Salam men orucam. Birşeyi bilmek isteryirdimki oruc olarken diş fırçalamaq olar ? Anam deir olmaz diş pastasının dadı gedir ağzında hiss olunur ama internetde yazılıb olar esas odu boğaza gedməsin su filan
Ответ / Cavab
Aleykumusalam.
Əgər boğazdan aşağı bir şey getməzyəcəyinə əminsinizsə, yuya bilərsiz, amma bitirdikdən sonra 3 dəfə ağızda olan yaşlığı cəmləyib çölə atmaq lazımdır.
Allah sizə yar olsun
Задан: 15 Май, 2019 , Опубликовано: 15 Май, 2019
Yadıgar |
Salam Hacı.Ramazan ayında günorta yemek yeyen birine "nuş olsun" demek olar?
Ответ / Cavab
Aleykumusalam.
Xeyr, olmaz. O adam oruc tutmaqdan üzürlü deyilsə cinayət edir.
Allah sizə yar olsun
Задан: 15 Май, 2019 , Опубликовано: 15 Май, 2019
Sevinc |
Salam Haci.Namaz ucun qusul alanda,dodaglar su olur ve ister -istemez agiza su gedir.Destemazi bitirdikden sonra bilmirem uzr istiyirem tupurdum ya yox.Namazi qilarken xatirladim goresen men tupurdum,xatirlamadim hec bir sey.Bu halda menim orucum batil olmuyub ki? Tesekkurler
Ответ / Cavab
Aleykumusalam.
Ağıza su getməməsi üçün ağız açılmamalıdır. Dodaqlar açılmasa ağıza su getməz.
Əgər su gedərsə gərək həmin yaşlıq bayıra atıla, udularsa oruc pozulacaq.
Əgər udub udmamağı bilmirsizsə, o zaman elə udmamışam deyin, oruca davam edin
Allah sizə yar olsun
Задан: 15 Май, 2019 , Опубликовано: 15 Май, 2019
... |
Salam. Yazılır ki məs: qədr gecələrində Məşhəd ziyarəti var bilmək istərdim bəs səfər edəndə oruc olmaq olmaz axı necə ziyarət etmək olar bu zaman?
Ответ / Cavab
Aleykumusalam.
Məşhəd ziyarəti mustəhəbbdir, Ramazan orucu vacibdir. Vacibi mustəhəbbə görə pozmaq olmaz. hətta bir gününü belə.
Allah sizə yar olsun
Задан: 15 Май, 2019 , Опубликовано: 15 Май, 2019
........#*** |
Salam Haci.Haci yola cixarken oruc tutmaq olar?haci bes burda mesafenin ne qeder olmasi onemlidir yəni Neçəsə kilometr yol gedersek olar,amma ondan cox olarsa olmaz bele bir qayda var?
Ответ / Cavab
Aleykumusalam.
Gediş gəlişi azı 42 ya 45 km dən artıq olan yerə səfər edilərsə namazlar qəsr olacaq. Namaz qəsr olan yerdə oruc da tutulmaz.
Allah sizə yar olsun
Задан: 15 Май, 2019 , Опубликовано: 15 Май, 2019
Firuze 35 |
Salam ad ile baglidi sualim Arife adinin menasi dini sehifelerde oxumusam ki, menasi quraqliq demekdir,bezi yerde yazilib ki melumat medeniyyet sahibi olan qadin demekdi Xamenei aga
Ответ / Cavab
Aleykumusalam.
Bu suala cavab vermişdik. Çox xahiş edirik eyni sualı təkrar göndərməyin.
Arif sözünün qadın cinsində olan şəklidir.
Allah sizə yar olsun
Задан: 15 Май, 2019 , Опубликовано: 15 Май, 2019
Ramaxan |
Halal olmayan kolbasa yemək sübh vaxtı onda oruc batildir?
Ответ / Cavab
Aleykumusalam.
Halal olmayan niyə yeyilməlidir axı?
Zahirən batil deyil deyil, amma bu orucun ruhaniyyəti olmaz.
