Salam bu il hamilə olduğum üçün Ramazan ayının orucu tuta bilmədim. Məhərrəm ayında tuta bilərəmmi? 30 gün ardıcıl tutum ya hissə-hissə tuta bilərəm? Məs 3 tutum fasilə,5 tutum fasilə və s Xamenei ağa təqlid edirəm
Ответ / Cavab
Aleykumussalam
Bəli tuta bilərsiniz və bunu fasilələrlə də edə bilərsiniz.
Salam 1) Məhərrəm ayında ad günü məclisinə tort bişirib getmək olarmı....ev sahibi ad günü verdiyi qonaqlığı imam ehsanı niyyətinə çevirəcək 2) Cümə günü xütbənin ortasında məsçidə çatırıqsa cümə namazımız qəbuldurmu...yəni güc getdiyimizə görə batil olmaz ki 3)Bizim şiə məsçidlərinin bəzilərində Fatihə surəsini oxuyarkən imam YOVMİDDİN deyir halbiki bu YAUMİDDİN olmalıdır.Biz edə həmin şəxsə iqtida edirik namazımız səhihdirmi 4) Marketlərdə satılan KAMAR kolbasaları halaldırmı.Sağ olun.
Ответ / Cavab
Aleykumussalam
Bu düzgün deyil. İmam ehsaninda tort olmur və təbriklər olmur, Əhli beyt və fəzilətləri yad olunur.
Eybi yoxdur batil olmaz.
Qiraəti duz olmayan səxs imam dayana bilməz ve ona iqtida da düz deyil.
Musəlman ölkəsində istehsal olunubsa yeyə bilərsiniz.
Salam Hacı. O nece olur ki magazada satilan üzüm soklarini içmək olar, ancaq şərab haramdır? Bunların aralarında fərq nədir? Her ikisi üzüm suyudur ona görə maraqlı gəldi mənə.
Ответ / Cavab
Aleykumussalam
Aralarinda olan fərq birinin sixilib suyunun çıxarılması, digərinin isə qaynadilib qicqirmasidir. Məgər qicqirmisla sixilmis eynidir?
Salam Hacı. Raziyam ki namazdan sonra teqibatlari zikrleri deyende fikrin dediklerinde olsa savabı çox olur. Ancaq gorursen ki herden hemin zikrleri deyende fikrin gedir, sanki boşluqda olur beyin ancaq deyirsen yene de zikrleri. Mən düşünürəm ki Allah ki bize bu qeder mehribançılıq edir, bize savab yazmaga behane isteyir, hetta fikrimiz zikrde olmasa bele o ki biz namazdan sonra teqibata vaxtimizi ayiririq, Allah ona da belke cuzi de olsa amma yene savab yazir. Yeni bu zikrleri demeye de bilerik ancaq oturub vaxt ayirib deyirik fikrimiz tez tez getse de zikrlerin menasindan. Duz fikirlewirem?
Salam aleykum.Zikr edende ne sebeb 33 defe subhenallah 33 defe Alhamdulillah ve 34 defe Allahu Akbar deyirik.Yeni bu 33 ve 34 lerin anlami nedir?nie 35 defe deyil 33 defe zikr edirik ve 34 defe ne ucun Allahu Akbar deyirik?Allah size yar olsun
Ответ / Cavab
Aleykumussalam
Məsələn 35 olsaydı sorusmayacaqdiqmi niyə? Bir rəqəm olmadir.
Bunun qədərini peyğəmbər əziz qızı xanim Zəhraya bu qayda ilə oyrədib.
Salam. 29 yawim var Uzun illerdi namaz ve oruc ibadetlerim var Yaradanimi sahibimi hemiwe sevmiwem rizasini qazanmaq ucun sey gostermiwem bir nece gun once bir ateistin menasiz daniwiqlarini ewitmiwem hemin an tesir etmedi ve Cox agilsizca mentiqsiz geldi mene Allahi Inkar etmesi Falan sonra namaza gedende aglima islemediyim halda wubheler girdi Cox qorxuram imanimi itirmekden mene yol gosterin Xaiw edirem Quran dinleyirem yadima duque namazda Yadira duwur ozumden utaniram bele wey duwunduyum ucun bu menim imanimin zeifliyinin gostericisidir? Imanim yeterli olsa idi aglimda wek wubhe olmazdi elemi? O suallari yazib insanlarin beynini qariwdirmaq islemirem me edim amma namazima davam edirem qeyri ixtiyari Rebbime yonelirem gun icinde Dua edib hecetlerimi isleyirem
Ответ / Cavab
Aleykumussalam
Siz suallari bura yazin və poctunuzu qeyd edin. Əgər umumi baxisa zərərli olduğunu gorsək ancaq sizin poctunuza gondərəcəyik. Ateistlər qatsisinda din aciz deyil.
Salam aleykum.1 dostum var islediyi isde ise materiallar alir.Sirket bilir hansi qiymete satilir bazarda.Sadece olaraq dostum 1 tanis tapib vasite olaraq ele bilinki her yerde 45 manata satilir bu material amma dostuma 40 manata verir.Ha halbuki islediyi yerde bilir ki, 45 manatada her yerde.Burda o 5 manati ozune goture biler?melumat vermeden yeni?melumat verse ona vermeyecekler menfeeti.haramdir yoxsa?
Ответ / Cavab
Aleykumussalam
Əgər kimisə aldatma,yalan danisma və kiminsə haqqini zay etmə ortaya gəlmirsə icazəli olar.
salam aleykum..Mc donaldsdaki yemekler halaldi?yaxud oranin geliri deyirdiler israile filan gedir oncun onlara xeyir vermek olmaz..bu hagda ne deye bilersiz? gedib nese yeye bilerik orda?
Ответ / Cavab
Aleykumussalam
Əgər işğalçılara yardım etməsi yəqin olarsa onlara xeyir verməkdən uzaq olmaq lazımdır.
Salam Haci. Heyvanlarin nese mezeli videolari olur meselen yixilib suya duwurler ve s. Onlari paylawanda hemin heyvanlarin haqqina girmiw oluruq? Insanlardaki kimi iwleyir yeni bu qayda yoxsa paylawmaq olar ele videolari?
Salam. Rus istehsalı pendir var idi kolbasa formasında dadı da kolbasaya oxşayırdı. Tərkibində haram görmədim. Emeluqatorlar vardı onuda dəqiq bilmirəm hala,haram olmaqın. Bilmək istərdim o pendir halal olar?
Salam aleykum.Eger kebin kesilen zaman qizin hec bir ata terefinden elaqesi yoxdursa ve ata babasi dunyasini deyisibse 1 sozle qizin dunyada 1 anasi var bu zaman kebin kesdirmek olarmi???