Haci, esitmishem iftar vaxti edilen dua cavabsiz qalmaz. Duani megrib azani verilenden sonra iftari acmamishdan evvel etmek lazimdi? Teshekkur edirem.
Ответ / Cavab
Aleykumussalam
Duanı azan vaxtı edin.
Allah sizə yar olsun
Задан: 6 Май, 2019 , Опубликовано: 6 Май, 2019
goher |
salam orucam ve lak gul falan iylerin iyleri gelir burnuma cunki yanimda lak vururlar o orucumu pozmurki?
Ответ / Cavab
Aleykumussalam
Xeyr bu orucu pozmaz
Allah sizə yar olsun
Задан: 6 Май, 2019 , Опубликовано: 6 Май, 2019
Arzu |
Salam Quranda yazilibki korpeye 2 yasina kimi ana sudu verilmelidi.menim 10 ayliq korpem var.uzr isteyirem yasimiz cox du deye 2 cini isteyirik.hamile olanda ana sudunden kesmeliyem ziyandi deye.onda men 10 ayliq korpemin haqqina girmis oluram? Onu sudden keserek?
Ответ / Cavab
Aleykumussalam
Quranda olan məsləhət tiplidir,əmr deyil.
Usaqiniza sud verin. Ziyanlı olması nəzərə gəlmir. Bunu labaratoriya şəraitində yoxlaya bilərsiniz. İstənilən halda təbii həyatınızı yaşayın. Süddən kəsmək lazım olduqda da kəsin.
Allah sizə yar olsun
Задан: 6 Май, 2019 , Опубликовано: 6 Май, 2019
...... |
Haci orucam bu gun. Bogazimda nese oynayir hiss edirem. Kecen illerde bele idi. Tupururem hecne yoxdu, duzdu seher nece defe tupurenden sonra bir defe fikir verdim ki, nese sari noqte kimi cixib, o da bilmirem ne idi, amma orucuma davam etdim. Her defe ele hiss edirem nese oynayir amma deqiqe bashi tupurmek de cixish yolu deyil. Bilirem ki, agiz boshluguna daxil olsa xaric olunmalidi, amma men basha dushmurem agzima gelir ya yox. Uduram ele bil gedir amma sonra yene qayidib oynayir. Ne edim? Oruc mene aci gelir bele olduguna gore, cox narahatam, amma gozel ve shirin kecmesini arzulayiram nece ildi. 2. basha dushmeden ele bilsem ki bogazimdadi amma agzimda olsa ve udulsa oruc pozular? Men sadece ayird ede bilmirem bu harda oynayir. Cox sagolun. Bagislayin narahat etdiyime gore
Ответ / Cavab
Aleykumussalam
Qeydedilən halda udqunmanin oruca təsiri yoxdur.
Bilməyərəkdən olarsa oruc pozulmaz.
Allah sizə yar olsun
Задан: 6 Май, 2019 , Опубликовано: 6 Май, 2019
...... |
Salam haci. Biri bele deyir biri basqa cur, men subhe yaxin niyyetimi deyisib Ramazan ayinin orucunu tutmaqa qerar verdim. Bizimkiler deyir ki, televizorda artiq deyibler 6sidi ona gore 6sindan baslayiriq Ramazana. Men indi niyyetimi deyisim ya yox? Cox sagolun
Ответ / Cavab
Aleykumussalam
Biz boynunuzda olan vəzifəni icra edib sizə cavab verdik . Əgər ayri cür rəftar etmək istəyirsizsə öz ixtiyarınızdadır.
Allah sizə yar olsun
Задан: 6 Май, 2019 , Опубликовано: 6 Май, 2019
Yadıgar |
Salam Hacı.bilmeyib bu gün Ramazan orucu tutanlar ne etmelidirler?niyyeti deyişmek olur?
Ответ / Cavab
Aleykumusalam.
Niyyətlərini qəzaya çevirsinlər.
Allah sizə yar olsun
Задан: 6 Май, 2019 , Опубликовано: 6 Май, 2019
Ya Zehra |
Salam aleykum. Yoldasim geceden xamenei aganin reyini bilenden sonra 7 mayda oruc tutacagini dedi. Ama bugun seher saat 8de sizin yazinizi ona deyende bugun oruc olacagini dedi. Orucu sehihdirmi?
Ответ / Cavab
Aleykumusalam.
Qəza niyyəti edibsə, və sübh azanından sonra orucu pozan bir iş görməyibsə düzdür.