Allah sizə yar olsun
Задан: 15 Май, 2019 , Опубликовано: 15 Май, 2019
elya |
Salam Aleykum.bugun oruc tutanda bilmedim necede bagladim saata baxmışdım 45 deq yadıma sala bilmirəmki corəyi yeyib qurtarandan sonra baxmışam yoxsa disimi fircalıyandan sonra.Ureyimde narahatciliq qalıb bilmirəm nə edim.bidə dermanı səhv atdıqda qan gəlirsə və o qan daxilde qalıb colə cixmırsa oruc duzdurmu.Allah razı olsun.
Ответ / Cavab
Aleykumusalam.
Əgər dəqiq bilmirsizsə, oruc düzdür.
Bayıra çıxmırsa, bir məsələsi yoxdur. Namazlar üçün yuyunub dəstəmaz alıb namazları qılın.
Allah sizə yar olsun
Задан: 15 Май, 2019 , Опубликовано: 15 Май, 2019
Yoqa |
Salam Aleykum. Yoqa ile məşğul olmaq islama zidd olarmi?
Ответ / Cavab
Aleykumusalam.
Bir idman kimi məşğul olmaq olar, lakin lazımsız və küfrə aparan olan fəlsəfəsi ilə məşğul olunmamalıdır.
Allah sizə yar olsun
Задан: 15 Май, 2019 , Опубликовано: 15 Май, 2019
bende |
salam,indiden cavaba göre coxsagolun,suala göre cox üzr istiyrem ama basqa elacım yoxdu,kitabda internetde yazılanı basa dusmurem,men heyzin 8ci gününde qüsul verdim,9cu günü imsak ucun durub yuyunanda talet kagızınan qurulananda kagızda cox cox acıg qehveyi nese görsendi,indi menim orucum batildi boynuma qüsul düsür?xahis edirem basa duseceyim asan cavab yazınki men arada qalmıyım
Ответ / Cavab
Aleykumusalam.
Gərək həmin haldan sonra ya qüsl təzələyəydiz, ya da vaxt yoxidisə. təyəmmüm ediləydi.
Sübhdən sonra olubsa, oruc batildir.
Allah sizə yar olsun
Задан: 15 Май, 2019 , Опубликовано: 15 Май, 2019
Fereh |
Salam yetim uşaqla ata anası ayrılmış uşaq eyni derecedir?meselen yetim bir uşağa sığal çekmek savabdır bu kimi yeni ata anası ayrılan uşaq üçün de var?
Ответ / Cavab
Aleykumusalam.
Xeyr, eyni dərəcə deyil, ayrı düşməklə itirmək fərqlidir.
Allah sizə yar olsun
Задан: 15 Май, 2019 , Опубликовано: 15 Май, 2019
Salam |
Onda qusul alarken hem cenabet hem de heyz olaraq niyyet edib Lmaliyam?
Ответ / Cavab
Aleykumusalam.
Əgər boynunuzda hər ikisi varsa ikisini də niyyət edib bir qüsl alın.
Allah sizə yar olsun
Задан: 15 Май, 2019 , Опубликовано: 15 Май, 2019
Salam |
Vacib boynunuzda olan qusul dedikde ? Yeni bilmeyerekden olunsa duzgundu? Yeni bunnan sonra men o qusulu alacam bugune kimi bilmirdim duzgun hesab olunur? Bide eyni anda heyz cenabet qusulu dushse onda nece alinir qusul?
Ответ / Cavab
Aleykumusalam.
Yəni insan bilir ki, boynunda vacib qüsl var, o niyyətlə qüsl edir.
vacib qüsllərin İkisindən birini niyyət edib vermək ikisini də pozar.
Allah sizə yar olsun
Задан: 14 Май, 2019 , Опубликовано: 14 Май, 2019
Salam |
Cox cox uze isteyirem bele suallarnan bakirelik yalniz cinai elaqeynen olculur? Yeni yaxud bakireliyin pozulmasi dedikde ne nezerde tutulur?
