Страница 62 из 5746 << < 58 59 60 61 62 63 64 65 66 > >>
Saleh |

Men Allahla ehd baglamiwdim ki ne olur olsun senden donmeyecem weytan ne etsede seni danmayacam ele bagli biri idim ki Allaha, imama. imam Huseyn deyende gozumden yas gelirdi, meheremlikde mescidde ne qeder aglayirdim ozumden asli olmayaraq.deyirdim Allah mene ogul versin sonra din yolunda sehid olsun oglum hem gun qurban kesecem. ve Allah mene ogul verdi oglumla ele sinaga cekdiki inanin ele soyudum ki Allahdan ne ehd qaldi ne imam sevgisi hamisi cixdi elimden. ve bu meheremlikdede mescide getdim hec sine bele vurmadim.niye Allah meni ovladimla sinadi?niye men ona bele bagliyken menim dinimi elimden aldi?hec kimde iwi olan biri deyilem deyim gunahima gore oldu . men indi haci olende namaz oruc hamisi cixib elimden ne cavab verecem? belimi qirdi Allah menim

Ответ / Cavab

Aleykumussalam

Siz Allahla böyük bir dostluq iddiasi etmisiz, və oqlunuzun səhid olmasini istəmisiz. Niyə indi imtahan gələn kimi bezdiz? Axi iddialiydiz?

İmam Hüseyn iddia etdi və Kərbəlada uf demədən hər seyini verdi və iddiasini yerinə yetirdi.  Yukumuzdən artiq  dua və nəzr edirik. Allah da bizi yoxlamaqa qalxanda isə narazıçılıq edirik. Oz gücümüz çatan yükün altına girsək belə hallarla uzləsmərik

Allah sizə yar olsun

Задан: 9 Сентябрь, 2019 , Опубликовано: 9 Сентябрь, 2019
Samire |

Salam. biz usaq olandan ele ndide corey yere duwende qiraga qoyurug ki taptalanmasin. bunun dinle bir elaqesi var?yoxsa ele neneden babadan bele gormuwuk deye bele edirik? eger dinle elaqesi varsa Quranda nese yazilib ki yere duwende opub gozunuze qoyun?ele adamlar var ki ne qeder mesafeden qacib goturur 3 defe gozune qoyur opub maraglidir mene cox.mende gotururem ama sadece kenara qoyuram. cox sag olun

Ответ / Cavab

Aleykumussalam

Bu dini gostəris deyil, ədəb qaydasidir. İnsa bərəkətə ehtiram gostərər.

Allah sizə yar olsun

Задан: 9 Сентябрь, 2019 , Опубликовано: 9 Сентябрь, 2019
Aynur |

salam. menim ovladim xesdedi ve men haminin uwagina paxilliq edirem ozumden asli deyil ve ovladim tez olecey xesdelikle elaqeli oglandir her weyden mehrumdur yeni uwagi olmayacag hec neyi olamayacag heyatda. men ne edim ki bir az sakitlewim? her gun agliyiram 4-5 defe . esas paxillig hissine gore pis oluram cunki men bele adam deyildim ne qeder kin ne qeder derd yigilib ureyime bir Allah bilir

Ответ / Cavab

Aleykumussalam

Mühərrəmdir. Matəm məclislərinə gedin. Orada İmam Hüseynin və əzizləərinin basina gələnləri esidin və haliniza sukr edin, səbr əldə edin.

Allah sizə yar olsun

Задан: 9 Сентябрь, 2019 , Опубликовано: 9 Сентябрь, 2019
Ulker |

salam. menim atamin sexi var idi ve bir iwcisi var idi qadin bizim heyet evinde qalirdi pulsuz her ay maawin alirdi.atam cox xeyirxah adam idi, qadinada baci deyirdi aile qurmamiw bir adamdi.ata dedi ne qeder qalmag isdese qalsin orda iwi atamin helede iwleyir werik iwledir. bu qadinda orda qalir helede,maawda alir, evde ne xarab olur bize deyir alin lampicka bele.butun qohumlarida gelib gedir ele bil oz evleridi kiraye vere bilmirik versey aya 300 manat gelecey ve o ev mene qalacag men artig isdemirem qalsin.oz ailem var gedib ozum yayda ya ne vaxt isdesem qalaram ya kiraye vererem.5ildi atam rehmete gedib, qohumlar bele deyir neyivize lazimdir cixartin anamgil gedende ozun ele aparir ele bil oz evidi anam qonag gedib. ne edey biz? rayona getmey fikri yoxdu nece iller qalacag bilinmir

