Страница 634 из 5746 << < 630 631 632 633 634 635 636 637 638 > >>
Fərid |

Salam əleykum Sualıma görə üzr istəyirəm ayaqyolunda nəcisi yumaq üçün qabda olan su ilə yuyuruq bu halda bu az su sayılırsa bu zaman qab suyu ilə paklanmaq olur ? Allah köməyiniz olsun

Ответ / Cavab

Aleykumusalam.

Nəcisi yumaq üçün az suyla yumaq mumkundur. Sidiyi az suyla yumaq üçün gəək  bir dəfə su tökərək sidiyin əsli yuyulsun, suyun qarşısı alınsın, sonra ikinci dəfə su tökülərək yuyulsun.

Allah sizə yar olsun

Задан: 22 Август, 2017 , Опубликовано: 22 Август, 2017
Musa |

Salam/ Mən gecə şəhadət olduğun bilməyib üzr istəyirəm yoldaşımla yaxınlıq etdim. Günah iş görmüşəm? Günahımı necə təmizləyim? Zəhmət olmasa məsləhət verin özümü çox pis hiss edirəm

Ответ / Cavab

Aleykumusalam.

Günah etməmisiz. Sadəcə belə şeyərdə gələcəkdə  diqqətli olun.

Allah sizə yar olsun

Задан: 22 Август, 2017 , Опубликовано: 22 Август, 2017
XXXXX |

Salam aleykum. Eger bir meclisde icki filan olmazsa sadece stolda sirketin adi bilinmeyen kolbasa olarsa o stoldaki her nemət haram sayilacaq? 2)eger kolbasanin halal olmadigi melum olarsa necə?? 3) içki ilə eyni hökmlərə malikdir kolbasa ya da bismillahsız kəsilmiş toyuq??? Allah köməyiniz olsun.

Ответ / Cavab

Aleykumusalam.

Xeyr, ancaq  həmin qida haram sayılacaq. Bunlar içki ilə eyni hökmdə deyillər.

Allah sizə yar olsun

Задан: 22 Август, 2017 , Опубликовано: 22 Август, 2017
Salam |

Salam olsun. Namehrem kisi qadinin picilti ile qilsa da onun sesini esiderse qadinin namazi batil olur?

Ответ / Cavab

Aleykumusalam.

Pıçıltı  ilə səs eşidilmir. Səsini naməhrəm eşitsə namaz batildir.

Allah sizə yar olsun

Задан: 22 Август, 2017 , Опубликовано: 22 Август, 2017
Salam |

Salam. Hemd-sureden sonra sehven rukunun ya da secdenin ya basqa bir zikr deyib onu yarida saxlayanda sehv secdesi lazimdir?

Ответ / Cavab

Aleykumusalam.

VAcib deyil.

Allah sizə yar olsun

Задан: 22 Август, 2017 , Опубликовано: 22 Август, 2017
Salam |

Salam eleykum. hemd-sureni bitirdikden sonra baxmayaraq ki, vacib deyil qnut tumaq isteyirdim. lakin hemd sureden sonra rukuya eyildim bu veziyeti aldiqdan sonra derhal qalxib qnut tutdum sonra rukuya eyildim. Oyrendiyime gore bu namazi batil edirmis.indi bilmisem. hansi namazdan oldugu yadima gelmir. indi qezasini nce qilmaliyam? Allah komeyiniz olsun

Ответ / Cavab

Aleykumusalam.

Əgər 4 rükətli namazların hansındasa olubsa, -boynumda qalan namazın qəzasın qılıram deyib bir dənə 4 rükətli namaz qılın.

Umumiyyətlə hansı namaz olduğu heç bilinmirsə, qeyd edilən niyyətlə bir dənə 2, bir dənə 3 və bir dənə 4 rükətli namaz qılın.

