və salavatı ona olsun. Allahın salamı və salavatı Ona və ailəsinin üzərinə olsun. İkincisi kamil, birincisi naqisdir. Peyğəmbərimizə salavat zikr edərkən gərək ailəsi də qeyd edilsin.

Bir yerdə basdırın çürüsün.

Allah sizə yar olsun

Задан: 15 Май, 2019 , Опубликовано: 15 Май, 2019
Anonim |

salam her vaxtiniz xeir bele bir zikr var ya hafiz ya nafiz teshekurrler

Ответ / Cavab

Aleykumusalam.

Bəli belə  zikr etmək olar.

Allah sizə yar olsun

Задан: 15 Май, 2019 , Опубликовано: 15 Май, 2019
Esmer |

Salam aleylum. Banka emanet pul qoymaq isteyirik. Ustune elave pul gelerse o pulu nece istofade etmek lazimdir? Umumiyyetle banka emanet qoymaq olarmi nezere alsaq ki ondan kredit vermekde istifade ede bilerler. Sag olun.

Ответ / Cavab

Aleykumusalam.

Əgər pulu vəaitin qorunması məqsədi ilə qeyri musəlman bankına qoysaz o zaman üzərinə gələn cüzi əlavəyə sahib olmaq olar. Amma əlavə qazanc məqsədi olara, bu icazəli sayılmaz.

Allah sizə yar olsun

Задан: 15 Май, 2019 , Опубликовано: 15 Май, 2019
456 |

Salam üzür istəyirəm yuxudaykən şəhvətli halda oyandım amma heçnə xaric olmamışdı qüsl vacib olubmu? Allah razı olsun

Ответ / Cavab

Aleykumusalam.

Əgər məni xaric olmayıbsa qüsl vacib olmur.

Allah sizə yar olsun

Задан: 15 Май, 2019 , Опубликовано: 15 Май, 2019
Bismillah |

Hacı ıftar vaxdıda imsak vaxdıda işde oluram işim ağırdı axşam 8 den seher 8e nece edim oruc meselesini ? Tutmamağ icazelidirmi?

Ответ / Cavab

Aleykumusalam.

Tutmamaq o zaman icazəlidir ki, oruc tutmaq insanı həyati təhlükə ilə üz üzə qoyar yaxud çox ağır bir hala salar.

Oruc olmaq imkan olduqu  halda orucu pozmaq olmaz.

Allah sizə yar olsun

Задан: 15 Май, 2019 , Опубликовано: 15 Май, 2019
Emin |

Salam men bilmek isteyirdimki meherremlik ne vaxt girir ve ne vaxt cixir

Ответ / Cavab

Aleykumusalam.

Sentyabrın əvvəli girəcək və 59 ya 60 gün çəkəcək.

Allah sizə yar olsun

Задан: 15 Май, 2019 , Опубликовано: 15 Май, 2019
Leyla |

Salam aleykum, eger palciq napak olarsa onu yumaqla pak etmek olar? Elimde napak palciq var idi, elimi yudum, ele bildim palciq yoxdu, silenden sonra gordumki palciq qalib

Ответ / Cavab

Aleykumusalam.

Palçıq özü yuyulmaqla yox olub suya qatışır.  Əldə yuyulandan sonra nəcis bir şey qalırsa gərək o da yuyulsun.

Allah sizə yar olsun

Задан: 15 Май, 2019 , Опубликовано: 15 Май, 2019
Aysel |

salam uzr istirem sualima gore.kecen defe de soruwdum sualima tam cavab alammadim.evli insanin yoldawini qucaglamasi opmesi ve s hereketleri de cenabet qusluna sebeb olur?yoxsa yalniz yaxinliq olsa qusl geler? 2)birdeki xanimlarda deyirsiz meni gelerse qusl duwur..onu nece ayird edek cox insan kimi men de ayird ede bilmirem.meselen sadece semimi sohbet zamani yaxud neyese baxarken de qusl gele biler boynumuza?

Ответ / Cavab

Aleykumusalam.

Xeyr bunların heç biri və mazaqlaşıamaları qüslə səbəb olmaz. Ancaq cinsi rabitəyə daxil olsalar qüsl vacib olar və ya mazaqlaşarkən cinsi sonunclanma olduqda qüsl vacib olar.

Məni şəhvətlə xaric olar , özündən sonra bədəndə süstlük yaradar.

Allah sizə yar olsun

Задан: 15 Май, 2019 , Опубликовано: 15 Май, 2019
Babacan |

Salam əleykum hacı.namaz qılanda səcdədə subhanallah 3defe.ve ya subhanə rebiel əla ve bihemdih .. hər ikisini demək olarmı?ya birin.hetta namazda səcdədə rükudan salavat demək olarmı?

Ответ / Cavab

Aleykumusalam.

Bəli, ikisini də deyə bilərsiz. Ardıyca salavat da zikr edə bilrəsiz.

Allah sizə yar olsun

Задан: 15 Май, 2019 , Опубликовано: 15 Май, 2019
Страница 143 из 5746 << < 139 140 141 142 143 144 145 146 147 > >>
© 2026 При использовании материалов, ссылка на сайт www.iSLAM.az обязательна!
Copyright 2002-2016, Центр Религиозных Исследований, All Rights Reserved.
Вопросы и пожелания: [email protected]
  SpyLOG Сайт сделал: 313wb.com