Страница 830 из 5746 << < 826 827 828 829 830 831 832 833 834 > >>
Qadın |

Salam. Qadın namaz qılıb, neçe müddetdi oruc tutursa, heç bir halda eks cins haqda düşünmediyi halda çüme axşamı ve cüme günlerunde yuxuda şehvetde bulunarsa bu qadının günahıdı, ya Allah onun namazını duasını qebul etmir?

Ответ / Cavab

Aleykumusalam.

Heç bir günahı yoxdur, yuxuya görə günah olmaz Bu təbiidir.

Allah sizə yar olsun

Задан: 7 Апрель, 2017 , Опубликовано: 7 Апрель, 2017
sual |

salam.oglumuz olacaq inwallah adin Hesen qoyacagiq.Hesen olsa yaxwi olar ya Hesenaga? imamin adin bow qoymaq olar ovlada? Allah butun arzusunda olan Shielere qismet elesin her namazda duamdasiz.

Ответ / Cavab

Aleykumusalam.

Elə sadə,  Həsən qoyun.

Allah sizə yar olsun

Задан: 7 Апрель, 2017 , Опубликовано: 7 Апрель, 2017
Gulshen |

salam haci.men aileliyem,yoldawimin yaxin dostu var o oglan bizim izdivacimizda cox eziyyet cekib 6ay yox demiwik atamla daim elaqe saxlayib.yoldawiylada yaxinam get gelimiz var idi.2ay olar yoldawim dedi ki birde daniwma onun yoldawi ile,oglanla kusub.yoldawim umumiyyetle hec kimle mehriban deyil,butun dostlari ile kusur,menimlede deyqede kusur.halbuki nece illik dostudur.yaxwida insanlardilar.bilirem bariwacag cunki xasiyeti beledir,arada men pis olacam,qizla daniwsam sehv etmis oluram?sozunden cixmag yalan demek isdemirem yoldawima.ne edim men?qiz yazib sms qalmiwam ne edim,her 2aile dindardir wukur kusulu qalmaq isdemirem corey yemiwik bir yerde

Ответ / Cavab

Aleykumusalam.

Danışmayın və sizə zəng etdikdə ərinizin dediyinə əsasən müvəqqəti danışmayaq deyin.

Allah sizə yar olsun

Задан: 7 Апрель, 2017 , Опубликовано: 7 Апрель, 2017
Soltan |

AS Salamu Aleykum . Haci sizden oyrenmek isterdim.. Tenbelliyin qarwisin alan dua var mi? Allah sizden razi olsu

Ответ / Cavab

Aleykumusalam.

Belə şeylər dua oxumaqla düzəlməz. Durub iş görmək lazımdır.

Allah sizə yar olsun

Задан: 7 Апрель, 2017 , Опубликовано: 7 Апрель, 2017
Bəxtiyar |

Salam.Qəza orucunu tuta bilmirəmsə nə etməliyəm

Ответ / Cavab

Aleykumusalam.

Onlar sizin boynunuzda qalır, imkan olan zaman tutulmalıdır.

Allah sizə yar olsun

Задан: 7 Апрель, 2017 , Опубликовано: 7 Апрель, 2017
Vefa |

Salam 1.camaat namazinda Birinci tekbiri uca sesle demeliyik? 2.camaat namazinin niyyeti nece olur? 3.camaat namazinda biz sadece niyyet edirik.İmama iqtida edirik.birinci ruketde Fatihe İxlas,ruku secde,ikincidede Fatihe ixlas qunut ruku secde hec birini biz demirik.imama qulaq asib ucuncu dorduncu ruketi adi namaz qaydasinda qiliriq.duzdu?

Ответ / Cavab

Aleykumusalam.

Bəli, ilk təkbir səsli deyilməlidir.

Pişnamaza bağlanıb filan namazı qılıram.

Ancaq birinci və ikinci rüktlərdə olan həmd və surəni imam tək oxuyacaq, qalan bütün yerləri siz də oxuyacaqsız.

Allah sizə yar olsun

Задан: 7 Апрель, 2017 , Опубликовано: 7 Апрель, 2017
Leman |

Salam.1)Bagislayin narahat edirem amma deqiq bilmek istiyirem usagin pisi yaxsini ayirdigini nece bilek? 2) Esitmisemki eger etdiyimiz tovbe qebul olarsa onda ALLAH etdiyimiz o gunahi bize unutdurar bu ne derecede dogrudu?

