Страница 66 из 5746 << < 62 63 64 65 66 67 68 69 70 > >>
Raul |

Salam.Möhürsüz namaz qılmaq olarmı?ve yaxud düzgundurmu möhürle qılmaq?alnin ve burunun yere deymelidimi?bu suallara zehmet olmasa cavab vererdiz.Allah razı olsun

Ответ / Cavab

Aleykumussalam

Namazda alin səcdəsi duz sayılan şeyin uzərinə qoyulmalidir. Bunun ən üstün olani torpaqdir. Möhür dediyimiz elə bərkidilmiş torpaqdir.

Allah sizə yar olsun

Задан: 2 Сентябрь, 2019 , Опубликовано: 2 Сентябрь, 2019
Ana :( |

salam. ovladim xesdedir bu xesdelik cox nadir gorunen xesdelikdir ve caresi yoxdur. xramason xesdeliyi , 2 yawi olacag 5i bu 2ilde day elemediyimiz dua qalmayib yoldawim kerbelaya qeder getdi yene nicat tapmadi uwag, mesedede getdi. artiq butun umid uzulub yeni dua hec 1 qramda komek etmir Allahdanda umidimi kesmiwem. artig dua elemirem , uwagda tez olecey xesdelikle elaqeli uzagi 15-20 il oda en coxu yawayacag, men ne edim? meni qinamayin meni ancag bu veziyetde olan ana bawa duwer hec oz anamda bawa duwmur ,bizim niyetimiz o idi xanim zeynebin hereminde sehid olsun oglumuz ele boyudeceydik onu uwagimi her weyden mehrum yaratdi Allah

Ответ / Cavab

Aleykumussalam

Naumid olmaq şeytanın işidir. Bizim buna haqqimiz yoxdur. Ovladlarin qusurlu ya xəstə dünyaya gəlməsi əksər hallarda genetik problemlərlə olur. Bunu da yaddan çıxarmaq olmaz.

Dua bizim son silahimizdir. Şeytanın bunu da əlimizdən almasina yol vermək olmaz.

Allah sizə yar olsun

Задан: 2 Сентябрь, 2019 , Опубликовано: 2 Сентябрь, 2019
Salam |

Salam hacı. Qüsldən sonra dirsəyimdə xırda qırmızı yara gördüm. Göynəyirdi, amma içində qan yoxdu. Bilmirəm ki, qüsl vaxtı oradan qan axıb ya yox. Qüslü təzələmək lazımdır? Hacı bir də deyirlər axşam vaxt dırnaq tutmaq olmaz. Bu adi inancdır yoxsa doğrudan qadağa var?

Ответ / Cavab

Aleykumussalam

Xeyr təzələmək lazım deyil.

Bu gigiyenik qaydalara görə deyilib.

Allah sizə yar olsun

Задан: 2 Сентябрь, 2019 , Опубликовано: 2 Сентябрь, 2019
Bəndə |

Salam. Mən laka görə sual vermişdim ki, silmişəm amma dırnaqda rəngi qalıb, qüsl edə bilərrəmi. Dediz əgər dırnağa su çatmağına mane deyilsə olar. Bunu necə bilim? Dırnağın üstə heç nə yoxdur. Necəsə dırnağın rəngi başqadır. Üstünü asetonla sildim pambığa rəng çıxmadı. Suyla sabunla yumuşam rəng dəyişmir. Bu halda qüsl qəbuldur? Bir də üzr istəyirəm heyzliykən cənabət qüslü olunsa qəbul olur? Yoxsa qüslü yalnız heyzdən sonra vermək lazımdı?

Ответ / Cavab

Aleykumussalam

Asetonla tam silmisizsə tamam, deməli düzdür.

Heyzli halda qusl almaqin mənası yoxdur. Paklanib qusl edəcəksiniz.

Allah sizə yar olsun

Задан: 2 Сентябрь, 2019 , Опубликовано: 2 Сентябрь, 2019
Salam |

Salam yazilin ki meherrem ayinin 3 cu gunu umumiyyetle ilk 9 gun oruc tutmaq meqbuldu eger men oruc tutsam (ramazan qezalarim qalib) onlar ramazan qezasi niyyetli sayilacaq ya? Men meherrem ayi ucun musteheb oruc tuturam qezalardan sayilacaq o da?

