Страница 637 из 5746 << < 633 634 635 636 637 638 639 640 641 > >>
Sual |

Bes qan tokulen yeri nece pak ede bilerem? 2.nem halda necaset nece yere oturulur?

Ответ / Cavab

Aleykumusalam.

1.Ora  şlanqla kür suyu çəkin. Krantı açıb suyu ora buraxın, su oranı əhatə etdikdə suyu kəsib oranı qurulayın.

2.Nəm olduqca hey ötrüləcək.

Allah sizə yar olsun

Задан: 19 Август, 2017 , Опубликовано: 18 Август, 2017
Elmir |

Salam. 3 ay bundan qabaq Banklarin birinden plastik kart aldim. musteriler rayondan pul gondermesi ucun ve rahat istifadesi ucun. Onlar menim bank kartimin hesabina pul kocurdukde 100 aznden yuxari pul olduqda her gun ucun menim kartimda olan pula gelir faizi hesablanir. 100 manat ve daha cox pul olarsa bir gune elave 1-2-5 ve daha cox qepik elave olunur.bilmek isteyirem bu haramdirmi? men karti aldiqda bele bir kompaniya yox idi sonrada olubdur. ve hemin kart vasitesi ile aile veris etdikde balansima bonus pul gelir hal hazirda 8 azn pul var onu istifade edilmesi haram sayilir? xahis edirem etrafli melumat veresiniz.

Ответ / Cavab

Aleykumusalam.

Qeyd edilən qazancda haramlıq görsənmir.

Allah sizə yar olsun

Задан: 18 Август, 2017 , Опубликовано: 18 Август, 2017
Sual |

Salam Bu gun evde elim kesildi evin dowemesine qan tokuldu.quru salfetle iki defe sildim qani temizledim iki defe de nem desmalnan hemen yeri sildim.o yeri pak sayilir?2mmurdar wey ister yaw ister quru halda uc cisimnen artigina oturulmur?3.meselen qolda qan varsa o qan olan yeri nem salfetnen silmeynen paklamaq olar?yoxsa her weyi pak etmey ucun su axmalidir?Sistani aga

Ответ / Cavab

Aleykumusalam.

Qeyd edilən yer pak sayılmır. Quru olduqda isə nəcasəti ötürməz.

Quru halda murdar heç ötürülmür.

Nəm salfetkayla ancaq nəcis yayılar.

Allah sizə yar olsun

Задан: 18 Август, 2017 , Опубликовано: 18 Август, 2017
Zaur |

Salam,men basqa saytda suallara baxirdim,bele bir sual qarsima cixdi.Sualda bir nefer yazibki yediyimiz çörəyin belə drojunu donuz piyindən hazırlanan (E471) maddəsi ilə hazırlayırlar.Men artiq subhe icindeyem.Corek yeyim ya yox?Suali yazan meni de subheye saldi.snickers, tango sokoladlarini da demisdi,onlari yemesemde olar,ama bes corek?

Ответ / Cavab

Aleykumusalam.

Çörəyinizi yeyin. Bunlar bir başa ancaq heyvan mənşəli deyil, həmçinin bitki mənşəlisi də var.

Allah sizə yar olsun

Задан: 18 Август, 2017 , Опубликовано: 18 Август, 2017
Orxan |

Salam.Menim Seyidlere hörmet edirem.Ozum Qarabagliyam.Qarabagda çoxlu Seyidler var.Muharibe olanda men gözleyerdimki Seyidler camaati yigib Şehidlikden danisib,ozleri irelide olub esgerlerimize menevi destek olacaqlar.Amma eksine ele birinci torpagi qoyub qacanlar onlar oldu.Munasibetiniz necedi?

Ответ / Cavab

Aleykumusalam.

Seyyidlər Peyğəmbərimizin soyunun davamçılarıdır və onlara ehtiram etmək yaxşı sifətdir.

Dediyinizi bir başa olaraq onların hamısına şamil etmək olmaz. Hər bir bölümün yaxşısı da var, pisi də.Muharibədə isə çoxlu anlaşılmazlıqlar, xəyanətlər  və başqa hallar oldu. Bu səbəbdən insanları bir başa qınamaq düz olmaz.

Allah sizə yar olsun

Задан: 18 Август, 2017 , Опубликовано: 18 Август, 2017
Resul Eli |

Esselamun Eleykum Yaxin qohumum ogluna toy edecek.Lakin maddi cetinliye gore qizil qoyub kredite pul goturecekler.Hemen o krediti menim adima goturseler menimcun haramdi ya yox?

Ответ / Cavab

Aleykumusalam.