Ответ / Cavab

Aleykumusalam.

Bu uşaqın düşüncə tərzinin inkşafına bağlıdır.

Bu mütləq şəkildə belə olmur, olması mümkündür.

Allah sizə yar olsun

Задан: 6 Апрель, 2017 , Опубликовано: 6 Апрель, 2017
Fərhad |

Assalamu aleykum.sizin saytda tövhidin dərəcələri məqaləsini oxuyuram,1.2.4.5 var 3 yoxdu.mumkunse linkini atin.onceden teşekkur

Ответ / Cavab

Aleykumusalam.

Axtarışdan itifadə edərək tapın.

Allah sizə yar olsun

Задан: 6 Апрель, 2017 , Опубликовано: 6 Апрель, 2017
Salam |

Men"Imam Zamanla gorushenler"adli kitabda oxuyuram ki,onlar hami chox teqvali ve ya alim olub,bes gunahkarlar nece olsun,bu qeder zulm olur insanlara yeni heqiqeten bu dunyada 313 nefer momin yoxdurmu ki,Imam gelsin? bes men qocalib oleceyem.Imami harada goreceyem?sag olun

Ответ / Cavab

Aleykumusalam.

Dua edin ki, tez zuhur etsin.

Allah sizə yar olsun

Задан: 6 Апрель, 2017 , Опубликовано: 6 Апрель, 2017
Abdullah |

salam aleykum Allah razi olsun siden ,zehmet deyilse cavab vererdiz 1)destemaz alarkan dirsekleri krantin altina salib yumaq olar yoxsa elin ovucuna su dolturub yumaq lazimdi? 2)birde Islam hal hazirda ogruluga gore el kesmek,ve yaxud pozqun qadini oldurmek yada dawlamakdi yadimda deyil bunlar hansi indi , bu cezalar indiki zamaneye ayitdi? quvvede qalib? Ayatollah Sistani

Ответ / Cavab

Aleykumusalam.

1.Suyun altına salıb isladın və kənara çəkib yuyun.

2.İslamın  bütün qanuunları qüvvəsindədir.

Allah sizə yar olsun

Задан: 6 Апрель, 2017 , Опубликовано: 6 Апрель, 2017
Asim m |

Salam o duzdur islamda zina eden qadini das qalag etmek?bu islam dinini gozden salmir?

Ответ / Cavab

Aleykumusalam.

Bi zina edən evli kişi və qadına aiddir.

İslamı nədən gözdən salmalıdır ki? Zina etmiş ərli qadın əslində nə edib bilirsiz? Ərli qadınla zina etmiş kişi nə edib bilirsiz? Onların daşqalaq edilməsi onlara qarşı ən humanist addımdır. Belə şəxslər insanların mənliyi, şəxsiyyəti, namusu və qeyrətlərini özlərinin 5 dəqiqəlik ləzzət aarmalarına qurban verirlər. Neçə kişinin bu hadisə baş verdikdə qeyrəti tapdanır, neçə qadının və qız gəlinin  adlarına ləkə oturur. Niyə? şəhvətinin ləzzətini düzgün yolla yox, öz halalı ilə yox, özgəsinin namusu ilə söndürmək  qəsdinə düşüb.

Belə acınacaqlı bir cinayətdir.

Allah sizə yar olsun

Задан: 6 Апрель, 2017 , Опубликовано: 6 Апрель, 2017
Vugar |

Salam Haci, yene sizi bir sualla narahat edire . Biz deyirik ki, eqil ve musteqillik bize verilen en boyuk nemetlerdendir. Allah bize bu iki nemeti kna gore verib ki biz ozumuz secim eliyek atdigimiz addinlarda( haram ve ya halal). Men raziyam bununla. Amma. Bir sual zehnime gelir ki, bes cennetde gunah eger olmuyacaqsa onda biz de Melekler kimi instinkt ile yawqyacagiq orda??? Yeni bize verilen o musteqillik agil nemeti bizden alinacaq???

Ответ / Cavab

Aleykumusalam.

Xeyr, alınmayacaq, cənnət mukafatdır. Elə ağıl və müstəqil iradə bizə bu dünyanın aldadıcıları qarşısında mubarizə üçündür ki, vuruşub cənnəti ələ gətirək.

