Страница 701 из 5746 << < 697 698 699 700 701 702 703 704 705 > >>
... |

Salamaleykum haci.Ish yoldashim deyirki niye her il Ramazan bayrami 1 gun ferq edir turklerle bizim aramizda?Deyir men Allashukure inanmiram,ona qulaq asmaqdansa Turkiyenin vaxtiyla gederem.Deyirem men de Allashukure inanmiram ve onu din xadimi kimi gormurem,ama bayram ayin hilalinin gorunmesine baglidi,Allasukurluk mesele deyil.Onu resedxanalardan izleyib subut etmelidirler.Men defelerle Turkiye ve Erebistan kimi olkelerin bayramdan sonra sehv etdiklerini soylemelerini xeberlerde oxumusham,duzdu sehvdi deyemmerem.Deyir ki menim ishim logistikadisa oz ishimi gorurem,oturub din arashdirmiram.Din xadimlerinin de ishi budur,duz melumat versinler.Eslinde haqlidi sozlerinde,Bashqa cur nece izah elemek olar ki bayram ne vaxtdi eslinde,oruclari pozulmasin?Bizim olkede resedxanadan baxib ayin gorsenmesini arashdiran birieri var?

Ответ / Cavab

Aleykumusalam.

Siz ona məsələni düz başa salmısız. Özü deyir ki, işi loqistikadir, Din xadimləri də deyir ki, orucu ay görsənməmiş  kalendarla pozmaq olmaz. Kiməsə inanmırsa, inandığı din aliminin sözünə qulaq assın. Türkiyə isə indiyə kimi özbaşına qərar verməyib. Vəhhabi səudiyyə nə deyibsə, o da təkrarlayıb.

Allah sizə yar olsun

Задан: 25 Июнь, 2017 , Опубликовано: 25 Июнь, 2017
Nicat |

Salam aleykum. Muctehidlerden elesi varmi ki yeni ayin baslamasini ayin dunya semasinda gorunmesi ile bilsin? Yeni ehli sunne qardaslar kimi?

Ответ / Cavab

Aleykumusalam.

Üfüqdə görünməsinin zəruri olmamasına etiqadı olanlar olmalıdır, lakin məsələ odur ki, əhli sünnə qardaşlardan hamısı  siz deyən fikirdə deyil, onlardan da üfüqdə görünməyə etiqadı olanlar var. Əfsuslar olsun ki, bəi ölkələrdə müsəlmanlrın ibadi işlərinə kobud mudaxilə olaraq bayram günü təqvimlə, ay çıxdı və ya çıxmadı elan olunur və insanlar da aldanaraq oruclarini pozurlar.

Allah sizə yar olsun

Задан: 25 Июнь, 2017 , Опубликовано: 25 Июнь, 2017
Arzu |

Salam.Kecmiwdeki namazlarin qezasini qilmaq vacibdir?Ve eger 1gunun qeza namazi ardicil qilinirsa sonda umumi 1salam vermek duzgun olarmi? ve bir da men dunen size bayramin niye ferqli gunlerde qeyd olunmasi barede sual verib fikrinizi bilmek istemiwem.Yani bilmediyim bir weyi soruwmuwam,mene gore cavabiniz bir qeder sert olub.Menim bizim din alimlerimize,onlarin savadina qeti wubhem yox.Men onlarin yaninda cahil bir bendeyem.Men size sadece mene maraqli gelen suali vermiwem.Allah Azerbaycanimizi qorusun.Allah komeyiniz olsun.

Ответ / Cavab

Aleykumusalam.

Bəli onlar qəza olunmalıdır və qəzalar namazların eyni kimidir.

Sizin sualiniz öyrənmə ruhunda olmadiqindan belə cavab gəldi. Əgər qəlbinizi incitmişiksə  üzr isteyirik.

Allah sizə yar olsun

Задан: 25 Июнь, 2017 , Опубликовано: 25 Июнь, 2017
Məmməd |

Mübarək Ramazan ayının 1 günün imsak vaxtını bilməyərəkdən (3:24 olan azanı eşitməmişəm və 3:33 yuxudan qalxmışa. Lakin həmin vaxt biixtiyar gözümə 2:33 kimi gəlmiş və ayağa qalxıb çörək yemişəm.Növbəti dəfə saata baxdıqda 3:49 gördüm çörək yeməyi dayandım və başa düşdüm ki, səhf etmişəm) pozmuşam. Sizcə o gün ki, orucum qəbuldu? Yoxsa qəza orucu tutmalıyam. Allah Sizlərdən razı olsun.

Ответ / Cavab

Aleykumusalam.

Axşama kimi oruc qalacasız və sonra bu günü qəza da edəcəksiz.

