salam.haci bilirem cox pis hisslerdir,ozumde isdemezdim bele olsun ozum hicabli namaz qilan insanam amma o qeder ko heyatim pisdi hec yere aparmir yoldawim,hec ne almir,eve geldi sohbet elemir artiq mende bawqa insanlara qarwi pacilliq yaranir.yox kimidi bir insandir ancaq ozun duwunur ozu gezir geyinir men evde oluram butun gunu 8ayliqda hamileyem 1qramfikir vermir mene paxilliq hisslerim oyanir ailesi normal olanlara qarwi isdemirem bele olum,ne edim men?fikir vermirde deyende baxmisiz qarwilamamiwam hec vaxt onu
Ответ / Cavab
Aleykumusalam.
Onu məhəbbətinizlə özünüzə bağlayın və heç vaxt heç kimə paxıllıq etməyin.
Allah sizə yar olsun
Задан: 4 Июль, 2017 , Опубликовано: 3 Июль, 2017
salamaleykum |
yoxsulluq yaxsidir ya pisdir? dinimiz kasiblarla dostluq edin,deyir? sag olun
Ответ / Cavab
Aleykumusalam.
Yoxsulluq yaxşı bir şey deyil.
Allah sizə yar olsun
Задан: 4 Июль, 2017 , Опубликовано: 3 Июль, 2017
anonim@ |
Salamun Aleykum.Bu yazı haqqında fikrinixi bilmək istərdim.Mənə whatsappdan atilib.'' TƏCİLİ XƏBƏR !Allah bizə yetər. O nə gözəl Himayədardır.ABŞ Qurani Kərimin təhrifi ilə məşğul oldu və "Vəhdət" adlı yeni bir kitab çıxartdı. Hansı ki bu kitab hal hazırda Küveytdə pulsuz paylanılır və ola bilsin ki bizə də gəlib çatsın. Bütün müsəlmanlardan xahiş edirəm ki, Allahın Kəliməsinin uca olması üçün bu xəbəri yayaraq dinimizə yardım edək. Əgər yenə kimsə bu xəbərin doğruluğuna şübhə etsə, Google-un axtarış bölməsində "Quran Vəhdət" (ərəbcə) yazıb bu xəbərin doğruluğuna əmin ola bilər...
Ответ / Cavab
Aleykumusalam.
Vəhhabilərin yaydığı dəyərsiz yalan məlumatdır, silib atın.
Allah sizə yar olsun
Задан: 4 Июль, 2017 , Опубликовано: 3 Июль, 2017
Salam |
Subh namazdan sonra yatmaq haqda o qeder agir sozler,hedisler oxudum ki,mene ele geldi ki,butun belalarin menbeyi budur.Heqiqeten beledirmi?sag olun
Ответ / Cavab
Aleykumusalam.
Bəli, həqiqətən belə görünür
Allah sizə yar olsun
Задан: 4 Июль, 2017 , Опубликовано: 3 Июль, 2017
Aaaa |
Men Imam Huseynin heyati haqda herweyi bilmek isteyirem. Hardan oyrene bilerem? Kitab varmi? 2 dini kitablari Eli beyt haqda, wie mezhebi haqda satilan kitablar harda olur bilmirsiz?
Ответ / Cavab
Aleykumusalam.
Bəli, bu barədə kitablar çoxdur. dini kitablar satılan mağazalardan soruşun.
Muxtəlif dukanlar var.
Allah sizə yar olsun
Задан: 4 Июль, 2017 , Опубликовано: 3 Июль, 2017
Esk (Efsun) |
Salam. Men herbide idim . indi mezuniyete gelmisem . Qilmadigim mamazlarim var ama nece gun oldugunu bilmirem . Nece edim. indiden Sagolun .
Ответ / Cavab
Aleykumusalam.
Təqribən nə qədər olmasını bilib o qədərini qəza edin.
Allah sizə yar olsun
Задан: 4 Июль, 2017 , Опубликовано: 3 Июль, 2017
Nuray |
Salam son illerdi xeyanetlerin sayi coxalib bunun sebebi nedir? Kisiler ne ucun yoldaslarina xeyanet edir? Qadin nese elemelidi xeyanet etmesin? Cunki etrafimda olan qadinlarin hamisinin yoldasi onlari aldadib ne xasiyyetce ne xaricden cirkin veya hecne bacarmayan deyiller. Sirf bu xeyanet etmeye gore aile heyati qurmaga men qorxuramki menim de basima gelecey. Bunu hell etmek mumkundur?
Ответ / Cavab
Aleykumusalam.
