Страница 549 из 5746 << < 545 546 547 548 549 550 551 552 553 > >>
vussuv |

salam. biz deyirikki goyleri planetleri herweyi Allah yaradib. kimse bizden soruwandaki bes Allah nece yaranib bizde deyirikki Allahi heckim yaratmayib. sizce bu cahil bir fikir deyilmi?

Ответ / Cavab

Aleykumusalam.

Yaradılışın bir ibtidası var. O ibtida ki, Yaranma onddan başlanıb. Bu elə bir varlıqdır ki, həmişə var olub və onun olmadığı zaman olmayıb. İbtida, başlnğıc, ilk odur, ondandır. Ona Allah deyilir.

Allah sizə yar olsun

Задан: 3 Декабрь, 2017 , Опубликовано: 3 Декабрь, 2017
Fəridə |

Assalamu aleykum.sizin instagram hesabınız var?birdə bilmək isdərdim ki mollaya bəxtimdəki insanın kim oıduğuna baxdırsam bu günah olar?və ya kimisə bəxtimə yazdırsam?sizdən çox xaiş edirəm sualıma ətraflı cavab yazın

Ответ / Cavab

Aleykumusalam.

Xeyr, yoxumuzdur.

Molla məgər 5 dəqiqədən sonra öz başına nə gələcəyini bilirmi?

Allah sizə yar olsun

Задан: 3 Декабрь, 2017 , Опубликовано: 3 Декабрь, 2017
Celal |

Salam aleykum. Azan ve iqameni deyerken uzu qibleye secde yerine baxmaq lazimdir? Secde yerine baxilmadiqda bie qeder goye baxdiqda musteheblik itirmi? Allah komeyiniz olsun.

Ответ / Cavab

Aleykumusalam.

Xeyr, bu halda səcdə yerinə baxmaq vacib deyil.

Allah sizə yar olsun

Задан: 3 Декабрь, 2017 , Опубликовано: 3 Декабрь, 2017
Salam |

Biri shexse xow olmayan soz deyir, sonrada deyirki incimedin shexsde yalandan desen ki incimedim bu halda gunah qazanilmiw olur?

Ответ / Cavab

Aleykumusalam.

Qəzəbini udsun və sonra desin.

Allah sizə yar olsun

Задан: 3 Декабрь, 2017 , Опубликовано: 3 Декабрь, 2017
Salam |

Meselen bir ya bir neche nefer etrafinda dinde olalan qaydalardan danishir ama bezi sheyleri duz demirler ve sende duzun bilirsen, bu halda shexse vacib olur ki duzun desin?

Ответ / Cavab

Aleykumusalam.

Əgər din barədə insanlara bilməyənlər səhf desələr, gərək düzgün bilənlər orada düz olanı desinlər.

Allah sizə yar olsun

Задан: 3 Декабрь, 2017 , Опубликовано: 3 Декабрь, 2017
Salam Aleykum |

Destemaz alaken sag ayaga mesh cekende elde az yasliq olur ama ayaga cekende ayag yas olmur ele vaxt olur tezden destrmaz aliram bunun destemaza bir zereri var cavaba gore Allah razi olsun

Ответ / Cavab

Aleykumusalam.

Əgər ayaq nəm olursa. kifayətdir.

Allah sizə yar olsun

Задан: 3 Декабрь, 2017 , Опубликовано: 3 Декабрь, 2017
ISAYEV |

Salam Hacı. Sizə 2 sualım var. 1) insan, boynundan hər hansı dua yazılmış əşyanı asa bilər ? 2) məndə Ayət-Əl Kürsi duası yazılmış boyunbağı var amma indi həmin duadakı bəzi hərflər silinib. Həmin boyunbağını axar olan çaya atmaq olar ?

Ответ / Cavab

Aleykumusalam.

Bəli, asa bilər.

Bəli. onu dənizə. ya çaya ata bilər ya pak yerdə torpağa basdıra bilərsiz.

Allah sizə yar olsun

Задан: 3 Декабрь, 2017 , Опубликовано: 3 Декабрь, 2017
Vita95 |

Salam haci musigi ne ucun haram sayilir?

Ответ / Cavab

Aleykumusalam.

Hamısı haram deyil, haram olanları var və əfsuslar olsun ki. indiki dövrdə əksəriyyəti haram üzərindədir.

Allah sizə yar olsun

Задан: 3 Декабрь, 2017 , Опубликовано: 3 Декабрь, 2017
vussuv |

salam. Bele bir ifade varki dunyada ne elesen qarwiva cixir. Bu ifadenin dinimizde heqiqeti var? Umumiyyetle bele birwey var?

Ответ / Cavab

Aleykumussalam

Quran buyurur ki, insan etdiyi emellerin girovundadir. Zelzele suresinin sonunda ise buyurur ki, zerre miqdarinda olsa bele etdiyini goreceksen.

Allah size yar olsun

Задан: 3 Декабрь, 2017 , Опубликовано: 3 Декабрь, 2017
Aaaaa |

Salam qıblenın yerını başqa yerde nece bile bilerem?

