Salam Aleykum. hacı namaz qılan Allaha bağlı birinin başına pis hadise gelirse ve o da derhal ruhdan düşür, imanı zeifleyirse.yeni çetinliklere dözümü yoxdursa o ne etmelidi ki bu hal aradan qalsın?
Salam Haci ozum 18 yasm var Namaza basdayandan sonra 2-3 hefte sora ziyarete gedmek isdedim cox can atirdim ozumdende asli deyirdi indi bir mesele var men Meshed Kerbala ziyaretine gedende Evdekilerin puluyla gedmiwem bu duzgundu gebul olunur ziyaretm inseallah
Salamaleykum.Haci,menim nishanlim qisqanc deyil,hech bir ishime de qadaga qoymur.Men umumen insana qadaga qoymagi xoslamiram,kisiye vabwe.Menim fikrimce insan erinden,arvadindan deyil,Allahdan qorxub,ona gore heyat ishlerini qaydasina qoymalidir.Nishanlim menden sorusmur,men ona her defe demeliyem ki hara getdim,hardan geldim? Onu bilirem ki qarin erinden icaze almalidir hara getse.Ama menimki demir de menden icaze al,mecburam ona demeye?1 defe soruwuram ki filan yere gedim ne meslehet gorursen?Deyir get,men seni sixmaq istemirem.Seheri gun deyirem ki getmeyecem.Deyir duz eleyirsen,ne var orda.Deyirem istemirdinse evvelden yox denen de.Niye he deyirsen? O da deyir men seni sixmaq istemirem. Indi menim boynumda haqq nedir? Kebinliyik,uzerimde haqqi var.
menim qelbim daim narahatdir,insanlari dushunurem,o niye filankese zulm etdi,bes zulm olunan ne hiss etdi,niye bele oldu,niye bu sozu dedi ve s..daim bu fikirler menimledir,oz geleceyimi de dushunurem,geleceye aid yaxsi nese gore bilmirem,ozumden ve bir chox insanlardan umidsizem.Ibadetlerimden de umidsizem.
Ответ / Cavab
Aleykumusalam.
Bu qədər də olmaz. Siz ancaq qarşınızda vəzifələr qoymalı və nlara doğru hərək etməli, çalışmalısız. Əlbətdə cəmiyyətdə baş verənlərə biganə qalmaq olmaz, lakin elə ancaq oturub bunları düşünməklə də iş həll olmur.
Salam,nece olub ki,Peygemberden sonra bu qeder adam Peygemberin eli aciq yoxsa eli bagli namaz qilmasi,ayaga mesh etmesi yoxsa yumasi barede wekke dushub? axi bu qeder adam gormurdu ki,O nece namaz qilib?Men anlamiram,omerin,osmanin sozu ile namazi nece deyiwibler? chox sag olun
Ответ / Cavab
Aleykumusalam.
Heç bir şəkk yoxdur. Quran ortadadır. Quran ayaqınıza VƏMSƏHU- məsh edin deyir. Əgər yumaq lazıımdırsa bəs bəziləri ayaqında dəri corab olduqda niyə onun üzərindən məsh edir? Heyvan dərisinə məsh olar, öz dərinə yox?
Namaz barədə də ƏQİMUS-səlah namazi qiyam edin, ayaq üstə durub qılın deyir. Ayaq üstə insanların duruş qaydasını istər müsəlman, istər xristyan, istər yəhudi, istərsə də bütpərəstdən də soruşsaq, hamı eyni qayda göstərəcək. İnsanın ayaq üstə duruş qaydası əlləri yanında olmasıdır.
Əgər əli bağlı olubsa da, bəs əhli sünnə məzhəblərindən biri olan Malikilər niyə əli açıq qılırlar?
salam aleykum Haci. Namazin sozlerinde e ile a arasinda qalmisam cavablandirsaniz sevinerem.1) Ellahu Ekber ya Allahu Ekber? 2) la ilahe illellah ya le ilehe illellah? 3) qul huvallahu ya qul huvellehu?
Salam. Yerden tapilan ewyanin hokmu nedir? 2.yolda avtobus karti gorsek goturmek olar? 3.eger goturmuwukse ne etmeliyik?
