Salam Aleykum. Dini inancına gore ( islam təriqətləri arasinda) secim arasında qalan biri ixtisare ede biler ki hansi teriqeti secsin?
Ответ / Cavab
Aleykumusalam.
Xeyr, bu istixarə ilə olmaz. Haqq olanını dəlillərlə yəqin edib ona tabe olacaq.
Allah sizə yar olsun
Задан: 14 Май, 2019 , Опубликовано: 14 Май, 2019
Baba |
salam.birqizi qarşılıqlı sevirəm valideynləri narazıdır.her namazda Allahda istəyirəm.birgun duamda Allaha tapşırdım onunla kebinmizi nigahmizi və yuxuda kəbin nigah gördüm.bu duama cavabdır yoxsa necə? istədiyim şey günahdır??
Ответ / Cavab
Aleykumusalam.
Yuxulara fikir verməyin. Yuxular sizin fikirlərinizin məhsuludur. Valideynlərinizi gondərin qızı qayda qanunla istəsinlər.
Allah sizə yar olsun
Задан: 14 Май, 2019 , Опубликовано: 14 Май, 2019
Solmaz |
Salam.Qadinlarda ginekoloji xestelikle elaqedar qoyulan tampon orucu pozarmi?
Ответ / Cavab
Aleykumusalam.
Xeyr, bu onların orucların pozmur.
Allah sizə yar olsun
Задан: 14 Май, 2019 , Опубликовано: 14 Май, 2019
Allah bendesi |
Salam... Bilmek isteyirem, hansi namazlarini sessiz hansi namazlari ise sesli qilmaq lazimdi?
Ответ / Cavab
Aleykumusalam.
Kişilərə vacibdir ki, subh, şam və xiftən namazlarının il iki rukətinin qiraətlərini səsli desin, Qalan rukətlər və qalan namazlarin qiraətləri isə səssiz qılınmalıdır.
Qadınlar yaxşı olar ki, butun namazlarını səssiz qılsınlar.
Allah sizə yar olsun
Задан: 14 Май, 2019 , Опубликовано: 14 Май, 2019
Ramil |
Salam. 1. Axsham iftardan sonra yedim-içdim yatdim. Bu gun seher saat 4:20 oyandim. Açdim saytinizi (hemmishe namaz ve iftar-imsak vaxtlarina sizin saytta baxiram) ve yuxulu oldugumdan fecr vaxti ile gün chixan vaxti sehf saldim, hele bildim vaxt hele var imsaka (amma artiq bitmishdi vaxt) su ve yungul yemek yedim. Vaxt kechdiyi uchun orucum pozulmush sayilirmi? 2. Bu gun analize gedecemse (kishi üçün mazok analizi) o zaman oruc pozulurmu yoxsa yox?
Ответ / Cavab
Aleykumussalam
Axşama kimi oruc qalacaqsınız sonra isə bu günü qəza edəcəksiniz. Oruc pozsaz kəffarə gələr.
Oruc pozan iş gorulərsə əlbəttə pozulacaq. Mümkündürsə Ramazandan sonraya saxlayın.
Allah sizə yar olsun
Задан: 14 Май, 2019 , Опубликовано: 14 Май, 2019
Salam |
Allah her kesin orucunu qebul etsin.1) 33 yashim var 17 ildi Ramazan ayinda oruc tuturam heyz oluram deye cemi 25 gun tuta bilirem illerdi o 5-6 gunlerin orucunu evezini tutmaq isteyirem bilmek isterdim 30 gun ara vermeden tutmaliyam yoxsa ara vermek olar? 2) son 3 gundu yuxuda qoruremki orucumu bilerekden pozuram sonra butun gun onun tesirinde qaliram 3) biliremki imsak iftarinda her gunun oz duasi var mèn ise oz qelbimden qelen Allaha duami edirem bele olar yoxsa her gunun duasi mutleqdi?
Ответ / Cavab
Aleykumussalam
Onları ara verərək də qəzasin tuta bilərsiniz. Ardıcıl ancaq Ramazanin orucu yaxud kəffarə orucudur.
Şeytanın vəsvəsələridir. Fikir verməyin.
Bəli istədiyiniz duanı oxuya bilərsiniz.
Allah sizə yar olsun
Задан: 14 Май, 2019 , Опубликовано: 14 Май, 2019
Zehra Huseyni |
Salam aleykum. Heci bir şexs aşağı tezyiqden eziyyet çekirse oruc tutmaması üzürlüdür? İftardan sonra tezyiq qaldıran her bir nemetden istifade etsede yene düzelmir. Qeyd edim ki bir neçe ildi bu xestelikden eziyyet çekir. Öten ile qeder qezasız tutub oruçlarını. Bu il ise sehheti pisleşir. Allah razı olsun!