Ответ / Cavab
Aleykumusalam.
Bəli, bakirəlik əsasən qızın bəkarət pərdəsinin pozulması ilə aradan gedər.
Allah sizə yar olsun
Задан: 14 Май, 2019 , Опубликовано: 14 Май, 2019
... |
1)Düzgün istixarə etmək üçün hansı elmi bilmək lazımdır?2) Yumurtada qan olduğda yazılıb ki ondan çəkinmək müstəhəb ehtiyatır. Əgər qanı götürsək yenədə çəkinmək yaxşıdır?
Ответ / Cavab
Aleykumusalam.
İstixarənin qaydasını bilmək və bir qədər yoza biləcək elmə malik olmaq kifayətdir. Əlavə lazım olan məsələ isə istixarə edənin nəfsi saflığıdır.
Xeyr, qan götürülərsə, yerdə qalan pak olar.
Allah sizə yar olsun
Задан: 14 Май, 2019 , Опубликовано: 14 Май, 2019
Salam |
Birde uzr isteyirem bu gune kimi men de meni gelende yeni şəhvətsiz və ya yuxuda mən boynuma cenabet qusulu dushduyunu bilmirdim hemishe heyz deye qusul alirdim onda bugun kimi etdiyim ibadetler duzgun deyil? Yeni oruc tutmusham bugune kimi ama bilmirdim cenabet qusulu alacagimi? Bugune kimi elediklerim qezadi? Yeni bu il yox kecen il onnan evvelki iller?
Ответ / Cavab
Aleykumusalam.
Vacib boynunuzda olan qüslü etmisizsə, hamısı düzdür.
Allah sizə yar olsun
Задан: 14 Май, 2019 , Опубликовано: 14 Май, 2019
Salam |
Bir de uzr isteyirem sualima gore cinsi elaqe olmadan da meni gelir? Bu halda hansi qusul alinir?
Ответ / Cavab
Aleykumusalam.
Bəli, yatmış halda ola bilir ki, məni xaric olsun. İstənilən şəkildə məni xaric oalrsa cənabət qüslü vacib olar.
Allah sizə yar olsun
Задан: 14 Май, 2019 , Опубликовано: 14 Май, 2019
Salam |
Salam bele bir fikir var ki Allah oz istediyi bendelerine qismet edir namaz qilmagi oruc tutmagi men 1 hefte tutdum uzr isteyirem adet hali mende 25-26 bashlamali idi ama bugunnen cox az gelmeye bashladi tam heyz deyil ama bu menim oruc tutmagima mane oldu yeni evvelki dediyim fikirnen elaqesi var? Yeni oruc tutmagima mane olsun ?
Ответ / Cavab
Aleykumusalam.
Xeyr, əvvəldə qeyd etdiyinizin sizin bu halınızla əlaqəsi yoxdur.
Allah sizə yar olsun
Задан: 14 Май, 2019 , Опубликовано: 14 Май, 2019
Tebriz |
Salam hacı üzr isdiyirem suala göre menden her gün meni gelir heç bir hal olmur sustlukde olmur durduq yerde gelir her günde Çimib qusul vermek olmur axi indi men qusul vermeden namaz qilmaq olmaz? sağolun
Ответ / Cavab
Aleykumusalam.
Əgər xəstə deyilsizsə, onda mənini ayırd edə bilmirsiz. Yəni gələn məni deyil. Məninin sifəti budur ki, şəhvətlə xaric olar, sıçrayışlı olar və gəldikdən sonra bədəndə süstlük yaradar. Sizdən gələn ayrı mayedir. Risalə kitablarından birindən ayaqyolunun hökmlərini oxuyun, orada sizə lazım olan məlumatlar var.
Allah sizə yar olsun
Задан: 14 Май, 2019 , Опубликовано: 14 Май, 2019
Baba |
salam.bir işdə qərar verə bilmədikdə hansısa imama (mollaya) quran oxutdurub ixtisare etdirmək olarmı? gunahmi?