Страница 704 из 5746 << < 700 701 702 703 704 705 706 707 708 > >>
Ramana |

Salam aleykum hacı. Deyiləndə ki, Cəfəri məzhəbidir, reallıqda isə Sistani, Lənkərani və digərlərinin fətvası üzərində qurulur. Əhli sünnədə əgər Hənəfidirsə "Fiqh-ul Akbar", Şafidirsə "Al Umm", Malikidirsə "Al Muvatta", Hənbəlidirsə "Müsnəd" kitabına məzhəbin davamçıları əsaslanır. Bəs imam Cəfər əs Sadiqin qırıq-qırıq hədislərindən başqa fundamental bir kitabı varmı ki, biz də əhli sünnə kimi konkret məzhəb rəislərinə əsaslanaq. Yəni dünyaya çıxardaq ki, bunun müəllifi imam özüdür.

Ответ / Cavab

Aleykumussalam

Siz muctəhidlə İmam nədir əvvəl onu anlayın, sonra məsum İmam Kəlamına qırıq qırıq hədis deməyin nə olduğunu bilərsiz. Bu əqidəylə sabah Peyğəmbərdən də hədis kitabı yazmağı və hədislərini qırıq qırıq adlandıracaqsız.

Məntiqsiz iradlar etmək gülüncdür. Təyyarədə, qatarda namazın qılınma qaydasını hənəfinin hansı kitabından götürürlər, ya Malikinin bu barədə fətvaları varmı, deyin, biz də bilək.

Allah sizə yar olsun

Задан: 24 Июнь, 2017 , Опубликовано: 24 Июнь, 2017
Gunahkar Bende |

Salam Aleykum. Fitre 30 gun erzinde diger gunperde vermek olar? Yoxsa bayram gunu verilmelidir ve birgundur .. Anam deyirki Ramazan ayi girennen qurtarana kimi vaxti oldugun deyir

Ответ / Cavab

Aleykumussalam

Fitrə zəkatını, bayram axşamı ayırıb  bayram günü fəqirə yetirmək lazımıdır.

Allah sizə yar olsun

Задан: 24 Июнь, 2017 , Опубликовано: 24 Июнь, 2017
Rza |

Salam Ələykum 1) Mən bu gün Bakıdakı evimdən çıxıb Cəlilabaddakı evimə gəldim. Qeyd edim ki,Zöhr azanından qabaq çatmışam və heç bir orucu batil edən iş görməmişəm. Belə halda mənim orucum düzdür hazırda yoxsa batil olub? 2)Kəffarə orucunda 60 günü tutmağa qüdrəti olan şəxs oruc tutmayıb 60 fəqiri yedizdirə bilər?

Ответ / Cavab

Aleykumussalam

Əgər hər iki yerdə yaşayırsızsa, bu iki yerin ikisində də oruc tuta bilərsiz. Amma bakıdan zöhrdən əvvəl çıxıb Cəlilabada zöhr azanından sonra yetişmisizsə. orucunuz pozulub. Zöhrdən əvvəl yetişmisizsə və oruc pozan iş görməyib oruc niyyəti etmisizsə, düzdür.

Bəli ikisindən birini  seçməkdə ixtiyar sahibidir.

Allah sizə yar olsun

Задан: 24 Июнь, 2017 , Опубликовано: 24 Июнь, 2017
Aya |

Salam.men islemirem evde oturruram mene fitr cixmag vacibdirmi?

Ответ / Cavab

Aleykumussalam

Sizin çörək verəniniz kimdisə ona da sizin fitrəniz vacibdir.

Allah sizə yar olsun

Задан: 24 Июнь, 2017 , Опубликовано: 24 Июнь, 2017
Samira |

Salam. Olarki fitreni 1,2 gun qabaq chixardaq ya mutleqdi bayram axshami chixartmalidi? Sistani Aga. Allah razi olsun sizden

Ответ / Cavab

Aleykumussalam

Xeyr, fitrəni  bayram axşamından əvvəl çıxarmaq sayılmaz.

Allah sizə yar olsun

Задан: 24 Июнь, 2017 , Опубликовано: 24 Июнь, 2017
Hahxiekspwn |

Salam aleykum. Indi bir xutbeye qulaq asirdim. Orada məhin sozunun werr insanlara deyildiyini dedi haci Ramil. Menimde adim Mehindi. Ə ile yox E herifi ile qoyulub adim. Nese icimde narahatciliq yarandi. Ikiside eyni mena verirmi goresen?((Bu addla meni Qiyametdr cagiracaqlar deye qorxu duwub canima. ((((

Ответ / Cavab

Aleykumussalam

Bu adın mənası fars kəlməsindən olmalıdır.

Allah sizə yar olsun

Задан: 24 Июнь, 2017 , Опубликовано: 24 Июнь, 2017
Rahim |

Salamun əlleyküm. Qüsuldan əvvəl ya sonra dəstəmaz alınmağ alınır?