Kişilər qadınlarına xəyanət edirlər, bu bir problemdir, amma heç düşünürükmü ki, bu xain kişilər kiminlə xəyanət edirlər, uzaq planetlərdən gəlmiş varlıqlarla ya elə qadınlarla?
Xain kişilər də var, qadınlar da. Qadınlar ortada olmasalar, ərlərinin, atalarının , qardaşları və oğullarının namusunu ayaq altına atmağa hazır olmasalar, kişilər də xəyanətə kimsəni tapmazlar.
Allah sizə yar olsun
Задан: 4 Июль, 2017 , Опубликовано: 3 Июль, 2017
Islamic World |
Salam eleykum. Ayetullah Vahid Xorasani haqqinda melumat vererdiz de. Ona teqlid etmek meslehetdir? Allah komeyiniz olsun.
Ответ / Cavab
Aleykumusalam.
Ayətullah Vəhid Xorasani ağa zəmanınin əzəmətli muctəhidlərindəndir ki, bu ağaya təqlid düzgündür.
Allah sizə yar olsun
Задан: 4 Июль, 2017 , Опубликовано: 3 Июль, 2017
Vugar |
Salam Haci. Allah sizi qorusun. Sualim budur - Eqd telefon vasitesile oxuna biler? Ya hokmen goruw kecirilmelidir? Yeni xanimla kishi oz aralarinda eqd oxuyarlarsa bunu telefon vasitesile ede bilerler? Onceden tewekkurler
Ответ / Cavab
Aleykumusalam.
Əgər bunun düzgün qaydasını başarırlarsa, bəli, oxuya bilərlər.
Allah sizə yar olsun
Задан: 4 Июль, 2017 , Опубликовано: 3 Июль, 2017
Meryem |
Salam Aleykum.Ilk sualim heyzli halinda zikr etmek olarmi ve atamin il donumudu heyz halda yasin oxumaq olarmi Qurandan nece oxuya bilerem?Birdeki men teqriben 16yasimda namaza baslamisam indi 28 yasim var nece il qezam var???ALLAH RAZI OLSUN
Ответ / Cavab
Aleykumusalam.
Heyz halında istədiyiniz qədər zikr edə bilərsiz. Quranin xəttinə toxunmadan Qurandan oxuya bilərsiz. Sizə namaz 8 yaş 9 aylığından vacib olub.
Allah sizə yar olsun
Задан: 4 Июль, 2017 , Опубликовано: 3 Июль, 2017
emin |
Salam..Haci.Bu gunlerde qohumda usagin beynine qan sizib.Xaiw edirem onun sagalmasi ucun dualar edesiniz.Cox xaiw edirem.Bu seyfeni izleyen herkesten.Dualarinizi esirgemeyin.Haci men saglamliq ucun hansi zikrleri ede bilerem?Hekimlerww onun veziyyetinin pis oldugunu deyirler.Amma her sey ALLAHin elindedir.Dualarinizi esirgemeyin!Cox sagolun
Ответ / Cavab
Aleykumusalam.
namazlarda bütün xəstələri dua edirik, bunu da dua edəik.
Allah sizə yar olsun
Задан: 4 Июль, 2017 , Опубликовано: 3 Июль, 2017
Abdullah |
salam olsun size.tesekkur edirem size her bir weye gore zehmet deyilse deyerdiz eger namaz qilanin alt paltari qan olubsa destemaz alandan sonra,yada koyneyi yada corabi qan olubsa destemazi batil olur? Ayatollah sistani
Ответ / Cavab
Aleykumusalam.
Əgər bu qanləkəsi yara qanıdırsa, və baş barmağın dırnağından artıq deyilsə, namaz düzdür. Dəstəmaza isə bunun aidatı olmaz.
Allah sizə yar olsun
Задан: 4 Июль, 2017 , Опубликовано: 3 Июль, 2017
Nuray |
Salam dirnagima paltarimin sapi ilisib sap deyende toz kimi lap nazik destamaz alib namaz qilandan sonra gordum destamazim batildir? Birde gordum sizden sorusublar demisiz ayag dirnaglarda lak olanda destamaz almaq olar? Duzgun basa dusmusem? Men hecvaxt lak saxlamirdim izi qalar manedir
Ответ / Cavab
Aleykumusalam.
Sap suyun dəriyə toxunmasına maniə olmadığından dəstəmaz düzdür.
Düz edirsiz, təmizləyin.
Allah sizə yar olsun
Задан: 3 Июль, 2017 , Опубликовано: 3 Июль, 2017
Rişad |
Salam aleykum. Tövbəni pozmuşamsa yendən tövbə etməkdən əlavə kəffarəsi nədir?
Ответ / Cavab
Aleykumusalam.
Kəffarəsi xeyirli işlər görməkdir.
