Страница 32 из 5746 << < 28 29 30 31 32 33 34 35 36 > >>
Sual |

Salam şam və xüftən namazının vaxdı çıxır bəzən evdə olmuram 23 55 falan oluram gecə yarısından sonra bu zaman nəqədər gözləyib qəza etməliyəm

Ответ / Cavab

Aleykumusalam.

Qeyd edilən zamandan sübh namazına kimi olan vaxtda bu iki namaz  əda və ya qəza deyilmədən qılınacaq.

Allah sizə yar olsun

Задан: 24 Ноябрь, 2019 , Опубликовано: 23 Ноябрь, 2019
... |

Salam qan hansı halda dəstəmazı pozur dünən dəstəmaz aldım soyuqdan əllərimdə çatlar əmələ gəlib barmağım qanadı namazı qıldım demişdilər dəri altı qan dəstəmazı pozmur namazı qəza etməliyəm yoxsa bu halda düzgündür

Ответ / Cavab

Aleykumusalam.

Yaradan qan axması dəstəmazı pozmaz, sadəcə gərək həmin yer yuyulub paklansın.

Allah sizə yar olsun

Задан: 24 Ноябрь, 2019 , Опубликовано: 23 Ноябрь, 2019
Sual |

Salam Hacıcan. Namazın birinci salaminda bütün peyğəmbərlərə Salam göndəririk yoxsa təkcə öz peyğəmbərimizə?

Ответ / Cavab

Aleykumusalam.

İslam Peyğəmbərinə salam göndərilir.

Allah sizə yar olsun

Задан: 24 Ноябрь, 2019 , Опубликовано: 23 Ноябрь, 2019
Salam |

Salam,sie namazina hardan baxa bilerem vidiosuna?saqolun

Ответ / Cavab

Aleykumusalam.

https://www.youtube.com/watch?v=nwas4WZ-eqA

Allah sizə yar olsun

Задан: 24 Ноябрь, 2019 , Опубликовано: 23 Ноябрь, 2019
Ayan2 |

Salam.Qüsl etdiyim yerdə duşun taxılma yeri qırıldı.Düzəlməsi bir gündən sonra olacaq deyə mən duşu əlimdə tutub qüsl aldım.Təbii ki kürək nahiyəmin bəzi yerlərinə əlim çatmırdı suyu tuturdum.Beləcə qüsl etdim.Amma ürəyimə yatmadı.Duşu kranın başına taxdım.üzr istəyirəm çöməlib durub qüsl etdim.İndi bu qüslün hansı düzdür.Bu qüsllərlə etdiyum namaz düzdürmü?əvvəlcədən təşəkkür edirəm.

Ответ / Cavab

Aleykumussalam

Duşu əldə tutub qusl etməyinizə heç bir problem yoxdur. Yaxud əyilib qüsl almaqda. Əsas lazım olan bədənin qeyd edilən ardıcıllıqla yuyulmalidir.

Allah sizə yar olsun

Задан: 23 Ноябрь, 2019 , Опубликовано: 23 Ноябрь, 2019
Sual |

Hacican o tutek sesi bu linkdeki videodadir. 5:17 deqiqeden bawlayir. Paylawmaga icaze var mi bu videonu? https://youtu.be/w0yzptTDyS0

Ответ / Cavab

Aleykumussalam.

Üzrlü bilin. Bunlara baxmaq istəməzdik. Paylasmaqa gəldikdə isə hədis ayə paylaşın.

Allah sizə yar olsun

Задан: 23 Ноябрь, 2019 , Опубликовано: 23 Ноябрь, 2019
Gulnar |

Salam.mən Allah rızası üçün qızı ailə qurmaq üçün oğlanla tanış etmək istədim,qız bəyənmədi birinə dedi kasibdi o birinə d çi ,boşanmışdi,nə isə bu iş alınmadı.mənə burda savab yazılır? Xamenei ağa təqlid edirəm

Ответ / Cavab

Aleykumussalam.

Hər bir xeyir əməldə savab var. Amma bu işlər bir qədər təhlükəlidir. Bundan uzaq olun.

Allah sizə yar olsun

Задан: 23 Ноябрь, 2019 , Опубликовано: 23 Ноябрь, 2019
nigar |

salam haci. sumqayita gedende Namazlar Qesr sheklinde qilinmalidi?

Ответ / Cavab

Aleykumussalam

Haradan getdiyinizi yazmamisiz. Yaşadığınız yerin sonundan getdiyiniz yerə qədər olan məsafə 22 km dən artiq olarsa namazlar qəsr olacaq.

Allah sizə yar olsun

Задан: 23 Ноябрь, 2019 , Опубликовано: 23 Ноябрь, 2019
Sual |

Salam Haci. Bir video var 30 saniyelik, ata qizini uzaqdan izleyir. Arxa fonda da qəmli tutek sesi çalır. O videonu paylaşmaq olar? Haram musiqi meselesine gore soruşuram.

Ответ / Cavab

Aleykumusalam.

