Страница 76 из 5746 << < 72 73 74 75 76 77 78 79 80 > >>
Rüfət |

Salam hacı. İn şə Allah yaxın aylarda oğlum olacaq. Adını Mətin qoymaq istəyirik, ancaq Müqəddəs kitabımızda adın araşdırmasını aparanda Zariyat surəsinin 58-ci ayəsində qüvvətin Allaha aid olmasını gördükş Sizcə bu adı uşağa qoymaq olar?

Ответ / Cavab

Aleykumusalam.

Bu adı uşağa qoymağın heç bir qadağası yoxdur. Qoya bilərsiz,

Allah sizə yar olsun

Задан: 12 Август, 2019 , Опубликовано: 12 Август, 2019
Aysel |

salam.1)metbexde ve yatag otaginda Namaz qilmag olarmi?(evde bawqa otag yoxdu) 2)bakiya gelin kocmusem Genceye oz evmize qonag getdikde namazlari qesr qilmaliyam?esitmisdim ata evine qesr duwmur..bes hansisa qohumgilde qalsam?

Ответ / Cavab

Aleykumusalam.

1.Bəli, qıla bilərsiniz.

2.Orada 10 gündən az qalacaqsınızsa namazlarınız qəsr olacaq. Siz ata evindən gəlin köçmüsüz və orada daha yaşamayacaqsız. Bu səbəbdən daha sizin eviniz öz eviniz sayılır. Əgər qadın ərə gedəndən sonra da tez ytez ata evinə gəlir və orada da qalıb məişətini davm edirsə, ora vətən olaraq onun üçün qalacaq.

Allah sizə yar olsun

Задан: 12 Август, 2019 , Опубликовано: 12 Август, 2019
... |

Salam. Vacibləri yerinə yetirməyən biri özü vaciblərdən söz açmasa demirəm məs: namaza keç. Oruc tut bunlar vacibdir. Belə etmək düz deyil günahı var?

Ответ / Cavab

Aleykumusalam.

Yaxşı olar ki, siz bir dəfə də olsa onu haqqa tərəf dəvət edəsiz.

Allah sizə yar olsun

Задан: 12 Август, 2019 , Опубликовано: 12 Август, 2019
... |

Salam men indiyene kimi bilmeyerekden istibra zamani uzr isdiyirem hamidan aletin ilk once ucundan kokune kimi cekmemisem yanliz ondan sonrakilari 3defe sunnet yerine qeder ve uc defede sunnet yerinden sorani yerine yetirmisem ama qeyd edim ki hec bir zaman alt paltarim sidik olmayib bu halda mrnim namazlarima zerer gelmezki Cox sagolun Aga Sistani

Ответ / Cavab

Aleykumusalam.

Əgər heç zaman bir şey gəlməyibsə, bir problem olmayıb. Amma istibranız səhfdir. Düzgün istibra etməsəz bir yaşlıq gələrsə nəcis sayılacaq.

Allah sizə yar olsun

Задан: 12 Август, 2019 , Опубликовано: 12 Август, 2019
Sual |

Salam Haci. Istimna nəticəsində cunub olan wexsin teri necis sayilir? Sistani aganin nəzərində

Ответ / Cavab

Aleykumusalam.

Xeyr, onun təri nəcis sayılmır.

Allah sizə yar olsun

Задан: 12 Август, 2019 , Опубликовано: 12 Август, 2019
Sual |

Salam Haci. Qulagin icinde az miqdarda sari qulaq lekesi qalmışdı. Cenabet qüslü alanda tezyiqli duşu her iki qulagima yaxindan tutub yumusdum. Quslden sonra baxdim yene de az midarda qalmışdı. Bu quslu batil etmez ki? Sistani ağa.

Ответ / Cavab

Aleykumusalam.

Qeyd edilən halda  qüslünüz düzdür.

Allah sizə yar olsun

Задан: 12 Август, 2019 , Опубликовано: 12 Август, 2019
Salam. |

Haci gormurem mehebbet 3 ildi artiq. Hormetinde saxlamisam . Her ne soz deyende cavab vermemisem. Eve yeni bir sey aliram sifet edir Haci. Mene aciqlandi ona cavab vermek huququm yoxdu??

Ответ / Cavab

Aleykumusalam.

Xeyr, cavab verməyin. Səhfə səhflə düzəliş etmək olmur. Aqressiya aqressiya doğurar.

Allah sizə yar olsun

Задан: 12 Август, 2019 , Опубликовано: 12 Август, 2019
Salam. |

Haci salam Allah razi olsun . Bele bir kelam var seni sancani sende sanca bilersen (teqribi). Kimliyinden asili olmayaraq soz atan soz deyen insana qarsiliq vere bilerem ?? Bezen susuram amma icimden coox eseblesirem . Bezen isteyirem cavab verim boyuk oldugu ucun susuram.amma yene icime atiram coox eseb kecirirem. Amma bezeden ele cavabini verirem gunahim var cavab verende?? Ozumden boyuk insanlardi.

Ответ / Cavab

Aleykumusalam.

