Страница 551 из 5746 << < 547 548 549 550 551 552 553 554 555 > >>
Efsane |

ALLA sizden min kere razi olsun Haci qardaw ne muradiniz varsa ALLAH xeyirlikle versin ALLAHIN komeklile inwALLAH AmIN AMIN AMIN AMIN AMIN

Ответ / Cavab

Aleykumusalam.

Biz burada xidmət etməyə çalışırıq. Yararlı olmuşuqsa, Yaradana həmd edirik.

Allah sizə yar olsun

Задан: 1 Декабрь, 2017 , Опубликовано: 30 Ноябрь, 2017
Rufet |

QUSL ALANDAN SONRA DESTAMAZ ALMAQ LAZIMDIR?

Ответ / Cavab

Aleykumusalam.

Ancaq cənabət qüslündən sonra dəstəmaz alınmaz. Qalan qüsllərdən sonra  dəstəmaz alınsın.

Allah sizə yar olsun

Задан: 1 Декабрь, 2017 , Опубликовано: 30 Ноябрь, 2017
Salam |

birdefeye suya batib cenabet quslu alarken nece niyyet edilmelidir?ve suda nece saniye qalmaq lazimdir?

Ответ / Cavab

Aleykumusalam.

Niyyət ynidir, sadəcə bir dəfəyə suya batmaqla  elə hal olmalıdır ki, bütün bədən tam olaraq suyun içində olsun

Allah sizə yar olsun

Задан: 1 Декабрь, 2017 , Опубликовано: 30 Ноябрь, 2017
ramil |

islamda insanin ruh tutmasi var? VARSADA HANSI MENBELERE ESASLANIR?

Ответ / Cavab

Aleykumusalam.

Belə şeyə İslamda rast gəlməmişik.

Allah sizə yar olsun

Задан: 1 Декабрь, 2017 , Опубликовано: 30 Ноябрь, 2017
....... |

Salam. Hz.Əli(ə) : qadının qısqanclığı imansızlığından, kişinin qısqanclığı isə qeyrətindəndir Имам Али (А) сказал: »Ревность женщины — неверие, ревность мужчины — вера". («Нахдж уль-балага», афоризм 124). Haci amma men hansisa hedisde oxumuwam ki qadin qisqanirsa demeli sevir. Hansi duzdur? Qadin oz erini qisqana bilmez? Azcada olmaz? Cox sagolun

Ответ / Cavab

Aleykumusalam.

Qısqanclıq həddində olmalıdır.

Allah sizə yar olsun

Задан: 1 Декабрь, 2017 , Опубликовано: 30 Ноябрь, 2017
salam |

Salam.butov bedeni suya girmeklede qusl alinirmi? meselen deniz ve ya hovuza? Bele qusl nece alinir?

Ответ / Cavab

Aleykumusalam.

Birdəfəyə suya batmaqla da qüsl etmək mümkündür. Bu irtimasi qüsl adlanır. Belə qüsl hövuzlarda, dənizlərdə , geniş su hovzələrində etmək olur.

Allah sizə yar olsun

Задан: 30 Ноябрь, 2017 , Опубликовано: 30 Ноябрь, 2017
adsiz |

Salam.qusl nece alinir?sadece qusl aliram qurbeten ilellah deyib cimmek lazimdir?

Ответ / Cavab

Aleykumusalam.

Bura daxil olub baxıb öyrənin.

https://www.youtube.com/watch?v=rw8KxwDC6lo

Allah sizə yar olsun

Задан: 30 Ноябрь, 2017 , Опубликовано: 30 Ноябрь, 2017
Sual |

Salam.Oglanla qizin internetde tanisligi duzgundur?Yeni artiw eskik sohbetler olmadan evlilik meqsedile danismaq olar?Xasiyyetleri uygun gelse aileler qarisacaq

Ответ / Cavab

Aleykumusalam.

Xeyr, qətiyyən olmaz. Bu günün ailələrinin belə kövrək olması, boşanmaların baş alıb getməsinin əsas səbəblərindən biri də elə belə tanışlıqlar və eliliklərdir.