Ответ / Cavab

Aleykumussalam.

Boynunda qəza orucu olan səxs ancaq qəza niyyəti ilə oruc tutacaq. Basqa niyyətlə olmaz. Siz də qəza niyyəti ilə oruc tutacaqsiz, inşaAllah həmin gunlərin savabı da olar.

Allah sizə yar olsun

Задан: 2 Сентябрь, 2019 , Опубликовано: 2 Сентябрь, 2019
tural |

salam aleykum talaq oxutmaq isteyirem son heddir artiq munasibetimizde qadinla.xaiw edirem oxuyardiz sadece heftede bir defe olmaq wertile 3 defe oxuyaq ki pak vaxtina duwsun Tural Rauf oglu Nurane Huseyn qizi Allah razi olsun

Ответ / Cavab

Aleykumussalam

Bizi üzrlü bilin. Biz talaq oxumuruq. Yaxinliqinizda olan məscidə müraciət edin.

Allah sizə yar olsun

Задан: 2 Сентябрь, 2019 , Опубликовано: 1 Сентябрь, 2019
Sual |

Salam Haci. Bugün yeznemin ad günü idi evde yigiwirdilar. Men getmedim ki wadliq etmek olmaz. Valideynlerim eseblewdi uzerime ancaq getmedim. Duz elemiwem? Orda cox guman calgili musiqili meclis olmayib sadece yigiwiblar. Amma yene de wadliqdir meqsed deyib getmedim.

Ответ / Cavab

Aleykumussalam

Şadlıq məclisində iştirak etməməkdə duz etmisiz.

Allah sizə yar olsun

Задан: 2 Сентябрь, 2019 , Опубликовано: 1 Сентябрь, 2019
Namiq |

Salam qusl almayan adam yeni destnamazdi qusul almir namaz qilmir Imam Huseyn (ə) salam verə bilermi yeni qusl teleb edirmi ve birde Imam Rza (ə) Salam sozlerin yazardiz cox sagolun

Ответ / Cavab

Aleykumussalam

Bəli əlbətdə verə bilər. Bunun üçün qüsl almaq lazım deyil.

Əssəlamu ələykə ya Əli ibn Musər- Riza və rəhmətullahi və bərəkatuh.

Allah sizə yar olsun

Задан: 2 Сентябрь, 2019 , Опубликовано: 1 Сентябрь, 2019
Elvin |

Salam,qadınlar dırnaq saxlaya bilər ya xeyr.Təşəkkürlər

Ответ / Cavab

Aleykumussalam.

Normal şəkildə saxlaya bilər.amma təmiz saxlamalidir.

Allah sizə yar olsun

Задан: 1 Сентябрь, 2019 , Опубликовано: 1 Сентябрь, 2019
Salam |

Yuyulma qaydasınl bildim. Bəs neçə dəfə yuyulmaq lazımdır hər tərəfi. Bəziləri deyir 3 dəfə təkrar yumaq lazımdır. Qulaqlar, üz, ağız və burun başı yuyarkən yuyulur ya ondan öncə ya sonra?

Ответ / Cavab

Aleykumussalam

Bir dəfə yumaq kifayətdir.

Allah sizə yar olsun

Задан: 1 Сентябрь, 2019 , Опубликовано: 1 Сентябрь, 2019
anar |

SALAM 1) SİYƏZƏN TOYUĞU HALALDIRMI...ÜMUMİYYƏTLƏ HANSI TOYUQ VƏ KOLBASA-SOSİS HALALDIR 2) BANKDAN KREDİT GÖTÜRMÜŞƏM LAKİN HƏLƏ İSTİFADƏ EDİLƏRƏK PUL QAZANILMAYIB.İNDİ HƏMİN PULUN DA XÜMSÜ VERİLMƏLİDİRMİ 3) KƏRBƏLA SƏFƏRİNDƏ OLDUM AMMA HEÇ NƏ HİS ETMƏDİM DİGƏR İNSANLAR KİMİ.NƏ GÖZ YAŞI OLDU NƏ DƏ Kİ QƏLBİM RİQQƏTƏ GƏLMƏDİ.SİZCƏ MƏNİM ZİYARƏTİM QƏBUL DEYİLMİ

Ответ / Cavab

Aleykumussalam

1. Fədək, islamı kəsim, hicaz,səba toyuqları halaldır. Kolbasa mamulatlarindan isə ancaq Hicaz və Sərfəli markalı mallara tam arxayiniq.

