Salam Hz.Rəsullaha və Xanım Zəhra (ə) Və Xanım Zeynəb (ə) Və Xanım Ruqəyyə (ə) Allahummə Salli Əla Muhammədin Və Ali Muhamməd salam göndərmək sözlərin yazadiz zehmet olmasa və bir erəbcə Ya Əbəlfəzl necə yaxilir yaza bilərdiz cox sagolun Allah sixi əxiz etdin İnşAllah amin
Ответ / Cavab
AkeyAleykumuss
Əssəlamu ələykə ya Rəsuləllah, ya Muhəmməd ibn Abdullah və rəhmətullahi və bərəkatuh.
Əssəlamu ələyki ya bintə Rəsulullah, ya səyyidəti nisail aləmin ya Fatimətuz Zəhra və rəhmətullahi və bərəkatuh.
Əssəlamu əleyki ya umməl məsaibi,ya Zeynəbu və rəhmətullahi və bərəkatuh.
Əssəlamu ələyki ya səyyidəti ya Rüqəyya binti Hüseyn və rəhmətullahi və bərəkatuh.
Salam Aleykum. Sizə belə bir sualım var. Tutaq ki bir insan birini ən ağır şəkildə söyursə söyülən insan nə etməlidir? 2.Əgər musiqi alətlərin hamısı haramdırsa ( İmam Cəfəri Sadiq (ə.s) hədisinə əsasən). Onda halal musiqi yoxdu???
Ответ / Cavab
Aleykumussalam.
Belə şərəfsiz şəxslərdən uzaq dayanmalıdır
Musiqi alətlərindən bəziləri icazəli sayilar. Məsələn ney,qaval.
Bir daha salam. Yenə sualım var. Demək bir xanım var 50yaşındadır. Anası rəhmətə gedib bir neçə aydır. Anasının vəfatıyla heç cürə barışmır. Elı ağlayır. Halı günü gündən pisləşir. Kim nə deyir ağlına batmır. Çox pisdir. Yuxudan sayaqlayır qalxır. Bu xanıma nə əlac etmək olar?Ailəsi bilmək istəyir ki, qorxu duası yazdırmaq olarmı seyidə müraciət edərək? Nə cür məsləhət vermək olar ki bu qadın özünə gəlsin? əvvəlcədən təşəkkür edirəm
Ответ / Cavab
Aleykumussalam
Hazırda mühərrəm ayıdır. Onu hər axşam İmam Hüseynin əza məclisinə aparin, orada o Kərbəlada olanlri eşitsin, imamin dərdlərini anlasin, belə olduqda toxtaxliq tapar və imamin qəmində aqlayib sakitləşər.
Salam. Bir qohumumun qızına elçi gəlib. Çox yaxşı yerdir. Yaxşı insanlardır deyə ailə razıdır. Amma qızın anası gedib Quran açdırıb kiməsə. Orda deyiblər ki, süfrə açılsa da, açılmasa da ərdən söhbət gedə bilməz. Bu nə dərəcədə doğrudur? Bu sözə görə qalıblar naçar. Nə etsinlər. Mən anladığım qədər kimdirsə onları aldadır.Qızın ailəsi istəyirlər ki, sizdən öyrənim bu barədə nə deyəcəyinizi bilmək istəyirlər. əvvəlcədən təşəkkür edirəm.
Ответ / Cavab
Aleykumussalam
Evlilik üçün istixarə lazım deyil. Evlilik düzgün aqil və tədbir əsasinda düzgün secimə əsaslanaraq edilməlidir. Əgər salım ailə və salım nəsildəndirsə insan ozu də ədəbli , əxlaqi və imanı yerində olan biridirsə, qizin da raziliqi varsa evlilik qurula bilər.
Salam Aleykum. Bir xanımla bəy var, onların elçilikləri nişanları olub. Amma kəbinləri yoxdu, oğlan deyir mənim ailəm toydan əvvəl kəbinə pis baxır, ancaq toyda kəsdirə bilərik kəbni. Ola bilər ki, qızın anası özü qızın atasından razılıq alsın? Yəni oğlan evi bilməsin. Esas qızın atasının razıliğı olmalıdı?
Ответ / Cavab
Aleykumussalam
Kəbində əsasən qiz və oqlanin razılığı, qizin atasının icazəsi lazımdı. Digərləri sərt deyil.
salam.üzüm mürebbesinin yemek olarmi.yeni üzüm tam olaraq bishir sadece oz şiresinde qalir.adi diger murebbeler kimi yapishqan bir sire qalir.bu halda onu yemek halaldirmi?evvelceden cox sagolu.Allah sizden razi olsun
Ответ / Cavab
Aleykumussalam
Üzüm qaynadiqda haram olacaq. Bu cəhətdən onun murəbbəsindən də uzaq durun. Onun bisirilmə qaydası cox aqirdir. Buna kimsə riayət etmir. Onu gərək ölçülü qabda bisirsinlər və onun üçdə ikisi buxaralnib getməlidir, yerdə qalan üçdə biri pak sayilacaq.