Allah sizə yar olsun

Задан: 30 Ноябрь, 2017 , Опубликовано: 30 Ноябрь, 2017
Asi |

Salam haci.Demeli men 3ile yaxindi aileliyem.Heyat yoldasimla elhemdulillah yaxsiyiq men bir qadin kimi ohdeme dusen her seyi edirem oda evin kisisi kimi ohdesine dusenleri edir.Her ikimiz elhemdulillah namaz qiliriq.Qardasimin ailesinde soz-sohbet olanda bir qayini var deyirki bacivin ailesini dagidaram ay bele ederem yeniki menim ailemi.Herden ele narahat oluramki.Erimede deye bilmirem gedib oldurer xasiyyeti agirdi.Dua edirem Rebbime siginiram ailemi qorumagi ucun.Haci men ne edim???

Ответ / Cavab

Aleykumusalam.

Hər ikiniz boynunuza düşən vəzifələrinizi ALlaha xatir icra etməkdə davam edin, Allaha təvəkkül edin və dualarınızı əskiltməyin.

Allah sizə yar olsun

Задан: 30 Ноябрь, 2017 , Опубликовано: 30 Ноябрь, 2017
E......V |

Salam 1.Əyər heyz qüslü aldıqdan sonra az miqdarda qan gəlibsə yenidən qüsl almalıyıq ? 2.Pirlərin vasitəsi ilə Allahdan nəsə istəmək şirkdirmi ? 3.Qadın namazqılarkən barmağında üzük ola bilərmi ? 4.Deyirlər gündə Allah üçün 12 rükət nafilə namaz qılmaq müstəhəbdir namazlardan biri zöhrdən əvvəldir mənsə həmin vaxt dərsdə oluram olar ki 11 rükət qılım ? Allah razı olsun

Ответ / Cavab

Aleykumusalam.

Yenidən qüsl vilməlidir.

Xeyr, şirk deyil.

Bəli, ola bilər.

Gündəlik vaciblərinizi qılın.

Allah sizə yar olsun

Задан: 30 Ноябрь, 2017 , Опубликовано: 30 Ноябрь, 2017
E......V |

Salam halhazırda Hicri Şəmsi təqvimi ilə götürsək 1438 Qəməri ilə götürsək 1439cu ildir ?

Ответ / Cavab

Aleykumusalam.

Xeyr, qəməri təqvimi ilə  1439, hicri şəmsi ilə isə 1396 dır.

Allah sizə yar olsun

Задан: 30 Ноябрь, 2017 , Опубликовано: 30 Ноябрь, 2017
Помогите мне пожалуйста! |

Salam! Cox xaish edirem mene komey eliyin! Men bashka olkede yashiyiram ve burda butun mecitde haciler sunnidu! Ve men onlarin birinin arvadinda bir az melumat aldim! Sualim bele oldu! Erim telefonla mene uc defe boshuyuram dedi, fergli vaxtlarda her defe dedi ki mene lazim deilsen arvadim deilsen! Iki ay sonra uc defe eyni anda boshuyuram dedi! Ve 4ay sonra dedi get eve ozu burda yoxdu! Mende geldim! Indi bu hacinin arvadi deir ki biz er arvad sailmiriq! Ya yeniden nigax oxunlamidi yada mee ere gedib bashkasina ondan sonra boshanib tezden oz erime eregel bilirem! Geyd edimki erim talak verende men menstruciyamin 7gunuydu! Indi siz deyin biz er arvad sayiliriq ya yox!? Umumiyeyle sunnu shiyenin buna dexli var?

Ответ / Cavab

Aleykumusalam.

Sizin qeyd etdiyinizə görə nigahınız yerindədir.

Allah sizə yar olsun

Задан: 30 Ноябрь, 2017 , Опубликовано: 30 Ноябрь, 2017
... |

salam aleykum. 1.eyer aile daxilinde er arvad arasinda hormet qalmiyibsa qadin soyulurse ve neticede ere olan sevgi aradan gedirse qadin gunah qazanirmi? qadin doyulme soyulme neticesinde anasi gile gedse ve bosanmaq istese gunahi coxmu boyuk olar?

Ответ / Cavab

Aleykumusalam.

Qadın niyə döyülür? Bu suala cavab tapa bilərikmi? Əgər ər dəlidirsə, o zaman boşansın. Yox əgər dəli deyilsə deməli problem başqa şeydədir. Bu problemi tapıb həll etmək lazımdır.

Qadın ata evinə qayıtmaq üçün ailə qurmur, qadın ana olub ailədə xanım olmaq, ana olmaq, cəmiyətə salim övladlar yetişdirib təhvil vermək üçün ailə qurur. Məqsəd bu olduqda qadın nə etmək lazım olduğunu bilir.