2. Pul əlinizdə qalarsa xums vacib olacaq.

3. inşaAllah ki qəbul olar, sadəcə dediyiniz hal da yaxşı hal deyil. Bundan xilas olmaq lazımdır.

Allah sizə yar olsun

Задан: 1 Сентябрь, 2019 , Опубликовано: 1 Сентябрь, 2019
Sual |

Salam. Bizim evin döşəməsi nəcisdir, evde de bunu ancaq mən bilirəm. Anam da paklığa tam riayet elemir. Paltar utuleyende paltar elinden yerə düşür. Nem eski ile necis yerleri silir ve s. Mene bir yol gosterin. Ya ayri eve cixmaliyam ya da mənim başım xarab olacaq. Evdekilere veziyyeti izah edin demeyin xahis edirem. Deli kimi baxacaqlar mene. Elimden gelen qeder pakligima riayet edirem. Elimden gelmeyeni de Allaha tapşırıram. Paltar dusur elinden yere, yene goturub utuleyir, indi o utu ile utulediyi butun paltarlar necis sayilir?

Ответ / Cavab

Aleykumussalam.

Əgər nəmini oturəcək qədərində nam olmazsa nəcasət keçməz.

Allah sizə yar olsun

Задан: 1 Сентябрь, 2019 , Опубликовано: 1 Сентябрь, 2019
..... |

2 ci sualim da beledirki o gun yene mene deyirki siqaret cekmek haramdir deirem yox icki haramdir ama siqaret cekmek yox. Deirki men deirem ama siqaret cekmek haramdir deirem niye deyirki cunki o vaxt siqaret olmuyub ona gore yazilmiyib Quranda ama bele aye varki insani serxos eden sey haramdir nese bele cumle isletdi sora da siqaretin terkibin mene dedi ve dediki hemin o terkibindeki seyler de insani serxos edir. Demek siqaret de haramdir. Sizce bu fikir duzgundur?

Ответ / Cavab

Aleykumussalam.

Dediyi səhfdir. Tərkibində məst edici yoxdur. Amma bunu deyək ki çox lazimsiz və zərərli bir vərdişdir.

Allah sizə yar olsun

Задан: 1 Сентябрь, 2019 , Опубликовано: 1 Сентябрь, 2019
Salam |

Salam bir yerden oxudum ki yataq otaqinda namaz qilmazlar batildi ,duzdu bu?saqolun

Ответ / Cavab

Aleykumussalam

Xeyr səhvdir, batil deyil.

Allah sizə yar olsun

Задан: 1 Сентябрь, 2019 , Опубликовано: 1 Сентябрь, 2019
.... |

Salam isde is yoldasim mene dinnen bagli suallar verir ve cox mentiqnen verir sizden komek isteyirem cavab ucun. Size o gun de yazmisdim qoyunun ag etin yemek niye haramdir? Hansisa ayede veya hedisde bu yazilib? O deirki mene subutu lazimdi harda yazilib haram oldugu Quranda ele. Deirki mene subutnan danis hami deir haramdi ama sorusanda subutun de harda yazilib haram oldugu heckim deye bilmir. Sizden de sorusdum iyrencdi dediz ama harda yazildigin demediz. Onun sunni dostu var ona deibki qan haramdir ama ag eti beyenilmir yeni yiye de bilersen ama yemiye de bilersen. Onu da nese hedis ya sureynen misal gosterib. Mene maraglidir haram oldugu hansisa hedise ve ayede varmi? Sadece iyrencdi demeynen haram demek olar?

Ответ / Cavab

Aleykumussalam

Hörmətli oxucu. Bu səxs qurandan dəlil istəyirsə buyursun. Bəqəra 168. Halal və pak olan şeyləri yeyin və için. Bunu hami anlayir ki cinsiyyət üzvləri pak sayılmır,iyrənc və mutənəffirdir. Kimsə indi bütün insanların cirkin bildiyi cinsiyyət uzvunu pak bilirsə onun oz isidir.

Hədis tələb edirsə və ona hədis ünvanı versək aya o kitablari ələ gətirib dəlili orada gorə biləcəkmi, yəni o böyük kitablara əli çatırmı?

