Imamlar peyğəmbərin oğullarıdır? Yoxsa qohumlarıdır? Nə sayılır?
Ответ / Cavab
Aleykumussalam
Onlardan birincisi olan İmam Əli əleyhissəlamın Peyğəmbərin əmisi oğlu və yeganə qızı olan xanımlar xanımı həzrət Zəhranin həyat yoldaşıdır. İmam Həsən və İmam Hüseyn bu iki əziz şəxslərin övladlarıdır. Qalan doqquz İmam isə İmam Hüseynin övladlarıdır.
salam Haci.quranda cadu haqqinda ayə var?mən belə şeylərə inammiram məni qinayirlar ki. cadu var.nə qədər ailələri cadu ilə dağilib.çox sag olun
Ответ / Cavab
Aleykumussalam.
Düz edirsiniz. Düzdür belə bəd əməllərə qatisanlar var, amma onlara elə inanmamaq və onları zəif və zəlil bilib Allaha siqinmaq onların hər işin puç edir.
1)Quranda 3 vaxt namaz haqda olan ayeni deyerdiz zehmet olmasa. 2) Allah Quranda Biz deyerken basqa kimleri nezerde tutur? Sag olun.
Ответ / Cavab
Aleykumussalam
İsra surəsi 78 ci ayə
Bir mənası əzəməti göstərmək üçün, başqa mənası isə budur ki Allah ubuduyyətə aid olmayan məsələlərdə biz deyir, ubuduyyətə aid olan hallarda isə Mən deyir.
Salam məni daim duşundurən bir sual var:Görəsən Allah bizimlə bir yerdədir ya ayrıdır?necə həm bir yerdə həm ayrıdır həm zahir həm batindir?bilirəm bunları tam dərk mumkun deyil mən öz zehnimə uyğun anlamaq istəyirəm
Ответ / Cavab
Aleykumussalam
Bu məsələlərdə bir iki cümlə yazmaqla cavab vermək olmur. Bu mövzuda yazılmış kitabları gözdən keçirin. Orada basa düşülməyən olarsa onları anlatmaq olar.
Salam Aleykum hər vaxtınız xeyir olsun. Hörmətli Hacı Sizdən bir məsələdən yardımçı olmanızı xahişim edirəm. Mənim 3 yaşına yaxın qız övladım var, doğulanda ona imkan edə bilmədim əqiq qurbanı kəsim, bir neçə ay bundan əvvəl onun adına əqiq qurbanlığ üçün quzu almışam, istəyirəm Sizdən məsləhət alım, həmin qurbanı Mir Mövsüm Ağanın ziyarətgahında qurbangahda kəsdirə bilərəmmi, belə bir imkan olarmı? Çünki bəzi din xadimləri deyiirlər ki, əqiq qurbanı xüsusi kəsilməlidir, sümüyə balta vurulmur, bunun dəqiq mənbəsini bilmirəm. Bu məsələdə müəyyən istiqamətiniz və tövsiyyəniz olsaydı məmnun olardım. Əvvəlcədən öz minnətdarlığımı bildirirəm.
Ответ / Cavab
Aleykumussalam
Bəli əqiqə qurbanının xüsusi şərtləri var. Qiz üçün dişi qoyun kəsilməlidir. Həmin heyvanın sümüyünə balta vurub qırmaq olmaz. Gərək cəmdək tam bisirilə və həmin bişmiş yemək paylana. Bunu evdə sufrə acaraq da edə bilərsiniz. Yaxşı olar ki uşaqın ata anası bu yeməkdən yeməsinlər. Baba nənələri də yeməsə daha yaxşı olar.
Salam.Bir tanışım var.O deyir ki,bilirem bizi bir yaradan var.Allahı inkar elemirem,amma estagfurullah Quran kitabı çatmır mene.Men ne bilim o Allah terefinden gönderilib.Kimse özü istediklerini yazmayıb.Nece cavab vere bilerem bu sualına?
Ответ / Cavab
Aleykumussalam
Quranın özü buna cavab verir. Bəqərə surəsinin əvvəlində buyurur. Əgər bu kitaba şəklinizi varsa, Allahdan başqa kimi istəyirsinizsə yardima caqirin və bunun kimi bir surə ya 3 ayə gətirin. Elmin zirvəsinə qədər qalxmış bəsər bu gunə kimi bunu etməkdə acizdir. Bu məgər askar dəlil deyil?
evvala Salam Aleykum.Indiden cox sagol deyirem.Ilk sualim psixoloqa getmek gunahdir? 2ci sualim ise bezi etdiyim gunahlar var amma tovbe etib duama namazima davam edrem.Basimda cox bela var amma sonsuz sukur deyib sebr edrem.Sizce bu neden ireli gelir? Cox sagolun
Ответ / Cavab
Aleykumussalam
Xeyr gunah deyil.
Dünya elə bəlalar və çətinliklər məkanidir. Ona görə narahat olmayın