Xeyr, belə söz yoxdur, nə dində, nə əxlaq  kitablarında. Pisliyə qarşı pisliyi hər kəs bacarar, Pisliyə yaxşılıq igidlik və hünər istəyir. Əgər bunu böyük edirsə, boş verin, böyüyünüzdən bunu  qəbul edin və əsəbləşməyin.

Allah sizə yar olsun

Задан: 12 Август, 2019 , Опубликовано: 11 Август, 2019
Salam |

Salam bir daha Haci. Allah komeyiniz olsun cavab ucun. Beli amma qaynana gelini balasi kimi sevmir hemise sehv duz oldu olmadi oglunun terefini tutur. Ona gore sorusurdum ki, qaynananin gelin uzerinde haqqi var?? O gelini saymirsa gelin mutleq ona terbiyesizlik etmeden saymaya biler?? Hetta mence oglunuda doldurur coox teessufkii

Ответ / Cavab

Aleykumusalam.

Yox, gəlin ona məhəbbət göstərsin, yəqin ki əvəzində  məhəbbət görər.

Allahdan onun da düzgün fikirdə olmasını dua edin

Allah sizə yar olsun

Задан: 12 Август, 2019 , Опубликовано: 11 Август, 2019
Bextiyar |

Salam Aleykum. Bayramınız mübarek. 1) Eger evden uzaq bir yere istirahet etmek üçün 15 günlük gedirsense Namazlar sefer kimi qılınmalıdır? 2) ALLAHIN Adı çekilmeden kesilen toyuq , balıq eti haramdırmı? Teşekkürler indiden

Ответ / Cavab

Aleykumusalam.

Əgər bir yerdə 10 gündən artıq qalınırsa, o zaman həmin yerə yetişən kimi namazlar tam olacaq.

Bu balıqda lazım deyil. Toyuq isə Allahın adı çəkilmədən kəsilərsə haramdır.

Allah sizə yar olsun

Задан: 12 Август, 2019 , Опубликовано: 11 Август, 2019
1111 |

Salam.Biri qezasi ola-ola Erefe gunu oruc tutub ve erefe gununun niyyetini edib.Yeni bilmeyib ki,qeza ola-ola musteheb tutmaq olmaz ve ya tutanda da qeza niyyeti etmelidir.Bilmeyerekden tutub.Indi qeza niyyetini bilmeyerekden etmeyibse bu oruc sayilir? Ve ya qezasindan cixilir bu oruc? Cox sag olun.

Ответ / Cavab

Aleykumusalam.

Bilməyərəkdən olubsa həmin oruc qəzadan sayılacaq.

Allah sizə yar olsun

Задан: 12 Август, 2019 , Опубликовано: 11 Август, 2019
... |

Bir kəs tərəfindən öz bədənlərini naməhrəmdən örtməyi əmr edildikdə məhəl qoymayacaq qadınların – istər müsəlman, istərsə də kafir qadınların – adətən bədənlərinin örtmədiyi yerlərinə ləzzət məqsədi və harama düşmək qorxusu olmadığı surətdə baxmaq caizdir. Aga Sistani zehmet olmasa basa salardiz

Ответ / Cavab

Aleykumusalam.

Namərəmə baxmaq, hətta ləzzət qəsdi olmasa belə haramdır.

Allah sizə yar olsun

Задан: 11 Август, 2019 , Опубликовано: 11 Август, 2019
... |

Salam men usaq iken qarmon dersleri almisam indi qarmonu satsam men gunah qazanirammi cox sagolun

Ответ / Cavab

Aleykumusalam.

Bəli, musiqi alətlərinin satışı haramdır.

Allah sizə yar olsun

Задан: 11 Август, 2019 , Опубликовано: 11 Август, 2019
... |

Salam men 3-4 ay sirf teyennumle namaz qilmisam qeyd edim ki bilmirdim ki teyyenum hansi hallarda olar olmaz ne naamaz qilsam ancaq teyennumle menim bu nmazlari yeniden qilmagim vacibdirmi bilmeyerekden etmisem seri qaydalari bilmmemeyimden Aga Sistani

Ответ / Cavab

Aleykumusalam.

Təyəmmüm vacib olmamış təyəmmümlə namaz qılmaq düzgün deyil. Belə olubsa həmin namazlar təzələnməlidir.

Allah sizə yar olsun

Задан: 11 Август, 2019 , Опубликовано: 11 Август, 2019
Salam |

Salam Haci. Kim kimin ustune nufuz toke biler?? Hami haqqi olan olmayanda nufuz (yeni pis niyyet ya nece deyim.agirliq bedlik toke biler?? Ve qaynana ve qaynatanin gelin uzerinde haqqi var?? Yeni mecburdu gelin qaynana sozu esitsin??

Ответ / Cavab

Aleykumusalam.

Kimsə kiminsə üstünə bədlik tökə bilməz. Bu psixoloji məsələdir. İnsanlar özlərini belə şeyin olmasına inandırılar.