Ответ / Cavab

Aleykumussalam

Bu sizin mulkunuzdur,istədiyiniz kimi rəftar edə bilərsiniz. Amma bunu unutmayin ki Allah qəlblərdə olanlari bilir. İnsafı da heç vaxt tərk etməyin.

Allah sizə yar olsun

Задан: 9 Сентябрь, 2019 , Опубликовано: 9 Сентябрь, 2019
Sual |

Salam Haci. Otaqda nəlbəki olmasina baxmayaraq şirniyyatı pastelin üstünə qoyub çay içdim. Anam sonra meni cagirib sorusdu ki pastelin ustunde yeyirsen onu? Men de "otaqda belbeki var" dedim. Yeqin ki anam sirniyyati nelbekiye qoydugumu duwunub daha hec ne demedi. Indi men yalan danışmış sayiliram mi? Otaqda heqiqeten de nelbeki var idi.

Ответ / Cavab

Aleykumusalam.

Siz həqiqəti gizlətdiz, yalan danışmadız, həqiqəti də demədiz.

Allah sizə yar olsun

Задан: 9 Сентябрь, 2019 , Опубликовано: 9 Сентябрь, 2019
ayse |

salam.size bir sualim var lebbeyik ya Huseyin demek ne derece duzgundur.bildiyime gore bu sozu hecc zamin Allaha zikir olaraq deyilir onceden tesekkurler

Ответ / Cavab

Aleykumusalam.

Bu kəlmənin ancaq Allaha deyilməsi kimi bir qayda yoxdur. Ləbbeyk çağıranın çağırışına müsbət cavabdır. Bu səbəbdən Ləbbeyk Ya Huseyn deməyin heç bir eybi yoxdur. Məkkədə də Allah bizi həccə çağırır, onun çağırışına Ləbbeyk deyirik.

Allah sizə yar olsun

Задан: 9 Сентябрь, 2019 , Опубликовано: 8 Сентябрь, 2019
Fərid |

Salam əleykum Hacı işdə bülleten deyilir xəstə olmağa görə kağız alırlar Xəstə olmadığımız halda pul verib bu xəstəlik vərəqini almağın icazəsi var ? Allah köməyiniz olsun

Ответ / Cavab

Aleykumusalam.

Bu yalandan olarsa, düzgün sayılmaz.

Allah sizə yar olsun

Задан: 9 Сентябрь, 2019 , Опубликовано: 8 Сентябрь, 2019
Zumrud |

Salam haci.Hicabliyam ve bir yer varki gadinlar ucun baseyn spa sauna her wey temin olunub.Heqiqeten herweye riayet olunur hetta receptiona kiwilerin giriwi bele gadagandir.Dunen ozumde orda uzr isteyirem cimdim ve spadan istifade etdim.Bunda gunah ve ya beyenilmeyen emel varmi?.Oraya gelen coxu hicabli xanimlardi.Yazilmag isteyirem ki asude vaxtimda gedim.Cavab ucun onceden tewekkur edirem.

Ответ / Cavab

Aleykumusalam.

Əgər naməhrəmləri nəzərindən tam olaraq uzaqdıra, gedə bilərsiz.

Allah sizə yar olsun

Задан: 8 Сентябрь, 2019 , Опубликовано: 8 Сентябрь, 2019
...... |

Salam haci. Valideynlerim uzum alib murebbe bishirmek isteyirler. Bildiyime gore uzum murebbesi xaramdir. Anama bunu demishem amma yenede bishirmek isteyirler. Uzumun hec bir sortundan murebbe bishirmek olmaz? Cox sagolun

Ответ / Cavab

Aleykumussalam

Uzum murəbbəsini bisirmək cox çətindir. Onu gərək müəyyən ölçüsü olan qabda bisirəsiz. Qab düzgün olculsun və qaynadilarkən üçdə iki hissəsi buxarlanib getdikdən sonra yerdə qalan ucdə biri pak olacaq.