Ответ / Cavab
Aleykumusalam.
Yerdə olan və sizə aid olmayan şeyi götürməyin.
Tapılan malın hökmü budur. İlk olaraq həmin yerdə tapıntı barədə elan verin. bir həftə orada elan olunmalı, mal sahibi malın nişanələrini deyərsə, mal təhfil veriləsək. Sonra həftədə bir dəfə, daha sonra ayda bir dəfə elan veriləcək. Yiyəsi tapılmasa, müctəhidin dəftərinə ya da onun numayəndəsinə təhvil veriləcək. Dəyəri yüksək deyilsə, o zaman onu sahibinin adından bir fəqirə sədəqə kimi verin.
Bu gun baldizim rehmete getdi.onuncun vehset namazi qilmaq isteyirem.qaydasini yazin zehmet olmasa
Ответ / Cavab
Aleykumusalam.
İki rükətli namaz qılacaqsız. Birinci rükətdə həmddən sonra ayətəl kursi, ikinci rükətdə həmddən sonra 10 dəfə qədr surəsi oxunacaq. Namaz bitəndən sonra deyirsiz, İlahi bunun savabını filaninin qəbrinə yetir.
Salam hacı. Zumər surəsi 3-cü ayədə Allah buyurur:"..Allahı qoyub (bütləri) özlərinə dost tutanlar: 'Biz onlara yalnız bizi Allaha yaxınlaşdırmaq üçün ibadət edirik!' (deyirlər). Şübhəsiz ki, Allah ixtilafda olduqları məsələlər barəsində (qiyamət günü) onların arasında hökm edəcəkdir.. " Ayədən aydın olur ki, Məkkə müşrikləri Allaha inanırdılar, amma bütləri vasitəçı bilirdilər. Mənə aydın olmur ki, müasir dövrdə saleh insanların qəbirlərinin yanında göz yaşı töküb, Allaha yaxınlaşmaq istəyənlərlə müşriklərin nə fərqi var? Eyni əqidə deyil bəyəm? Hər ikisi Allahı bəndələri barədə məlumatsız bilirdilər, və Ona yaxınlaşmaq üçün vasitə axtaırdılar. Maidə sürəsindəki vasitəyə gəldikdə isə orada açıq-aşkar cihaddan söhbət gedir.
Ответ / Cavab
Aleykumusalam.
Əvvəla Məkkə müşrikləri bütləri şəfaətçi yox, ALlahın yardımçısı bilir, onları müstəqill qüvvə bilib onlara ibadət edirdilər. Onları vasitəçi gətirmirdilər. İbadət ilə vasitənin fərqini bilmirsizmi bunları bir birinə qatışdırırsız? İnsanın bütün həyatı vasitələrlə dolu deyilmi?
Sağaldıb Şəfa verən Allahdır, niyə həkimə gedib xətəxanada cərrahiyyə edirik? Güc qüvvət sahibi Allahdır, niyə ağır bir şeyi qaldıranda bir güclüdən yardım istəyirik. Niyə xəstələəndə dərman atırıq, oturub ya şafi demirik? BAx bu niyələrin cavabını tapsaz hər məsələ həll olacaq.
Onları ALlahdan müstəqill qüvvə bilsəz bu şirkdir, onları ALlahın elə bu şeylərə görə yaratdığı vasitə olduqlarını bilsk, bu elə tovhiddir.
Salam 1) Namaz üçün güvənilən təqvim hansın görərdiz (Xamenei ağa) 2) Moskva vaxtı üçün namaz təqvimi də əgər bilirsizsə yazardız zəhmət olmasa Allah sizdən razı olsun
Ответ / Cavab
Aleykumusalam.
Saytımızın ana səhifəsində qoymuşuq.
Assalat-info saytına daxil olub oradan götürə bilərsiz.
Salam suallardan birnde cavabinizi gordum maragli geldi. Yazmisiz qadin yoldasindan icaze alib atasini gore biler. Nece yeni? Her atasi evine getdiyce yoldasindan icaze almalidirki olar atamin evine gedim? Bele demese gunah qazanmis olur?
Ответ / Cavab
Aleykumusalam.
Qadın evdən ərinicazəsi və razılığı olmadan çıxmamalıdır.