salam bu ay ne ayidi ? bu ayda oruc tutulmalidimi?birde bilmirsiz yuxuda men bir yol gedirdim sona bir avtobusa mindim duwmek isteyende dediler bu yoldan getsen birdaha gei qayitmayacaqsan men uzun yl getdim cox quraqliq yol idi sona bir cayy vardi icinde coxlu qurdlar falan ama cayyin o tayi cox gozel yawilliq idi birde mecid vardi azan verilirdi dusundumki sub namazin mecidde qilaram ama cayi kece bilmirdim girsem suya batacaqdim sonra bir usaqdi yada bir heyyvan unutmusam o kecdi cayi ama men suya baxanda xirda ag qurqlar vardi sonra ayildim hemin cayi nece defe yuxumda gormuwem ama cayi kece bilmemiwem sizce menasi nedi ?
Ответ / Cavab
Aleykumusalam.
Rəcəb ayıdır və bu ayda oruc tutmaq savabdır. Qəzası olan kəs bu ayda oruc olsa gərək qəza orucu tutsunlar.
Bu çayı öz nəfsimiz, günahlar və ya dunya həvəsi bilə bilərik ki, onları atlayıb keçsək istədiyimizə çata bilərik.
salamun aleykum.mən təşəhudu bir nəfəsə deyəmmirəm.məsələn:1)əşhadu əllə ilahə illalh(u) yazılib,mən əşhadu əllə ilahə illallah deyirəm.2)Allahummə salli ala Muhamməd(in) va ali Muhammad yazılıb,mən Muhammədin yox Muhammad va ali Muhammad deyirəm..işgalı Yoxdu?
Ответ / Cavab
Aleykumussalam
1. Bəli düz deyirsiniz.
2. Birinci Muhəmməd kəlməsindən sonra nəfəs alinsa belə deyiləcək. Bir nəfəsə deyillərsə gərək Muhəmmədin deyilsin
Salam əleykum 1.Sistani ağa astronomiya elmi qəbul etmir səbəbin bilmirsiniz nə üçün ? 2.yuxarı vəzifəli bir şəxsə işə düzəltməyə görə hədiyyə niyyətli pul verilsə rüşvət sayılmazki ? Allah köməyiniz olsun
Salam Haci. 25 yawim var, valideynlerimle birge yawayiram. Oz qazancim da var. Sualim budur ki eger atam pulunu banka qoyub faiz qazanmaga bawlasa, men evi terk edib ayri eve cixmaliyam? Faizden gelen qazanci yemek istemirem. Ola bilsin o pulla eve yemek filan alinar. Qeyd edim ki atamin ve anamin ayrica iwleri ve qazanclari var. Yeni sirf faizden qazanc sohbeti deyil. Sistani aga.
Ответ / Cavab
Aleykumussalam
Xeyr evdən çıxmaq lazım deyil. Siz yediyimiz qidalar yəqin halaldan olani olar.
salam aleykum bir vaxtlari Qadınların ziyarətə getməsi haramdır deye cixis edenler var idi ne esasinda olub bu ,yeni olar gedmey ziyarete Allah razi olsun Xamenei aga
Ответ / Cavab
Aleykumussalam
Onlar qadının müstəhəb ziyarətə görə haram iş gormələrini əsas gətirirdilər.
As'Salamu Aleykum, haci men indiyene qeder oruc tutmamiwam qezalarim var In Wa Allah bu ilden tutmaq isteyirem mene orucun nece tutuldugunu etrafli yaza bilersiz? azdan coxdan bilirem amma deqiq oyrenmek isteyirem, birdeki qezalari tutmaliyam ya vacibleri? ve orucluq ayi ne vaxt daxil olur?
Ответ / Cavab
Aleykumussalam
Oruc budur ki insan subh azanından şam azanına kimi orucu pozan işlərdən uzaq durulsun. Oruc pozan şeylər risalə kitablarinda qeyd edilib.
Adı günlərdə qəzaları, Ramazan ayinda isə vacib orucu.
Salam.men gunortalar işde oluram.axsam 8de eve gelirem.esr ve zohr namazlari qezaya gedir.eve gelende hamisim ard arda qiliram.bilmek isteyirem 1ci sam ve xiften qilim sonra zohr ve esri.yoxsa zohrle esri qilim sonra sam xifteni? Birdeki ishde ayagyolunda cox vaxti su olmur.eve gelene kimi mecbur mundar qaliriq.eve gelende bos yuyunuram.quslda almaliyam?ya qusla ehtiyac olmur? cox sag olun
Ответ / Cavab
Aleykumussalam
İlk zohr və əsr qəza olunmalıdır sonra şam və xiftən namazlarını qılın.
Özünüzü qurulayın kı paltarlar bulanmasın. Suya əliniz çatanda paklanin.
Salam haci. Hansi sureleri ve ya ayeleri oxuduqda ve ya esitdikde secde vacib olur? Hamisini yazardiz zehmet olmasa. Birde onlari ancaq ereb dilinde oxuyanda ve esidende secde vacib olur yoxsa tercumesindede? Cox sagolun
Ответ / Cavab
Aleykumussalam
Ələq, Nəcm, Səcdə, Fussilət surələrindədir. Ərəbcəsin eşidib və oxuyanda səcdə vacib olar.