Qaynana və qaynata dediyimiz insanın həyat yoldaşının müqəddəs varlıq sayılan ata və analarıdır. Ata anasına hörmət ehtiram qoyan şəxs, bunu yoldaşının da ata anasına qoymalıdır. Bunu etməyən, valideyninə ehtiam etməsi iddisı yalandır. Yəni  yoldaşını sevən bilməlidir ki, onu böyüdüb boya başa çatdıran həmin qaynana və qaynatalardır. VAlideyndirlər və onlara ehtiram vacibdir. Həmçinin valideynlər də övladlarının yoldaşlarını da öz balaları kimi sevməlidirlər

Allah sizə yar olsun

Задан: 11 Август, 2019 , Опубликовано: 11 Август, 2019
anonim |

Salam aleykum.Nəhl surəsi ayə 15de buyurulubki biz dağları zəlzələnin qarşısını almaq üçün yaratdıq.Amma elmi cəhətdən sübut olunmuşdurki dağlarda zəlzələlər daha çox olur.bu iddia ateistlərindi xaiş edirəm əsaslı cavab verəsiz

Ответ / Cavab

Aleykumusalam.

Hörmətli oxucu. Harada elmi cəhətdən subut olunub ki zəlzələ dağlarda daha cox olur? Yer kürəində iki seysmoloji qursaq var. Bunun biri alp himalaydırsa, ikincisi Sakit okean qurşağıdır. Elə Sunamiləri nəzərə almaq lazımdır ki, bunlar dənizin və okeanların içində olan zəlzələnin nəticəsidir. Çöküntü zəlzələləri var ki, yerin torpaq hissəsinin çökməsi iilə muşaiyət olunur.  Elə Azərbaycanda baş verən əlzələlərin əksəriyyəti abşerond və xəzər dənizində olur ki, bunların heç biri qarabağ kimi dağlıq ərazidə olmayıb. Əlbətdə dağlar olan yerlərdə də zəlzələlər olur. Bu yer qabığının  sürüşmə halından önə gələn bi təbii  haldır. Bunları belə geniş yazmaqda məqsəd bu idi ki, zəlzələni məhz dağlarda olur deyə yalan iddia edən ateistin sözünün əsaslı olmadığı anlaşılsın.  Dağların yaranmasına gəldikdə isə bütün elm adamları  bilirlər ki, dağların yaranması yer qabığının  genişlənməsi səbəbindən  üz üzə gəlib bir hissəsinin yerin içinə, digərinin üstə getməsi səbəbi ilə baş vermişdır.  Demək olar ki, dağlar bir növ mıx kimi yerə  vurulub. Bu da sabitlik üçündür. Ayə də bu həqiqqəti çatdırır.

Allah sizə yar olsun

Задан: 11 Август, 2019 , Опубликовано: 11 Август, 2019
Sadiq |

Salam.qurbanliq eti nece paylanmali ve kimlere verilmelidi?

Ответ / Cavab

Aleykumusalam.

Bu işdə hnsısa bir rəqəm yoxdur. İstənilən hissələrə bölüb pylamaq olar.

Verilməsinə gəldikdə isə əlbtdə ki fəqirlərə verilməlidir.

Allah sizə yar olsun

Задан: 11 Август, 2019 , Опубликовано: 11 Август, 2019
Xanim |

Salam. 1.Nəzr bilərəkdən yubadılarsa mümkündür ziyan olar - bu nezir edene yoxsa nezir olunana ziyandir? 2.Bir nefer qurban deyibki qardasinin usagi olsun qurban kesecek. Elhemdullah usaq 7 ayliqdi. Amma bibisi kesmir. Ana usagi ucun narahatdir.Usaga bir ziyan olmazki? Evvelceden teshekkurler.

Ответ / Cavab

Aleykumussalam

Nəzri edən məsuliyyət daşıyır.

Usaqa heç bir aidati yoxdur.

Allah sizə yar olsun

Задан: 11 Август, 2019 , Опубликовано: 11 Август, 2019
Али |

Салам Алейкум. Можно ли держать дома хомяков в качестве животных?

Ответ / Cavab

Aleykumussalam

Yesli budete soblyudac za ix cistatu i svoyevremennoye kormleniye to mojete ix derjac doma.

Allah sizə yar olsun

Задан: 11 Август, 2019 , Опубликовано: 11 Август, 2019
... |

Salam. Sistani aganin nezerinde sherab(araq) haramdir amma necis deyil? Eledirse niye?

Ответ / Cavab

Aleykumussalam

Seyyid Sistani ağanın rəyinə görə şərab haram və nəcisdir.

Allah sizə yar olsun

Задан: 11 Август, 2019 , Опубликовано: 11 Август, 2019
Страница 76 из 5746 << < 72 73 74 75 76 77 78 79 80 > >>
© 2026 При использовании материалов, ссылка на сайт www.iSLAM.az обязательна!
Copyright 2002-2016, Центр Религиозных Исследований, All Rights Reserved.
Вопросы и пожелания: [email protected]
  SpyLOG Сайт сделал: 313wb.com