Allah sizə yar olsun

Задан: 30 Ноябрь, 2017 , Опубликовано: 30 Ноябрь, 2017
Efsane |

haci qardaw geve yekedi ustunu nece pakliyob namaz qilim

Ответ / Cavab

Aleykumusalam.

Nəcis  olan yerin altına vanna qoyun, həmin yeri yuyun , nəcis su axıb həmin vannaya toküləcək. Nəcis aradan gedəndən sonra  bir də su tökün, həmin yer pak olacaq. Hər dəfə yuyanda əlinizlə xalçanı sıxıb suyunun axıb getməsinə kömək edin.

Allah sizə yar olsun

Задан: 30 Ноябрь, 2017 , Опубликовано: 30 Ноябрь, 2017
Adsiz |

Salam haci qardaw 3aydi evliyem son bir aydi yoldawimla hec yola getmirik bir soz deyen kimi qiwqirir dava salir 2gunlerle eve gelmir men neyniyim belke emel edibler bilmirem taniya bilmirem yoldawimi hansi duani oxuyum ne edin caresizem

Ответ / Cavab

Aleykumusalam.

Heç bir əməl etməyiblər. Bir birinizlə rəftarınızı düzəldin. Bir birinizə hörmət qoyun və bir birinizə qarşı düzgün davranın. 3 ay cüzi bir vaxtdır. Ərinizlə dalaşmayın, onunla boş boşuna söz güləşdirməyin. İşdən evə gəldkdə onu təbəssümlə qarşılayıb, təbəssümlə işə yola salın. Elə etməyin ki, sizinlə birgə olmaqdan bezsin, elə edin ki, sizin yanınızda olmağa tələssin.

Allah sizə yar olsun

Задан: 30 Ноябрь, 2017 , Опубликовано: 30 Ноябрь, 2017
zaur |

Gece axinti gelmesi gunahdirmi?

Ответ / Cavab

Aleykumusalam.

Öz başına yuxuda baş veribsə, heç bir gunahı yoxdur, sadəcə qüsl veriləcək.

Allah sizə yar olsun

Задан: 30 Ноябрь, 2017 , Опубликовано: 30 Ноябрь, 2017
Salam |

1.O duzdur ki murdar olmus qabi paklamacin qusullamaq torpaqnan paklamaq lazimdir?2ayet namazin qilanda Feleq suresinin dedim unutduguma gore de Feleq suresinin ikinci ayesine "ve"sozun artirdim bu halda namaz batil olmayib?

Ответ / Cavab

Aleykumusalam.

1.Qabı sadəcə axar su altında yuyub paklamaq lazımdır.

2.Quran surəsinə əlavə olunubsa , namazı yenidən qılın.

Allah sizə yar olsun

Задан: 30 Ноябрь, 2017 , Опубликовано: 30 Ноябрь, 2017
Salam |

Gece axintisina qusl dusurmu?

Ответ / Cavab

Aleykumusalam.

Əgər məni xaric olubsa, qüsl vacibdir.

Allah sizə yar olsun

Задан: 30 Ноябрь, 2017 , Опубликовано: 30 Ноябрь, 2017
Гейдар |

Здравствуйте! У меня такой вопрос: когда держал орудж/пост, то ошибся во времени сухура. Проснулся, увидел, что темно и позавтракал(сухур), но оказалось что время фаджр намаза уже истекло( 20-25минут). Как быть в таких случаях? Спасибо

Ответ / Cavab

Aleykumusalam.

Etot post ne deystvitelen.

Allah sizə yar olsun

Задан: 30 Ноябрь, 2017 , Опубликовано: 30 Ноябрь, 2017
xXx |

Salam aleykum.pişiyi istemeden mawinla ezib oldurende bunun bir hokmu gunahi var?

Ответ / Cavab

Aleykumusalam.

Xeyr, bilməyərəkdən olan işə cəza yoxdur.

Allah sizə yar olsun

Задан: 30 Ноябрь, 2017 , Опубликовано: 30 Ноябрь, 2017
Страница 551 из 5746 << < 547 548 549 550 551 552 553 554 555 > >>
© 2026 При использовании материалов, ссылка на сайт www.iSLAM.az обязательна!
Copyright 2002-2016, Центр Религиозных Исследований, All Rights Reserved.
Вопросы и пожелания: [email protected]
  SpyLOG Сайт сделал: 313wb.com