Adi insanlar ayə hədis axtarmamalidir, zəmanəsinin əzəmətli alimlərinin sözləri ona dəlil olmalidir. Məsələn biri tibb professorundan dəlil istəyirmi ki du mualicə və dərmanların haradan oyrənmisən,yerini göstər.

Allah sizə yar olsun

Задан: 1 Сентябрь, 2019 , Опубликовано: 1 Сентябрь, 2019
... |

Salam. Duada deyirik ki Allah bizi qiyamətdə Əhli beytlə məşhur eləsin. Buradakı məşhur sözünün mənası nədir?

Ответ / Cavab

Aleykumussalam

Hesab kitab zamanı bizləri onlarla yanaşı et,onlara baqisla.

Allah sizə yar olsun

Задан: 1 Сентябрь, 2019 , Опубликовано: 1 Сентябрь, 2019
İmran |

Salam Aleykum. 1.Əgər bir kişi üzundəki saqqalını çoxaltmaq üçün üzunə dərman vurması doğrudurmu? Sizə verdiyim sualları cavablandırdığınıza görə çox sağ olun. Haqqınız halal edin

Ответ / Cavab

Aleykumussalam

Bunun heç bir eybi yoxdur, məgər ki bu suyun dəriyə toxunmasina mane olub , dəstəmaz və quslun qarsisini almaya.

Allah sizə yar olsun

Задан: 1 Сентябрь, 2019 , Опубликовано: 1 Сентябрь, 2019
Bəndə |

Salam. Mən dırnağıma lak çəkmişdim. İndi lakı silmişəm, amma dırnağın üstünə sanki lakın rəngi hopub. Dırnağın üstündə lak qalmayıb, amma rəngi bir az dəyişib. Bu halda qüsl etsəm qüsl düz olar? Birdə üzr istəyirəm, əgər həm heyz həm də cənabət qüslü vermək lazımdırsa, amma qüsl zamanı cənabət unudulub niyyətdə adı çəkilməzsə təzədən onun üçün qüsl etmək lazımdır? Heyzli halda cənabət qüslü etmək olar?

Ответ / Cavab

Aleykumussalam

Əgər suyun dirnaqa toxunmasina mane olunmayıbsa,qusl düzdür.

Bir vacib qusl hamısını silər. Belə olduqda ikisini də nəzərdə tutub bir qusl etmək kifayətdir.

Allah sizə yar olsun

Задан: 1 Сентябрь, 2019 , Опубликовано: 1 Сентябрь, 2019
Salam |

Salam. Zəhmət olmasa qüdlün qaydalarını, necə almaq lazım olduğunu yazarsınız? Hər yerdə bir cür yazılıb, üstəlik adamlar da müxtəlif cür alırlar. Hansı düzdü bilmirəm. Qüsl vaxtı ağız burun üz qulaqlar nə vaxt yuyulmalıdır? Bəs bədən üzvlərini başı neçə dəfə yumaq lazımdır?

Ответ / Cavab

Aleykumussalam

Qüsldən əvvəl bədən gərək tam pak olsun. Belə olduqda niyyət edilir. İlk olaraq baş və boyun tam yuyulur. Sonra bədənin saq tərəfi tam olaraq,sonra da sol tərəfi tam olaraq yuyulacaq.

Allah sizə yar olsun

Задан: 1 Сентябрь, 2019 , Опубликовано: 1 Сентябрь, 2019
1111111 |

Salam Aleykum. Eger qusl alanda destemaz hereketleri de etmisem (evvel destemaz hereketleri, sonra ise qusl hereketleri), qusl sayilmir? Yeniden almaliyam?

Ответ / Cavab

Aleykumussalam

Qüslün əməlləri ardıcıl olaraq düzgün edilibsə qusl düzdür

Allah sizə yar olsun

Задан: 1 Сентябрь, 2019 , Опубликовано: 1 Сентябрь, 2019
Страница 66 из 5746 << < 62 63 64 65 66 67 68 69 70 > >>
© 2026 При использовании материалов, ссылка на сайт www.iSLAM.az обязательна!
Copyright 2002-2016, Центр Религиозных Исследований, All Rights Reserved.
Вопросы и пожелания: [email protected]
  SpyLOG Сайт сделал: 313wb.com