İnsanlar öz maddi durumlarına uyğun əməl etməlidirlər. İmkanları olmayanlar imkanlılarla ayaqlaşmamaıdırlar və özlərini borca salmamalıdırlar. Din zəruri hala icazə verir. Zərurət varsa edə bilər. olmazsa, icazə vrilməz.

Allah sizə yar olsun

Задан: 18 Август, 2017 , Опубликовано: 18 Август, 2017
Namazlarimiz |

Salam Aga. Olkeren xaricde olarken namazlar Mutleq Qesr halinda qilinmalidir? 6-7gun burada olacayiq. Qesr olundugun ewitmiwem ama men hamisini oz ruketlerinde oldugu kimi qildim. Bele halda namazlarim batildir??qesr qilinmali idi? Zehmet olmasa aydin melumat vererdiz

Ответ / Cavab

Aleykumusalam.

Əgər bir yerdə 10 gündən az qalınacaqsa, orada namazlar gərək qəsr qılınsın.

Qıldıqlarınızı yenidən qəsr şəklində qılın.

Allah sizə yar olsun

Задан: 18 Август, 2017 , Опубликовано: 18 Август, 2017
Gunahkar Bende |

Salam Aleykum, Haci men maqazinde saticiyam, Arab piyvede satir, men halal eziyyetimle qazaniram o maawimi, bilmek isteyeremki qazancim haramdir? Qeyyd edimkiis men rasiyyadayam ve ancax xiristyanlara satiram Muselmanlar mennen alver elemir. Allah sizde the razi olsun.

Ответ / Cavab

Aleykumusalam.

İçkiyə aid olan işlərə qatışmayın.

Allah sizə yar olsun

Задан: 18 Август, 2017 , Опубликовано: 18 Август, 2017
Vugar |

Salam Haci. Allah sizi hifz elesin. Hedisler oxuyurdum bu gun. Cume namazinin vacibliyi barede hedislwr ki, eger vacibdirse bes nie bizde cume namazi qilinmir? Ne ucun emel olunmur mueyyen mescidleri cixmaq werti ile?

Ответ / Cavab

Aleykumusalam.

Cümə namazı vacibi kifayidir. Yəni Məsum imam hazır olmadıqda insan ya zöhrü ya da cümə namazını qılmaq arasında ixtiyar sahibidir. Həmçinin bəzi şərtlər də olmalıdır ki, bu namaz qılınsın. Məsələn bir cümə namazı qılınan yerlı ikinci arasında muəyyən məsafə olmalıdır. iki yaxın yerdə qılınması qadağandır. Bu məsələlər tək oxuduğunuz hədislərlə deyil, fiqhi hədislərə əsasən şəriət qanunları ilə tənzimlənir.

Allah sizə yar olsun

Задан: 18 Август, 2017 , Опубликовано: 18 Август, 2017
Həsən |

Salam Aleykum .Qardaş sualım belədir: 1.Əgər Zöhr və Əsr namazı qəzaya gedibsə və ancaq imkan olub onun qəzasını şam namazının vaxtlarında(yəni axşam) qılanda sakit deyilməlidir öz qaydasında,necə yəni öz vaxtında deyildiyi kimi?Yoxsa uca səslə deyilməlidir? 2.Birdə bu ərəb zonasında əsasda bu suriya ordusu bu iki rəqəmini yaman hər yerdə göstərir.bunun bir mənası var?(yəni əlində barmağını iki gösərmə✌️) Allah c.c sizlərə ya olsun

Ответ / Cavab

Aleykumusalam.

1.Namaz özü necədirsə, qəzası da elə qılınmalıdır. Nə vaxt və harada qılınmasından asılı olmayaraq.

2.Bu V işarəsidir, qələbə işarəsin kimi simvolizə olunur

Allah sizə yar olsun

Задан: 18 Август, 2017 , Опубликовано: 18 Август, 2017
****** |

salam.sualim qeribe ola biler uzr istiyrem ona gore.ildirimdan qorxmaq lazimdir yoxsa yox? her sey ALLAHA tabedir, eger qederde var ise olum her cure gele biler.bu barede mene yardim edin xaiw edrem. ildirim payiz feslinde problemime cevrilib gunduz vaxti ildirim altinda geze bilmirem . cekilib bir terefe ayetel kursi oxuyuram. ozum de bezen sinirlenirem . ildirim zamani bedenimdeki fiziki qorxu titreme isterem ki namaz qilanda da bedenimde olsun.

Ответ / Cavab

Aleykumusalam.

İldrım insanı muəyyən hallarda vura bilir və bunları öyrənib ondan qorunmaq yaxşı haldır. Amma bunu həyatın kabusuna çevirmək lazım deyil.

