Salam. Ərbəin ziyarətinə yaxınım getmişdi deyir çox çətindir siz baş edə bilmərsiz. Düşünürəm sağlam, ağıllı insan niyə də ziyarət edə bilməsin ki qrupla gedəndən sonra. Düzdürmü?
Ответ / Cavab
Aleykumussalam
Çətinliklər var amma saqlam və aqilli insan özünü yola vere bilir.
Salam aleykum eger zohr namazinin qezasin bilmeyerekden sesli qilsaq namaz qurtarmamiw hiss etsek namaz duzdurmu?yoxsa yenidenmi qilmaq lazimdi.Allah razi olsun
Ответ / Cavab
Aleykumussalam
Bu bilməyərəkdən olduqu üçün namazi batil etmir. Bildiyiniz yerdən artiq səssiz davam edib namazi tamamlayın
Salam haci. men 8 saatliq yol gedecm kieve sonra bakiya gelecem, 1-2 gun qalib 10 gunluk shemkire gedecem ordanda yeniden bakiya qayidacam 2-3 ayliq en azi.. Namazlarimi hansi qaydada qilmaliyam? sefer yoxsa adi qaydada?
Ответ / Cavab
Aleykumussalam
Şəmkirdə on gün qaldiqiniz vaxt namaz bütöv olacaq. Birdə Bakida 2-3 ay qalmaqa gəldikdə namazlar tam olacaq. Qalan bütün yerlərdə namazlar qəsr olacaq.
Salam.menim bir oglandan xoshum gelir ve dushunurem ki biz bir birimiz uchun xeyirli qismet ola bilerik,bu movzuda Allaha dua edirem ki her ikimize xeyirlisini nesib etsin.onun 36 yashi var menim 32,her ikimizin telebleri yuksek olduguna gore bu gune geder subayiq.ama onu gorende anladim ki bu vaxta geder menim axtardigim insan,aile gurmaq istediyim adam odur. 1.Hal hazirda onun da ureyinde mene qarshi hiss yaranmasi uchun hansi addimlar ata bilerem,dini baxımdan? 2.Biz birlikdə işləyirik,çox zaman oturdugu stola ve ya iş görüşmələrimdə yaxında oturduqda Ayetel Kursi ve diger dualari oxuyub,ustune yavashca ufururem.bu caizdirmi? 3.bu movzuda israrli olmam dogrudurmu?kecken gun gabagima bir aye chixdi metni texmini bele idi:Allah sizin uchun bir sheyi istemese siz onu ozunuz uchun isteye bilmezsiniz
Ответ / Cavab
Aleykumusalam.
Siz namazlarınızın arasında öz dilinizdə dua edin. Nələrə oxuyub iləmək, ya başqa işlər, bunlardan uzaq olun. Dualarınızda israrlı ola bilərsiz.
Salam. Axşamınız xeyir.əgər bir nəfərin mədədə bağırsağı xəstədirsə. Qaz köp kimi halları varsa. Namaz qılmazdan əvvəl ayaqyoluna gedərsə hətta bir neçə dəfə. Bəlkə 10dəfə dəstəmaz alarsa. Ancaq buna baxmayaraq namazda səcdədə ayrıd edə bilməsəki ayrılan yeldir yoxsa bağırsaqdaxili quruldamalar,və ya qazın olmasıdır nə etməlidir? Bir nəfər xanım var bayaqdan 10dəfə qılır eyni halla rastlaşır. Deyir ki, işa namazının sonuncu səcdəsində nəsə anlamadım yel ayrıldı yoxsa nəsə daxildə qaz oynaması idi.İndi bu xanımın namazı düzdür ya yox? əvvəlcədən təşəkkür edirəm.
Ответ / Cavab
Aleykumusalam.
Qeyd edilən şəxs əgər qazın çıxmasına yəqin olmayınca dəstəmazı pozulmuş bilməyəcək.
