Страница 228 из 5746 << < 224 225 226 227 228 229 230 231 232 > >>
khhhh |

salam haci cox narahatam cox talbime ailemde qardawlarim qarwidi cunki dosdlari olub deye ( dosdumuz bacimiza o gozle baxa bilmez) COX CIXMAZDAYAM SANKI dua edrem anamda qardawlarima gore narahatdi soyuyur anasiylada oglanin anlwilmazliglar yawiyir( sozleri usd usde gelmir ) cixmazdayam oglan isdiyir meni mende isdiyirem bilmirem ne edim ne duasi edim? QARDAWLARIMIN raziligi olmadan evlensem nece olar? anamda cox razi deyil bilmirem ne edim isdixare etsem olar etdiyim sadece dualardi YA ALLAH

Ответ / Cavab

Aleykumussalam

Evlənmə məsələləri istixarə ilə olmamalıdır. Gərək insan ölçüb biçib bu işə qərar versin.

Qardaşlarımızın fikri səhvdir. Həmin səxs sizə pis gözlə baxmayib ki narahat olurlar.

Ailə içində məsləhət edib qərsrlasin.

Allah sizə yar olsun

Задан: 20 Январь, 2019 , Опубликовано: 20 Январь, 2019
Tural |

Salam haci eyyami fatime ne vaxtdır ve o gunlerde hansi əməllər haramdi

Ответ / Cavab

Aleykumussalam

Bu gündən etibarən başlayıb və bu ərəfədə şadlıq etmək yaraşmaz, hüznlü olmaq daha düzgündür. Bu ərəfədə Xanimin haqqını öyrənmək və təbliğ etmək lazımdır.

Allah sizə yar olsun

Задан: 20 Январь, 2019 , Опубликовано: 20 Январь, 2019
Sual |

As'Salamu Aleykum, ewitmiwem ki Quranda 14 aye varki onlari ewitdikden sonra ve ya oxuduqdan sonra secdeye getmek lazimdir, hansi ayeler oldugunu tapdim amma secdeye getmek lazimdi ya yox bunu bilmirem

Ответ / Cavab

Aleykumussalam

4 ayə var ki onlar oxunduqda ya esidildikdə səcdə etmək vacibdir. Bunlar Ələq, Nəcm, səcdə və Fussilət surələrindədir. Quranlarda həmin ayə olan hissə işarələnmişdir.

Allah sizə yar olsun

Задан: 20 Январь, 2019 , Опубликовано: 20 Январь, 2019
Ayan2 |

Axşamınız xeyir. Krem tartar(yəni potasium bitartar) halaldırmı?Oxudum bu bir çox şirniyyatların və qabartma tozunun, qarğıdalı nişastası şəkər tozu və s. tərkibində də var. rusca adı vinnoy kamen adlanır. Adına görə şübhə məni narahat edir. Tez tez şirniyyat bişirirəm uşaqlara. Halal deyilsə qabartma tozu və s işlətməyim. .əvvəlcədən təşəkkür edirəm

Ответ / Cavab

Aleykumussalam

Bu duzun bir növüdür. Nəcis olması yəqin deyilsə pak sayılacaq.

Allah sizə yar olsun

Задан: 20 Январь, 2019 , Опубликовано: 20 Январь, 2019
Salam |

Bayaq size sual vermisdim.Bagislayin yene narahat edirem, sadliq olmayacaq yeni oynamaq musiqi bele seyler yox.Bizde icki de icilmir.Sadece sufre olacaq birde sirincay icilecek.Nisani nezere alib bu gunlerden sonra edeceyik İN ŞA ALLAH.Sadece icim narahat oldu.

Ответ / Cavab

Aleykumussalam

Əgər qeyd edilənlər olmasa eybi yoxdur

Allah sizə yar olsun

Задан: 20 Январь, 2019 , Опубликовано: 20 Январь, 2019
Salam |

Salam.Menim 21 yanvar xeyir isim olasidi heri, onu mueyyen etdi boyukler sonradan bildimki Eyyami Fatimeye dusur.İndi mene gunahdir?????

Ответ / Cavab

Aleykumusalam.

Böyüklər ərək belə məsələlərdə diqqətli olsunlar. Əgər bunu yubatmaq mümkün deyilsə, o zaman şadyanalıq olmasın, adi məclislə bunu yola verin.

Allah sizə yar olsun

Задан: 20 Январь, 2019 , Опубликовано: 20 Январь, 2019
emin |

Salam..Hacı.1.Qüsldan dərhal sonra namaz qılmaq olar?2.Siqaret çəkmək günahdır?Çox sağolun

Ответ / Cavab

Aleykumussalam

Cənabət qüslü olarsa ya dəstəmaz varsa olar.