Orada nə musiqi olduqunu bilmədiyimizdən bir söz deyə bilmərik

Allah sizə yar olsun

Задан: 23 Ноябрь, 2019 , Опубликовано: 23 Ноябрь, 2019
Sualin tam formasi budur |

Salam Haci. Yadınızdadırsa kolleksiyalarin içindəki şəkilləri oz zəhmətimlə sayını artırıb yeniden satışa qoymaqla bagli sual yazmışdım. Kolleksiyalari aldığım satici oz elaninda yazmisdi ki bes bu fayllar oldugu kimi satmaq üçün deyil. Siz de cavab yazmisiz ki qazancimda problem yoxdur. Hacican bir şeyi qeyd etmek fikrimde olmayib. Hemin adam elaninda bele bir şey de qeyd edib: "bu fayllar şəxsi ve mehdud ticari meqsedler üçündür ve olduğu kimi satilmaq ve ya çap edilib satilmaq üçün deyil". Qeyd tam şəkildə belədir. Birincisi men kolleksiyani oldugu kimi yox, icindeki fayllarin sayini artirib satiram, ikincisi oz elanimda qeyd edirem musterilerime ki bes siz ancaq bu kolleksiyani size rahat şəkildə teqdim etmeyime gore pul odeyirsiz, hec bir muelliflik huququna malik deyilem. Üçüncüsü de bu fayllari satin almis oldugum o adam bu fayllar uzerinde hec bir muelliflik huququna malik deyil. Yeni internetden pulsuz yukleyib kolleksiya e

Ответ / Cavab

Aleykumusalam.

Bunları əvvəldə yazmışdız və sizə cavab vermişdik, sözümüzdə dəyişiklik yoxdur.

Allah sizə yar olsun

Задан: 22 Ноябрь, 2019 , Опубликовано: 22 Ноябрь, 2019
Sual |

Salam bir nəfər mənnən namaz qılmaq istəyr lakin sözləri bilmir qadınam oda qadındır ona necə imam ola bilərəm bildiyim qədəriylə imam qabağda diyanır onun qiraəti arxasımdakılarada sayılır belə halda necə edilir niyət falan deyərdizdə zəhmət olmasa

Ответ / Cavab

Aleykumusalam.

Siz namaza başlayacaqsız, o da sizə bağlanaraq namaz qıldığını niyyət edib qılacaq.

Onu da qeyd edək ki, qadının hətta qadınlara imam durmasına icazə verməyən muctəhidlər də var.

Allah sizə yar olsun

Задан: 22 Ноябрь, 2019 , Опубликовано: 22 Ноябрь, 2019
Sahibə |

Salam.xalq arasında belə deyim var qar ruzi gətirir,vəya qar özü ilə ruzi bərəkət gətirsin.belə demək olarmı? Necə demək düzgün olardi?Allaha şərik qoşmaq sayılırmı? Xamenei ağa

Ответ / Cavab

Aleykumusalam.

Xeyr, belə deyil, heç kim qarın nəyəsə qadir olması əqidəsində deyil. Yağış qar yağandan sonra torpaq qidalanır və ona yeni həyat gəlir. Bu səbəbdən belə deyilir. Hamı bilir ki, yağışı da, qarıda göndərən, ruzi verən Allahdır.

Allah sizə yar olsun

Задан: 22 Ноябрь, 2019 , Опубликовано: 22 Ноябрь, 2019
Aysel |

salam haci..cox xahis edirem mene komeklik edesiz..yoldawim iwe getdikden sora evde tek qaliram seher onu yola salib yatiram..ama yuxuda yoldawimin cildine girmis bilmirem weytandi nedi birini gorurem..ele bilirem yuxuda deylem dogurdan da ozudu getmiyib iwe falan..sora meni incidir nebilim bogmag filan istiyr canimi agridir onda bilirem ki bu hemin yuxulardandi yuxudan ayilmag istirem ayila bilmirem coxlu salavat deyirem yuxuda ele olur yavaw yavaq ozme gelirem..artig necenci defedi bele olur..ozum de hamileyem bu qorxulardan uwaga da nese olacag deye narahatam..ayilanda butun bedenim esir vahimeden..xahis edirem mene bir yol gosterin :'(

Ответ / Cavab

Aleykumusalam.

Siz hamilə olduğunuzdan belə hallar yaşanır. Özünüzə buna qpamayın, bu sizdə psixpoloji travmaya səbəb olar. Siz yoldaşınızı işə yol slndan sonra yatmayın. Yaxud yatmamışdan qabaq bir fatihə, 3 dəfə ixlaq və bir dəfə ayətəl kursi oxuyub sonra yatın, inşaAllah belə yuxular pozulub gedər.

Allah sizə yar olsun

Задан: 22 Ноябрь, 2019 , Опубликовано: 22 Ноябрь, 2019
Rəna |

Salam. 1.Zəhmət olmasa Mehin adının mənasını deyərdizdə. 2. Bu dini addır?.. çox sağolun

Ответ / Cavab

Aleykumusalam.

