Salam Hacı. Sual: Qüsl aldıqda başı, sonra bədənin sağ tərəfini, sonra da sol tərəfini yumaq vacibdir? Cavab: Əvvəl baş və boyunu, sonra bədəni “cənabətdən pak olmaq” niyyəti ilə yusanız kifayətdir. Men bunu Sistani ağanın saytında sual cavab bölməsində oxudum. Demeli bas ve boyundan sonra bedeni saga sola ayirmadan bir defe tam yusaq bes edecek? Men bele etmek isterdim cunki saga sola ayiranda hem vaxt hem de su cox gedir.
Ответ / Cavab
Aleykumussalam
Düzdü Seyyid Sistani ağa buna icazə verir amma daha yaxşı ayri ayrı yuyulmasidir.
Ağacan Salam. Məsləhətinizə ehtiyacım var. Eger bir adam online olaraq hansisa multfilm personajinin şəkil kolleksiyasını satır ve elanda "bu kolleksiya olduğu kimi yenidən satışa çıxarıla bilməz" qeyd edibsə, mən o kolleksiyanı alıb, üzərinə bir neçə şəkil daha əlavə edib (bele ki satin almış oldugum original halından ferqlensin) satışa çıxara bilərəm? Meselen hemin saticidan alanda kolleksiyada 50 şəkil var idisə, men onu 57 şəkilə çatdırıb satışa çıxarıram. Sistani Ağa
Salam Aleykum . Bu hedis nelere aiddir. İmam Eli (e) Övladlarınızı dövrünüz üçün deyil, onların dövrü üçün yetişdirin. Bu barede genis melumat harda oxuya bilerem.
Ответ / Cavab
Aleykumussalam
Yəni ovladlari tərbiyə etdikdə öz zəmanənizin tələblərinə uyğun deyil. Onlari uzləsəcək zamanin tələblərinə uyğun tərbiyə edin ki cətinliklərlə uzləsməsin.
Salam aleykum.sualıma gore məni bagişlayın.özüm hicablı nə ibadət əhliyəm.yoldaşım deyir sənə xəyanət etmirəmki sadəcə yataq munasibətində istəklərimdən biridə oral munsibətdi çox üzr istəyirəm yəqinki başa düşdüz agız yolu ilə onun cinsi ehtiyacını təmin etməyimk istəyir.mənsə oxumuşamki cinsi munasibətdə ərin istəyini etməyən qadına günah yazılır nə etməliyəm bu halda yoldaşımsa çox ısrar edərək istəyir mənsə mikropdan qorxuram
Ответ / Cavab
Aleykumussalam
Bu əməl islam əxlaqina uyqun olmayan bir əməldir. Əlbətdə bu səkişək onunclanmasaa haram olmaz.
Haci quslu tamamlayin deyende yeniden qusup alim? unutmusdum fikirli oldugumdan.Birinci basimi yumusam sonra sag ve sol.Qurtardiqdan sonra yadima dusdu.Artiq sizə yazmagimdan bir gun kecdi namazlarimi da qiliram.Men ne edim? Tezeden qusul alib namazlarin qezasini qilim?
Ответ / Cavab
Aleykumussalam
Əgər quslun duz olmaması yəqindirsə, quslu təzələmək və onunla qılınan namazlar yenidən qılınmalıdır.
Qüslü tamamlayin dedikdə məqsəd budur. Qusl haradan yarımçıq qalibsa orani düzəldib ardini davam etdirmək lazımdır. Məsələn sizin halda qulaqlarin ici yuyulmaqla bas tamamlanacaq. Sonra da saq və sol tərəflər yuyulacaq.
Salam Aleykum.bir tanışım var .özüne cadu edildiyinden şübhelenir.ona alma sirkesini suya qatıbhemin suyla qusl almağa tövsiye edirler ki cadu batil olsun.bu düzgündürmü?
Ответ / Cavab
Aleykumussalam
Əvvəla onu qeyd edək ki belə şeyləri fikirlesib zehni yormaq lazim deyil.
İkincisi isə bu alma sirkəsi nə edəcəksə bədənə edəcək. Bunun kənara təsiri olmaz.
Salam. Ayın günləri haqda qeyd edilib ki nəyi o gündə etmək yaxşıdı və nəyi etmək məsləhət deyil. Bilmək istərdim bu həm miladi, həm də qəməri təqviminə aiddi?
Ответ / Cavab
Aleykumusalam.
Bu ancaq qəməri aylarına aiddir. Qeyd edilənlər də ona aiddir.
Salam haci. Eger ata ogluna rayonlari gezmeye ve xarice getmeye icaze verirse amma qiz ushagi 23 yashinda ozu ishleyir ve pul qazanir, hemde eve pulun bir hissesini verir, biraz da ozu ucun yigir ki meziniyyete cixanda dincele bilsin, amma atasi ona sadece 2 gunluk refiqesi ile rayona getmeye, gozel yerleri gormeye buraxmir bu ne qeder duzgundu? Qiz da tek getmir 2 gunluk turdu. Ata ana getmek istemirler, ona gore qiz refiqesi ile getmek isteyir. Hec bir sebeb demeden buraxmirlar. Axi qizda insandi dincelmeye haqqi var. Niye qizlara qarshi bu qeder edaletsizlik var? Ishlemeye icaze var amma dincelmeye yox
Ответ / Cavab
Aleykumusalam.