Allah sizə yar olsun
Задан: 6 Май, 2019 , Опубликовано: 6 Май, 2019
sara |
salam menim dilimde stamatit var. qeyri ixtiyari olaraq udqunuram bu orucu pozmurki,
Ответ / Cavab
Aleykumusalam.
Xeyr bu orucu pozmur.
Allah sizə yar olsun
Задан: 6 Май, 2019 , Опубликовано: 6 Май, 2019
Cavid |
Salam icki icen adamin oric tuta biler tovbe etmiyib lakin orucda tutur olar bele
Ответ / Cavab
Aleykumusalam.
İnsan gərək ilk olaraq Yaradınından bağışlanma diləyə sonra onun əmrii icra edə.
Tovbə etməyibsə. orucu niyə tutub özünə əziyyət edir? Allahla davranışda belə sayğısızlıq olarmı? Bunun mənası odur ki, Allah nə etmişəm əcəb eləmişəm, orucu da tuturam ki, xətrinə dəyməsin. Belə olarmı?
Tovbə odur ki, bəndə Alahından etdiyi günahlara görə üzr istəuib bağışlanma diləyir. Bunu etsin və orucu tutsun.
Allah sizə yar olsun
Задан: 6 Май, 2019 , Опубликовано: 6 Май, 2019
....... |
Salam. Eger oruc oldugum halda yatib oyanandan sonra boynuma tebii halda qusl gelse,bu orucumu pozar mi? Eger pozmursa gun erzinde hansi vaxta qeder qusl almaliyam?
Ответ / Cavab
Aleykumusalam.
Xeyr, bu hal sübh azanından sonra olarsa oruc pozulmaz, amma gərək nmazlar üçün qüsl edilə.
Allah sizə yar olsun
Задан: 6 Май, 2019 , Опубликовано: 6 Май, 2019
Ramazan |
Salam. Görəsən elə bir bayramımız olacaqmı ki bütün dünya müsəlmanları eyni gündə etsin? Niyə axı bu qədər fərqli gün deyilir hər il? Və ya 50 fərqli saytda namaz vaxina baxırsan hamisinda fərqli zaman yazılır, niyə? Adam da bilmir nəyə kimə inansın. Xaricdə yaşayıram, mən as-salat.info saytina əsasən baxiram, amma ətrafımdakı bütün müsəlmanlar fərqli cədvəl işlədir. Özümü günahkar və həmin toplumdan ayrılmış hiss edirəm. Ne etməliyəm belə olan halda? Suallarım çox uzun olduğu üçün üzürlü sayin... Haqqınızı halal edin
Ответ / Cavab
Aleykumusalam.
Belə olması üçün onda gərək bütün musəlmanlar balaca bir yerdə cəmlənib yaşasınlar. Məsələn bizdə gündüz olanda Amerikada axşam olur. Buna da irad edək ki, niyə oranın və buranın musəlmanları hamı eyni günü ya eyni günün zamanın yaşamırlar? Yer kürəsi yumrudur və bu ayın çıxması ilədər. Hansı ölkələrdə ayın çıxması baş veribsə Ramazan biləcək, hansında baş verməyibsə, sabahı biləcək. Bu qədər sadə məsələdir. Bunun vəhdətə, birliyə heç bir aidatı yoxdur.
Özünüzü günahkar bilməyin. Hər kəs öz vəzifəsini dərk edərək ona əməl etməlidir və kimsə də kiməsə diqtə etməməlidir. Rahat olun və ibadətlərinizi yerinə yetirin.
Allah sizə yar olsun
Задан: 6 Май, 2019 , Опубликовано: 6 Май, 2019
Yemen |
Salam Aleykum. Sizə sualım var. Mənim qaynatam içki içir və yoldaşım da onun üçün içki alır. Mən bu haqda heç bir etiraz edə bilmirəm, amma özümü ağlamaqdan güclə saxlayıram. Hər kəs özünə cavabdehdir, amma bizim evimizə haram içkinin daxil olmasını istəmirəm. Allah xətrinə mənə bu vəziyyətdə məsləhət verin, nə edim ki həm içki içilməsin, həm də bu səbəbdən nəsə desəm evdə söz-söhbət düşməsin???
Ответ / Cavab
Aleykumusalam.
Şirin dillə , mehribancasına ilk olaraq yoldaşınıza bunun haram və ziyanlı olmasın başa salın. O da anladıqdan sonra həmin üslubla atasına başa salsın.
