Страница 700 из 5746 << < 696 697 698 699 700 701 702 703 704 > >>
Fərid |

Salam əleykum Kəffarəni verməklə bağlı sizə suallarım olacaq xaiş edirəm geniş izah edərsiniz 1.mənim əvvəlki illərdən 3-4 ay qəza orucum var idi bu ramazan ayına kimi çox az tuta bildim indi qalan məsələn 3 aylıq qəzaya kəffarədə gələcək ? 2.kəffarəni verəndə hər fəqirə bir günlük ehtiyacını verərkən bunu qeyd etməliyəm yəni 60 fəqir olmasını bilmək üçün ? Allah köməyiniz olsun

Ответ / Cavab

Aleykumussalam

Hər gününün qəzasından əlavə onların kəffarəsi bir gün üçün fəqirə bir mudd təam verməkdir yəni 750 qram.

Bəli, hesabınızı itirməmək üçün qeyd edin

Allah sizə yar olsun

Задан: 25 Июнь, 2017 , Опубликовано: 25 Июнь, 2017
aysel |

Salam. Bugun sonuncu orucumuzdu? Yəni seher imsaka durub bayram namazina qeder oruc tutmaliyiq?

Ответ / Cavab

Aleykumussalam

Bəli, bu gün 30 cu gündür və sabah bayramdır və bayramda oruc tutulmaz.

Allah sizə yar olsun

Задан: 25 Июнь, 2017 , Опубликовано: 25 Июнь, 2017
Ekber |

Salam aleykum.Bir de soruşacaqdim çağirdiğimiz qonağin özüne eger feqirdirse fitre zekatını ona vermek olar?

Ответ / Cavab

Aleykumussalam

Bəli, əgər fəqirdirlərsə və fitrə vermək imkanınnda deyillərsə, onlara fitrə verə bilərsiz

Allah sizə yar olsun

Задан: 25 Июнь, 2017 , Опубликовано: 25 Июнь, 2017
kanan |

salam size sualim cənabətli halda oruc tutmaq olar mene iftardan sonra cənabət vacib oldu amma men seher sub azanindan evvel durub qusl alacaqdim ama yatib qalmisam bilmek isteyirem cənabətli halda oruc tutmaq olar ???? indi men birde iftardan sonra qusl alacam !!!!

Ответ / Cavab

Aleykumusalam.

Cənabətli halda oruc olmaz, amma siz ki, qsl alacağınıza əmin olub yatmısız və ixtiyarsız ayilmamısız, orucunuz üzdür, namazlar üçün qüsl edin.

Allah sizə yar olsun

Задан: 25 Июнь, 2017 , Опубликовано: 25 Июнь, 2017
xXx |

Salam aleykum.Fitrə zəkatı bayram günü nə zaman çıxılmalıdı?yəni Namazdan sonra və ya sabahsı günüdə çıxarılsa olar?

Ответ / Cavab

Aleykumusalam.

Bu axşam ayrılacaq, ya elə axşamla ya da sabah səhər fəqirə yetirilsin.

Allah sizə yar olsun

Задан: 25 Июнь, 2017 , Опубликовано: 25 Июнь, 2017
77777 |

Salam.Bayram axwami bu gundu bayram saba?fitreni bu gun (ayin25i) vermeliyik?

Ответ / Cavab

Aleykumusalam.

Bu gün axşam ayırarsız.

Allah sizə yar olsun

Задан: 25 Июнь, 2017 , Опубликовано: 25 Июнь, 2017
Cavid |

Salam.26 si bayramdirsa,25 I orucumuzu aciriq vessalam?yeni 26 si seher sahura qalxiriq?

Ответ / Cavab

Aleykumusalam.

25 i orucuq, 26sı oruc bitir.

Allah sizə yar olsun

Задан: 25 Июнь, 2017 , Опубликовано: 25 Июнь, 2017
Jdjrıfmleşdmdk |

Salam Aleykum. Allah orucunuzu qebul elesin haci ve gelen ilde oruc tutmaqi sizlere qismet elesin inweAllah. Ve size sualim yoxdu sadece biradaki yazanlara demek isteyiremki hami eyni suallari verir size, bayram hacandi , bayram namazi nece qilinit ve ya tek qilmaq olarmi evde ve fitre haqda hacan cixaraq ve.s. Demek isteyiremki onsuzda hami eyni suali verir tekrar tekrar ondansa oxusunlar suallari onlara lazim olana cavabi orda tapacaqlar onsuzda. Allah size sebr versin ve sizden razi olsunki eyni suallara sixilmadan ve sebrle eyni cavabi verirsiz ve uf bele demirsiz. Allah sizini axiretinizi gozel elesin. Tewekkur edirem size.

