Страница 635 из 5746 << < 631 632 633 634 635 636 637 638 639 > >>
adım |

salam aleykum ve rehmetullah. 1)məğzubi və zallin sözlərindəki z səsini düzgün tələffuz etmək üçün dil ağız və ağız boşluğundan necə istifadə etmək lazımdir? 2) bunlardan hansılar kardon sözündəki k dır - məliki,şərikə,əleykə,ələykum,bərəkəruh ???

Ответ / Cavab

Aleykumusalam.

Dilin yan tərəfləri dəyirman dişlərinə toxunub ayrılmaqla bu hərf tələffüz olunur.

Ərəbdə hamısı  kardon sözündəki  k dır, incə k yoxdur

Allah sizə yar olsun

Задан: 21 Август, 2017 , Опубликовано: 21 Август, 2017
Fariz |

Salam haci! kirvənin qızına evlənmək olarmı?

Ответ / Cavab

Aleykumusalam.

Dinimizdə kirvə anlayışı yoxdur və kirvə olmaqlıq məhrəmliyə səbəb olmur.

Allah sizə yar olsun

Задан: 21 Август, 2017 , Опубликовано: 21 Август, 2017
♡♡♡ |

Salam haci! Allahdan nese isteyende Onu Onun adlari ile cagirib istemek olar? Meselen ya Əs-Saməd sen ehtiyacsizsan amma menim sene ehtiyacim var mene filan iwde komek et. Ya da bawqa bir adla cagirib istemek olar? Tewekkur edirem

Ответ / Cavab

Aleykumusalam.

Bəli, olar və yaxşı olar ki, istənilənə uyğun sifətinə and verilə, Ey Rəzzaq ruzimi bol elə. Ey rəhmn gunahlarımı bağışla və sair.

Allah sizə yar olsun

Задан: 21 Август, 2017 , Опубликовано: 20 Август, 2017
Rashad |

salam. 1)usaq ne vaxt sunnet olunmalidir? 2) kesilen eti ve gobek ciyesin ne etmeliyik?3)saci ne vaxt qirxilmalidir? Allah ovlad arzusunda olan butun shie qardawlara ve bacilara nesib etsin inwallah

Ответ / Cavab

Aleykumusalam.

Nə qədər tez olarsa, o qədər də yaxşıdır.

Basdırın çürüsün.

Bunlar bir həftəsindən sonra icra edilsə yaxşıdır.

Allah sizə yar olsun

Задан: 21 Август, 2017 , Опубликовано: 20 Август, 2017
Nuray |

Salam. Zohr namazi giribse zohr namazin qiliram ancaq esri qilmiram esrin vaxti da girmemisden evvel heyz olmusamsa heyz bitdikden sonra da esrin qezasin qilmaliyam? Hemise ikisin de eyni qilirdim bugun vaxt olmadigi ucun saxladim tek zohru qildim. Cox sag olun

Ответ / Cavab

Aleykumusalam.

Paklanandan sonra əsri qəza edəcəksiz.

Allah sizə yar olsun

Задан: 21 Август, 2017 , Опубликовано: 20 Август, 2017
Abbas |

Salamun aleykum Men mal qaraya baxiram ve bu zaman tebi olaraq ust bawim heyvanlarin necasetine bulawir bawqa paltar olmadigindan hemin veziyetde namazlarimi qildim sualim budur ki namaz batilmidir ? Ve bundan sonra ne etmeliyem yeni hemin paltarlarla namaz qilmaq olarmi ? Ve heyvanin necaseti murdarmidir ?

Ответ / Cavab

Aleykumusalam.

Batil deyil. Əti halal olan heyvanların peyini və sidiyi nəcis sayılmır.

Allah sizə yar olsun

Задан: 21 Август, 2017 , Опубликовано: 20 Август, 2017
ibrahim |

Salam. İslamda cinsi elaqede ters ilişki varmi? Yani islam evlilik zamani her cür cinsi elaqeye icaze verirmi? Arxa ön ve.s?