Allah sizə yar olsun
Задан: 6 Май, 2019 , Опубликовано: 6 Май, 2019
Zade |
Salam men seher namazdan sonra burnumun icine maz cekdim yara olduqu ucun.uzanib udqunanda hiss etdim ki boqazimdan aci bir wey kecdi.bir nece defe udqunanda artiq bildim ki maz eriyib boqazimdan kecib burnumun mazini sildim ve defelerle tupurdum bu halda orucum batil sayilir?????
Ответ / Cavab
Aleykumusalam.
Bilərəkdən olmayıbsa, oruc düz sayılar.
Allah sizə yar olsun
Задан: 6 Май, 2019 , Опубликовано: 6 Май, 2019
camal |
Salam Aleykum. Qafqaz Muselmanlar Idaresinin cedvelinde subh azani sizin teqdim etdiyiniz kimi saat 04:02 gosterilib. Amma imsaq vaxti 03:47. Meger Imsaqla subh azani eyni deyil? Azana qeder yemek olmaz? Tesekkur!
Ответ / Cavab
Aleykumusalam.
İmsaq elə sübh azanıdır. Qeyd edilən vaxt ehtiyat üçün qoyulub.
Allah sizə yar olsun
Задан: 6 Май, 2019 , Опубликовано: 6 Май, 2019
Salam |
Salam, Aleykum. Hidrellez nedir? Bu islama aiddir ya batil bir inancdır? Cavabinız üçün təşəkkür edirəm. Allah sizdən razı olsun, Amin!
Ответ / Cavab
Aleykumusalam.
Bu bizim islami günlərin içində yoxdur.
Allah sizə yar olsun
Задан: 6 Май, 2019 , Опубликовано: 6 Май, 2019
Feqani |
Salam aleyukum! Moskva seherinde yawayanlar ucun oruc vaxtlarini deye bilersiz?
Ответ / Cavab
Aleykumusalam.
Ahlibeyt ru saytına daxil olun, orada cədvəl olmalıdır.
Allah sizə yar olsun
Задан: 6 Май, 2019 , Опубликовано: 6 Май, 2019
aaaaaaaaaaaaaaa |
Salam. menim dirnaqimda shellac var yeni(taxma dirnaq)/ cixarmaq olmur.cetindi yeni cixsada kley qalir.olarin tam temizlennemesi ucun belkee 1 ay lazimdi. men ele qusl almiwam ve oruc tutacam. bu orucum duzgun olar?
Ответ / Cavab
Aleykumusalam.
Niyə belə lazımsız şeylər edirsiz ki, bu çətinliklərlə də üləşəsiz. Onu təmizləyin. Qüsldən əlavə təyəmmüm də edin.
Allah sizə yar olsun
Задан: 6 Май, 2019 , Опубликовано: 6 Май, 2019
...... |
Salam. Bilirem coxlari bu suali verir, amma yenede sorusuram. Eger ayin 6si Ramazan deyilse biz niyyeti bele ede bilerik ki, eger sabah Ramazan ayidirsa Ramazanin orucunu tuturam, eger Shaban ayidirsa onda qeza orucu tuturam. Yeni menim kecen illerden coxlu qezalarim var. Qeza niyyeti ile deyim yoxsa Shaban ayinin orucunu tuturam deyim? Basqa saytda yazilib ki, eger sabah Ramazan ayidirsa ve biz Shaban desek onda Ramazan sayilmaz. Cox sagolun.
Ответ / Cavab
Aleykumusalam.
Siz elə qəza niyyəti deyib oruc tutun, Ramazan olması yəqin olarsa, niyyəti Ramazana çevirərsiz.
Allah sizə yar olsun
Задан: 6 Май, 2019 , Опубликовано: 6 Май, 2019
Elya |
Salam men Rusiyada yawayiram amma Azerbaycan vaxtuyla tutacam orucu bele etmek duzdu
Ответ / Cavab
Aleykumusalam.
Xeyr, belə olmaz, hər kəs olduğu məkanın üfüqünə əsasən oruc tutacaq.
Allah sizə yar olsun
Задан: 6 Май, 2019 , Опубликовано: 6 Май, 2019
Samira |
Bezdirmish kimi oldum bes bu ramazana sa aiddi ? Yeni kecen qeza oruclarim qalbsa ramazanda tutdugum oruclari qeza oruclari sayilir ya bu ilki ramazan ayi oruclari?