Salam.bezilerinin dediyine gore meyite toxunmush insan hec neye el vurmamalidir.dediylerine gore bu vaxt o insan meyit quslu varsa boynunda,neye toxunsa onu mundar edir.bu ne dercede duzdur?umimiyyetle meyite toxunmush adam quslunu gecijdire bilermi?ve meyitde necis sayilirmi?eyer sayilmirsa niye ona toxunanda qusl almaq vacibdir?xaish edirik cavablandirin.cunki burdaki insanlar yanlish bilirler .deyirlerki meyite toxunan adam hecneye toxunmamalidir.qusl almadan.
Ответ / Cavab
Aleykumusalam.
Bu qələtdir.
Qüsl gecikdirilməsin, ibadətlərə görə qüsl edilməlidir.
Meyyit yuyulub qusllərini tam edənə qədər ona toxunanın boynuna qüsl düşür. Qüslləri tam bitəndən sonra pak olur.
Salam..Haci bagislayin.Sidiye getdikden sonra,azca qalir.Su ile paklasdirdiqdan sora su qalir ve sidiy olub-olmadigini deqiqlesdirmek olmur.Bu halda murdarliq olur?2.Qizili rengde saat taxmaq olar?Oglan saatidir.Cox sagolun ALLAH razi olsun
Ответ / Cavab
Aleykumusalam.
Su ilə qaydasında yuyunub paklanırsızsa, pak olar.
Salam. Mene elci dusenler olur ya mentiq cehetden yatmir yadaki ureyime yatmir. Ya yasda boyuk olur yadaki ozum ostemirem ele bil deyiller mene ailem ele bilirem boguliram hemde men sevib evlenmek isteyirem evleneceyim adamin da namaz qilan icki icmeyen olmagin istiyirem. Sizce bu qismet ola biler indie kimi elci dusenleri Allah saxlasin yox deyim? Cunki icimde ele qeribe hiss olur hemin an yox deyirem hem sixiliram hem boguluram. Hem namaz qilan icki icmeyen saf biri isteyirem hem aile seviyesi maddi menevi cehetden oz aileme seviyeme uygun isteyirem hemde isteyirem sevib evlenim.Sizce Allah istediyime gore birin cixaracagi ucun olarki Allah ozu saxlasin yox deyim?
Ответ / Cavab
Aleykumusalam.
Mümkündür, amma hər bir istəyin də həddi olur, yəni tam dirənib dayanmayin.
Salamun Aleykum Haci. 1)Imam Zaman aganin (a.f) zuhuru 313 nefer heqiqi momin olmadiqca bash tutmayacaq? 2)Bu 313 neferin sayi Imamimizin Allah dergahina chekilmesinden sonra hesablanir yoxsa bir zamanda yashayan o qeder mominden sohbet gedir? 3) Eger bir momin Imamizin esgeri olmaga layiq olarsa, lakin vefat ederse zuhur vaxti yeniden dirilib imamin esgerlerine qoshulacaq? Allah sizden razi olsun.
Ответ / Cavab
Aleykumusalam.
Həzrətin yadımçısı olacaq 313 nəfər olmalıdır.
Həzrət Zuhur edərkən onlar yerdə olmalıdırlar.
Əgər ləyaqəti olarsa, Allahın da onu diriltmək qüdrəti var.
Salam aleykum.cox cox uzr isteyirem belke de bu suali veribler tapa bilmedim.men qeza orucu tuturam heyz vaxt deyil mende tam qirmizi olmayan nese gelir bu cox vaxt her ay olur tund karicni amma bunun qan olub olmamasini sece bilmirem. Tund karicnidi.Cox xahis edirem mene deyerdiz bu ne hokmundedi.orucum pozulubmu ve namazlarimi nece qila bilerem?
Ответ / Cavab
Aleykumusalam.
Bunun nə olmasını siz müəyyən edəcəksiz.
Əgər heyz vaxtı deyilsə və heyz əlamətləri yoxdursa, o zaman heyz bilməyəcəksiz. Heyz olmazsa, oruc da pozulmaz.
Heyz və nifas deyilsə, daxili yara qanı da deyilsə, istihaədir və istihazənin hökmlərinə əsasən paklanıb namazlarınızı qılacaqsız.
Haci salam aleykum. Namazin 3 vaxt qilinmagini Quran buyurub. Sadece bilmek isteyirdim bu aye hansidir ve orada nece yazilib. 2)zehmet deyilse tefsirini yazardizda cox xahish edirem. Allah sizden razi olsun
Ответ / Cavab
Aleykumusalam.