Allah sizə yar olsun

Задан: 25 Июнь, 2017 , Опубликовано: 25 Июнь, 2017
Yemen |

Kitab oxumaq haramdir? A.sistani Aga

Ответ / Cavab

Aleykumussalam

Xeyr elbetde.

Allah size yar olsun

Задан: 25 Июнь, 2017 , Опубликовано: 25 Июнь, 2017
Gence |

Assalamu aleykum.Naxdjul balaqada İmam Eli(eleyhissalam)in bir hedisini aydinliq getirerdiz zehmet olmasa. 469. Повелитель Верующих, да будет над ним мир, сказал:Два человека пропадут из-за меня: любящий чрезмерно и оскорбляющий безосновательно.Onu cox seven Niye propadat olsunki?bu duzgun tercumedi?cox saqolun Allah sizi cenneti ile mukafatlandirsin inshallah.

Ответ / Cavab

Aleykumussalam

Chox yox heddsiz seven, bunlar quluvv eder ve nehayetde de kufre gederler.

Allah size yar olsun

Задан: 25 Июнь, 2017 , Опубликовано: 25 Июнь, 2017
ila |

Salam,zehmet olmasa deyinde men anlamadim yeni 26 si Oruc olmaliyig? xais edirem cavab verin.Allah razi olsun

Ответ / Cavab

Aleykumusalam.

26 sı inşaALlah bayram olması gözlənilir.

Allah sizə yar olsun

Задан: 25 Июнь, 2017 , Опубликовано: 25 Июнь, 2017
kamala |

salam egerimsakdan gabag basga sehere yola dusun zohr namaznacan gayidmisansa oruc pozulur

Ответ / Cavab

Aleykumusalam.

Zöhrə qədər evə dönsəz və bu zaman kimi orucu pozan bir iş görməsəz, oruc niyyəti edib oruc qala bilərsiz və düz sayılacaq.

Allah sizə yar olsun

Задан: 25 Июнь, 2017 , Опубликовано: 25 Июнь, 2017
kamala |

salam egerimsakdan gabag basga sehere yola dusun zohr namaznacan gayidmisansa oruc pozulur

Ответ / Cavab

Aleykumusalam.

Zöhrə qədər evə dönsəz və bu zaman kimi orucu pozan bir iş görməsəz, oruc niyyəti edib oruc qala bilərsiz və düz sayılacaq.

Allah sizə yar olsun

Задан: 25 Июнь, 2017 , Опубликовано: 25 Июнь, 2017
Sahile |

Salam. Sabah ailevi rayona gedirik. Orucu seferdeymen nece tutmaq lazim oldugunu bilmirem.bezileri deyir tutmamalisan. Zehmet olmasa bu haqda melumat vererdiz. Men orucumu pozmasam bunun savabi varmi? Evvelceden cox sag olun.

Ответ / Cavab

Aleykumusalam.

Əgər zıhrdən sonra evdən çıxsaz, həmin günün orucu sona qədər saxlnılmalıdır. Əgər zöhr azanından əvvəl səfər etsəz orucunuz pozulacaq.

Allah sizə yar olsun

Задан: 25 Июнь, 2017 , Опубликовано: 25 Июнь, 2017
Aysel |

Salam aleykum. Size 1az sualim var. Bayram namazini evde tek qilmaq olarmi? 2ci men namaz qilarken oglum gelib canamazi dartib aparir. . Ozude oturur qabagimda. Bugun 2-3deqiqe gozdemiwem namazda secdeye getmek ucun. Ne etmeliyem? O qeder ele gozlemek namazi pozur?

Ответ / Cavab

Aleykumusalam.

1.Bəli, olar.

2.Namaza qalxanda onun üçün də ayrıca canamaz sərin, sizinlə işi olmasın. O qədər fasilə namazı pozar.

Allah sizə yar olsun

Задан: 25 Июнь, 2017 , Опубликовано: 25 Июнь, 2017
nigar |

salam haci. size bir neche sualim var. 1) oxudum burdaki meqaleleri bele basha dushdum ki, bayram 26si olacaq in she Allah bu Ukraina uchun de kecherlidi? 2) Bayram namazini saat nechede qilmag olar? 3) Bayram Namazina niyyeti nece etmek lazimdi?

Ответ / Cavab

Aleykumusalam.

1.Bəli, inşaLAlah nəzər budur ki, sabh hamınız gün batan zaman qiblədən bir az sağa baxıb üfüqdə ayı örə biləcəksiz.

2.Gün çıxandan sonra.

