Страница 831 из 5746 << < 827 828 829 830 831 832 833 834 835 > >>
Asim |

Ssalam Aleykum, Kebe evinin vehhabilerin elinde oldugunu bilirik, sadece bilmek isterdim ki, bunlarin nesli hemin Qureyslilerdir? Bir de bele cixir Hecc ziyaretine geden her bir kes Israilin ve vehhabilerin guclenmesine bais olur. Onda Hecc ziyaretine getmek ne derece duzgundur indiki dovrde?

Ответ / Cavab

Aleykumusalam.

Xeyr, onlardan deyil,

Elə çıxmır, sadəcə bilmək lazımdır ki, hamı onların kontrolundadır. Həcc dinin sutunlarındandır ki, onu heç vaxt tətil etmək olmaz.

Allah sizə yar olsun

Задан: 6 Апрель, 2017 , Опубликовано: 6 Апрель, 2017
anonim@ |

Salamun Aleykum.1.Allah yer uzunde yasayan butun bendelerini sevir? 2.Az suyla elimizi nece yumaliyiq ki hem iki defe yuyulmus olsun hemde elimizin her yerine su deymis olsun?Elimizi aciq sekilde suyun altina tutub bir defe sora cekib tezeden suyun altina tutub yumaliyiq elimizi paklayan zaman? Yoxsa adi vaxti elimizi ovusdurub yudugumuz kimi yusaq bu sertler de yerine yeter elimiz paklanar?3.Qusl almayanlar gunde 7 ayeden cox oxumamalidirlar yoxsa qusl alanadek?Play Storeden Qurani Kerimin tercumesin kocurmek isteyirem.Siz hansini meslehet gorursunuz? Allah razi olsun.Tesekkur edirem.

Ответ / Cavab

Aleykumusalam.

1.Bəli, hamısını, çünki hamısı onundur.

2.Bəli, suyun altından çıxarıb salmaqla iki dəfə  sayılacaq.

3.Boynunda qüslü olan paklanana qədər Quran oxumaq istəsələr 7 ayədən artıq oxumaları bəyənilmir.

cəfərilər.com saytından olanı köçürün.

Allah sizə yar olsun

Задан: 6 Апрель, 2017 , Опубликовано: 6 Апрель, 2017
Arzu |

Salam.Heyz olmamisdan evvel leke gelse karicnivi qirmizi kimi namaz qilmaliyiq?

Ответ / Cavab

Aleykumusalam.

Heyz vaxttıdırsa, bu heyzin başlanğıcıdır və heyz başladıqda namaz dayanar.

Allah sizə yar olsun

Задан: 6 Апрель, 2017 , Опубликовано: 6 Апрель, 2017
Asim |

Salam Aleykum, size 2 sualim var: 1) Kebe evine nezaret bu gun yene Qureys tayfasinin neslinden olanlardir yoxsa? 2) Birde internetde oxumusdum ki Kebenin tehlukesliyini Israil sirketi nezaret edir bu duzdurmu? Evvelceden tesekkurler!

Ответ / Cavab

Aleykumusalam.

1.Vəhhabilərin əlindədir.

2.Onların nəzarətindədir.

Allah sizə yar olsun

Задан: 6 Апрель, 2017 , Опубликовано: 6 Апрель, 2017
Leman |

Salam.Burda oxudum ki,8 yasinda olan oglan usagindanda hicab saxlamaq lazimdi onda bele cixir ki,yetkinlik yasina catmamis bele olsa eger mektebe geden usaqdisa onun yaninda hicab geyinilmelidi?qohumda olsa?meselen bibim nevesi?

Ответ / Cavab

Aleykumusalam.

Bu məsələdə yetkinlik yaşı gözlənilmir. Pis -yaxşı başa düşən uşaqdan hicab saxlanılacaq.

Allah sizə yar olsun

Задан: 6 Апрель, 2017 , Опубликовано: 6 Апрель, 2017
1116 |

Salam aleykum bir insan var namaz qilan deyil kecen il mubarek ramazan ayinda oruc tutdu ama texminen 7-8 gun qezasi var ama uzurlu sebebden deyil yeni fikirlewibki cetin olacaq susuzluq, acliq var ona gore tutmayib bu insanin boynuna ne geler ne etmelidir? Eyer bu ramazan ayina kimi tutmasa ne etmelidir xaiw edirem cox etrafli aciqlayin. 2) dunen suriyada dinc ehaliye qarwi kimyevi silahdan istifade etdiler ve cox sayda insan oldu. Sizin bu meselede fikrinizi bilmek isterdim sizce kimler edib heqiqetende bewer esed etdirib yoxsa yene bohtan atirlar ona qarwi? Allah elminizi artirsin

Ответ / Cavab

Aleykumusalam.