Allah sizə yar olsun

Задан: 6 Апрель, 2017 , Опубликовано: 6 Апрель, 2017
Zeynəb |

Salam aleykum hacı. Sizdən məni düşündürən bir necə hədislə baglı soruşmaq istəyirəm.Qadınlarla baglı belə hədislər nəql olunur ki, "Qadın şeytan ordusunun yarısıdır", Qadınla məsləhətləşən kişinin kişiliyi ölüb"(İmam Əli(ə)) bu hədislər nə dərəcədə səhihdir? Bilirəm hədisşünas deyilsiniz. Ama bunlar qadını aşagılamaq deyilmi? Xüsusən birinci qeyd etdiyim. Axı dində qadına yüksək qiymət verilir, yaxşı qadın kişinin cənnətə getməsinə səbəb olar. Bu hədisləri imansız, imanı zəif qadınlara aid etmək olar. Ümumilikdə "qadın" deyilməsi nə dərəcədə düzgüündür. İmanlı, agıllı qadınlarla məsləhətləşməyin nəyi eyibdir? Əvvəlcədən təşəkkürlər

Ответ / Cavab

Aleykumusalam.

Bunlar qadını aşağılamaq deyil. Din qadına verdiyi yüksək dərəcəni heç kim verməyib və verə bilməz. Cənnət anaların ayaqları altındadır. Bu hədisi çox eşitmisiz. mənasına diqqət edin. Yəni o demək deyil ki ana qapının üstündə dayanıb. Məna budur ki, insan ana qarşısında ayağının altına qədər əyilməlidir ki, cənnətin qapısı üzünə açılsın. Amma ana dedikdə hə dünyaya uşaq gətirən qadın nəzərdə tutulmur. ANA nəzərdə tutulur.

Hədis qadınaların hamısını demir, yəni qadınlardan olacaq deyir. Burada elə siz deyən əxlaqsız və imansız qadınlar nəzərdə tutulur.

Qadınla məsləhətləşməyə gəldikdə isə burada qərar veriləsi məsələlərdən danışılır. Ev işləri, ailə məişəti yox. Bu qadının işi deyil və qadın burda düzgün qərar verə bilmir. Bu qadının lətif xilqətinə uyğun deyil.

Allah sizə yar olsun

Задан: 6 Апрель, 2017 , Опубликовано: 6 Апрель, 2017
meryam |

salam.Anam yuxuda nenemi gorub,bedeninde ilanlar gezirmiw...deyir o pis adam olub.....Men pak olmadigim halda yasin oxudum,bu onun ezabin qaldirar?sag olun

Ответ / Cavab

Aleykumusalam.

Onun üçün dua da edin. Dünyadan  gedənləri xeyirlə yad etmək lazımdır.

Allah sizə yar olsun

Задан: 6 Апрель, 2017 , Опубликовано: 6 Апрель, 2017
14-15 məhəllə |

Salam hacı. 1187-ci ildə Səlib-Xaç yürüşünü darmadağın edərək nəsrani-kafirləri qırmış, Qüds şəhərini azad edərək müsəlmanların ixtiyarına vermiş, islam tarixinə adını qızıl hərflərlə yazmış məşhur sərkərdə Səlahəddin Əyyubi (Rəhiməullah) əhli sünnə olub? Mənə dedilər ki, Əbu Hənifə və Əbul Həsən əl Əşərinin məzhəbində olub.

Ответ / Cavab

Aleykumusalam.

İslam tarixinə adını qızıl hərflərlə yazmış dediyiniz Səlahiyyətdin Əyyubu Misirdə şiə Fatimiləri də qırmış bir kəsdir.

Allah sizə yar olsun

Задан: 6 Апрель, 2017 , Опубликовано: 6 Апрель, 2017
Göyçay-Mirzəhüseynli |

Salam aleykum həci. Allah Rəsulu (ə) hədisdə deyib ki, savab məqsədilə yalnız 3 məscidə ziyarətə icazə verirəm: "Məscidul-Həram (100000 savab), Məscidul Nəbəvi (1000 savab) və Qüdsdəki Əl Aqsa məscidi (500 savab). Yəni bu məscidlərə Yer kürəsində yaşayan bütün müsəlmanlar getməyə can atırlar (Həcc), amma Məşhəd və Kərbəlaya yalnız şiələr. Mən belə başa düşdüm ki, Məşhəd və Kərbəla yalnız şiələr üçündür. Çünki fərz olsaydı bütün müsəlmanlar ora da can atardı, məzhəbindən asılı olmayaraq.

