Страница 822 из 5746 << < 818 819 820 821 822 823 824 825 826 > >>
Leyla |

Salam haci burda yazmisamki Receb ayinin quslun almaq isdeyirem ama sizde dedinizki artiq alinmali idi sebebi nediki?2.indi alsam olmazki muyennem sebelere gore indi aliram olar?sagolun.

Ответ / Cavab

Aleykumusalam.

Bunu dünən axşam, ya da bu gün zöhrə qədər etməli idiniz.

Allah sizə yar olsun

Задан: 13 Апрель, 2017 , Опубликовано: 13 Апрель, 2017
Bende |

Salam. Skumbriya tomatli sousda konservlesdirilmis baligi yemek olar? (Sistani aga)

Ответ / Cavab

Aleykumusalam.

Pulcuqlu balıqdırsa, olar.

Allah sizə yar olsun

Задан: 13 Апрель, 2017 , Опубликовано: 13 Апрель, 2017
Әhli-beyt aşiqi |

Salam.1) sef secdesin niyetsiz etmişem bu güne kimi sadece fikrimde tuturdumki neyi edirem amma bu sözü "sef secdesi edirem filan üçün qürbeten ilellah" demirdim etdiyim sef secdeler sef olub? 2) sef secdesinin niyetini qiyam halında deyilmelidir? 3) sabirabadda balaca bir yer var orda toyuq kesilib satılır sırayla toyuqlar gedir bunlarda eliyle kesir amma Bismillahı diktafon deyir bu ne derecede düzgündür yemek olar o toyuqdan? Hacı size teşekkür edirem Allah razı olsun.

Ответ / Cavab

Aleykumusalam.

Nə etdiyinizi bilirdinizsə, bu elə niyyətdir.

Oturaq halda, qəlbinizdə.

Bismillahı insan deməlidir.

Allah sizə yar olsun

Задан: 13 Апрель, 2017 , Опубликовано: 13 Апрель, 2017
Rza |

Salam. Üzr istəyirəm sizdən, yazdığım həmin saytda qeyd olunub, 02:14 sübh azanı üçün, qəribədir.

Ответ / Cavab

Aleykumusalam.

Orada şəhərinizi, Moskvanın hansı hisəsində olduğunuzu, metod yerində cəfəri məzhəbini seçin, ondan sonra ona baxın.

Allah sizə yar olsun

Задан: 13 Апрель, 2017 , Опубликовано: 13 Апрель, 2017
..... |

Salam. Mən zöhr ve esri biryerde qılıram şam namazı ile xiftemi de bir qılıram. Bu günahdırmı?

Ответ / Cavab

Aleykumusalam.

Bir yerdə qılmırsız, ardıcıl qılırsız, bu da düzdür.

Allah sizə yar olsun

Задан: 13 Апрель, 2017 , Опубликовано: 13 Апрель, 2017
Samira |

Salam Aleykum.1) Qoc et adinda yer var ordan et almaq olar? 2) Men it ucun coreyi klokda pencereden atiram yesin heyet evidi bu gunahdi atmaq olmaz? 3) Sinif yoldashlarinin iller sonra ayda 2 defe bir restoranda yigishmasi bir yerde oturmasi ne derecede duzgundu?(qeyd edimki qadinli,kishili)hamisida ailelidiler.

Ответ / Cavab

Aleykumusalam.

1.Bunu biz bilmərik.

2.Yaxşı olar ki, düşüb  verəsiz, atmayasız.

3.Həddlər qorunarsa, eybi olmaz.

Allah sizə yar olsun

Задан: 13 Апрель, 2017 , Опубликовано: 13 Апрель, 2017
Elvin |

Salam. Namaz qılmayan insan cümə axşamı qüsl alıb vəfat etmiş yaxınları üçün Yasin surəsini oxusa, bunun onlara faydası olarmı? Allah işinizi avand eləsin. Sağolun.

Ответ / Cavab

Aleykumusalam.

İnşaAllah olar.

