Haqlisiz necaset qurudan quruya oturulmez ama sistani agan risalesinde 10 wey murdar sayilir ve it onun icerisindedir ve hetta tuku de murdardi men oncun soruwdum ki ellerini vuranlar var ha bawa salmaha caliwriam ki onun zati murdardi ama deyirlerki quru halda olar Birdeki ov iti diwlemir deyirsiz ama risalede yazirli eger ov itinin diwinden aldigi yara ile olse ov halaldi Allah dunya ve axiretde sizden razi olsun
Ответ / Cavab
Aleykumussalam
Əgər nəcasət və onun ötürülmə və yayilma məsələlərini bilirlərsə bir dəfə deməyiniz kifayət edir.
Disləmir dedikdə ovu gətirərkən dishləməməsini nəzərdə tutmuşuq. Məsələn quş güllə ilə vurulub itin gətirilməsinə verilərsə,onu dishləmir.
Salam. Bir qardasin boynuna 2009dan oruc tutmaq vacib olub. Lakin o, oruca 2015den bawlayib. 2015.den bu yana her il 3-4 gun qezasi olub. 1. indi bu qardaw qezalarin tutmaq istese birinci 2009dan 2015e qeder dovru tutmalidir? yoxsa 2015den sonraki yol verdiyi gundelik qezalari. yeni ardicilliq nece olmalidir? 2. 2015e qeder orucun vacib olduqun bilmeyib ve 2015den sonraki qezalari bilerekden olmayibsa nece etmelidir? ? 3. imsak vaxtlarin hardan deqiq tapmaq olar? ve niyyeti nece tutacaq? Sistani aqaya nezeren.
Ответ / Cavab
Aleykumusalam.
Bunun fərqi yoxdur, hansını istəsə önə sala bilər. Amma yaxşısı budur ki, bir neçə gün olan qəzaları bitirsin ki, sonra qəzaların sayını itirməsin.
Hər günün qəzasından əlavə kəffarə də verəcək. Bu kəffarə bir günə bir mudd təamdır, təqribən 750 qram.
Saytımızda namaz cədvəli qoyulub. Sübh azanından əvvəl yeməyi dayandırsın, şamdan sonra iftar açsın.
Salamun aleykum necesiz Demeli itin zati bildiyimiz kimi murdardi ona isder nem halda isdersede quru halda deymek olmaz ele deyil ? Birdeki ov iti ile adi it arasindaki ferqi deyerdiz zehmet olmasa Allah sizden razi olsun
Ответ / Cavab
Aleykumusalam.
İt zatən nəcisdir amma bilmək lazımdır ki, nəcasət qurudan quuya ötürülməz.
Ov iti başqa itlərdən fərqli olaraq ova toxunmur, onu dişləmir və zədələmir. Onlar buna öyrədiliblər.
Salam.Men bilmey istirdimki o dovrde peygemberler imamlar olub ve ehali nese sual olanda ve ya problem yarananda gedib meslehetlewirmiwler ve peygember ve imamlarda olara komek olurdu.Hal hazirda Imam Zaman aga zuhur etmiyib inwallah tezlikle olar ama biz hal hazirda hansi gunahlarimiz var ve hemin gunahlari hansi savab emelnen yuya bilerik yaxud filan xestelik problem var onu Allah ne sebebe verib veya bizden bunun muqabilinde ne isteyir ve yaxud bawqa suallari vermek ucun hal hazirda heyatda peygember ve zuhur eden imamimiz yoxdu.Ve her hansi normal insana ve ya alimede inanib guvenmek olmur.Eger bir insan Imam Zaman aganin zuhurunu gormeden dunyadan kocse ve cehenneme getse yada qebir ezabi verilse sorgu sualda,Sirat korpusunde eziyyet cekse bu duzgundurmu?Biraz uzun oldu ama indiden cox sagolun Allah razi olsun.
Ответ / Cavab
Aleykumusalam.
Məsum imam qeybdə olduqu dövrdə ona aid olan məsələləri fiqh cəhətindən müctəhidlərə ünvanlayacaqıq. Biz müctəhidlərimizə inanmalı və güvənməliyik. Onlar dediyinə düzgün əməl olunrsa günahlardan qaçmış olacağıq.
salam aleykum.namazdan evvel elimde olub gormemisem men namazimi yenidenmi qilmaliyam .bugunde olmusdu temizledim his lekesi tam getmedi izi qaldi namazlarimi yenidenmi qilmaliyam Allah razi olsun .
Ответ / Cavab
Aleykumusalam.
