Salam!Qızımın 10 yaşı var,şükürlər olsun Yaradana ki,öz istəyi ilə namaz qılmağa başlayıb!Bilmək istəyirəm ki,onun hansısa qüsl alması vacibdirmi?Qeyd edim ki,hələ qadın xəstəliklərin keçirməyib.
Ответ / Cavab
Aleykumusalam.
Əgər hansısa qüsl boynuna gələyibsə, quslu yoxdur.
Salam zəhmət olmasa deyərdizdə namaza başladığda və rükuya getdikdə donra rükudan qalxıb səcdəyə getdikdə əlləri qaldırıb təkbir deyirik səcdədən qalxdıqda iki səcdə arasındaki təkbirdə əllər qalxmalıdır yoxsa qalxıb Allahu Əkbər deyib səcdəyə getmək olar ? Xaiş edirəm hansı təkbirdə əllərin mütləq qalxmalı olduğun deyərdiz bəziləri yalnız namaza girdikdə qaldırır bəziləri bütün təkbirlərdə bəziləri isə yuxarda dediyim yerlərdə
Ответ / Cavab
Aleykumusalam.
Birinci təkbirdə Əllərin qalxması təkid olunub. Digərlərində də qalxmaq yaxşı sayılır.
salam haci bugun seher siz dediyniz sureleri oxudum yatdim yene qorxarag ayildim(((cox yuxum geldi doze bilmedim yatdim..sabahdan calisacam yatmiyim bilmirem bu ne beladi duwmusem men :( bazar gunleri yoldawim evde olanda ama hecne gormurem..ev bizim deyil kirayedi beke evdedi prablem bilmirem..Evde Quran da var oxuyram ozum de namaz qiliram..ama cox vaxt subhlere oyanamiram beke de onun cezasidi nebilim :(
Ответ / Cavab
Aleykumusalam.
Siz belə seyləri fikrinizdən çıxarın. Siz sadəcə qorxursuz və qorxunuz siə belə yuxular gətiri. Diqqət etsəz görərsizniz ki, yoldaşınız olanda bu olmur. Deməli o yanınızda olduqda qəlbinizdə arxayınlıq var, qorxmursuz və bu səbəbə də heçnə olmur. Siz yatarkən düşünün ki Allahiniz var, bu sizə kifayət edər inşaALlah.
Salam aleykum.Bir yoldas iddia edir ki,yuxuda peygemberimizi gorub 10 il bundan once.Resulallah s. qeyd edib ki sen bizim dostlarimizdansan.Sizce bu insan son ana qeder sabitqedem qala bileceyine iashare ola bilermi,yeni ki Allah dostu olaraq qalacaqmi,yoxsa onun ucun de aza bilmek tehlukesi hele de qalmaqdadir.
Ответ / Cavab
Aleykumusalam.
Belə şeyləri boş verin. Əvvəla yuxuda gördüyü şəxsin kim olmasını haradan dəqiq bilib. Məgər Peyğəmbəri üzdən tanıyır? İkincisi Peyğımbər sirrləri faş edənlə rabitə qurmaz. Üçüncüsü də heç kim aqibətin xeyirli olmasından sığortalanmayıb. Şeytan canımız çıxana kimi bizimlə vuruşacaq, ora kimi diqqətli olmalıyıq.
Salam hacı. Bayaqkı sualda sözü səhv yazmışdım, üzr istəyirəm. Ona görə sualı təkrar yazıram. Bir nəfər var, dinə və Allaha inanan lakin namaz, oruc kimi vacib əməlləri yerinə yetirməyən biridir. Başqa bir nəfər ona "sən mürtədsən" dedi. Elə insanlar həqiqətən mi mürtəd adlanır? Və bu cür demək doğrudur?
Ответ / Cavab
Aleykumusalam.
Xeyr, səhf deyib. Murtədd dindən üz döndərən adama deyilər. O isə dinini danmır. Bu səbəbə murtədd deyil.
