Salam istixarenin cavabin yazardiz zehmet olmasa is qurmaq ucun istixare etmisem ki isi qurum ya yox Əraf 96 Əgər şəhər və kəndlərin əhalisi iman gətirsəydilər və təqvalı olsaydılar, şübhəsiz, göydən və yerdən onların üzünə bərəkətlər(in qapılarını) açardıq. Lakin onlar (Bizim ayələrimizi) təkzib etdilər. Belə olduqda onları əldə etdiklərinin cəzası olaraq yaxaladıq. Xais edirem Muhamməd və Ali Muhammədə salavat göndərək butun muşgullərimiz həll olsun diyə və gunahlarimiz bagislansin diyə 2. Mən dedim ki istixarə edəcəm Əgər Allah desə ki buyur bu isi gor buyur demeyim duz idi burda humah qazanmafim sora nəuzubillah dedim cox sagolun Allah sizi əziz etsin
Ответ / Cavab
Aleykumusalam.
Sualınız anlaşılmadı. İstixarənin mənası isə xeyrə deyil.
Yerde pul tapilsa onun hökmü nədir? Mən bildiyim qədər ən əvvəl ətarfa axtarış etmək lazımdir ama əyər hec bir kəs tapılmasa o zaman həmin pulu niyyət edib (pulu itirən adamin adından niyyət edib) ele kim pulu itiribsə o adamin adından da sədəqə verməkdir.?
Ответ / Cavab
Aleykumusalam.
Tapılan pulun məsələsi belədir. Həmin yerdə hər gün, bir həftə ərzində pul tapılması barədə elan ediləcək. Sonrakı ay həftədə bir gün elan ediləcək. Sonra bir ay elan ediləcək. Yiyəsi tapılmasa bir il əmanət kimi qorunacaq, sonra onu sahibi adından fəqirə verə bilərsiz. Amma əgər bundan sonra sahibi tapılsa və pulunu tələb etsə gərək verəsiz.
Yaxud da onu şəriət hakimi olan muctəhidə verin, boynunuzda bir vəzifə qalmasın.
Salam Haci. Salam Aleykum adlı restoran var. Namaz otaqlari var, atam pivə istədikdə biz icki satmiriq demişdi ofisiant. Belə şeylərə fikir verdikləri melum olur. Bu restorana etibar edib kabab sifariş etmek olar ev üçün? Sistani ağa
salam Haci bir sey sorusum sizden namazda salamlarda daha dogrusu namazi bitirende salamalarda bas sag ve sol terefe firlanmalidir azacig?? bir gism insa bele edir yeni salam verende basi saga ve sola firladir digeri yox dogrusa hansidircox sag olun
Salam. 1.Bu söz daha doğru necə yazlır? Şəfaət yoxsa şifaət və mənası nədir? 2. Buyrulur ki sizinlə əlaqəni kəsənlə əlaqə yarat. Biz əsasən kimlərlə əlaqə yaratmalıyıq? Bura kimlər daxildir. 3. Məsh edəndə ayaqa təkcə barmaqları çəksək olar?
Ответ / Cavab
Aleykumusalam.
Düzgünü Şəfaətdir. Şəfaət birinin digərinə görə üçüncü şəxsin yanında söz deməsi, istək tələb etməsidir.
Yaxınlar və qohumlar.
Xeyr, barmağın ucundan ayaqin üzərinin dik yerinə qədər aı məsh edilməlidir.
Salam. Size bir sual vermek isterdim. Bezen min defe salavat etmek, min ixlas oxumaq isteyirem, icimden kecir, yaxud da her hansi bir dua ucun bunu etmek isteyirem. bezen olur ki, salavat ve ixlas oxudugum yerde kimse bolur, yaxud da her hansi bir sebebden yarimciq qoymali oluram. qayidib yeniden sifirdan baslayiram oxumaga, cunki bolunmus hesab edirem bilmek isterdim ki, cox sayda, yeni min ve daha artiq sayda salavat ve ya her hansi bir sureni oxuyarken her hansi bir sebebden yarimciq qalanda yeniden baslamaq lazimdir, yoxsa davam ede bilerem sehifenizi izleyirem ve beyenirem. evvelceden tesekkur
Salam hal hazirda geyinmeye ister yagis isder yaxsi havada ayaqqabim var ama agdi basqa ayaqqabi alim yoxsa onu geyinim yeni almagimda qebahet varmi? Alsam israf sayilmaz ? Cox sagolun
Salam tutalim ki men size deyirem ki siz esaatim var evde onu verecem ona dora fikrimnen dasiniram vermey isdemirem ve bu barede size hec ne demirem men indi bu saati size vermeliyemmi? Zehmet olamsa cavablandirardiz cunki bilim ki uzerime dusen vezife nedir se onu edim sizin bu saatda haqqiniz yoxdu ki yeni eger neyise vereceyimi dediyim adama bunu vermesem menim boynumda haqqi qalirmi cox sagolun zehmet olmasa haqqi baresinde biraz etfarli yazardiz
Ответ / Cavab
Aleykumussalam
Əgər sizin deyinizlə həmin şəxsin haqqı zay olarsa o zaman sizin boynunuza haqq gələr. Məsələn deyirsiz ki sizə yemək gətirəcəyəm, sonra vermirsiz, o da ac qalir və sair.
Salam aleykum.2 sualim var. 1.Men hicabliyam, eltim deyil.Evde ele abu havadirki eltime yoldasim baci deyir, elece de qaynim mene baci deyir.Amma eltimle yoldasim gorusende opusub gorusur, men de qisqaniram namehremdir.Duzgundur bu hal? 2.Qadinlara nece ki deyili sekil paylasmayin namehremler icerisinde bu eyni hal kisiye de aiddir?
Ответ / Cavab
Aleykumussalam.
Qisqanmaq ayrı movzudur, haram ayri. Əgər namehrəmdirlərsə belə münasibət haramdır. İnsa naməhrəmə baci deməklə o dönüb məhrəm olmur.
Salam gumuw sep taxan zaman onu namehrem gorur bu haram deyil ki ve bir de sepin diyesrn plasmas klonu var onu taxmagin qebaheti yoxdu ki 2 asura ziyaretnamesin oxuyan zaman mutleq 100 defe demek lazimdir mi her birin ve eger bele etmek vacib deyilse en az necede defe oxumaqla kifayetlenmek olar cox sagolun
Ответ / Cavab
Aleykumussalam
Kisilər uchun bunun eybi yoxdur.
Orada iki hissə var ki olar 100 dəfə deyilməlidir. Bu qədər deyə bilməsəz, bacardiqiniz qədər deyin.
Salam! Haci Shahin Hesenli her xutbe evvelinde dua oxuyur. Zehmet olmasa o duani yazin, imkan varsa tecumesi ile. Allah sizlerden razi olsun!
Ответ / Cavab
Aleykumussalam
Xutbələrin əvvəlidə oxunan dua müxtəlifdir. Hər xətib də müxtəlif formalardan istifadə edir. Haci Sahin də yəqin ki müxtəlif formalarda deyir. Sizin hansini istədiyinizi bilmirik.