Bunu umumən qızlara qarşı bir ədalətsizlik bilməyin. Bilirsiz bərk olan şeyi elə əl ayaq altında qoyanda da qorxmurlr ki, heç nə olmayacaq. Ancaq incə və zərif seyləri elə yerlərə qoyub qoruyurlar ki, birdən sinar ya çatlayar. Bu səbəbdən valideynlərinizin də deyinini anlamalısız. Valideyn olandan sonra bunu qəşəng anlayacaqsız. Amma indi də anlamağa çalışmalısız. Bu sizi istədiklərindəndir. Əgər siz onlar üçün dəyəli olmasaydız, taleiniz obları maraqlandırmazdı.
Salam. Axşamınız xeyir. Namazlarımı qılanda daimi şəkk edən biriyəm. Həm rükətdə, təşəhhüddə və s. Demək olar ki kəsirüş şəkkəm. Saniyənin içində qıldığım namazı, rükətləri unuduram. Etdiyimi bilirəm amma tez unuduram.İş o yerə çatıb ki, hər namazdan sonra səsim qeydə alıram ki, yadımdan çıxmasın. Sonra isə namazları qılanda bilirəm ki səcdənin sayını unudanda namaz batil olur. Səcdəni edib unuduram. Bəlkə 10dəfə təkrar qıldım. Yenə unutdum. Axırda düşündüm daim şəkk edənib şəkki sayılmır deyə səhəri gün namazda fikir vermədim.Dediyimi bilirəm.Amma şəkkə düşürəm. İndi namazım düzdürmü? Onu da deyim ki, ancaq dini işlərdə belə unutqan oluram. Qüsl edirəm sağ tərəfimi yuduğumu və ya bütöv qüsl etdiyimi saniyədə unuduram. Dəstnamaz alıram unuduram anında. Bütün bunlar da məndə əsəb yaradır. ALLAH günahımdan keçsin artıq ibadətdə süstlük yaranır mən
Ответ / Cavab
Aleykumusalam.
Bu şəkk xəstəliyindən xilas olana qədər heç bir şəkkiniə fikir verməyin.
Haci suyun deyib deymemeyin bilmemeisem bilseydim ele o deqiqe yuyardim.Birdeki qusulu alib qurtarandan sonra yadima dusdu ve size yazdim yeni tamamlandi.Bu zaman yeniden qusul almaliyam ? Namazlarimi da qilmisam artiq.
Ответ / Cavab
Aleykumusalam.
Əgər bu barədə məlumatsızsızsa, nədən dəymədiyini düşünürsüz. Adəti üzrə yuyurdunuzsa, deməli yuyulub.
Əgər yumadığınız yadınıa düşübsə, dediyimiz kimi quslu tamamlayın.
Haci masinin ici nece yuyulub paklana biler axi? Onlar uzaq basi nem eski ile sile bilerler. Masinin salonunda oturanda men salonda oturacaqdan basqa (yeni o pivenin nemlik kecen yerleri) yerləri pak saya bilerem mi? Sistani ağa
Ответ / Cavab
Aleykumusalam.
Əgər paklanma olmursa, nəm halda həmin yerlərə toxunmqdan çəkinin.
Əgər basqa yerlərə dəyməyibsə, həmin yerlər pak sayılar.
Salam. Atam herden pive alib masinin otuacagina qoyur, nemlik kecir. Masini herden moykaya verir yuduzdurmaga. Sualim budur ki men masinda oturanda elimi masinin icinde her hansi yere vuranda pak bilmeliyem? Sistani aga
Salam hacı.Mən qüsul alarkən doğru şəkildə alırdım ancaq axırda qüsulu alıb qurtaranda birdən yadıma düşdü ki qulaqlarımın içini yumamışam.Qüsulum düzdürmü ? Mən nə etməliyəm?
Ответ / Cavab
Aleykumusalam.
Qulaqların içi dedikdə, zahiri baxışda görünən yer nəərdə tutulur. Əgər baş yuyularkən onlara da su dəyibsə, deməli yuyulub. Əgər qətiyyən su dəyməyibsə, o zaman onları yumalı və ardıyca bədən sağ və sol hissələri yuyulmalıdır.
Salam 1)Biri məscid üçün kondisioner alıb 1 ay sonra kondisioneri söküb aparır evinə deyir özüm almışam. şəri cəhətdən buna haqqı var? 2)Başa bəla gəlməməsi üçün sədəqəni ayırıb saxlamaq olar? yoxsa gərək mütləq birbaşa verilməlidir? yəni səhər işə gedəndə hər gün sədəqə ayırıram gedirəm işə çünki dilənçi mənə rast gəlmir hər gün. evə dilənçi gələndə evdə verirlər. sədəqə sayılır mən etdiyim?
Ответ / Cavab
Aleykumusalam.
Xeyr, buna haqqı yoxdur və məscidin malını qəsb etmiş sayılacaq.