Allah sizə yar olsun

Задан: 22 Август, 2017 , Опубликовано: 22 Август, 2017
Salam |

Salam Eger seher tezden durub alt paltarin yash oldugunu gorub ve onun meni olmadigini aydin etdikde yenede qusul almaq lazimdir ?

Ответ / Cavab

Aleykumusalam.

Məni deyilsə, qüsl vacib deyil.

Allah sizə yar olsun

Задан: 22 Август, 2017 , Опубликовано: 22 Август, 2017
☆☆☆☆☆ |

Salam. 1.Hansisa bir iwin duzelmesi ucun Peygembere ve onun Ehli beytine salavat gonderib Allahdan nese istemek duzgundur? Yoxsa salavati dunya iwleri duzelsin deye gondermek duz deyil? 2. Menim valideynlerin 20 ilden coxdurki evlenibler amma kebinleri yoxdu, onu men gedib mescidde oxutdura bilerem yoxsa ozleri getmelidirler? Cox sagolun.

Ответ / Cavab

Aleykumusalam.

1.Bəli, düzgündür.

2.Bəli, yubatmadan oxudun.

Allah sizə yar olsun

Задан: 22 Август, 2017 , Опубликовано: 22 Август, 2017
Ali |

Bes əgər bişnamaza təqlid edənlərdə səhfən bişnamaz kimi 3 səcdə ediblərsə onda nece? Allah sizdən razı olsun.

Ответ / Cavab

Aleykumusalam.

Səhfən olarsa, namazları batil deyil.

Allah sizə yar olsun

Задан: 22 Август, 2017 , Опубликовано: 22 Август, 2017
Abdullah |

Salam aleykum,zehmet deyilse deyerdiz 1)bu gunleri gunesh tutldu,ayet namazini ne vaxt qilmaq lazimdi? 2)birde bir qardash 14 mesum haqqinda kitab oxuyub,kitabda deyilir imam Seccad shele elmi varki kecmishi ve geleceye hamsini biler,bununnece izah etmek olar?cox sagolun.

Ответ / Cavab

Aleykumusalam.

1.Bu gün günəşin tutulması barədə bir məlumatımız yoxdur.

2.Keçmişlərdən və gələcəkdən xəbər tutmaq olar və bu Allahın  verdiyi bir bilgidir, oxumaqla bu olmur.

Allah sizə yar olsun

Задан: 22 Август, 2017 , Опубликовано: 22 Август, 2017
Bende |

Salam. Cin saytinda satisda olan ucuz qiymete olan mali oz magazamizda nisbeten baha qiymete qoyub,sifariw daxil olduqda hemin mali cindeki adamdan oz qiymetine alib oz muwterimize oz qoydugumuz qiymete satmaq caizdir? Sistani aga.

Ответ / Cavab

Aleykumusalam.

Bəli caizdir.

Allah sizə yar olsun

Задан: 22 Август, 2017 , Опубликовано: 22 Август, 2017
Salam |

esrin vaxti girmemis heyz bas vererse esr niye qeza olur?axi vaxti daxil olmayib.

Ответ / Cavab

Aleykumusalam.

Əsrin muştərək vaxtı zöhrdən sonra daxil olur.

Allah sizə yar olsun

Задан: 22 Август, 2017 , Опубликовано: 22 Август, 2017
Nuray |

Salam. Gunes tutularken ayet namazi qilmaq lazimdir? Birde heyz halinda olan qadina ayet namazi qilmaq heyz bitdikden sonra lazimdir?

Ответ / Cavab

Aleykumusalam.

Bəli, günəş tutulduqda ayət namazı vacib olar.

Bu hadisə zamanı qadın heyz olarsa, ona bu namaz vacib olmaz.

Allah sizə yar olsun

Задан: 22 Август, 2017 , Опубликовано: 21 Август, 2017
Xanim |

Salam Aleykum.Qadınlar namaz qılarken tekbiri nece etmelidir?

Ответ / Cavab

Aleykumusalam.