Salam Aleykum. Əyər həyat yoldaşım mənə başqa qadınla cinsi əlaqədə olmaqa icazə veribsə, bu günah sayılır? Allah sizdən razı olsun Ответ / Cavab Aleykumusalam. Başqa qadınla əqdə daxil olub yaxınlıq edəcəksizsə, günah deyil. Əgər bunu qanunsuz yolla edəcəksizsə, haramdır. Bu iş qadının istəyinə görə hram edilməyib ki, qadın razılıq verdikdə halal olsun. Allah sizə yar olsun Bəs əqdə daxil nə deməkdir? Allah razı olsun
Ответ / Cavab
Aleykumusalam.
Yəni əqd vasitəsiylə nigah bağlayıb rabitədə olmaq icazəlidir.
Salam.Men bir videoya baxdim Turk din adami Cubbeli Ahmed hoca daniwirdi.Deyir ki tarixde peygemberlerin gelmediyi dovrlerde yawamiw insanlar ne cehenneme ne de cennete gedirler,onlar torpaga cevrilir ve ruhlari mehv edilir.Bu heqiqetdirmi?Bu movzuya aciqliq getirin zehmet olmasa.
Ответ / Cavab
Aleykumusalam.
Bu adamın sözlərinin bizim yanımızda heç bir dəyəri yoxdur.
Salam.bagislayin sualıma təkrar yazdığım üçün.deməli bu qız yetim qızdı,mən onu tanış edib özümə savab qazanmaq istəyirdim,burda nə kimi harama düşmə ola bilər ki,? Düzdü bu iş alınmadı,mənə savab çatır? Xamenei ağa
Ответ / Cavab
Aleykumusalam.
Haram iş gənclərin xəlvətə çəkilib nəsə etmələridir. Hər şeyi burada açıq yazmalıyıq? Sualı verdikdə oxuyub anlayıb cavab veririk, qaranlıq məsələ olanda özümüz soruşuruq.
Salam hacı. Bir nəfər var, dinə və Allaha inanan lakin namaz, oruc kimi vacib əməlləri yerinə yetirməyən biridir. Başqa bir nəfər ona "sən mürdəşirsən" dedi. Elə insanlar həqiqətən mi mürdəşir adlanır? Və bu cür demək doğrudur?
Ответ / Cavab
Aleykumusalam.
Murdəşir sözü ölüyuyan deməkdir. bu sözün həmin şəxsə aidati yoxdur.
Salam. Sabahınız xeyir. Qüsl edəndə əlimdən duş hamamın içəri hissəsinə düşdü. Düzdü hamamı yumuşdum. Amma nəfsim çəkmədi. Götürdüm.Duşdakı sudan bir az ovucuma allm duşun başlıq hissəsinə su tökdüm. Sonra yarımçıq qalmış qüslümü etdim. Bu hal qüslə maneə deyil ki? Üzr istəyirəm belə sualçün amma çox narahat qalmışam. əvvəlcədən təşəkkür edirəm
Ответ / Cavab
Aleykumusalam.
Nə bu hal qüslünüzə mane olub nə də duş yerə düşməklə bulaşıb.
Salam.Sualim beledir..biraz duz anlayin ozum hicabliyam ve 45 yawinda bowanmiw bir kiwi menimle aile gurmag isteyir menimse 26 yawim var...herweyi yaxwidir insan kimi bir birimizi cox yaxwi anlayirig iw yoldawiyig o geder gozel insandirki iwde herkesle bunu munasibetinse hiss etmek mumkundur...Ve herweyide oz gaydasinda etmek isteyir menede rahat oldugu kimi .Yeni men hec aile gurmamiwam subay gizam bunda bir gemabeht varmi ?yeni hemin insanla aile gura bileremmi?xamenei aga
Ответ / Cavab
Aleykumusalam.
Əgər arada olan yaş fərqini deyirsinizsə, burada bi qəbahət yoxdur. Böyüklərinizin bu işə munasibətini də əsas olaraq götürməyiniz tovsiyə olunur.