Bu ilin Ramazan ayına kimi  həmin günləri qəza etsin, tutmasa üzərinə cərimə də gələr.

Bunun vəhhabilər və onların himayədarlarının etdiyindən şübhəmiz yoxdur.

Allah sizə yar olsun

Задан: 6 Апрель, 2017 , Опубликовано: 5 Апрель, 2017
Salam |

Bir marketde ucuz qida satilir,amma arag,pive de var,oradan yemek almaq olar? Bu halda Allah razi qalmir? sag olun

Ответ / Cavab

Aleykumusalam.

Qadağan deyil, ala bilərsiz, lakin əgər haram satmayan mağaza varsa, alış verişi onlarla edin.

Allah sizə yar olsun

Задан: 6 Апрель, 2017 , Опубликовано: 5 Апрель, 2017
teebu |

Salam.12 yawinda uwag qeribe suallar verir,deyir Qiyametde Allah bizimle nece danishacaq,vehyle yoxsa nece? donub,qaliram,deyir,en boyuk arzusu hz.Elini.gormekdir,deyir 2 yawi olanda dinle maraglanirmiw,ailesi dinden uzag olub,bu ushag meni teeccublendirir,ne duwunursuz? sag olun

Ответ / Cavab

Aleykumusalam.

Onun  suallarına cavab verin. Allah danışmaq üçün bizim kimi dil dodağa ehtiyaclı deyil və bunların vasitəsi ilə danışmaz. Allah iradə edər və həmin lazım olan kəlmələr və səslər fəzada əmələ gələr.

Allah sizə yar olsun

Задан: 6 Апрель, 2017 , Опубликовано: 5 Апрель, 2017
GUNEL |

Salam Aleykum.Namazin qezasini qilanda vacib qurbeten demeliyik ya qurbeten deyek?

Ответ / Cavab

Aleykumusalam.

Hər iki şəkildə deyə bilərsiz.

Allah sizə yar olsun

Задан: 6 Апрель, 2017 , Опубликовано: 5 Апрель, 2017
vefa |

Salam.1) 8 yasinda oglan usaginin yaninda hicab geyinmek lazimdi?(usagin yaxsini pisi ayirdigini tam olaraq bilmirem ele bicliyide yoxdu.2) Sualima gore uzr istiyirem men spiral qoydurmusam mennen qan gelir bu menim namazima mane deyilki?

Ответ / Cavab

Aleykumusalam.

1.Belə uşaqdan hicab saxlayın.

2.Əgər bu daxili yara qanıdırsa, xeyr, yara qanı deyilsə 3 qandan biridir və onu ayırd edib ona uyğun hərəkət edəcəksiz.

Allah sizə yar olsun

Задан: 6 Апрель, 2017 , Опубликовано: 5 Апрель, 2017
Salam |

Menim gonderdiyim Imam Zaman haqda kitaba niye fikir yazmadiniz?! kitab yalandir?

Ответ / Cavab

Aleykumusalam.

Göndərdiyiniz link işləmirdi.

Allah sizə yar olsun

Задан: 6 Апрель, 2017 , Опубликовано: 5 Апрель, 2017
Musa |

Salam Aleykum. birinə borca 100 manat vermişəm və sonra mənə məlum oldu həmin adam haram işdə işləyir həmin adam mənə borcu qaytarsa o pul halal sayılır? (haram işdən qazanıb)

Ответ / Cavab

Aleykumusalam.

Haram sayılmır.

Allah sizə yar olsun

Задан: 6 Апрель, 2017 , Опубликовано: 5 Апрель, 2017
qonaq |

salam axşamınız xeyir. zəhmət olmasa deyərdiniz 1.namaz qılanda salamlar deyiləndə sağa sola salam deyilir sağçiynə sol çiynə.2.rüküdə səcdədə göz möhür daşına baxmalıdı 3.səcdeyi səhvdə niyyət etdim səcdeyi səhv qılıram vacib qürbətən illallah deyilir yoxsa niyyət etdim rükü üçün səcdeyi səhv qiliram vacib qurbətən illallah.4. əgər insan rufludursa yəni əli meyitə dəyibsə həmin şəxs necə qüsl almalıdı (Sistani ağa) əvvəlcədən təşəkkür

Ответ / Cavab

Aleykumusalam.

1.Namazın salamları qibləyə deyilməlidir.

2.YAxşısı budur.

3.Səcdeyi səhfin niyyətini qəlbinizdə edin və sadəcə filan səhf üçün səhf səcdəsi edirəm qurbətən iləllah deyin.

4.Qüsllər hamısı eyni qaydada alınır, fərq niyyətindədir və niyyətində meyyitə toxunma qüslü edirəm deyiləcək.