İnsanı maşın da vura bilər, bunun üçün yol hərəkəti təhlükəsizlik qaydalarını öyrənirik və bu təhlükədən qorunuruq.

Allah sizə yar olsun

Задан: 18 Август, 2017 , Опубликовано: 17 Август, 2017
1111 |

Salam hormetli Haci. Istek dualari kitabi ki var biri var boyukdu o bahadi,biri de var balaca o bes edermi,onu alsaq istediyimizi tapa bilerikmi? Cox sag olun.

Ответ / Cavab

Aleykumusalam.

Əgər daxilində olanlar eynidirsə, yəqin ki, taparsız.

Allah sizə yar olsun

Задан: 18 Август, 2017 , Опубликовано: 17 Август, 2017
Nurana |

Hacet namazi nece qilinir?

Ответ / Cavab

Aleykumusalam.

Hacət namazı niyyəti ilə eyni sübh namazı kimi 2 rükətli namaz qıla bilərsiz.

Allah sizə yar olsun

Задан: 18 Август, 2017 , Опубликовано: 17 Август, 2017
rufa |

Salam. bilmək istəyirəm ki heyzli halda məscidə gedib həyətində və yaxud mətbəxində dayanıb dinləmək olarmı? Bir də ki hamilə qadın məscidə gedə bilərmi?

Ответ / Cavab

Aleykumusalam.

Heyzli halda məscidin içinə daxil olmaq haramdır, məscid sayılmayan köməkçi otaqlarda olmağın qadğası yoxdur.

Hamilə qadının məscidə daxil olma qadağası yoxdur.

Allah sizə yar olsun

Задан: 18 Август, 2017 , Опубликовано: 17 Август, 2017
gulwen |

allahin salami olsun uzerinize. qurban bayrami. ve. meherremlik hacan girir bilmek olar..

Ответ / Cavab

Aleykumusalam.

Sentyabrın 2 si qurban bayramı, 22 si isə Muhərrəm ayı daxil olur.

Allah sizə yar olsun

Задан: 18 Август, 2017 , Опубликовано: 17 Август, 2017
Arzu |

Salam Haci.Haci menim yoldasim bezi sebeblerden emim qizi ile danismaga icaze vermir.Mense cox darixmisam.Gizli danissam gunaha girerem???

Ответ / Cavab

Aleykumusalam.

Bəli, ərinizə itaət edin.

Allah sizə yar olsun

Задан: 18 Август, 2017 , Опубликовано: 17 Август, 2017
gulnar |

Salam. eger subh namazi eda niyyetile qilmaga basladim qurtaranda gordum gun cixmani kecib,men yeniden qeza niyyeti qilmaliyammi? Xamenei aga

Ответ / Cavab

Aleykumusalam.

Qeyd edilən namaz düzdür və kifayətdir.

Allah sizə yar olsun

Задан: 18 Август, 2017 , Опубликовано: 17 Август, 2017
Asim |

Salam Aleykum, oz adimin menasi erebce ne demekdir?

Ответ / Cavab

Aleykumusalam.

Bir mənası günahdan çəkinəndir.

Allah sizə yar olsun

Задан: 17 Август, 2017 , Опубликовано: 17 Август, 2017
Bende |

Salam Haci. Qazancim ayliq stabil maaw weklinde deyil. Sifariwledir. Meselen ilk sifariwimi bu ayin 9u qebul eledim ve 16si teqdim edib ilk qazancimi qazandim. Indi men xumsu gelen il avqustun 9u vermeliyem yoxsa 16si? Sistani agaya teqlid edirem nezere alin xahiw edirem.

Ответ / Cavab

Aleykumusalam.

İlk qazanc əldə edilən gündən sayın.

Allah sizə yar olsun

Задан: 17 Август, 2017 , Опубликовано: 17 Август, 2017
rufa |

Salam. sentyabr ayının 2si günü toy etmək olarmı? qohumda toy var hamı deyir olmaz ancaq eliyirlər. özü də içki məclisidi

Ответ / Cavab

Aleykumusalam.

İçki məclisi istənilən gün, istənilən halda haramdır, bunun üçün müəyyən gün məsələsi yoxdur.

Allah sizə yar olsun

Задан: 16 Август, 2017 , Опубликовано: 16 Август, 2017
Страница 637 из 5746 << < 633 634 635 636 637 638 639 640 641 > >>
© 2026 При использовании материалов, ссылка на сайт www.iSLAM.az обязательна!
Copyright 2002-2016, Центр Религиозных Исследований, All Rights Reserved.
Вопросы и пожелания: [email protected]
  SpyLOG Сайт сделал: 313wb.com