Ответ / Cavab

Aleykumussalam

Cənabət qüslündən sonra dəstəmaz alınmaz

Allah sizə yar olsun

Задан: 24 Июнь, 2017 , Опубликовано: 24 Июнь, 2017
Bende |

Salam.1nese boyuk bir wey alanda seyidin yanina gedib ondan yaxwi yada pis olacagini soruwmag gunahdimi?.ama heqiqetende seyidi.ve dediyleri duz cixir.2.Men namaz qilanda bidene iqameni diyirem ve ardinca iki namazi qiliram.yeni zohr ve esr.ama yoldawm hem azani hem iqameni her iksinde diyir.size men sef edirem?(namaz qilanda urey doyuntum olur cox uzun diye bilmirem

Ответ / Cavab

Aleykumusalam.

1.İstixarə etdirmək düz olar, Seyyid olan şəxs fala baxan olmamalıdır.

2.Bir azan deyin, namazlrın hər ikisi üçün də iqamə deyin.

Allah sizə yar olsun

Задан: 24 Июнь, 2017 , Опубликовано: 24 Июнь, 2017
Ruhi |

Assalamu aleykum ve rahmetullahi ve beraketuh. Deqiqleshdirmek uchun sizden sorushmag istiyirem.1.Qash aldirmagin hokmu nedir? 2.Eger bir gadin heyzdenaxwam temizlenibse ve subhe geder su cox soyug oldugunnan yeni qizdirici vasite de olmadiginnan o suyun ziyan edeceyinnen gorxub torpaga teyemmum etse oruca niyyet etse,ve gun erzinde qaz verildiyinde heys guslu alsa oruc ola ola,yeni bu oruc gebuldu,yoxsa batil?

Ответ / Cavab

Aleykumusalam.

1.Qadınların üzlərində etdikləri adi təmizlik işləri icazəlidir. Naməhrəmə gözəl görsənmək üçün edilənlər haramdır.

2.Qeyd edillən halda gərək bir vdrə su qızdrılıb qüsl edilə. indi ki, ış deyil. Əgər qüsl almas heç cür mümkün olmayıbsa və vəzifəsi təyəmmüm olub təyəmmümlə oruc tutubsa, düzdür.

Allah sizə yar olsun

Задан: 24 Июнь, 2017 , Опубликовано: 24 Июнь, 2017
Gunel |

Salam.Tutalim fitreni bazar gunu axsam cixarmaliyam, olar ki, bazar gunu seher cixardib gedib ehtiyaci olan birine neyse alim?Birde ki vacibmidir ki evden cixsin o pul?Tutalim birine demisem ki fitreni mene verersen ehtiyacli aileye neyse alaram.Ona dedim ki, fitreni cixart axsamdan blokda dibceklerin dibine qoy seher mene verersen

Ответ / Cavab

Aleykumusalam.

Gərək  bayram axşamı ayrıla və evdən çıxması dedikdə yiyəsinə çatdırmaq nəzədə tutulur. Ayırdıqdan sonra edə bir kənarda qala bilər.

Allah sizə yar olsun

Задан: 24 Июнь, 2017 , Опубликовано: 24 Июнь, 2017
Gunay |

Salam.Fitr Bayrami sabah olacaq?

Ответ / Cavab

Aleykumusalam.

Böyük ehtimal budur ki, sabah oruc olacağıq.

Allah sizə yar olsun

Задан: 24 Июнь, 2017 , Опубликовано: 24 Июнь, 2017
Emil |

Salam. Evəlcə onu deyimki Allah köməyiniz olsun suallarımızı cavablandırdığınıza görə, bəzən elə suallar olur ki adam bilmir kimə versin buna görə çox sağolun. Mən İnşallah bazar günü tezdən Bakıdan Şəkiyə getməliyəm 2 günlük. Oruc tuta bilərəm? Birdə tutumuramsa qəzası varmı? Sona kimi gəlmişəm çox şükür qəza olmayıb, istəmirəm indidə qəza olsun amma şəri qaydası necədi onu bilmirəm. Əvvəlcədən çox sağolun.

Ответ / Cavab

Aleykumusalam.

Bu səfərdə oruc tuta bilməyəcəksiz və həmin günün qəzasını tutmalısız. Əgər edən zöhr azanından sonra çıxsaz, o günün də orucu salamat qalacaq.

Allah sizə yar olsun

Задан: 24 Июнь, 2017 , Опубликовано: 24 Июнь, 2017
Nigar |

Zdravstvuyte. Ya derju oruc, no segodna nochyu vo sne pochustvovala udovletvorenie, naskolko ya znau chto kogda eto bivaet nesoznatelno, to oruc ns narushaetsa. No u mena takoe chustvo chto ya mogla vovrema prosnutsa i etogo ne proizoshlo bi. V takom sluchae moy oruc narushaetsa? Esli da , to kak ego vospolnit etot den?

Ответ / Cavab

Aleykumusalam.

Yesli eto proizoşlo posle utrenneva azana o vaş oruc nenaruşen, dlya namazov delayte qusl canabat.