Bilmirem sualımı nece qurum.1-2hefte olar ki,durmadan dua edirem.Allaha yalvarıram.İs görende yemek yeyende ancaq dua etmisem.Bszi sebeblerden 1ilden çoxdur namaz qilmirdim.Qncaq her gün Nas feleq belə dualar oxuyurdum.Bu gün namaz qilmisam.Bilirsiz iş ondadır ki men öz ozumle danışıram ele bilirem.kimse mene cavab verir.Kimese demeye utandim hemde deli olmuşam deye dusunerler.Sizinle paylaşmaq istedim.Tutaqki dua edirem deyiren filan seyden çox ezab cekdim.Niye göre men yaşadım bu hadiseni.Qulagima ses gelmir ancaq cavab bu olur ki sen onu ezab deye bilirsen?Sen ezablar gormemisen.Men deyirem ki bezdim artıq sebr etmekden.O mene deyir az qaldı.Bu ne demekdir?Deli olmuşam men?Şeytandır menimle danışan yoxsa çox özüm özümle danışmışam durmadan dualar etmisem deye psixoloji olaraq mene bele gelir.
Ответ / Cavab
Aleykumusalam.
Siz özünüz özünüzlə danışırsız. Bunu tərgidin, bu getdikcə sizin psixolojinizi pozar.
Namazlarınızı qılın. Dualarınızı edin və dünya barədə xoş güman olmayın. Dunya elə əziyyətlər və musibətlərlə dolu bir yerdir. Bu dünyada elə şeytanla və çətinliklərlə vuruşa vuruşa getməliyik.
salam haci.1)hansi musiqi aletinde calmaq halaldir?yeginki butun musiqi aletleri haram deyil,eger bele olsaydi onda dini musiqi deyilen bir shey olmazdi.cunki onlardada musiqi aletlerinden istifade edilerek bestelenir. 2)her hansi bir ev esyasini meselen evdeki gitarani satmaq haramdirmi?
Ответ / Cavab
Aleykumussalam
Halal musiqi aləti yoxdur. Ney və qaval bəzi hallarda icazəli sayilar.
Salam. Xanımın yoldaşını el ile bosaltması hemcinin kişinin qadının övret nahiyyelerine el ile toxunub boşaltmasine icaze var? Haram sayilmir? Sistani aga
Salam.Biz dua oxuyanda tutaq ki feleq suresini.Deyirik qul euzu birebbil feleq.Ancaq türkler kul euzu deyir.Eslinde oxunuşda q herfi demeliyik yoxsa k?Bir dua var ganniy yazılıb.yazildigi kimi g demeliyem yoxsa q yoxsa üstü nöqteli g.nagil sözünün g-si?onceden tesekkur edirem
Ответ / Cavab
Aleykumussalam
Türklər səhf oxuyurlar. Qul deyilməlidir.
İkinci dediyinizi isə ərəbcədə gorsək dəqiq deyə bilərik. Ğəni olmasi nəzərə gəlir.
Здравствуйте. Мы дома пользуемся водой из бака, то есть из крана идет вода из бака, всегда делаю и малое и большое омовение этой водой. Туда набирается чистая вода, но из-за возможных скоплений на дне бака начинаю задумываться, а вдруг так нельзя. Подскажите все нормально и как быть в противном случае?
Salam Haci sizden bir seyi sorusum men zohr namazinin birinci ruketini casib ucadan gildim ikinci ruketi ise oz gaydasinda axiracan duzgun gaydada bu namazim batildi? cox sag olun
Salam. Məhərrəmlik ayının əvvəllərində elçilik olsa günah olar? Şadyanalıq olmuyacaq onsuz sadəcə üzük xonca gətiriləcək. 2. Qüsl alanda heyz ve cenabeti bir niyyətde demek olar? Təşəkkürlər.
Ответ / Cavab
Aleykumussalam
Üzük xonça sadyanaliq deyilmi? Mühərrəm ayında belə şeylərdən uzaq durun.