Qadın kişi fərqi yoxdur.Bir fərq səsini naməhrəmə eşitdirməməsidir.

Allah sizə yar olsun

Задан: 22 Август, 2017 , Опубликовано: 21 Август, 2017
Nərgiz |

Salam. Bilmək istərdim zil-qədər ayı 28-dur, yoxsa 30. Təşəkkür.

Ответ / Cavab

Aleykumusalam.

Qəməri ayları ya 29 olur ya 30. B da yeni ayın hilalının görənməsi ilə bilinər.

Allah sizə yar olsun

Задан: 22 Август, 2017 , Опубликовано: 21 Август, 2017
****** |

salam.sualim ucun evvelceden uzr isteyirem . 1)masturbasiya eden insanin namazi qebul olmur?2) bu emelden yayinmaq ucun cox melumat aldim . artiq mueyyen qeder gec yeni zaman arasi ile mesgul oluram . artiq gundelik aludecisi deyilem deye bilerem . ancaq 20 gunde 1 defede olsun bu emelle mesgul olanda cox pesman oluram bunu tamamile tergitmek isteyirem ne ede bilerem ?

Ответ / Cavab

Aleykumusalam.

1.Namazın qəbul olması üçün haramdan uzaq durmaq şərtdir.

2.Əməllərinizə Allahı nazir bilin.

Allah sizə yar olsun

Задан: 22 Август, 2017 , Опубликовано: 21 Август, 2017
nur |

salam.toyda gelinin bawi uzerinden quran corey kecirirler bu duzgundur?gunahdir edilse?

Ответ / Cavab

Aleykumusalam.

Gəlinin Quran altından keçirilib ər evinə yola salınması yaxşı haldır

Allah sizə yar olsun

Задан: 21 Август, 2017 , Опубликовано: 21 Август, 2017
Ali |

Salamun aleykum. Eger bişnamazda duran şəxs sonuncu rəkətdə səhvən 3 dənə səcdə etsə onda ozude ve arxasinda duranlarda namazi tezeden qilmalidirlar? Sistani aga Allah sizdən razı olsun!

Ответ / Cavab

Aleykumusalam.

Səhfən 3 səcdə etmək namazı batil etmir, arxasında olanlar 3 cü səcdəyə getməməlidirlər və iki səcdədən sonra təşəhud və salamları deyib namazlarını bitirəcəklər.

Allah sizə yar olsun

Задан: 21 Август, 2017 , Опубликовано: 21 Август, 2017
@a@a@a@a |

Salamun Aleykum.1.Birinə sirrini saxlayacağına and içdirmək üçün Qurani Kərimə əlini qoyub and içdirmək olar? 2.Quslsuz olar? Təşəkkür edirəm.Allah razı olsun

Ответ / Cavab

Aleykumusalam.

And içdirmək  nəyə lazımdır. Əgər sirr saxlayan insan deyilsə, ona sirr verməyin.

Allah sizə yar olsun

Задан: 21 Август, 2017 , Опубликовано: 21 Август, 2017
Salam |

Hacı, nəcis olan yeri təmizlmək üçün qetd etmisiz ki şlanqla su çəkilməlidir. Şlanq əvəzinə qaba su tokub nəcis olan yerin üstünə tokmək lmazmı yoxsa elə birbaşa şlanqdan gəlməlidir su? sağ olun

Ответ / Cavab

Aleykumusalam.

Yox olmur, qabdakı su az su sayılır, az suyun paklama gücü başqadır.

Allah sizə yar olsun

Задан: 21 Август, 2017 , Опубликовано: 21 Август, 2017
Страница 634 из 5746 << < 630 631 632 633 634 635 636 637 638 > >>
© 2026 При использовании материалов, ссылка на сайт www.iSLAM.az обязательна!
Copyright 2002-2016, Центр Религиозных Исследований, All Rights Reserved.
Вопросы и пожелания: [email protected]
  SpyLOG Сайт сделал: 313wb.com