Ответ / Cavab
Aleykumussalam
Əgər oruc olmaq ciddi təhlükə yaradır və ya xəstəliyi aqirlasdirir yaxud sağalması yubadib çətin vəziyyətə salarsa üzrlü sayılar.
Allah sizə yar olsun
Задан: 14 Май, 2019 , Опубликовано: 14 Май, 2019
Aysel |
salam..1)evli insana yalniz yoldasiyla yaxinliq etdikde cenabet quslu gelir?yeni onun xaricinde ne etseler de qusl gelmir? 2)men qusl tokende sadece bawimi sag ve sol ciyin suyun altda tuturam elimle yumuram bedeni bele duzgundu?
Ответ / Cavab
Aleykumussalam
Ümumiyyətlə yaxinliq olduqda gələr.
Əl ilə yumaq şərt deyil. Yuyulması lazım olan yerlərdən su keçərsə kifayət edir.
Allah sizə yar olsun
Задан: 14 Май, 2019 , Опубликовано: 14 Май, 2019
Nərmin |
Salam.Meslehetinize ehtiyacım var.Cox sevdiyim yaxinim artıq 3-cu övladını itirir.İman ehlidir özü hicablidir elhemdulillah.onu nece təsəlli ede bilerem.Yegane tesellisi Allahdı.Amma yenə de ureyini az da olsa rahatlatmaq üçün nə edə bilerem?indidən Allah razı olsun
Ответ / Cavab
Aleykumussalam.
Böyük bir dərddir. Allah özü ona səbr versin.
Hədislərdə buyurulur ki məsum ölən uşaqlar cənnət əhli olacaq. Onlara gedib cənnətə daxil olun dedikdə getməyəcək və valideynlərinin də onlar ilə gəlməsini istəyərlər. Allah da onlara xatir valideynləri baqislayib cənnətə daxil edər.
Allah sizə yar olsun
Задан: 14 Май, 2019 , Опубликовано: 14 Май, 2019
Salam |
Bide istihaze qusulu ne zaman alinir?
Ответ / Cavab
Aleykumusalam.
İstihazə qüslü çox istihazdə alınır. Əgər gələn qan nə yara qanı, nə heyz nə də nifas deyilsə, istihazə sayılar.
Allah sizə yar olsun
Задан: 14 Май, 2019 , Опубликовано: 14 Май, 2019
Salam |
Salam sualima gore uzr isteyirem tam heyz olmamisham aciq qehveyi gelir az gelir bele halda oruc tutmaliyam?
Ответ / Cavab
Aleykumusalam.
Heyzin başlanğıcıdırsa, xeyr, artıq oruc tuta bilməzsiz.
Allah sizə yar olsun
Задан: 14 Май, 2019 , Опубликовано: 14 Май, 2019
...... |
1.Shekk meni bogub ve men tezeden girib tez ancaq sol teref belimi yuyub emin oldum ki, qusl duzdu. Yeni niyyet etdim ki, emin olmaq ucun sol teref belimi yuyuram ki, quslu bitirim. Duzdu bele? 2. Sol terefi yuyanda guzgude baxdim butun bel yash idi. Sag terefe de su deyib. Amma niyyet solun bir hissesini yuyub cixmaq idi. Eyb var ki, sag da yash olub ve butub bel su icinde idi? Cox sagolun
Ответ / Cavab
Aleykumusalam.
Bəli, düzdür.
Bunun eybi yoxdur və bu qədər şəkk etməyin. Bu ziyanlı şeydir.
Allah sizə yar olsun
Задан: 14 Май, 2019 , Опубликовано: 14 Май, 2019
...... |
1.Shekk meni bogub ve men tezeden girib tez ancaq sol teref belimi yuyub emin oldum ki, qusl duzdu. Yeni niyyet etdim ki, emin olmaq ucun sol teref belimi yuyuram ki, quslu bitirim. Duzdu bele? 2. Sol terefi yuyanda guzgude baxdim butun bel yash idi. Sag terefe de su deyib. Amma niyyet solun bir hissesini yuyub cixmaq idi. Eyb var ki, sag da yash olub ve butub bel su icinde idi? Cox sagolun
Ответ / Cavab
Aleykumusalam.
Bəli, düzdür.
Bunun eybi yoxdur və bu qədər şəkk etməyin. Bu ziyanlı şeydir.
Allah sizə yar olsun
Задан: 14 Май, 2019 , Опубликовано: 14 Май, 2019
...... |
Salam. Qusl alib cixandan sonra shekk gelerse beli yaxshi yuyulub ya yox, sonra ozunden bu shekki uzaqlashdirib redd etse, fikirleshib qerara gelse ki, dush beli yaxshi yuyub, qusl duz sayilar?