Salam.vacibdir ki,her kesin mutleq 1murshidi olsun?men qurana ve Peygenberimize inanıram.ve ibadetimi edirem.2-ci sualım:sag iken mutleq ruhumuzu Allaha teslim etmeliyik?bu ne demekdi?bunun mubahisesini edenler deyir ki,ne qeder namaz qılsanda ,sagiken ruhunu teslim etmesen cennete dushmersen,namaın da batildi.men bunun uyduruq oldugunu bilirem.ama yenede sizin cavabınız onemlidi menim uchun.guya neche min defe Allah deyerek zikr etmeli,goyun nechenci mertebesine yukselib.niyyet edib yuxuda murshidini goressen ve bunulada ruhunu Allaha teslim etmish olursan)))cavabınızı gozleyirem.
Ответ / Cavab
Aleykumussalam
Xeyr bu vacib deyil. Uca məqamlara yüksəlmək istəyən şəxs ucun bunlar zəruridir. Biz hər seyimizi ona təslim etməliyik, çünki hər sey onundur. Mursidlə yuxulasma məsələlərini boş verin.
Salam. Xəstə olan yaxınımın şəfa tapması üçün 10 gün dalbadal gecə durub namaz qılmaq niyyətindəyəm. Bu namazları gecə namazı kimi, yoxsa hacət namazı kimi qılmağı məsləhət görürsünüz? Əvvəlcədən təşəkkürlərimi bildirirəm. Çox sağ olun.
Salam Hacı. O duzdur ki qazandigimiz qazancdan valideynlerimize de pay ayirib vererek onlari sevindirmek Allahin razılığına ve bu işi görən şəxsin bereketinin artmasına səbəb olur?
Ответ / Cavab
Aleykumusalam.
Valideynlərin razılığını almaq, onları sevindirmək Allaha itaətdən sonra ən üstün əməldir.
Salam aleykum.bir kes mueyyen muddet bilmemezlik uzunden zeruri ehtiyacla bagli meselede teharetsiz olub sonra destemaz alib, namazlari qilib.Indi bu adamin qildigi namazlarin hokmu nedir? 2.sual:boynunda qeza namazi olan adam musteheb namazlar hemcinin fitir,qurban namazlarin qila biler?3.sual:gunahin,fesadin qarshisin almaqda dolaysi yol ile ag valideyn olmaq caizdir?cox sagolun
Ответ / Cavab
Aleykumusalam.
Namazları təzələyəcək.
Bəli, qəza namazı olan müstəhəbb namazları qıla bilər.
Salam İmam Əli (ə) Imam Zaman Ağaya (ə) Salam vermək sozlerin zehmet olmasa yazardiz 2 Axirət aləminə səyahət (Ayətullah Quçani) bu kitabda yazilanlar heqiqqetdir yoxsa buna oxsar hadiseler olacaq olumnen sora bu haqda qisa melumat versez sevinerdim cox saolun Allah sizi eziz etsin
Ответ / Cavab
Aleykumusalam.
Əssəlmu ələykə ya Əmirəl Muminin, ya Əli ibn Əbu Talib və rəhmətullahi və bərəktuh.
Əssəlamu ələykə ya Sahibəl əsri vəz zəman və rəhmətullahi və bərəkatuh.
Salam. Aişə peyğəmbərimizlə neçə yaşında evlənib? Bir səhifədə oxudum bunları düzdürmü? 4. Bir çox tarixçilər, Hz. Aişənin 67 yaşında vəfat etdiyi haqqında həmfikirdirlər. Üstəlik Hz. Osmanın nəvəsi Hişam b. Urvə, Hz. Aişənin vəfat tarixini miladi 672-ci il olaraq göstərir. Yenə biografiya səlahiyyəti olan Xəlifə İbnu’l-Hayyât el-Usfûrî (ö. 854) və Əhməd b. Hənbəl də bizə Hz. Aişənin miladi 672-ci ildə son nəfəsini verdiyini söyləməkdədirlər. (R. W. Maqsood, Hazrat A’ishah Saddiqah, s. 16; Zehebî, Nubela, II. 192.). Əgər Hz. Aişə miladi 672-ci ildə 67 yaşında idisə, onda 622-ci ildə hicrət vaxtı 17 yaşında (və 605-ci ildə doğulmuş) olmalıdır. Bu da onun evləndiyi zaman 9 yaşında deyil, 19 yaşında olduğu qənaətinə gəlməyə əsas verir.əvvəlcədən təşəkkür edirəm.
Ответ / Cavab
Aleykumussalam
Qənaətiniz tam düzdür. Hətta bəzi tarixçilər onun yaşının iyirmidən daha yuxarı olduqunu bildiriblər.