Allah sizə yar olsun

Задан: 24 Июнь, 2017 , Опубликовано: 24 Июнь, 2017
qonaq |

salam sabahınız xeyir mən Yevlaxda yaşayıram bu gün Göyçaya gedəcəm saat 10.00 gəlməyədə saat 15.00 da yəqin evdə olacam mənim orucum pozulur yoxsa tutmalıyam dəqiq bilmirəm deyə soruşdum saat 10.00 kimi cavablandırsanız məmnun olaram sağ olun

Ответ / Cavab

Aleykumusalam.

Qeyd edilən səfər sizin orucunuzu pozacaq.

Allah sizə yar olsun

Задан: 24 Июнь, 2017 , Опубликовано: 24 Июнь, 2017
Elvin |

Seher yatib yuxuda qalmisam ac qarina oruc tutmaq olarmi xaiş eleyirem cavab yazin

Ответ / Cavab

Aleykumusalam.

Bəli, bəli, orucunuzu saxlayın, pozmaq olmaz.

Allah sizə yar olsun

Задан: 24 Июнь, 2017 , Опубликовано: 24 Июнь, 2017
Sual |

Haci mesumlardan da Allahdan istediymiz kimi istemek sohbeti mene hec cur dogru gelmir. Sizinle eyni mezhebin numayendesi oldugumdan xahis edirem bu meseleye bir aydinliq getiresiz. Tevessulu basa dusurem, qebul edirem. Bes mesumlardan Allahdan istediyimiz kimi istemek nedir?

Ответ / Cavab

Aleykumusalam.

CAvabı düz oxumamısız, səhf anlamısız. Xahiş edirik diqqətlə oxuyun

Allah sizə yar olsun

Задан: 24 Июнь, 2017 , Опубликовано: 24 Июнь, 2017
Bende |

Salam Haci. Secde suresinde Allah deyir ki sizin Allahdan basqa ne bir haminiz, ne de bir wefaetciniz vardir. Allah wefaetci ola biler mi? Allaha wefaetci demek, Allahdan bawqa bir ilah qarwisinda Allahin wefaetci oldugu menasina gelmir mi? Allah yalnizca wefaeti qebul edici deyil mi? Burda ya tercume sehvi var, ya da mene qaranliq qalan meseleni izah etmeyinizi xahis edirem.

Ответ / Cavab

Aleykumusalam.

Allahın şəfaəti bütün şəfaətlərdən artıq olacaq.

Allah sizə yar olsun

Задан: 24 Июнь, 2017 , Опубликовано: 24 Июнь, 2017
Eli terefdari |

Salam eleykum Haci. Ramazan ayinin sonu Sevval ayinin 1de ayda nece deyiwiklik olacaq? Hemin deyiwiklik adi gozle gorsenecekmi? Allah komeyiniz olsun Haci.

Ответ / Cavab

Aleykumusalam.

Ramazan ayının sonu olduqdan sonra Şəvval ayı başlayır və təzə hilal çıxır.

Allah sizə yar olsun

Задан: 24 Июнь, 2017 , Опубликовано: 24 Июнь, 2017
1111 |

Salam Haci. Ish gorerken yol gederken bildiyimiz sureleri, dualari deye bilerikmi?2. is gorerken Allaha dua edib yardim isteye bilerikmi,yoxsa bunun ucun uzu qibleye oturub etmeliyik? Tesekkurler.

Ответ / Cavab

Aleykumusalam.

Çox  gözəl olar.

Üzü qibləyə olma  vacib şərt deyil, edə bilərsiz.

Allah sizə yar olsun

Задан: 24 Июнь, 2017 , Опубликовано: 24 Июнь, 2017
Gunahkar Bende |

Salam Aleykum.. Zehmet olmasa deyerdizde... 1) Bayram Gunu Gunorta Namazina kimi oruc olmalisan? 2) Bayram gunu hansi Namazi qilmaliyam? Evde.. Fitre Ne vaxt cixmalidir evden? Bayram gunu (25ve ya olma ehtimali 26si. Axwam ya gunortada olar?Qeyyd edimki Ehli Sunne.. Allah Tazi olsun sized men..

Ответ / Cavab

Aleykumusalam.

1.Xeyr. Bayram günü oruc tutmaq haramdir.

2.BAyram günü bayram namazı qılmaq müstəhəbbdir. Fitrə bayram axşamı çıxarılar və bayram namazına kimi gərək verilsin.

Allah sizə yar olsun

Задан: 24 Июнь, 2017 , Опубликовано: 24 Июнь, 2017
Страница 704 из 5746 << < 700 701 702 703 704 705 706 707 708 > >>
© 2026 При использовании материалов, ссылка на сайт www.iSLAM.az обязательна!
Copyright 2002-2016, Центр Религиозных Исследований, All Rights Reserved.
Вопросы и пожелания: [email protected]
  SpyLOG Сайт сделал: 313wb.com