İsra surəsi 78 ci ayə,Namazı (gündəlik vacib namazların dördünü zöhr, əsr, məğrib və işa namazlarını və onların iyirmi iki rəkət nafilələrini) günəşin (hər bir kəsin öz məntəqəsinə uyğun olaraq günortanın tam yarısından) batmağa doğru meyl etməsinin əvvəlindən gecənin tam qaranlığına (gecə yarısına) qədər qıl və həmçinin sübh namazını (və onun nafiləsini də qıl). Həqiqətən sübh namazı (gecə və gündüz mələkləri tərəfindən yazılmaq üçün) müşahidə olunur.
Hud surəsi 114 Və namazı günün iki tərəfində və gecənin gündüzə yaxın əvvəllərində qıl (sübh namazını günün birinci yarısında, zöhr və əsr namazlarını günün ikinci yarısında, məğrib və işa namazlarını isə gecənin əvvələrində qıl) ki, həqiqətən (namaz başda olmaqla) yaxşılıqlar günahları aradan aparır (günahın çirkinliyini nəfsdən, onun fəsadlarını aləmdən, onun ləkəsini əməl dəftərindən və əzaba düçar olmağı günah etmiş şəxsdən uzaqlaşdırır). Bu, yada salıb xatırlayanlar üçün bir öyüddür.
Mötərizə daxilində olan kəlmələr ayədə işlənməyən və açıqlama üçün yazılmış kəlmələrdir.
Salam..Haci.Indi men o qiza desemki,Namaz qiliram buna gorede seninle dost ola bilmerem.Onun xetrine deyse mene gunah var?2.Atam araq ve su almisdi.2-si de eyni salafanda idi.Men onnan ice bilerem?
Ответ / Cavab
Aleykumusalam.
Haramdan qaçmada günah olmur, harama getmədə genah olur. Dost anlaı isə bu qədər də ucuz deyil. Qadından kişiyə, kişidən qadına dost olmaz. Qadının dostu qadın, kişinin dostu kişi olur.
Salam.evde biri rehmete gedende onu yumaqa aparanda evden cixarirlar ve adeten meyitin altindaki doweye de xalcaya daqusl verilir.sualim beledir;eyer meyiti hele qusl verilmemiw meyiti evden cixaranda meyit ister istemez qapidan kecende veya bawqa yere toxundururlar bu halda qapi ve ta evin hansisa yeri(yuyulmamiw meyitin toxunduqu yerler)nece temizlenmelidir??
Ответ / Cavab
Aleykumusalam.
Meyitin toxunduğu yerlərə qüsl yoxdur. Soyumuş meyyitə qüslləri tamam olmamışdan əvvəl toxunduqda, insanın boynuna qüsl gələr, əşyaların yox. Harasa nəcis dəyib bulaşıbsa, oralar yuyulub paklanacaq.
Salam haci sualim belediki Qadin azad olandan sonra ele olurki 10gundende artiq qan gelir bes onda namaz qilmaq olar?birds biz rusiyada yasayiriq olarki 10gunde usagin qulagina edilecek emelleri atasi veya anasi etsin cunki molla tapmaq cetindi.
Ответ / Cavab
Aleykumusalam.
10 günə qədər olanı nifas sayılar, 10 gündən artıq olanı heyz vaxtına təsadüf edərsə və heyz nişanələri olarsa, heyz sayılacaq. Belə deyilsə, istihazə biləcək və onun hökmlərinə əsasən əməl ediləcək.
Salam. Heyz hemise 7 gun olurdu bu defe 6 ci gununde bitdi ancaq hansi namaz girmemisden dayandi yadimda deyil. Esrden sonra fikrimde qalib ama deqiq bilmirem. Qeza namazi kimi esr axsam isa qilmaliyam? Cox sag olun
salam. nevroz xesteleri ucun oruc tutmag icazelidirmi? o derecedeki esebi gerginlikle ozunede hettda evdekilerede nese etmekden qorxur ozunu idare ede bilmir. hekim sorussaz rusiyada hekim icaze vermeyecek
Ответ / Cavab
Aleykumusalam.
Əgər onun xəstəliyini şiddətləndirirsə ya sağalmasını yubadıb əziyyətə salmaq kimi hal meydana gələrsə, o zaman tutmaması gunah sayılmaz, amma özünün əsas vaxtını yuxuya vermək ya sakitləşdirici iynə vurmaqla keçinmək mümkündürsə, bu şəkildə oruc tutacaq.
salam. nevroz xesteleri ucun oruc tutmag icazelidirmi? o derecedeki esebi gerginlikle ozunede hettda evdekilerede nese etmekden qorxur ozunu idare ede bilmir. hekim sorussaz rusiyada hekim icaze vermeyecek
Ответ / Cavab
Aleykumusalam.
Əgər onun xəstəliyini şiddətləndirirsə ya sağalmasını yubadıb əziyyətə salmaq kimi hal meydana gələrsə, o zaman tutmaması gunah sayılmaz, amma özünün əsas vaxtını yuxuya vermək ya sakitləşdirici iynə vurmaqla keçinmək mümkündürsə, bu şəkildə oruc tutacaq.