Ответ / Cavab

Aleykumusalam.

Əvvəla Rəsulullahdan bu sözün deyilməsi təsdiq olunmayıb.

İkincisi isə Kərbəla, Nəcəf və Məşhəddə olanlar bunun şahidi olublar ki, əhli sünnədən də bu  müqəddəs yerləri ziyarət edirlər. Aşura və ərbəin kimi xususi günlərdə isə hətta xaçpərəst ərəblər də İmam Huseyn ağanı ziyarət edib ona sayğı və ehtiramını göstərməyi borc bilirlər.

Allah sizə yar olsun

Задан: 6 Апрель, 2017 , Опубликовано: 6 Апрель, 2017
Hamza |

Salam aleykum, Bendeniz men doktoram. Ishimle elaqedar bezen oz hemcinslerini seven pasientleri konsultasiya edirem. ( yeni qadin qadini sevir , kishi kishini sevir. bele pasientlerim olur ) Hekim oldugum uchun onlara bu gunahdir demeye ixtiyarim yoxdur/ Ancaq bele pasientlerime hemishe meslehet gorurem ki, dunyaya ushaq getirmesinler. Chunki, ushagin da gelecekde bele problemleri ola biler. Bu gun bir koleqam mene dedi ki, duz elemirsen. Bu sebeden Size yazib sorushmaq isteyirem ki, sheri cehetden duzmu edirem ? Bele pasientlere dunyaya ushaq getirme demeyim duzdurmu ? Evvelceden Size minnetdaram . Sualimi cavablandirmaqla, bir chox insanlara yardim etmish olarsiniz

Ответ / Cavab

Aleykumusalam.

Onlara bu işin çirkinliyini anlatmalı və başa salmalısız ki, insan kimi öz təbiətlərinə qayıtmalı və cazibələri əks cinsə olmalıdır, eyni  cinsə yox.

Allah sizə yar olsun

Задан: 6 Апрель, 2017 , Опубликовано: 6 Апрель, 2017
1116 |

Salam aleykum eziyyet veriremse uzurlu sayin men bele.bawa duwdum ki, 7-8 gun tutmayibsa ele 7-8 gunde oruc tutsun mubarek ramazan ayi girene kimi duzmu bawa duwdum? Onu deyim bu adam namaz qilan deyil ve orucuda werii cehetden hec bir uzuru olmadan tutmayib. Allah elminizi artirsin

Ответ / Cavab

Aleykumusalam.

Bəli, bu iki ayın daxilində, yəni rəcəb  və şəban aylarında  həmin günlər qəza olunsun.

Allah sizə yar olsun

Задан: 6 Апрель, 2017 , Опубликовано: 6 Апрель, 2017
Samira |

Salam Aleykum.1)Namazda kicik surelerden oxuyuruq bu maksimum nece ayeye qeder ola biler? 2) Qunutda qisa surelerden oxuya bilerik,qunutumuz uzun olsa bu namaza mane deyil ki?

Ответ / Cavab

Aleykumusalam.

1.Namazda bir həmd və bir surə oxunmalıdır. Vacib səcdəsi olan 4 surədən başqa istənilən surəni oxuya bilərsiz. Hətta bəqərə surəsini də.

2.Qunutda qunut duasi oxuyun.

Allah sizə yar olsun

Задан: 6 Апрель, 2017 , Опубликовано: 6 Апрель, 2017
Rza |

Salam. Bəs birisi uşağına Rəhman adı qoyubsa biz onu adı ilə çağırsaq günah yazılır bizə?

Ответ / Cavab

Aleykumusalam.

Onu Əbdurrəhman deyə çağırın.

Allah sizə yar olsun

Задан: 6 Апрель, 2017 , Опубликовано: 6 Апрель, 2017
Страница 830 из 5746 << < 826 827 828 829 830 831 832 833 834 > >>
© 2026 При использовании материалов, ссылка на сайт www.iSLAM.az обязательна!
Copyright 2002-2016, Центр Религиозных Исследований, All Rights Reserved.
Вопросы и пожелания: [email protected]
  SpyLOG Сайт сделал: 313wb.com