Siqaret barədə askar haram fətvası verilməsə də bu pis və ziyanlı vərdişdən uzaq olmaq lazımdır.

Allah sizə yar olsun

Задан: 20 Январь, 2019 , Опубликовано: 20 Январь, 2019
Ya Allah |

Salam Aleykum.Artıq necənci dəfədi facebookda,instagramda və whatsapp statuslarda bu yaziya rast gelirem. Men butun hacetlerimi 1 geceye saxlayiram, o Xanim Zehranin sehadet gecesidir.Bu ne demekdir,ne anlam verir???

Ответ / Cavab

Aleykumussalam

Yəqin demək istəyirlər ki o gecə istəkləri istəyəcəklər bir.

Allah sizə yar olsun

Задан: 20 Январь, 2019 , Опубликовано: 20 Январь, 2019
pir |

Salam.Kiprik qaynağı etmek olar destamaza manecilik deyil?(kipriyin kökünə kleynən kiprik uapışdırılır)Seyid Sistanin risalenen

Ответ / Cavab

Aleykumussalam

Dəriyə suyun dəyməsinə mane olmursa olar.

Allah sizə yar olsun

Задан: 20 Январь, 2019 , Опубликовано: 20 Январь, 2019
Sevil |

Salam bilmek isterdim mene hekim meslehet gorub ki ayagima qalin çorab geyinim.ayagimda damar geniwlenmesi var .o çirablari seher yuxadan duran kimi axwama qeder ayagimda saxlamaliyam.çorablar aptekde satilir.müalicevi xüsusiyyeti var amma o corablar çox qalin ve sixdilar.onlari çetinlikle geyinib soyunuram.destemaz alanda onlarin ustunden destemaz ala bilerem?

Ответ / Cavab

Aleykumussalam

Həmin corabların ayaqinin ucu açıq olanı var ki dəstəmaz zamanı oradan arxaya çəkib məsh etmək olar. Onlardan alin.

Allah sizə yar olsun

Задан: 20 Январь, 2019 , Опубликовано: 20 Январь, 2019
Aybeniz |

Salam sualimi tekrar yaziram.men hamile oldugumu bilmirdim.qan geldi ele bildim heyzdi.cemi 4 gun oldu.niyyetde heyz quslu aliram dedim. namazlarimi qildim.bes hamile vaxti olan qan nedi istihazedi ya heyzdi?Xamenei aga

Ответ / Cavab

Aleykumusalam.

Əgər onda heyzin nişanələri olubsa, elə heyz də bilinəcək. Hamilə vaxtı heyzin olması mümkündür. Heyz nişanələri olmayıbsa istihazə biləcəksiz.

Allah sizə yar olsun

Задан: 20 Январь, 2019 , Опубликовано: 20 Январь, 2019
Adminka |

Salam bilmeden etdiyimiz sefleri yada işlediyimiz günahlardan mesuliyyet daşıyırıq yene deyirem bilmeden.

Ответ / Cavab

Aleykumusalam.

Bilməyərəkdən etdiyimizi anladıqda tovbə edib əvəzini vermək üçün xeyirli işlər görməliyik. Xəbərimiz olmadıqda isə gərək arada bilmədən etdiyimiz xətalar üçün tovbə edək. Bilmədiyimiz üçün məsuliyyət olmaz, amma həmin günahlar öz təsirini qoyacaq. Necəki zəhəri bilmədən də içsək öldürəcək.

Allah sizə yar olsun

Задан: 20 Январь, 2019 , Опубликовано: 20 Январь, 2019
Adminka |

Salam men soruşmaq isteyirem esr namazının 4 reketinde 3 defe subhanallah dedim sonra dua edib amin dedim sonra teşehüdü dedim salamları deyib namazı qurtardım demeyim odurki namazım batildim birde men çox xeste oluram derdlerim bitmir can saglıgı tapmıram men hansı zikirleri edim hansı duanı oxuyum saglam olmaq üçün

Ответ / Cavab

Aleykumusalam.

Namazı təzələyin. Namazda öz bildiyimiz şeyləri əlavə edə bilmərik.

Allah sizə yar olsun

Задан: 20 Январь, 2019 , Опубликовано: 20 Январь, 2019
Fərid |

Salam əleykum Ya Allahu ya Rahmənu ya Rəhim ya muqəllibəl qulub səbbit... bu duanı tam yazardınız 2.və bunu qunutda deyirik ya səcdədə ? Allah köməyiniz olsun

Ответ / Cavab

Aleykumusalam.

Səbbit qalbi əla dinik. Bunu qunutda deyə bilərsi.

Allah sizə yar olsun

Задан: 20 Январь, 2019 , Опубликовано: 20 Январь, 2019
Salam |

Hansi meddler fovqi qesr yeni 3 ses uzanir?