Ответ / Cavab
Aleykumusalam.
Əgər yəqin ələ gələrsə, ona əsaslanacaq.
Allah sizə yar olsun
Задан: 14 Май, 2019 , Опубликовано: 14 Май, 2019
Anar |
Salam Aleykum. 1. (Euzu billahi mines seytanir racim) sozu nece yazilib deyilir? men yazdigim sekilde yazilib deyilir? ve bu soz ne ucundur? duadir? ve ne zaman istifade olunur? menasi nedir? 2. 7 gun qeza orucum var kecen ilden qalib bu qezalari istediyim vaxt tuta bilerem yoxsa bu ramazan ayindan sonra mutleq tutmaliyam? ve birde 7 gun qeza etdiyim ucun feqir bir insana nece komek ede bilerem pul vermekle? eger beledirse ne qeder miqdarda komeklik etmeliyem? 3. (Kerbelaya getmek peygemberin (Allahin ona ve ailesine salavati ve salami olsun) etmediyi, dine sonradan getirilen yenilik (bidet) oldugu, hemcinin orada sirk emeller edildiyi ucun (qebirde yatan olunu cagiraraq dua etmek, qebri tevaf etmek ve s) haramdir.) Bu ne derecede duzgundur? Evvelceden tesekkurler!
Ответ / Cavab
Aleykumusalam.
Düz yazılıb elə həmin qaydada deyilir. Mənası qovulmuş seytandan Allaha pənah aparıram.
Bu Ramazana kimi tutmalıyıdz. Tutmadığınızdan üzərinə idyə gəlib ki, 750 qram əlavə olaraq təam şəklində fəqirə verəcəksiz. Onları imkan yaranan kimi tutun.
Bu vəhhabilərin əqidəsidir və onlardan başqa bütün islam ümməti, sünni və şiə bunu düzgün bilir.
Allah sizə yar olsun
Задан: 14 Май, 2019 , Опубликовано: 14 Май, 2019
Sevinc |
Salam. Rusiyanın İjevsk şəhəri üçün namaz vaxtını haradan tapa bilərəm? Vremena namazov proqramını tapa bilmədim ayrı haradan öyrənə bilərəm? Allah razı olsun
Ответ / Cavab
Aleykumusalam.
Vremena namazov playmarketdədir. Telefonunuz ayfondursa, olmayacaq. Başqa telefonlara yuklənir.
Çəhrayı şekildədir içində iki minarə şəkli.
assalat-info saytından da götürə bilərsiz. http://as-salat.info
orada şəhərinizi və məzhəbinizi lazım olan qrafalarda qeyd edin və cədvəl gələcək. Əlbətdə ehtiyata da əməl edib bir neçə dəqiqə keçirin və sübhdə bir neçə dəqiqə əvvəl yeməyi dayandırın.
Allah sizə yar olsun
Задан: 14 Май, 2019 , Опубликовано: 14 Май, 2019
... |
1.Başlarına Quran oxuyanda qarilər niyə qırmızı papaq qoyur? 2.Yeməyin buxararının oruca təsiri varmı?
Ответ / Cavab
Aleykumusalam.
Bu Misir məktəbinin qareləridir ki, qədimdən oranın bir növ dəbinə çevrilib.
Qalın buxar udularsa orucu pozar.
Allah sizə yar olsun
Задан: 14 Май, 2019 , Опубликовано: 13 Май, 2019
Rovshen |
mən zərurət olmadan kredit götürdüm ticarətə başlayacam.Aparım qaytarım yoxsa işimi görüm.Başqa gəlir yerim var günə 7 azn
Ответ / Cavab
Aleykumusalam.
Zərurət odur ki, insanın buna ehtiyacı var və başqa yerdən əldə edə bilmir. Yəqin ki, sizdə bu hal olub.
Allah sizə yar olsun
Задан: 14 Май, 2019 , Опубликовано: 13 Май, 2019
NA RA |
Salam. Eger dirnagimda ele bir madde var ki o silinmir. dirnaq qaynagi deyilir. o hallda nece qusl almaq olar?
Ответ / Cavab
Aleykumusalam.
Əvvəla onu deyək ki, belə lazımsız işlərdən uzaq durmaq lazımdır ki, Yaradanla rabitəyə mne olurlar.
Səbirə niyyətti ilə qüsl edin və əlavə təyəmmüm də edin. Bu işin ustalarının da yanına gedib onu təmizlətdirin.
Allah sizə yar olsun
Задан: 14 Май, 2019 , Опубликовано: 13 Май, 2019
Rovshen |
Salam hacı bir ticarətə başlamaq üçün bankdan kredit götürmək olarmı