Ответ / Cavab

Aleykumussalam.

Harada olmaniz shertdir. Azerbaijan uchun bu qaydaya emel edib qibleni tapa bilersiz. Gun chixana sol chiyninizi, gun batana saq chiyninizi tutun. Bele uzu cenuba olacaqsiz. Azca saqa donsez,uzu qibleye olacaqsiz.

Allah size yar olsun

Задан: 3 Декабрь, 2017 , Опубликовано: 3 Декабрь, 2017
Emil |

Assalamu Aleykum Siqaret dəstnamazı pozur ?

Ответ / Cavab

Aleykumusalam.

Xeyr, bu dəstəmaz pozan deyil.

Allah sizə yar olsun

Задан: 2 Декабрь, 2017 , Опубликовано: 2 Декабрь, 2017
Salam aleykum |

Qadın uşağ dunyaya gətirəndə ölsə cənnətə gedir

Ответ / Cavab

Aleykumusalam.

Qadın halalzadə uşaq dünyaya gətirdikdə günahları bağışlanar. Bu halda dünyadan gedərsə, bağışlanmış gedər.

Allah sizə yar olsun

Задан: 2 Декабрь, 2017 , Опубликовано: 2 Декабрь, 2017
Salam aleykum |

Kişi qadından nə qədər uzaq qalsa gunah qazanar məs iş səfərinə gedəndə

Ответ / Cavab

Aleykumusalam.

Şəriətin göstərişlərinə əsasən kişi qadınından 4 aydan artıq aralı qalmamalıdır.

Allah sizə yar olsun

Задан: 2 Декабрь, 2017 , Опубликовано: 2 Декабрь, 2017
Salam aleykum |

Allah deyir biz insana şah damarından da yaxınıq bu ayənin təfsiri nədir Allah bizə nə qədər yaxındır

Ответ / Cavab

Aleykumusalam.

Şah damarın hanı damar olması barədə belə fərqli fikirlər var, lakin hər halda bu yəqindir ki, bu damar bizim daxilimizdədir, yəni içimizdədir. İç isə artıq yaxınlıqdan da öndədir. Yəni yaxınlıq sözü artıq mənasın itirir, ALlah isə buyurur ki. biz bundan da yaxınıq. İnsana öz içindən belə yaxınıq.

Allah sizə yar olsun

Задан: 2 Декабрь, 2017 , Опубликовано: 2 Декабрь, 2017
Emil |

Ayaqyalın Namaz qılmağ günahdı ?

Ответ / Cavab

Aleykumusalam.

Kişi üçün bunun heç bir problemi yoxdur.

Allah sizə yar olsun

Задан: 2 Декабрь, 2017 , Опубликовано: 2 Декабрь, 2017
Fərid |

Salam əleykum Hacı bəs halal heyvanın sidiyi necə nəcis sayılır o yoxsa yox ? Allah köməyiniz olsun

Ответ / Cavab

Aleykumusalam.

Qeyd edilən bura da aiddir.

Allah sizə yar olsun

Задан: 2 Декабрь, 2017 , Опубликовано: 2 Декабрь, 2017
GÜL |

SELAMUN ALEYKUM..İÇKİLİ TOYA İÇKİSİZ MASADA OTURMAQLA GETMƏK OLAR?

Ответ / Cavab

Aleykumusalam.

Xeyr, içki məclisinə daxil olmaq qadağandır.

Allah sizə yar olsun

Задан: 2 Декабрь, 2017 , Опубликовано: 2 Декабрь, 2017
Salam |

Bezi hallarda heyecanlanmamagin danishanda dilin topug vurmamagcin Ta ha suresinin 25 26 ve 27 surelerin yazib yaxadan asmag olar asilsa tesirli olar?

Ответ / Cavab

Aleykumusalam.

Bəli, olar, təsirinin də olması nəzərə gəlir.

Allah sizə yar olsun

Задан: 2 Декабрь, 2017 , Опубликовано: 2 Декабрь, 2017
313 |

Salam akeykum. Heyvanların ruhu var?

Ответ / Cavab

Aleykumusalam.

Onlarda olan heyvani ruhdur ki, bu onların yaşamasına xidmət edir.

Allah sizə yar olsun

Задан: 2 Декабрь, 2017 , Опубликовано: 2 Декабрь, 2017
Vefa |

Salam. Bilmrk isterdim evde gozume ten cekirem. Gozumde ten ola ola destemaz alib namaz qilmaq olar? Evvelceden tesekkurler

Ответ / Cavab

Aleykumusalam.

Xeyr, dəstəmazdan əvvəl təmizlənməlidir.

Allah sizə yar olsun

Задан: 2 Декабрь, 2017 , Опубликовано: 2 Декабрь, 2017
Страница 549 из 5746 << < 545 546 547 548 549 550 551 552 553 > >>
© 2026 При использовании материалов, ссылка на сайт www.iSLAM.az обязательна!
Copyright 2002-2016, Центр Религиозных Исследований, All Rights Reserved.
Вопросы и пожелания: [email protected]
  SpyLOG Сайт сделал: 313wb.com