Ответ / Cavab

Aleykumusalam.

Təşəkkür edirik. Biz çalışırıq vəzifəmizi icra edək.

Allah sizə yar olsun

Задан: 25 Июнь, 2017 , Опубликовано: 25 Июнь, 2017
Tural |

Salam Aleykum,sabah insAllah bayramdir bugun son gunuzdu cox darixacayig insAllah tez gelersen 'Ramazan ♥️ '

Ответ / Cavab

Aleykumusalam.

İnşaALlah

Allah sizə yar olsun

Задан: 25 Июнь, 2017 , Опубликовано: 25 Июнь, 2017
Seva |

Salam. Xahiş edirəm cavablandırasınız.Bütün ay boyunca oruc tutdum.Ramazanın sonunda 3gün xəstəlik nədəbiylə (soyuqladıgım üçün qaytarırdım,güclü agrılarım olurdu və buna görə də çoxlu maye və agrıkəsici qəbul etdim.Mən tutmadım orucları necə qəza etməliyəmmi?Ətraflı izah xahiş edirəm.Boynumda qalmasın.

Ответ / Cavab

Aleykumusalam.

Qeyd edilən günləri gələn Ramazana kimi qəza edərsiz.

Allah sizə yar olsun

Задан: 25 Июнь, 2017 , Опубликовано: 25 Июнь, 2017
Ekber |

Salam aleykum. 1)Eger bir eve bayram axşamı iftar süfresine qonaqlar gelseler ve hemin evde yemek yeseler ve hemin axşam da evlerine qayıtsalar onların da fitresini ev yiyesi vermelidi?2)Hemin qonaqlar feqir olsalar bes nece?

Ответ / Cavab

Aleykumusalam.

1.Ev yiyəsinin razılığı ilə gəliblərsə, onların da fitrəsi ev sahibinə düşər.

2.Onların fəqir olub olmamalırının fərqi yoxdur.

Allah sizə yar olsun

Задан: 25 Июнь, 2017 , Опубликовано: 25 Июнь, 2017
Nargiz |

Salam.Men her il fitreni qaynanama verirdim ,o kasib qonwularina verirdi.bu il gedib vere bilmemiwem.Olarmi o ozu menim evezime versin, men bir iki gune gedib verim qaynanama o pulu?birde ki 4 nefere 10 azn fitre pulu kifayet eder?indi erzaqlarin qiymeti muxtelifdir.deqiq bilmek olmur adam bawina ne qeder duwur.

Ответ / Cavab

Aleykumusalam.

Bayram sabahdır və fitrə bu axşam ayrılacaq.

Bəli, o həmin miqdarı sizin yerinizə vrə bilər, siz sonra ona borcunuzu qaytararsız.

Qiyməti bi yerdən öyrənin, ona uyğun da çıxarın.

Allah sizə yar olsun

Задан: 25 Июнь, 2017 , Опубликовано: 25 Июнь, 2017
S.... |

Salam Aleykum sualim budur ki niye orucluq iki yere bolunur azerbaycan ve irannan bawqa her yer bugun yeni 25 i bayram edir 1 iran 1 de biz birgun sonra hami deyir mekkede ay gorunub suali mene veriller men ne deyeceyimi bilmirem bele cixir ki butun dunya 1 gun qeza ile ramazani sona catdirir? Vaxd ayrib cavablandirdiginiz ucun tewekkerler

Ответ / Cavab

Aleykumusalam.