Allah sizə yar olsun

Задан: 8 Сентябрь, 2019 , Опубликовано: 8 Сентябрь, 2019
anar |

SALAM 1) ƏGƏR BİR ŞƏXS ŞƏHVƏT GƏTİRƏN FİLMƏ BAXSA VƏ ONDAN AZACIQ MAYE XARİC OLSA HƏMİN ŞƏXSƏ QÜSL VACİB OLARMI VƏ HƏMİN MAYE TÖKÜLƏN PALTAR NAPAK SAYILMAZ Kİ 2) BANKDAN KREDİT GÖTÜRMÜŞ İNSAN PULU İSTİFADƏ ETMƏDİYİ TƏQDİRDƏ ONUN DA XÜMSÜNÜ VERMƏLİDİR Kİ 3) ÜZÜM MÜRƏBBƏSİ NİYƏ HARAMDIR Kİ

Ответ / Cavab

Aleykumussalam

Həmin maye quslə səbəb olmur. Kişilərdə sidikdən sonra istibra edilirsə paltarı da nəcis etmir. Əgər bu edilmirsə həmin yasliqin dəydiyi yerlər nəcis sayilacaq, gərək yuyulub paklansin.

Bəli pul şəklində qalacaqsa xums vacib olacaq.

Üzüm qaynayanda harama çevrilir.

Allah sizə yar olsun

 

Задан: 8 Сентябрь, 2019 , Опубликовано: 8 Сентябрь, 2019
İmran |

Salam Aleykum. Sualım belədir.Aşağıdakı söz necə deyilir? SUBHANƏLLAH və ya SUBHƏNƏLLAH ??

Ответ / Cavab

Aleykumussalam

Tam  ərəb ləhcəsii ilə belə olur. Subhənəllah

Allah sizə yar olsun

Задан: 8 Сентябрь, 2019 , Опубликовано: 8 Сентябрь, 2019
Fərid |

Salam əleykum 1.Xamenei ağa ələm müctəhiddi ? 2.əzadarlıqlarda bədənə zərbə vurub qan çıxartmağı Xamnaye ağa qəbul edir ? 3.Bir zəhmət bunu axıra kimi yazardınız Belə başlayır Ya Lətif irhəm ... Allah köməyiniz olsun

Ответ / Cavab

Aleykumussalam

Bəli zəmanənin ə'ləm muctəhidlərindən biridir.

Xeyr bunu qəbul etmir və düzgün bilmir.

İrhə əbdukəz zəliluz zəif.

Allah sizə yar olsun

Задан: 8 Сентябрь, 2019 , Опубликовано: 8 Сентябрь, 2019
Namiq |

Salam 17 yasim var atam mektebli levazimatlari satir mende koney eliyirem asura gunu komey edim yoxsa mescide gedim qardasimda atama komey edir hemde inanmiram asura gunu alver guu ola atama komeye gedim yoxsa asura gunu mescide? Cox sagolun

Ответ / Cavab

Aleykumussalam

Atanizdan icazə alib məscidə getməyiniz daha xeyirlidir.

Allah sizə yar olsun

Задан: 8 Сентябрь, 2019 , Опубликовано: 8 Сентябрь, 2019
Gerib Xanim |

SalamAleykum,Size suallarim var?1.Asura gecesi,yeni oyag galan gece 9-10-na kecen gecedir???2.Subh azanina geder oyag galmaliyig,yoxsa zohre geder???

Ответ / Cavab

Aleykumussalam.

Bəli həmin gecədir. Oyaq qalinirsa gərək gündüz də yatilmasin. Əgər gunduz dözməyib yatacaqsinizsa o zaman gecə oyaq qalmamaq məsləhətdir.

Allah sizə yar olsun

Задан: 8 Сентябрь, 2019 , Опубликовано: 8 Сентябрь, 2019
Аааааа |

Destemaz alanda qadinlar ucun nese ferq var kisilerden?