Allah sizə yar olsun

Задан: 13 Апрель, 2017 , Опубликовано: 13 Апрель, 2017
webnem |

SALAM kecen orucluqdan 5gun qezam qalib. dediler day tuta bilezsen. soruwmaq istiyirdimki tuta bilerem ya yox. cvb vererdiz zhmt olmasa. indiden cox sagolun

Ответ / Cavab

Aleykumusalam.

Bəli, Ramazan ayı daxil olana qədər onları tutun.

Allah sizə yar olsun

Задан: 13 Апрель, 2017 , Опубликовано: 13 Апрель, 2017
Leyla |

Salam Her namazdan once ezan vermek vacibdir?

Ответ / Cavab

Aleykumusalam.

Azan və iqamə təkid olunmuş müstəhəbb əməllərdəndir ki, insanlar gərək adi hallarda tərk olunmasın.

İki namaz ardıcıl qılınarsa, əvvəldə bir azan demək kifayət edər.

Allah sizə yar olsun

Задан: 13 Апрель, 2017 , Опубликовано: 13 Апрель, 2017
emil |

salam. əgər bir xanım səhhətində problemləri olduğundan mualicə alır və məlum olur ki həmin xanım hamilədi. lakin qəbul elədiyi dərmanlar uşağın əqli və ya fiziki şikəst doğulmasına gətirib çixardacaq. sual onnan ibarətdiki abort belə halda olarmı? P.S həkim muayyinə eliyib və bildiribki bütün hallarda uşaq şikəst doğulacaq!

Ответ / Cavab

Aleykumusalam.

Bu suala biz d sualla cavab veririk. Xəstə uşağı valideyn öldürə bilər?

Abort deyilən, uşaq öldürmə cinayətinin mədəniləşdirilmiş adıdır.

Allah sizə yar olsun

Задан: 13 Апрель, 2017 , Опубликовано: 13 Апрель, 2017
Leyla |

Salam Receb ayinin 15i xususi gundu bu gun Receb ayinin quslun almaq lazimdir?2.Receb ayinin hansi gunleri qusul almaq lazimdir?sagolun.

Ответ / Cavab

Aleykumusalam.

1.Bu vaxta qədər artıq alınmalı idi.

2.Hər günü ala bilərsiz, əvvəli, ortası və axırı edə bilərsiz.

Allah sizə yar olsun

Задан: 13 Апрель, 2017 , Опубликовано: 13 Апрель, 2017
Leyla |

Salam Receb ayinin quslun alanda niyyeti nece deyim?sagolun.

Ответ / Cavab

Aleykumusalam.

Rəcəb ayının müstəhəbb qüslün edirəm.

Allah sizə yar olsun

Задан: 13 Апрель, 2017 , Опубликовано: 13 Апрель, 2017
Receb ayi |

Salam haci men receb ayi ucun qusul almaq isdeyirem ama ustumde basqa qusulda var niyyetde 2sinin adin bir yerde deyib yeni bitlesdirib qusul ala bilerem?2.birdeki receb ayi qusuluda niyyeti o biriler kimi deyim yeniki Receb ayinin ve filan quslu aliram vacib qurbeten ilellah bele.3.vacib sozun deyim yoxsa yox? Sagolun.

Ответ / Cavab

Aleykumusalam.

1.Boynunuzda vacib qüsl varsa, o zaman onu əsas olaraq nəzərdə tutub bir qüsl verməniz kifayətdir.

2.Sadəcə  rəcəb ayının müstəhəbb qüslün edirəm deyəcəksiz.

3.VAcib kəlməsini işlətmək şərt deyil, heç bir halda. Müstəhəbb əməllərdə isə deyilməyəcək.

Allah sizə yar olsun

Задан: 13 Апрель, 2017 , Опубликовано: 13 Апрель, 2017
Rza |

Salam. Moskva vaxtı namaz təqvimində üçün aprel ayının fəcr namaz vaxtları (13 aprel) saat 03:04-dən-02:14 (30 aprel)sizcə doğrudurmu?

Ответ / Cavab

Aleykumusalam.