Orucluq heç yerə bölünməyib. Bu sualı da əsasən oruc tutmayanlar verir. Oruc tutanlar isə məsələlərini öyrənib ona əməl edirlər. Ay görsənməyib, yalandır, Nə məkkədə nə də turkiyədə. Bu 1000 filz əminliklə deyilir. Səudiyyə ərəbistani dəfələrlə insanlaı aldadıb, bundan belə də aldadacaq. Hər kəs bu vəhhabi kralların oyunlarına uyursa, öz işidir. Kim sizə ay görsənib deyirsə, deyin ki, bilmədən səh deyirən, ay görsənməyib. Kim iddia edirsə, yalançıdır, dəlil göstərsin.

Allah sizə yar olsun

Задан: 25 Июнь, 2017 , Опубликовано: 25 Июнь, 2017
leyla |

Salam, Haci. Bugun oruc tutmaliyiq?

Ответ / Cavab

Aleykumusalam.

Bəli, bu gün orucuq.

Allah sizə yar olsun

Задан: 25 Июнь, 2017 , Опубликовано: 25 Июнь, 2017
Namiq |

Salam hacı. Fitrə zəkatı adam başına nə qədər olacaq pulla hesablasaq?

Ответ / Cavab

Aleykumusalam.

Çox hörmətli oxucularimiz. Biz zəhmət bu günü  marketə gedin və oradan təmiz saı buqdanın qiymətini öyrənin və bunu 3 ə vurub fitrə qiymətini bilin.

Allah sizə yar olsun

Задан: 25 Июнь, 2017 , Опубликовано: 25 Июнь, 2017
aysel |

Salam.men artiq bugunnen oruc tutmuram.mene bir seyi aciqlayin zehmet olmasa.Yeni Azerbaycanda ay ferqlidi???niye hamida gorunub bizde yox.her yerde ay gorunub bir bizde yox.bu nece olur.yeni gorunen olkelerle biz cox araliqli olkeler de deyilik axi

Ответ / Cavab

Aleykumusalam.

Heç yerdə ay görünməyib, kim  cənubi amerikanin kiçik  bir hissəsindən başqa yerdə ayin görünməsini iddia edirə, yalan danişir. Bilərəkdən inadla oruc pozduqda kəffarə vacibdir.

Allah sizə yar olsun

Задан: 25 Июнь, 2017 , Опубликовано: 25 Июнь, 2017
ZohCav |

Salam Bakı ilə Xaşaxuna (təqribən Qala ilə Dübəndi arası yerləşir) arasında məsafə orucu pozurmu?

Ответ / Cavab

Aleykumusalam.

Bəli, qeyd edilən məsafədə oruc pozular.

Allah sizə yar olsun

Задан: 25 Июнь, 2017 , Опубликовано: 25 Июнь, 2017
Ekber |

Salam aleykum. Menim kasib qohumlarim var.Onlar namaz qılmırlar,lakin fisq ehli de deyiller(hemin evde içki içilmir).Hemen aileye fitre zekatini vermek olar?Teqlid:Ayetullah Sistani Evvelceden teşekkürler

Ответ / Cavab

Aleykumusalam.

Əgər fəqirdirlərsə, bəli, verə bilərsiz.

Allah sizə yar olsun

Задан: 25 Июнь, 2017 , Опубликовано: 25 Июнь, 2017
nigar |

salam haci.bizde yastigin ichinden qeribe bir shey chixdi. cadudumu nedimi bilinmir. ne etmek olar onu? telashlandig. nese oxumag filan lazimdirsa yazardiz zehmet olmazsa

Ответ / Cavab

Aleykumusalam.

mail.ru poçtunda. sualcavab2011 unvanina şəklini göndərin baxaq.

Allah sizə yar olsun

Задан: 25 Июнь, 2017 , Опубликовано: 25 Июнь, 2017
Sual |

Salam.marketde anbarda fehle iwdiyirem , ele olur spirtli ickiler dawiyiram , bunda gunah var ?

Ответ / Cavab

Aleykumusalam.

Spirtli içkilərlə bağlı heç bir işə qatışmayın.

Allah sizə yar olsun

Задан: 25 Июнь, 2017 , Опубликовано: 25 Июнь, 2017
Страница 700 из 5746 << < 696 697 698 699 700 701 702 703 704 > >>
© 2026 При использовании материалов, ссылка на сайт www.iSLAM.az обязательна!
Copyright 2002-2016, Центр Религиозных Исследований, All Rights Reserved.
Вопросы и пожелания: [email protected]
  SpyLOG Сайт сделал: 313wb.com