Allah sizə yar olsun

Задан: 6 Апрель, 2017 , Опубликовано: 5 Апрель, 2017
salam |

Trend-in məlumatına görə, İranın Məşhəd şəhərində 6.1 bal gücündə zəlzələ baş verib,bezileri deyib ki,Allah niye Irani cezalandirir,niye bele deyirler?sag olun

Ответ / Cavab

Aleykumusalam.

İnsanlardır da, bekarçılıqdan danışırlar.

Allah sizə yar olsun

Задан: 6 Апрель, 2017 , Опубликовано: 5 Апрель, 2017
roman |

salam receb ayi hansi aydir saban ayi hansi adi ramazan ayi hansi aya dusur

Ответ / Cavab

Aleykumusalam.

İndi Rəcəb ayının içindəyik ki, ayın 5 dir, sonra şaban gələcək, ardıyca ramazan.

Allah sizə yar olsun

Задан: 6 Апрель, 2017 , Опубликовано: 5 Апрель, 2017
sudabe |

Salam.receb ayinin 15 aprelin necesine dusur? Hemin gun orucun savabi coxdur deyilir.sag olun

Ответ / Cavab

Aleykumusalam.

3 gün fərqləri var. 18 nə düşər.

Allah sizə yar olsun

Задан: 6 Апрель, 2017 , Опубликовано: 5 Апрель, 2017
Resul Eli |

Esselamun Eleykum Asagidaki hallarda rusvetin hokmu necedir? 1.Eger can saglamligi ucun mecburen rusvet verilse... 2.Eger olum qarsisinda mecburen rusvet verilse... 3.Eger telebe tehsilini bitirmek,hemcinin en esasi diplom alabilmesi ucun mecburen rusvet verse... 4.Haqqin uze cixmasi ucun mecburen rusvetin verilmesi... Bu 4 halda heckimin haqqi tapdalanmazsa hokm necedir? Ayetullah Xamenei aga Allah razi olsun

Ответ / Cavab

Aleykumusalam.

Qeyd edilən hallar iztirari hallardır ki, bu hallarda verilən rəddi məzalim sayılar, yəni zülmü üzərindən dəf etmək və haram sayılmaz.

Allah sizə yar olsun

Задан: 6 Апрель, 2017 , Опубликовано: 5 Апрель, 2017
Rza |

Salam 1) Zəlzələ hadisəsinə görə ayət namazı qılmaq istəyirəmsə niyyət necə olmaslıdır? 2)Allahın adların insana qoyanda müstəhəbdir əvvəlinə Abd sözü əlavə olunsun, sual belədir Əli adı Allahın adıdır nəyə görə imama Abdsız qoyulub?

Ответ / Cavab

Aleykumusalam.

1.Elə sadəcə ayət namazı qılıram demək kifayətdir.

2.Allah və Rəhman adları Allahın xususi adlarıdır ki, bu iki ad insanlara qoyula bilməz və əgər qoyularsa gərək əvvəlinə əbd qoyulsun. Qalan adlar umumi xususi adlar sayilmadiqdan adi şəkildə də qoyula bilər.

Allah sizə yar olsun

Задан: 6 Апрель, 2017 , Опубликовано: 5 Апрель, 2017
Firqətun Naciyə |

Salam aleykum. Əhli sünnədən olan dostlarımın gözəl cib kitabları var: Gündəlik Dua və Zikrlər olan "Müsəlman Qalası". Məişətdən tutumuş (paltarı geyinəndə, evə girəndə nə zikri edilir və s.), cənazə zikr və dualarına qədər yığcam və lakonik əhatə olunub. Yəni bu kitabda Buxar-Muslim və digər əhli sünnə mühəddislərinin səhih dua və zikrləri toplanıb. Şiə aləmində belə cib kitabı varmı: qısa və lakonik, azəri dilində, səhih dualar.

Ответ / Cavab

Aleykumusalam.

Yəqin ki, var. Kitab satılan dükanlardan soruşun.

Allah sizə yar olsun

Задан: 6 Апрель, 2017 , Опубликовано: 5 Апрель, 2017
ruqayye |

salamun eleykum haci. bugun bele bir soz esitdimki receb ayinda bir cume axsami gunu ele xususi gundurki feziletini saysan qutarmaz, amma men ele bilirdim bu cume gunudur? hansi daha duzdur?

Ответ / Cavab

Aleykumusalam.

İlk cümə gecəsi.

Allah sizə yar olsun

Задан: 6 Апрель, 2017 , Опубликовано: 5 Апрель, 2017
Страница 831 из 5746 << < 827 828 829 830 831 832 833 834 835 > >>
© 2026 При использовании материалов, ссылка на сайт www.iSLAM.az обязательна!
Copyright 2002-2016, Центр Религиозных Исследований, All Rights Reserved.
Вопросы и пожелания: [email protected]
  SpyLOG Сайт сделал: 313wb.com