Страница 547 из 5746 << < 543 544 545 546 547 548 549 550 551 > >>
Abdullah |

salam aleykum,zehmet deyilse deyerdiz cox xaish edirem 1)yugudan durdum 17:20 idi ,17:22 den- 17:27 ye kimi namazlari qildim(zohr-esr)namazlarim qezaya duwmeyib,azan 17:30 dadi? 2)birde eger namazin qezaya duwmesine az qalibsa, uzur isteyirem sidik cixmadan destemeaz alib namaz qilsam nece olar?yani tamda ozumu saglamadim amma bir az ayaqyoluna gedmeyim gelirdi,amma bele halda destemaz alib namaz qildim ,namazim batildi? Ayatollah sistani cox xaish cavab lazimdi,cox sagolun

Ответ / Cavab

Aleykumusalam.

1.Qəzaya düşməyib.

2.Bu halda namaz batil deyil, məkruh ayılır.

Allah sizə yar olsun

Задан: 6 Декабрь, 2017 , Опубликовано: 6 Декабрь, 2017
Leyla |

Salam.Aşiq olub eşqini bəyan etməyən və bakirəliyini itirmədən ölən adam şəhiddir.Bu ne derecede düzgündür?Çox sağ olun.

Ответ / Cavab

Aleykumusalam.

Belə bir şeyə rast gəlməmişik.

Allah sizə yar olsun

Задан: 6 Декабрь, 2017 , Опубликовано: 6 Декабрь, 2017
abcçd |

Salam üzr istyrəm spermanın faizini bilmək üçün analiz verəndə boşalmaq tələb olunursa boşalmaq icazəlidirmi?

Ответ / Cavab

Aleykumusalam.

Əgər evlisizsə, xanımınızın yardımı ilə bunu edin.

Allah sizə yar olsun

Задан: 6 Декабрь, 2017 , Опубликовано: 6 Декабрь, 2017
Bende |

Salam. Hansisa xestenin mualicesine meselen 500 manat pul lazimdi. Internetde hemin xesteden xebersiz sekilde kampaniya elan verirem ve deyek ki 500 manatdan cox, meselen 2000 manat pul yigilir. Bu pulun 500unu xestenin ozune catdirib, ozunden de artiq qalan pulu ozume goturmeye icaze alsam, pul mene halal olar?

Ответ / Cavab

Aleykumusalam.

Xeyr, bir qəpiyyini belə götürə bilməzsiz, hamısı ona yetişməlidir.

Allah sizə yar olsun

Задан: 6 Декабрь, 2017 , Опубликовано: 6 Декабрь, 2017
adsiz |

salam. mən kəbin kəsdirmişəm nişanlımla bilməy istəyirəm ata evində harasa getsəm nişanlıma xəbər edib izin almağım vacibdirmi?yoxsa hələ ata evində olduğuma görə bu şərt deyil?

Ответ / Cavab

Aleykumusalam.

Əgər atanızın icazəsi ilə kəbin kəsilibsə, o zaman kəbininiz düzdür. Amma atanızın vilayəti altında yaşayısızsa, atanızın əmrlərinə itaət edəcəksiz.

Allah sizə yar olsun

Задан: 6 Декабрь, 2017 , Опубликовано: 6 Декабрь, 2017
... |

Salam. Heyzli qadin yagis suyuna dua oxuyb xesteye vere biler ya heyzin bitmesin gozlemelidir?

Ответ / Cavab

Aleykumusalam.

Eybi yoxdur, edə bilər.

Allah sizə yar olsun

Задан: 6 Декабрь, 2017 , Опубликовано: 6 Декабрь, 2017
Salam Aleykum |

Sag ayagima mesh cekmek isteyende sag elimin ovucunnan bir damci su tokuldu bunun destemaza bir zereri var

Ответ / Cavab

Aleykumusalam.

Ayağınızın üzünü o biri ayağınızın arxasına sürtüb qurulayın, sonra məsh edin.

Allah sizə yar olsun

Задан: 6 Декабрь, 2017 , Опубликовано: 6 Декабрь, 2017
Aysun |

Salam. Oglum 2 ayliqdi 1 heftedi bawlamiwam namaza. Ama seher hec dura bilmemiwem. Gece uwaq oyanir yemey vevirem sora yatir. Ilk uwagimdi deye cetin gelir biraz ve gunde yoruluram. Ona gore ne qeder istesemde durub qila bilmirem. Durandan sora da pis oluram dura bilmediyim ucun. Ona gore gunorta namazini qilanda birinci seher qezalari qiliram sora gunorta. Men bilmirem neyniyim

Ответ / Cavab

Aleykumusalam.

Çalışın sübhə də qalxın. Qalxa bilmədikdə isə etdiyiniz kimi zöhrdən əvvəl qəza edin.

Allah sizə yar olsun

Задан: 6 Декабрь, 2017 , Опубликовано: 6 Декабрь, 2017
Aysel |

Sslam. Suciceyi cixaranda bedene su deymemelidi. Ve bedende coxdu qabarlar olur. Zelyonkalanmiw. Bele halda namazi nece qilmaq lazimdi?? Nece destemaz alinmalidi??

Ответ / Cavab

Aleykumusalam.

Dəstəmaz əvəzinə təyəmmüm ediləcək,

Zelyonka dediyiniz dərmanın isə namaza maniəsi yoxdur.

Allah sizə yar olsun

Задан: 6 Декабрь, 2017 , Опубликовано: 6 Декабрь, 2017
Xanım |

Salam. Mən rayondan Bakıya gəlmişəm Türkanda qalırdıq orda namazlarımı tam qılırdım, sonra neftçilərə gəldik 3-4 gün qaldıq qəsr qılıram. İndi sabah yenə Türkana gedib 1-2 gün qalıb rayona qayıdacıq. İndi 1-2 gün namazlarımı tam qılmalıyam yoxsa qəsr? Allah razı olsun.

