Salam.1) mene deyirlerki namehrem biri el uzadib salam verirse eger sende ona el uzadib salam vermesen gunahdi. Men dilimle deyirem Salami. Hetda uzrlu say elimi uzatmiyacamda deyirem. Amma deyirler gorusmemek gorusmekden dahada gunahdi ki el qaytarirsan. Men ona nece subut eleyim ki gorusmek gunahdi olmaz. Cunki ozumde isteyirem deyem ki duz deyirsense delil subut getir.Quranda aye varki deyim oxusun ? 2) nisanli olarken daimi kebin kesdirmek olar ? Eger nisan uzadilarsa ? 3)bir insan orqanlarini kimese sata ve ya bagislaya biler ? Allah razi olsun
Ответ / Cavab
Aleykumusalam.
1.Əlinizi sinənizə qoyub onun salamına cavab verin. Bunun günah olduqunu deyən islam dinindən danişmir, başqa nəsə təzə din tapıb.
2.Bəli, amma gərək qızın atası buna icazə versin.
3.Böyrək kimi iki dənə olan vəbirini verdikdə ikincisi ilə həyatı davam edən hal olarsa icazəli olar.
Salam Qurban gunu bir qoyun alinib kesilecek, qonşularada pay verilecek, onu kesende erebce dua oxunmalidir yoxsa mekce Bismillahla kesilmelidi? Allah SIZDEN RAZI olsun
Ответ / Cavab
Aleykumusalam.
Mustəhəbb duası var, amma tək Allahın adı zikr olunaraq kəsilməsi kifayətdir.
Salam,sankt peterburqa gelmiwem yawamaqa,telefonda kompas var ama bilmirem nece derecenin ustunde olmalidi iware qibleni tapmaq ucun,komey ede bilersuz?saqolun
Ответ / Cavab
Aleykumusalam.
Qiblalokator saytına daxil olun, sizə istiqaməti göstərəcək.
Salam. Bir qız var, 14 yaşında. 15 yaşlnda oğlanı isdəyir. Məktəbdə əl ələ tutuşur, yanağından öpüb oğlan. Qıza deyirəmki mən bilirəmki atan verməyəcək səni ona həmkəndlimiz deyil verməyəcək. Deyirki verməsə bəlkədə qaçaram. Verməsi lazım. Nə qədər deyirəmki eləmə, məktəbdə kimsə görər sizi çatdırar atana. Atanında xasiyyəti ağırdı. Bilsə bunu qoymayacaq daha məktəbə səni. Və yaxud nələr olacağını təsəvvür belə etmək isdəmirəm... Nə qədər deyirəm öz bildiyini edir, yemir içmir daima tel, komp başındadırki təki yazışsın yadakı görüntülü danışır. Nənəsigilə gedirki nənənin teli ilə nənə yatanda görüntülü danışsın. Səhər və yaxud gecə. Pis hadisələr olacağı üçün qorxuram. Yoxsa mənə nə baldızımın uşağından. Amma gün ərzində yadıma düşür bilmirəm ailəsinə deyim ya mənlik deyil? Deyirəm birdən deyərəm qız özünə bir şey edər. Belədəki
Ответ / Cavab
Aleykumusalam.
Onu bu işdən saxlayacaq və abrını aparmayacaq bir kəsinə deyin ki bu haram və təhlukəli işdən onu çəkindirsin. Əks halda bu hal dərinləşdikcə iş daha pis məcraya yönələ bilər.
Salam Aleykum.Bilmədim sualı kimə verim,dini yöndən sizə üz tutdum.Oğlanla qız əvvəl istəyirlər 1-1ni.Sonra oğlan istəmir.Qız dualar edir,təzəlikcə oğlanın nişanlandığı eşidilir başqasıilə. Qız duadan əl çəkmir hələ də ümid edir.Allah istəsə qızın duaları ilə,oğlanın nişanı atıb,onu istəyən qız ilə birləşməsini nəsib edər? Yəni dünyada hər şey Allahın əlində,Ol desə belə hal baş verər? O qədər ətrafda eşidilir belə
Ответ / Cavab
Aleykumussalam
Bu məsələni nəhayət bitirin. Düzdü Allah hər şeyə qadirdir. Amma insanların belə kiçik məişət məsələləri qanunlarla nizamlanir. Həmçinin bu basqasbaşq haqqının pozulması deməkdir.