Ответ / Cavab

Aleykumusalam.

Mədd hərfi və məd səbəbi olan bütün məddlər artıq uzadılır.

Allah sizə yar olsun

Задан: 20 Январь, 2019 , Опубликовано: 19 Январь, 2019
AYBENIZ |

SALAM ISTIHAZE OLAN QADIN QUSLDA CASIB HEYZ QUSLU ALIRAM DESE QUSLU DUZGUN SAYILIRMI? XAMENEI AGA

Ответ / Cavab

Aleykumusalam.

İstihazə aldığını bilirdisə qüslü düzdür.

Allah sizə yar olsun

Задан: 20 Январь, 2019 , Опубликовано: 19 Январь, 2019
gulnar |

SALAM MEN DE HAMILELIK ELAQEDAR USAQ ICERIDE TERPENENDE AZCA KARICNIVIY AXINTI GELDI.3 GUN ERZINDE YAVAS-YAVAS TEMIZLENDI 4 CU GUNU QUSLDAN QABAQ BAXDIM KI.LAP AZCA MANDARIN RENGDE PAMBIQDA AXINTI VAR .QUSL ALDIM BASLADIM NAMAZLARIMI QIDIM. BU GUN BAXIRAM SEFFAF AXINTIDI.MENIM BU QUSLUM DUZGUNDURMU? TEZEDEN QUSL ALIB .NAMAZLARIMI QEZA ETMELIYEMMI?XAHIS EDIREM TEZ ETRAFLI CAVAB YAZARDIZ. XAMENEI AGA

Ответ / Cavab

Aleykumusalam.

Həmin günlərdə gələn heyz qanı deyildisə, o günləri qəza edəcəksiz.

Allah sizə yar olsun

Задан: 20 Январь, 2019 , Опубликовано: 19 Январь, 2019
Salam |

1)Insan vetenin sevmelidi. Burda veten deyende umumi olaraq insanin yasadiqi olke nezerde tutulur?2)Qurandan sureni latin herflerile oxuyub qarsiliqinda pul veren sexs pul vermeyin duz olmadigini bilse amma verse yaxudda qarsi terefdeki pul istemesede yene pul verseler bu halda almaq olar?

Ответ / Cavab

Aleykumusalam.

1.Vətən insanın dədə babadan məskun olduqu yerdir.

2.Oxutduran tərəf öz ixtiyarı ilə pul verərsə eybi yoxdur.

Allah sizə yar olsun

Задан: 20 Январь, 2019 , Опубликовано: 19 Январь, 2019
Hikmet |

Salam.Bir bende eyer namaz qilmaq isteyirse ve buna nail ola bilmirse yeni ya vaxt tapa bilmir ya iwleri duz getirmir ve saire.Bu o demekdiki Allah imkan vermir yeni bildirmey istirki herweyin bir vaxti var yada sen buna layiq deyilsen hele,yoxsa weytan yoldan cixarir muxtelif maneelernen?Bunu nece ferqlendirmek olar?Indiden cox sagolun Allah razi olsun

Ответ / Cavab

Aleykumussalam

Namaza vaxt tapmamaq gülünc sayılar. Əgər qilmirsa deməli seytana qulaq asir.

Allah sizə yar olsun

Задан: 19 Январь, 2019 , Опубликовано: 19 Январь, 2019
Hikmet |

Salam.Bildiymiz kimi Allahin xowuna gelmediyi bir bende Allahdan birwey istediyi zaman Allah meleklerine deyerki hemin bendenin isteyini tez yerine getirin onun sesini ewitmey istemirem.Bes indi eger Allah bizim duamizi qebul edib bize birwey yetirdise bu o demekdiki o bizim sesimizi daha ewitmey istemir ona gore duamizi qebul etdi yoxsa bizi istediyi ucun verdi hemin nemeti.Yeni bunu nece ayird etmek olar sizce?Indiden cox sagolun Allah razi olsun

Ответ / Cavab

Aleykumussalam

Bunu özünüzə tətbiq etməyin. Dua etmək, duaların qəbulu məsəllələri cox müxtəlifdir. O cəhətdən kimsə kimin duasının nədən esidilmədiyini ya tez ya gec qabul olunmasının meyarini ölçə bilməz. İnsa özü özünü taniyirsa özü nə baş verdiyini anlayacaq.

Allah sizə yar olsun

Задан: 19 Январь, 2019 , Опубликовано: 19 Январь, 2019
Страница 228 из 5746 << < 224 225 226 227 228 229 230 231 232 > >>
© 2026 При использовании материалов, ссылка на сайт www.iSLAM.az обязательна!
Copyright 2002-2016, Центр Религиозных Исследований, All Rights Reserved.
Вопросы и пожелания: [email protected]
  SpyLOG Сайт сделал: 313wb.com