Ответ / Cavab

Aleykumusalam.

Cinsi əlaqə bunun üçün aid olan şəkillərdə olmalıdır.

Allah sizə yar olsun

Задан: 20 Август, 2017 , Опубликовано: 20 Август, 2017
Rəsul |

Salamun Aleykum və rəhmətullah. Hacı 1)səcdədə edilən zikrləri hardan tapa bilərəm.2) namaz bitdikdən sonra olan salamlar, Hz Peyğəmbərə,Hz Əliyə və s. bunları hardan tapmaq olar.

Ответ / Cavab

Aleykumusalam.

1.Səcdədə ya 3 dəfə Subhanəllah deyin, ya bir dəfə Subhanə rabbiyəl əzimi və bi həmdih.

2.O həzrətlərə  elə öz dilinizdə də salam göndərə bilərsiz. Risalə kitablarında namazı təqibatı adında bölümmə baxın.

Allah sizə yar olsun

Задан: 20 Август, 2017 , Опубликовано: 20 Август, 2017
aynur |

salam.sekil cekdirmek gunahdir?

Ответ / Cavab

Aleykumusalam.

Xeyr. gunah deyil.

Allah sizə yar olsun

Задан: 20 Август, 2017 , Опубликовано: 20 Август, 2017
anar |

salam bilmek isterdim QURBAN bayrami ne vaxt baslayir

Ответ / Cavab

Aleykumusalam.

Bu bayram Sentyabrın 2 si olmalıdır.

Allah sizə yar olsun

Задан: 20 Август, 2017 , Опубликовано: 20 Август, 2017
Fərid |

Salam əleykum Telefonda kart yaxud bilyard bu kimi oyunları oynamaqda problem yoxdu ki ? Sistani ağa Allah köməyiniz olsun

Ответ / Cavab

Aleykumusalam.

KArt qumar alətidir və onunla heç adi telefon oyunu oynamaq belə olmaz. Bilyard haram deyil, amma bunlardansa daha xeyirli şeylərə vaxtı sərf etmək daha düzgündür.

Allah sizə yar olsun

Задан: 20 Август, 2017 , Опубликовано: 20 Август, 2017
Xanim |

Salam..Bagislayin Allahin xeyirxah bendesini oz suallarimla yoruram...Duzgun tovbe nece edilmelidi?Allah komeyiniz olsun!

Ответ / Cavab

Aleykumusalam.

Edilən günahlardan peşmançılığını izhar edərək, Alah qarşısında üzrxahlıq edib, yalvararaq bağışlanma diləmək və bir daha Allahın əmrlərinə muxalif olmayıb, göstərişlərinə əməl edəcəyinə, qadağalarına yaxın getməyəcəyinə söz vermək.

Allah sizə yar olsun

Задан: 20 Август, 2017 , Опубликовано: 20 Август, 2017
muslim |

Salam Aleykum. Boynunda cenabet hemde heyz quslu olan birinci hansin almalidir? elaqe zad olmamis genc bir insan neyise fikirleserken Boynuna cenabet gele bilermi

Ответ / Cavab

Aleykumusalam.

İkisini də nəzərdə tutub bir qüsl alması kifayətdir.

Bəli, mümkündür.

Allah sizə yar olsun

Задан: 20 Август, 2017 , Опубликовано: 20 Август, 2017
Allah bendesi |

Salam..1)Hz.Muhammed e. Dan basqa peygembere salavat gondermek duzgun emeldir?2)seytanin vesvesesinden xilas olmaq ucun hansi dualari oxuyum?3) Destemez ve ya qusl alarken salavat deyilmelidi? Allah sizden razi olsun!

Ответ / Cavab

Aleykumusalam.

1.Bəli, digərlərinə də göndərmək olar, amma ən üstünü Hərət Rəsulullaha və pak ailəsinə salavat zikrinin olunmasıdır.