Ответ / Cavab

Aleykumusalam.

Namazlarınız artıq qəsr olacaq.

Allah sizə yar olsun

Задан: 5 Декабрь, 2017 , Опубликовано: 5 Декабрь, 2017
....... |

Salam. Krevetka halaldi? Bes krab? Cox sagolun.

Ответ / Cavab

Aleykumusalam.

Krevetka halaldır, Krab yox.

Allah sizə yar olsun

Задан: 5 Декабрь, 2017 , Опубликовано: 5 Декабрь, 2017
webnem |

SALAM. dirnaqlarin ucunda lak olarsa destemaz almaq olar. dirnagin maya hissesinde yox awagida cox az hissesinde

Ответ / Cavab

Aleykumusalam.

Dırnağın üzərində iynə ucu boyda belə lak olmamalıdır.

Allah sizə yar olsun

Задан: 5 Декабрь, 2017 , Опубликовано: 5 Декабрь, 2017
Sual |

Salam Haci. Online olaraq xarici bazara telefon aksesuarlari satmaq isteyirem. Aksesuarlari ozum hazirlamiram, basqa yerden daha ucuza alib, uzerine qoyub satiram. Sayta elan yukleyende sorusur ki mehsulu kim hazirlayib? Ya qeyd etmeliyem ki basqa bir sirket hazirlayib, ya da qeyd etmeliyem ki acacagim bu dukanin bir uzvu. Birinci varianti qeyd elesem uzun basagrisi olacaq. Sualim budur ki ucuza aldigim yeri dukanimin bir uzvu kimi gostersem, qazancim haram olmaz? Sistani agaya teqlid edirem.

Ответ / Cavab

Aleykumusalam.

Əgər sizin bir üzvünüz deyilsə, yalan olacaq, yalan üzərindən iş qurmayın.

Allah sizə yar olsun

Задан: 5 Декабрь, 2017 , Опубликовано: 5 Декабрь, 2017
Abdullah |

salam aleykum.Movludunz mubarek olsun deye bilersiz ay Islamda ne demekdi,yani bayraqlarin ustunde

Ответ / Cavab

Aleykumusalam.

Ay islamda səma cismidir.

Allah sizə yar olsun

Задан: 5 Декабрь, 2017 , Опубликовано: 5 Декабрь, 2017
goher |

Salam anam rehmete getdib ve deyirler paltarlarin evde saxlamag olmaz ve kimese vermelisen agirliqdi evde.ama men ozum geyinirem

Ответ / Cavab

Aleykumusalam.

Bu sözlərin əsası yoxdur, istifadə də edə bilərsiz, lazımınız deyilsə. kiməsə ehsan da edə bilərsiz.

Allah sizə yar olsun

Задан: 5 Декабрь, 2017 , Опубликовано: 5 Декабрь, 2017
Momine Xanim |

Salam men hemise yaxsi insanlari hem sag olanda hemin adam rehmete gedenden sonra da onu ehtiramla yad edirem, amma pis adami sag oken uzde dost oluram qelben ondan uzaq oluram,sirrimi caliwiram demeyim,pis adam rehmete gedenden sonra onu hec vaxt yada salmiram, caliwiram onu unudum.ozumde namaz qilanam bele etmek mene gunah sayilirmi?Xamenei aga

Ответ / Cavab

Aleykumusalam.

Çalışın hamını xeyirliklə yad edin.

Allah sizə yar olsun

Задан: 5 Декабрь, 2017 , Опубликовано: 5 Декабрь, 2017
Abdullah |

salam olsun size deye bulersiz 1)qeza namazi qilanda niyyeti sehf demiwemse qesden yox,yani niyyet edib xuften namazi qiliram vacib qurbeten ilellah dedim.amma bilirem ki qeza qiliram?duzdu namazim? Ayatolah sistani cox sagolun

Ответ / Cavab

Aleykumusalam.

Bəli, hansı işi gördüyünüzü bilirsizsə, düzdür..

Allah sizə yar olsun

Задан: 5 Декабрь, 2017 , Опубликовано: 5 Декабрь, 2017
xanim |

Salam mən bilmək istəyirəm dinin parapsixologiya elminə münasibəti tam olaraq necədir? Cox sagolun

Ответ / Cavab

Aleykumusalam.

Bu əsasən mulahizələr üzərində qurulmuş bir məsələdir .

Allah sizə yar olsun

Задан: 5 Декабрь, 2017 , Опубликовано: 5 Декабрь, 2017
elnur |

Salam eleykim valideyinlerim mene az da olsa saqqal saxlamaqa icaze vermirler ne edim? Çox saqolun Allah razı olsun

Ответ / Cavab

Aleykumusalam.

Üzünüzü maşinka ilə qırxın, ülgüc vurmayın.

Allah sizə yar olsun

Задан: 5 Декабрь, 2017 , Опубликовано: 5 Декабрь, 2017
Nur |

Salam. Şam namazından sonra xiftəni qilmaq olar yoxsa xiftən namazının öz vaxtını gözləmək lazımdı?

Ответ / Cavab

Aleykumusalam.

Bəli, qıla bilərsiz.

Allah sizə yar olsun

Задан: 5 Декабрь, 2017 , Опубликовано: 5 Декабрь, 2017
Страница 547 из 5746 << < 543 544 545 546 547 548 549 550 551 > >>
© 2026 При использовании материалов, ссылка на сайт www.iSLAM.az обязательна!
Copyright 2002-2016, Центр Религиозных Исследований, All Rights Reserved.
Вопросы и пожелания: [email protected]
  SpyLOG Сайт сделал: 313wb.com