Ответ / Cavab

Aleykumussalam

Zahirən elə bir fərq yoxdur,a amma mustəhəm əməllərdə fərq var və həmçinin adətən qadinlarin saci uzun olduğundan baslarina məsh etmək üçün gərək tağ ayirib ora məsh edilsin.

Allah sizə yar olsun

Задан: 8 Сентябрь, 2019 , Опубликовано: 8 Сентябрь, 2019
Toğrul |

Salam aleykum. 1) Hacı mən yol gedirdim aftobus ilə. Şam və işanın vaxtı girdi. Aftobus duranda isə namazı ma fizimmə niyyəti ilə qıldım. Yəni şam və işanı. Düz etmişəm? Aftobus duranda isə saat 3ə yaxın idi. 2) Namazın vaxtı artlq qəza olursa aftobus da dayanmırsa oturaq halda necə qılaq?

Ответ / Cavab

Aleykumussalam

Əgərgecə 3 də qilmisizsa o zaman duz niyyət etmisiz.

Oturaq halda işarə ilə qilin. Uzu qibləyə hərəkər halinda oturun. Bu səkildə də namazi qilin. Səcdə və ruku üçün isə işarə edin. Məsələn ruku üçün basinizi əyin, səcdə üçün gözünüzü yumun.

Allah sizə yar olsun

Задан: 8 Сентябрь, 2019 , Опубликовано: 8 Сентябрь, 2019
Bextiyar |

Salam Aleykum. Namaz qilan birisinin din ile bir araga sigmayan pis emeller görmesi, ümumiyyetle bele insanlarin Namaz qilmasi düzdürmü?

Ответ / Cavab

Aleykumussalam

Namazi hami qilmalidir. Sual səhf qoyulub. İnsan pis islər görməməlidir.

Allah sizə yar olsun

Задан: 8 Сентябрь, 2019 , Опубликовано: 8 Сентябрь, 2019
Fərid |

Salam hacı incil kitabinda ibarhim peygemberin oz bacisi ile evlenmesi yazılıb

Ответ / Cavab

Aleykumusalam.

İncildə buna rast gəlməmişik.

Allah sizə yar olsun

Задан: 8 Сентябрь, 2019 , Опубликовано: 7 Сентябрь, 2019
Fereh |

Salam.qeza namazin qilanda bes vaciben sozu deyilmelidir?

Ответ / Cavab

Aleykumussalam

Vacib kəlməsini islətmək sərt deyil.

Allah sizə yar olsun

Задан: 7 Сентябрь, 2019 , Опубликовано: 7 Сентябрь, 2019
Aaaaaa |

Salam Aleykum. Destemazi nece almaq lazimdi? Etirafli basa sala bilersiniz zehmet olmasa

Ответ / Cavab

Aleykumussalam

.Dəstəmazda əsas vacib olan uz və qollarin yuyulması, basin önünə və ayaqlarin uzərinə məsh etməkdir. Dəstəmazdan əvvəl dəstəmaz uzvləri pak və təmiz olmalidir.

Niyyət edilərək ilk üz yuxaridan asaqi istiqamətdə yuyulacaq. Sonra sağ qol dirsəkdən barmaqlarin ucuna kimi yuyulur. Sonra da sol qol həmin qayda ilə. Yuyulma bitən kimi əlin içində olan nəm ilə basin önünə təpədən alina tərəf istiqamətdə bir barmaq uzunluqda məsh ediləcək. Sonra saq əllə sag,sol əl ilə sol ayaqin uzərinə barmaqin ucundan baslayaraq qatlanan yerə kimi məsh edilir.

Allah sizə yar olsun

Задан: 7 Сентябрь, 2019 , Опубликовано: 7 Сентябрь, 2019
Страница 62 из 5746 << < 58 59 60 61 62 63 64 65 66 > >>
© 2026 При использовании материалов, ссылка на сайт www.iSLAM.az обязательна!
Copyright 2002-2016, Центр Религиозных Исследований, All Rights Reserved.
Вопросы и пожелания: [email protected]
  SpyLOG Сайт сделал: 313wb.com