3.Elə sadəcə- Bayram namazı qılıram

Allah sizə yar olsun

Задан: 25 Июнь, 2017 , Опубликовано: 25 Июнь, 2017
El123 |

Salam Aleykum. Ilk once butun ramazan ayi boyunca suallarimizi cavablandirdiginiz ucun, qedr gecelerinin emelleri ve fitr namazi ile bagli meqaleler ucun sizlere tesekkurumu bildirirem. Allah orucunuzu qebul etsin, uzumuze gelen bayraminiz mubarek. Sualim ondan ibaretdir ki, 25 iyun tarixini Turkiyeden basqa hansi olke bayram edir?

Ответ / Cavab

Aleykumusalam.

Turkiye  ve seudiyye.

Allah sizə yar olsun

Задан: 25 Июнь, 2017 , Опубликовано: 25 Июнь, 2017
Aydın |

Salam aleykum.Burda oxudum ki, dünyasını dəyişmiş insanlara ən böyük yaxşılıq onların qəza namazlarının qılınmasıdır. Mən bilirəm ki, bunu böyük oğul etməlidir. Bəs qızlar necə?

Ответ / Cavab

Aleykumusalam.

Böyük oğula vacibdir, amma başqaları da edə bilər.

Allah sizə yar olsun

Задан: 25 Июнь, 2017 , Опубликовано: 25 Июнь, 2017
Elnur |

Salam, bilmədiz bayram nə vaxtdı bəziləri deyir ay görünüb Səudiyyə ərəbistanında insan çaşır

Ответ / Cavab

Aleykumusalam.

Biz tam  yəqinliklə birlirk ki, ay görünməyib, görünüb deyənlər yalan deyir. Səudiyyə ərəbistanı bir il camaatın orucunu yedizdirdi və dedi ki, səhf etmişik, kəffarələrini özümüz verəcəyik. İkinci il  dedi və sonra dedi ki, ayla  venera planetini səhf salıblar. Yenə də Səudiyyə dedi  deyilir.

Allah sizə yar olsun

Задан: 25 Июнь, 2017 , Опубликовано: 25 Июнь, 2017
nicat |

Salam.zekat vermek haqqinda melumati hardan taoa bilerem?birdeki meselen 100manat ayliq gelirim varsa ne qederi zekat vermeliyem?

Ответ / Cavab

Aleykumusalam.

Risalə kitablarında yazılıb. Aylıq maaşa zəkat gəlməz.

Allah sizə yar olsun

Задан: 25 Июнь, 2017 , Опубликовано: 25 Июнь, 2017
Omer |

Salam,evli bir kiwi halal arvadi ola ola bir bawqa qadinla bir nece saatliq yaxud bir nece gunluk sige eletdire biler?pulunu vermekle tebiiki.bu sige indi yawadigimiz dovr ucun nezerde tutulub yoxsa sirf muharibe cihad dovrleri ucun?

Ответ / Cavab

Aleykumusalam.

Bu qadağan deyil və bu muəyyən bir hal üçün nəzərdə tutulmayıb. Amma bunu da bilmək lazımdır ki, bu bir  nov evlilikdir.

Allah sizə yar olsun

Задан: 25 Июнь, 2017 , Опубликовано: 25 Июнь, 2017
Xanım |

Salam ələykum. Qardaşıma rüşvət ət veriblər. Sabah evdə qonaqlıq olacaq, yeməklər o ətdən hazırlanacaq. Yeməsəm, söz-söhbət olacaq. Məcbur qalıb yesəm, günahdı? Allah razı olsun.

Ответ / Cavab

Aleykumusalam.

Ruşvət haramdır, amma bu əti nəcis ya haram etmir. Ət paklığın və halal olmasını itirmir və alana haramdir.

Allah sizə yar olsun

Задан: 25 Июнь, 2017 , Опубликовано: 25 Июнь, 2017
Elekber |

Her vaxtiniz xeyir!men 1 ci qrup elilem fitre chixartmaliyam???Xaiw edirem tez cavablandiraiz.ALLAH razi olun!!!qarwidan gelen ramazan bayraminiz mubarek...

Ответ / Cavab

Aleykumusalam.

Əgər vermək imkanınız varsa verəcəksiz, yoxdursa, verməyəcəksiz.

Allah sizə yar olsun

Задан: 25 Июнь, 2017 , Опубликовано: 25 Июнь, 2017
Aynut |

Salam Aleykum. Fitrə nə zaman çixmalidi evdən?

Ответ / Cavab

Aleykumusalam.

Fitrə bayram axşamı ayrılacaq.

Allah sizə yar olsun

Задан: 25 Июнь, 2017 , Опубликовано: 25 Июнь, 2017
Страница 701 из 5746 << < 697 698 699 700 701 702 703 704 705 > >>
© 2026 При использовании материалов, ссылка на сайт www.iSLAM.az обязательна!
Copyright 2002-2016, Центр Религиозных Исследований, All Rights Reserved.
Вопросы и пожелания: [email protected]
  SpyLOG Сайт сделал: 313wb.com