Assalat-info  saytına daxil olun, ora baxın.

Allah sizə yar olsun

Задан: 13 Апрель, 2017 , Опубликовано: 13 Апрель, 2017
gulnar |

Salam mominlerin zineti(hilyetul-mutteqin) muellifi Ellame mehemmedbaqi meclisi bu kitabi ehli sie ehli, Xamenei agaya teqlid eden mo"min oxuya bilermi?Xamenei aga

Ответ / Cavab

Aleykumusalam.

Bəli, bu şiə kitabıdır.

Allah sizə yar olsun

Задан: 13 Апрель, 2017 , Опубликовано: 13 Апрель, 2017
beren |

Salam men bilmek isteyirem ki sünnü namazı qılmalıyıq yoxsa şie namazı hansı düzgün namaz sayılır?

Ответ / Cavab

Aleykumusalam.

Hansı məzhəbə bağlısızsa, onun fiqhinə əsasən də namazlarınızı qılın və axtarışınızı da aparıb yəqinlik əldə edin.

Allah sizə yar olsun

Задан: 13 Апрель, 2017 , Опубликовано: 13 Апрель, 2017
zehram |

Salam men nece gündü namazı diqqetsiz qılıram demek olar ki,hec qılmaq istemirem.Subh namazına oyanmıram niye bele olur bilmirem hetta özüm özümde namazı atmaq da isteyirem xais edirem mene kömek edin .

Ответ / Cavab

Aleykumusalam.

Bunun qarşısında duran birinci amil   günahdır. Günahlar inadətin şirinliyiniapararlar. Bilinən və bilinmədən edilən günahlardan tovbə edin.

Allah sizə yar olsun

Задан: 13 Апрель, 2017 , Опубликовано: 13 Апрель, 2017
Elshan |

Salam. Qardas basima bele bir is gelir mene meslehet edin xahis edirem sizden. Men demek olar ki her defe de olmasa ama 2 ve ya 3 defeden bir kicik bayira cixanda sidikden sonram ag qati sire kimi sey gelir cinsi orqanimdan. Men onu elime alib baxanda gorurem ki o spermadir ve iyleyirem de eynen sperma iyini verir. ama men ehtiraslanmiram ki o da ordan sidik edenden sonram gelsin. Indi men ne edim? Her defe bele sey olduqda girim qusullanim? Melumat ucun deyim ki men subayam ve hec bir cinsi elaqem yoxdur hec kesle. Xahis edirem meslehet edin mene bele sey olduqda qusl dusur mene ya nece?

Ответ / Cavab

Aleykumusalam.

Sidikdən sonra insandan yaşlıq xaric olar və bu sperma deyil. qüsl də istəməz.

Əgər sperma olmasına yəqinliyiniz varsa, qüsl vacib olar. Amma xəstəlik olmasa, sperma adi  şəkildə xaric olmur.

Allah sizə yar olsun

Задан: 13 Апрель, 2017 , Опубликовано: 13 Апрель, 2017
Aysel |

Salam. Racab ayin 15ci gunu ne vaxtdi?cox saqolun

Ответ / Cavab

Aleykumusalam.

Bu gün rəcəbin 15 dir.

Allah sizə yar olsun

Задан: 13 Апрель, 2017 , Опубликовано: 13 Апрель, 2017
elnara |

Salam qaynata mahremdi?yeni qayin yaninda basi aciq gezmek olmaz amma qaynata yaninda olar.Duzgun basa dusdum?

Ответ / Cavab

Aleykumusalam.

Bəli, düz başa düşmüsüz.

Allah sizə yar olsun

Задан: 13 Апрель, 2017 , Опубликовано: 13 Апрель, 2017
Страница 822 из 5746 << < 818 819 820 821 822 823 824 825 826 > >>
© 2026 При использовании материалов, ссылка на сайт www.iSLAM.az обязательна!
Copyright 2002-2016, Центр Религиозных Исследований, All Rights Reserved.
Вопросы и пожелания: [email protected]
  SpyLOG Сайт сделал: 313wb.com