Allah sizə yar olsun
Задан: 3 Июль, 2017 , Опубликовано: 3 Июль, 2017
Asim |
Salam-Aleykum, Zehmet olmasa Ayetul oxunusunu yazardiniz, eslinde ezberden bilierm, men bir nece mescidlerde olmusam, hersesinde bir cur yazilib ona gore size zehmet verirem.
Ответ / Cavab
Aleykumusalam.
Allahu la ilahə illa huvəl həyyul qayyum la tə”xuzuhu sinətun vəla nəumun ləhu ma fissəməvati vəma fil ərzi mən zəlləzi yəşfəu indəhu illə biiznihi yə`ləmu ma bəynə əydihim və mə xəlfəhum və la yuhitunə bişəyin min `ilmihi illa bima şaə vəsi`ə kursiyyuhus-samavati vəl ərzi və la yəuduhu hifzuhuma və huvəl əliyyul `əzim, la ikrahə fiddin qad təbəyyənər-ruşdu minəl ğəyyi fəmən yəkfur bit tağuti və yu”min billahi fəqadistəmsəkə bil `urvətil vusqa lənfisamə ləhə vəllahu səmi`un `əlim, Allahu vəliyyul ləzinə amənu yuxricuhum minəz zulumati ilən nuri vəlləzinə kəfəru əvliyauhumut tağuti yuxricunəhum minən nuri iləzzulumati ulaikə əshabun narihum fiha xalidun
Allah sizə yar olsun
Задан: 3 Июль, 2017 , Опубликовано: 3 Июль, 2017
Bdjekdjd |
Haci Ramazan ayi olan zamanlarda radioya qulaq asirdimvve duzu ilk once bilmedim daniwan wiedi ya sunni, biraz rus dilli biri idi, amma sonradan daniwiqindan bele bawa duwdumki sunnidi, ve ona sula verilmiwdi 2 dene. 1. Qadinlar hicabin ustunden mesh ceke bilermi? Eyer namehrem varsa , yada hicabi acmaq cetindirse qadin ucun dedi beli olar. . Sizce bu duzdu? 2 ci sual verildiki qusul vaxti bedeni tam yumaq haqda. Oda dediki , sozun duzu tam deqiq bilmirrm ya heyzde yada cenabetde dediki birinde sacin dibine su getmesede olar, o birine amma getmelidi su. Amma yadimda deyil hamsi hamsina dedi. Sizce duzdu bu?
Ответ / Cavab
Aleykumusalam.
1.Düz deyil.
2.Qusullərin arasında fərq niyətindədir, əməllərin icrasında yox.
Allah sizə yar olsun
Задан: 3 Июль, 2017 , Опубликовано: 3 Июль, 2017
arzu |
Salam men yoldaşıma yalan danışmışam deyə mənə deyir namaz qılmayacan daha mən danışdığım yalana görə çox peşmanam neynəyim mən nə olar mənə köməklik edin.
Ответ / Cavab
Aleykumusalam.
Ona peşmançılığınızı bildirin və göstərin. Onu da bilsin ki, Allahın əmrinə muxalif olmaq kimi oonun bir səlahiyyəti yoxdur.
Allah sizə yar olsun
Задан: 3 Июль, 2017 , Опубликовано: 3 Июль, 2017
Fərid |
Salam Kəffarəni verərkən səqəqə niyyəti ilə vermək olar ? Yoxsa kəffarə niyyəti ilə verilməlidir. Allah köməyiniz olsun
Ответ / Cavab
Aleykumusalam.
Əlbətdə ki, nədirsə, o niyyətlə də verilməlidir.
Allah sizə yar olsun
Задан: 3 Июль, 2017 , Опубликовано: 3 Июль, 2017
Abbas |
Salam eleykum. Uzrlu sebebden namazin qezaya getmeyine 1-2 deqiqe qalmis namaza bashlayanda azan ve iqame deyilmelidi? Azan ve iqameni demek elave 1-2 deqiqe vaxt aparir. Bu vaxt itkisi kimi hesablanacaq? Namaz qezaya gedecek? Allah sizden razi olsun.
Ответ / Cavab
Aleykumusalam.
Xeyr, deyilməsin.
Allah sizə yar olsun
Задан: 3 Июль, 2017 , Опубликовано: 3 Июль, 2017
...... |
Салам. Это правда что Ангел смерти приходит к каждому человеку 5 раз в сутки и смотрит в его лицо чтоб узнать настал ли час этого человека? Это достоверный хадис?
Ответ / Cavab
Aleykumusalam.
Net eto ne poxoj nam dostavernıy xadis tak kak angel smerti uvademlyayetsya o nastuplenii vremeni smerti.