Bu söz fars dilindən gəlib iki mənada işlənib . Zəif, süst həmçinin, daha böyük olan mənalardadır və dini ad da deyil.

Allah sizə yar olsun

Задан: 22 Ноябрь, 2019 , Опубликовано: 22 Ноябрь, 2019
Bende |

İxtiyari olaraq bele eden kesin sübh namazının qezası düzgün sayılırmı?

Ответ / Cavab

Aleykumusalam.

Bunun belə edilməməsini bilən ixtiyari olaraq belə niyə etsin ki? şəriətlə toqquşmaq xosuna gəlir?

Bilməyərəkdən edilən səhflər bağışlanar, bilərəkdən insan səhflərə yol verməməlidir.

Allah sizə yar olsun

Задан: 22 Ноябрь, 2019 , Опубликовано: 21 Ноябрь, 2019
Anonimka |

Salam namazı başı bağlı qəlıb salaçdan sonra edilən təsbihat və zikrdə başı açmaq olar elə olurki çox pis sıxılır ürəyim problem olur olarmıki namazda namazlıq geyinirəm bitirəndən sonra sadəcə başımı açım zikrləri elə edoç

Ответ / Cavab

Aleykumusalam.

ÇAlışın başı bağlı olun. Hicabdan sıxılmaq lazım deyil. Siz özünüzə psixoloji olaraq hicabın sıxıcı olmasını təlqin etmisiz. Bu düşüncəni beyninizdən çıxarsaz, görəcəksiz ki, qətiyyən sıxıcı deyil, bəlkə  rahatlayıcıdır.

Allah sizə yar olsun

Задан: 22 Ноябрь, 2019 , Опубликовано: 21 Ноябрь, 2019
Bende |

Bes eger Sübh namazının qezası Zöhr namazı ile Esr namazı arasında qılınsa olar? (Sistani ağa)

Ответ / Cavab

Aleykumusalam.

İxtiyari olaraq belə etməsin.

Sübh zöhrdən əvvəl qəza edilsin.

Allah sizə yar olsun

Задан: 21 Ноябрь, 2019 , Опубликовано: 21 Ноябрь, 2019
Elya |

Salam bacim burnundan emeliyyat olub helelik eyilmek olmaz suynanda temas mueyyen muddet olmaz bu halda destamzi teyemmun edecek bes namazi nece qilsin eyilmek olmaz Xaiw ederdim etrafli bawa salasiz

Ответ / Cavab

Aleykumusalam.

Dəstəmaz əvəzi təyəmmüm etsin. Səcdəyə əyilə bilmirsə, möhürü götürüb alnına yapışdırıb zikri desin.

Allah sizə yar olsun

Задан: 21 Ноябрь, 2019 , Опубликовано: 21 Ноябрь, 2019
.... |

Salam cenabetli oldum sonra getdim ayaq yoluna istibra eledim derhal qusl aldim ama sora yapiskan sehvetsiz maye geldi istibra elemisdim bu halda yeniden qusl almaliyam cox sagolun

Ответ / Cavab

Aleykumusalam.

Xeyr, qeyd edilən halda quslunuz pozulmayıb.

Allah sizə yar olsun

Задан: 21 Ноябрь, 2019 , Опубликовано: 21 Ноябрь, 2019
səhrasss |

salam.ərim ilə coxdan boşanmişig və dəfələrlə dava edəndə bir birimizə boş ol demişik özü xəyanət zina əhlidi.8 ildi evliyik ama onu zinadan qaytara bilmədim qabağına çixan qadın ilə zina edirdi.mən balama gorə susmusham.indi boşandim.özü başqa ölkədədi.hardadı ne edir bilmirem.soruşada bilmirem ki talag oxutdurum.o meni və balalarimi atib gedib.men nece talaq oxutdurum?amma biz cox bir birimize demisik boş ol sozunu.men nece talag oxutdurum?o yoxdursa men mecburen bu veziyetde qamalı oluram?onsuz talag oxutdurmag olmaz?

Ответ / Cavab

Aleykumusalam.

Qadının ərinə talaq vermə kimi bir haqqı yoxdur, yəni sizin boş ol demənizin bir əhəmiyyəti yoxdur. Siz yəqin ki, əsəbinizdən onu tapmaq mümkün deyil demisiz. Yoxa çıxmayıb. onu tapmaq da mümkündür. Qohumlarınızdan kimsə onunla əlaqə saxlasın və ondan sizin talaqınızı alsın, Sonra gedib oxuda bilərsizniz.

Allah sizə yar olsun

Задан: 21 Ноябрь, 2019 , Опубликовано: 21 Ноябрь, 2019
Страница 32 из 5746 << < 28 29 30 31 32 33 34 35 36 > >>
© 2026 При использовании материалов, ссылка на сайт www.iSLAM.az обязательна!
Copyright 2002-2016, Центр Религиозных Исследований, All Rights Reserved.
Вопросы и пожелания: [email protected]
  SpyLOG Сайт сделал: 313wb.com