Salam 1) əmioğlu naməhrəm sayılır? 2)13 yaşımdan namaza başlamışamsa 4 ilin namaz qəzasını qilmaliyam? 3)Namaza başlayandan sonra da qəzaların çoxdursa,hansı namazda necə qəzanın olduğunu dəqiq bilmirəmsə necə qilmaliyam ki qəzalarimin hamısını qılmış ölüm? Çox sağ olun, Allah razı olsun!
Ответ / Cavab
Aleykumusalam.
1.Bəli, əmioğlu naməhrəmdir.
2.Bəli, qilmadığınız bu illərin qəzalarını qılacaqsız.
3.Qılmadığınız gunləri hesablayın və nə qədər olduğunu öyrənin. Bununla da sayını biləcəksiz.
salam haci.erefe gunu ayin 11-ne dusecek inseALLAH?fetva verilib ayin 12si seher bayram namazi qilinacag ona gore dedim? Allah razi olsun. diger sualim ise 09 cu ayin 1-i yoxsa 11-i daxil olur Meherremlik ayi?men maraglaniram her sehifede bir reqem yazilir men Haci Sahinin telebesi ayin 1 i daxil olacag demisdi. zulhicce ayi avqustun 3u daxil olubsa ele ehtimal 09u ayin 1dir boyuk ehtimal
Salam. Eger 20-gunluk turkiye turuna cıxılırsa her seherde bir nece gun qalınacaqsa orda sefer namazi dusur qilmaq? Qurban bayraminin qurbanini 14 avqusta kesmek olar?
Ответ / Cavab
Aleykumusalam.
Qeyd edilən halda namazlar qəsrdir.
Bayram 12 dir. Qurban kəsmək isə ancaq həccdə olan hacıya vacibdir.
Burada mustəhəbbdir, əgər vaxtında kəsmək imkanı yoxdursa, kəsə bilərsiz
Salam. Quranda Yusuf peyğemberin Züleyxa xanımı ALLAHın iznile cavanlaşdırması ile bağlı aye ve ya ona işare eden aye varsa yazardınızda hansı ayedir?
Ответ / Cavab
Aleykumusalam.
Bu məsələ Quranda qeyd edilməyib. Buna ehtiyac olamyıb. Buna kimsə irad edirsə ona ancaq bunu deyin. Guya Quranda deyilən digər şeyləri qəbul edib, qalib bir dənə Zuleyxanın məsələsi.
Xeyire deyerken yeni bu fikirlere fikir vememek yoxsa nece tovbe edimmi cox sagolun Allah sizi Muhamməd və Ali Muhammədlə(Allahummə Salli Əla Muhammədin avə Ali Muhamməd mehsir etsin amin
Salam haci uzur isdiyirem haqqinizi halal edin Allah hifz etsin sizi amin isdixare etdim beynimde olan fikirlere ehemiyyet vermemek barede lazimsiz fikirler gelirdi bunun gunah olacagindan qorxurdum ve obiri niyyetimde bu fikirlerden tovbe etmek idi Ənfal Duresi 61 ci aye geldi 《Əgər onlar sülh və barışığa meyl göstərsələr, sən də ona meyl et və Allaha təvəkkül et ki, şübhəsiz, Odur eşidən və bilən!》 Ayenin menasin yazardiz zehmet olmasa neylemeliyem cox sagolun
Salam Allaha tevekkul etmekle bagli bir nece meslehet vere bilersiz yeni insan ozunde bunu nece inkisaf eletdirsin cox sagolun
Ответ / Cavab
Aleykumusalam.
Hər bir əməldə Allahın nəzəri ilk bilinsin. Onun nəzəri əsas sayılsın. Nə ediləcəksə onun dediklərinə uyğun olsun və O işlərə vəkil edilsin. Yəni aqibətin nə olması ona həvalə edilsin.
Salam Allaha tevekkul etmekle bagli bir nece meslehet vere bilersiz yeni insan ozunde bunu nece inkisaf eletdirsin cox sagolun
Ответ / Cavab
Aleykumusalam.
Hər bir əməldə Allahın nəzəri ilk bilinsin. Onun nəzəri əsas sayılsın. Nə ediləcəksə onun dediklərinə uyğun olsun və O işlərə vəkil edilsin. Yəni aqibətin nə olması ona həvalə edilsin.