Salam.Niye Allah bezi heyvanlari Cennet,bezilerini ise Cehennem ucun yaradib.Heyvan ne gunah ede bilerki Cehenneme getsin?Ve ya ne yaxwiliq ede bilerki Cennete getsin?
Salam necesiz?? Men biraz genis yazimki meno duzgun basa dusesiz demeli bu cadu meselesine mende hec cur inam yoxdur ona goreki kimse misal ucun mene cadu eletdirirki basima muxtelif problemler gelsin yaxsi elesinner bes bu Allahin isine qarismaq sayilmirmi?? Menim basima ne gelecekse Allahin yazdigi qismet deyilmi? Sizce mene cadu eliyib meni cetin veziyyete salmaq insanda bu qedermi guc var? Sizce bu Allahin isine qarismaq sayilmir? Bir insan kimdiki meni qara gune qoya Allahin yazdigi qismet taleh harda qalir bes?? Ona gore menim caduya inamim yoxdur sizce men yanlisliq edirem? Bele dusunmekde men Allahin qismetine inaniram son vaxtlar basima o qeder problemler gelibki hetda olum aninda olmusam ama indi bezileri diyirki sene cadu eliyibler mem ise cavab olaraq diyiremki bunada sukurler olsun bunnanda pis ola bilerdi ve qismet bele imis
Ответ / Cavab
Aleykumusalam.
Əvvəla onu deyək ki, bu şeytan əməli var və özlərini şeytana satmış insanlar var. İkincisi ona inanmamaq, yəni onu puç bir zəif qüvvə bilib və sonsuz qüdrət sahibi olan Allaha siqinmaqla insan belə bəd əməllərin hamısından amanda qala bilər. Bu bəd əməllər əsasən insanın psixoloji durumuna təsir edirlər ki, guya insana nəsə etdilər və ona nəsə olaca və insan özünü dxilən çarəsiz bilib daxildən özü özünü yeməyə başlayır və nəhayətdə mənən zəif düşmüş bir varlıq ai yelin əsməsindən yıxılar. Allaha arxalanan kəs isə bilir ki, onu söykəndiyi yer çox qudrətli və əzəmətlidir ki, belə arxası olan kəsə kimsə, nəsə mənfi təsir qoya bilməz.
Qısaca olaraq onu da əlavə edək ki, insan daxilən özündə bir ilahi çıraq yandırmalıdır. Çıraq kiçik olsada, özündən çox çox böyük qaranlığı dağıdıb məhf edir.
Salam.men qardasımla danısmıram yeni bır bırımızın qelbın qırırıq danısanda ona gore danısmıram yola getmırık bele deyım men duz edırem yoxsa ne etmelıyem bu günahdır yenı?
Ответ / Cavab
Aleykumusalam.
Düz etmirsiz, nə bir birinizin qəlbini qırın nə də küsülü qalın. Sadəcə sərhəd muəyyən edin və danışdıqda həmin həddi aşmayın.
Salam.men kecmiş illerin qeza oruclarını tuturam sualıma göre üzrlü sayın.iftarımı etdim sonra namazları qıldım ama sonra heyzli olduğum bildim ama bilmirem iftardan önce yoxsa sonra indi menim orucum sayılır yoxsa yene bugunu tutmalıyam?
Ответ / Cavab
Aleykumusalam.
Əgər iftardan əvvəl heyz olmanızı bilmirdinizsə, o zaman elə iftardan sonra olmaya qərar verin.
Salam . Xeberlerde programlarda her hansi bir wexsle bagli xeberleri ewidmek oxumaq qeybete daxil olur? Ve ya yazilan komentleri oxumaq qeybete daxil olurmu? Namazda qunut vacibdirmi? Ne zaman qunut oxunmalidir? Siz hansi menbelere esasen hansi alimlere istinaden cavablandirirsiniz suallarimizi? Allah razi olsun Tewekkur edirem
Ответ / Cavab
Aleykumusalam.
Xəbər kiminsə eybin açmaqdırsa, elə o da qeybət sayılar.
Qunut müstəhəbb əməldir. Namazların ikinci rükətində qiraətdən sonra tutulur.
Suallar əsasən cəfəri məzhəbinin muctəhidlərinin rəylərinə uyğun cavablandırılır.
As'Salamu Aleykum, haci destemaz alanda ayaga mesh cekene yaxin qolumnan bir damci su suruwub ovucuma duwdu elede mesh cekdim, duz elemiwem? 2) qiblenin istiqameti 20 derece sehv olsa Namaz batildir? Axi 20 deree demek olar ki hec hiss olunmaz derece kicikdir cox vaxt qiblenin yerini soruwandada texmini bir istiqamet verirler bele olan halda ne edek?
1) Haci iti dişlər hansılardır tam olaraq? Siz bu suala cavab yazana qədər günorta namazlarını qıldım orda Siratalləzinə deyəndə dilimi ön dişlərin arasina vurub dedim. D-z qarışığı bir səs çıxır bu halda. 2) Menim şəxsi fikrim budur ki Allah bize anamizdan daha mehribandır. Yəni mən gözləmirəm Allahdan ki qiyamət günü bendesinden soruşa ki namazda filan hərfi niyə sehv dedin. Düşünürəm ki Allah üçün esas olan namazı qıldıqdan sonrakı qelb-ruh veziyyetimiz, ve buna uyğun şəkildə ömür yaşayıb yasamadigimizdir. Tecvidle namaz qılıb gedib uşaq başı kesenler de var, yeri gələndə arifin soyuq qış günündə dəstəmaz ala bilmədən qıldığı namazin ehvalatini da eşitmisiz yəqin. Biz elbette namazları bacardığımız qeder düzgün qılmağa çalışmalıyıq. Yene de doğrusunu Allah bilir. Siz nə düşünürsüz bu haqda?
Ответ / Cavab
Aleykumussalam
İti dişlər elə ondə olan kəsici dislərdir.. Siz də elə düz etmisiniz.
Düzdür Allah bizə çox mehriban və rəhmlidir. Amma bu o demək deyil ki əmrlərinə barmaq arası baxmaliyiq. Uşaq başı kəsənlərin namazları bos əziyyətdən başqa bir şey deyil. Namazda gərək diqqətli olaq.
Salam/Er Rehman surəsinin 26 27 ci ayelerinin izahini xahiş edirəm yazın. Allah sizdən razı qalsın.
Ответ / Cavab
Aleykumusalam.
Qısa izah budur ki, hər bir şey fanidir, muvəqqəti və aradan gedəndir. Yaranma və yox olma vaxtı var. Əbədi və əzəli olan yalnız və yalnız Aləmlərin Rəbi olan Allahdır.