2.Allahı çox zikr edin. Allah yad olunduqca bu məlundan amanda qalmaq olur.

3.Vacib deyil, amma salavat zikri həmişə gözəldir.

Allah sizə yar olsun

Задан: 20 Август, 2017 , Опубликовано: 20 Август, 2017
Azad |

Salam..Ismayil Qurbanin nece kesmek lazimdi? Hansi emeller vacibdi?

Ответ / Cavab

Aleykumusalam.

Bütün qurbanlar eyni qaydada kəsilir, üzü qibləyə , Allahın  adı zikr olunaraq.

Bundan artıq vacib  bir şey yoxdur

Allah sizə yar olsun

Задан: 20 Август, 2017 , Опубликовано: 20 Август, 2017
Xanim |

Salam...Menim bir nece sualim olacaq..1)Destemazi alarken uz ve eller nece defe yuyulmalidi?2)Qusl nece alinir 3) Hz.Muhammed s.e.s. a ne ucun peygemberlik mehz 40 yasinda verilmisdir daha erken ve ya gec yox? Cavablasaz minnetdar olardim.

Ответ / Cavab

Aleykumusalam.

1.Bir dəfə yumaq vacibdir.

2.Bura daxil olub baxıb öyrənin.  https://www.youtube.com/watch?v=CNv2qspiu4Y

3.Allah belə istəyib.

Allah sizə yar olsun

Задан: 20 Август, 2017 , Опубликовано: 20 Август, 2017
Elvin |

Salam. Sidik batan yeri su ile yuyub pak etmek olar? Daha sonra destemaz alib namaz qilmaq olar? Cox sagolun

Ответ / Cavab

Aleykumusalam.

Sidik ancaq su ilə pak olur.

Bəli, olar.

Allah sizə yar olsun

Задан: 20 Август, 2017 , Опубликовано: 19 Август, 2017
Arzu |

Salam. Yaxin bir qizin evvel sevib danisdigi olub sonra alinmadi. Ona elci dusse elci dusen oglan qiznan danisanda sorussa veya sorusmasa evvelce danisdigi birinin oldugun demelidir ya yox? Qizin fikri var desin tanimaq ucun danisdiq alinmadi

Ответ / Cavab

Aleykumusalam.

Düzgünlük olan yerdə probıemlər yaşanmaz.

Allah sizə yar olsun

Задан: 20 Август, 2017 , Опубликовано: 19 Август, 2017
vbd |

salam. men gurcustanda esgerde oldugum ucun vaxti vaxtinda icaze ala bilmirem ona gorede 2 namazi ard arda qiliram (zohr-esr, megrib-isa) duzgundurmu bu?

Ответ / Cavab

Aleykumusalam.

Bəli, düz edirsiz, bu icazəlidir.

Allah sizə yar olsun

Задан: 20 Август, 2017 , Опубликовано: 19 Август, 2017
Adli |

Salam aleykum ve rehmetullah/ uzr isteyirem sualima gore, eger meni gelib gelmemesi ile bagli tereddud icinde olsam ne etmeliyem? alt paltarimi yoxluyarken meni geldiyine yeqinliyim olmadi.ama yuxuda ehtiraslandigim yadima gelir. ama sire kimi bir seyler var idi yuxudan duranda/// Allah komeyiniz olsun

Ответ / Cavab

Aleykumusalam.

Məni olmasına yəqinlik olmasa, qüsl vacib olmur.

Allah sizə yar olsun

Задан: 20 Август, 2017 , Опубликовано: 19 Август, 2017
Страница 635 из 5746 << < 631 632 633 634 635 636 637 638 639 > >>
© 2026 При использовании материалов, ссылка на сайт www.iSLAM.az обязательна!
Copyright 2002-2016, Центр Религиозных Исследований, All Rights Reserved.
Вопросы и пожелания: [email protected]
  SpyLOG Сайт сделал: 313wb.com