Hisin ləkəsi dəriyə suyun toxunmasına mane olmur. Suyu bulandırmayıbsa düzdür, əks halda həmin namazları təzələyin.
Men size sual vermisdim siz meni sehv basa dusmusunuz. Men dogus zamani ananin gunahlari bagislanir esitmisem. Yeni bu gunhim evvel abort eletdirmeyim olsa bele Allah onu normal dogusumda ehv edermi?
Ответ / Cavab
Aleykumusalam.
Allah özünə aid olanları bağışlayar, amma başqalarının haqqını onlar halal etməsələr bağışlamaz.
Salam ezana az qalmiw destemaz almaq olar ?Demek olarki men ekser vaxti ezan vurulmamiw destemaz aliram ,ezanda vurulandan sonra namaza bawlayiram bele duzdu?
Salam-Eleykum. Men namaz qilirdim. Mueyyen sebeblerden 3 aya yaxindi qilmiram. Amma icimde bir agir hiss var. Yeniden namaz qilmaq isteyirem. Amma bilmirem namaz qilmadigim 3 ay ucun men ne etmeliyem? Onceden tewekkur edirem cavablandirsaz.
Ответ / Cavab
Aleykumusalam.
Namaza yubatmadan başlayın və həmin qəlmadıqlarınızın qəzalarını qılın.
Salam Aleykum.Xanım Fatimeyi Zehranin səhadət günü nə vaxtdir?Həmin gündə xanıma xatir hacətimizi istəyib dua edə bilərik Allaha? Əgər dua haqqimizda xeyirli deyilsə Allah Xanıma xatir də olsa qəbul etməz??
Ответ / Cavab
Aleykumusalam.
Sabah xanımın şəhadət günüdür və bu günlərdə hüznlü olmaq lazımdır.
Salam. 1)Men yazmisdim qeza orucu tutmusdum texmini 17:59 yadda acdim. Onu da qeyd edim biz rayonda qaliriq ve Bakinin vaxtile burada deqiqe ferqi var. O zaman ne etmeliyem? 2)Qiraet zamani meftuh herfden sonra sakin vev gelerse ve sonrada herfsiz herekeli hemze olsa, bu vaxt nece veqf etmek lazimdi?
Ответ / Cavab
Aleykumusalam.
Əgər azandan əvvəl açılıba orucunuz pozyulub, yenidən tutulacaq.
Zammə uzadılaraq vəqf ediləcək. Çünki həm həmzə həm də sukun da məddin səbəbləridir.
Salam Eleykum. Menim dostum nisanlisi ile birlikde hekime gedib (nisanlisi hicabli xanim idi...) Bas agrilari var idi xanimin hekimde deyibki Hicabi cixartsin ona olmaz basi ona gore agriyirki qapali qalir sixilir gua…. Dinde bele bir istisna varmiki Hicab cixardilsin bas agrisina yaxud hansisa xesteliye gore zehmet olmasa cavablandirin haqqinizi halal edin...
Ответ / Cavab
Aleykumusalam.
Onun getdiyi həkimin özünü həkimə göndərmək lazımdır.
Haci, salam Burda bir qardash sual verdi, mene de maraqlidi. Bu kulek ki, oldu, qabaqcadan o qeder heyecanla dediler ki, bir az narahat olduq, heyecanlandiq ki, nese olar. Amma kuleyin ozunden hech qorxmadiq. Bu halda ayet namazina ehtiyac varmi? Yani kuleyin ozunden yox, xeberinden qorxmush sayiliriq
Salam Aleykum.Mən heyzli halda dəstəmaz alıb dualar edirəm.Cərəkədən ayətəl kürsi oxuyuram.Sonra 1 dua var xüsusilə dəstəmaz alınıb olunmalıdı.Düzgündü etdiklərim? Dua ilə istədiyim,evlənəcəyim səxsi dəyisə bilərəm? Əgər dilədiyim xeyirsizdisə,cox dua etdikdə Allah onu nəsib edər? Yəni xeyirsiz olan nəyisə,kimisə Allah xeyirliyə cevirə bilər? Təzəlikcə moizədə esitdim deyir duanın daha tez qəbul olduğu zamanlardan biri də cüməaxsamıdı.Cüməaxsanı daxil olandan taa sübhə kimi duanın qəbulun tezləsdirir?Fikriniz bu barədə?
Ответ / Cavab
Aleykumusalam.
Heyzli halda istədiyiniz qədər dua və zikr edə bilərsiz.
Allahdan xeyirli nədirsə onu diləyin.
Bəli, duanın müəyyən zaman və günlərdə qəbulunun daha artıq ehtimal olunması buyurulub.