Страница 845 из 5746 << < 841 842 843 844 845 846 847 848 849 > >>
goher |

Salam,bagiwdayin dinde bele bir wey varmi? evde qirig siniq hecne saxalamaq olmaz?

Ответ / Cavab

Aleykumussalam.

Dində belə bir qadağa yoxdur.

Allah sizə yar olsun

Задан: 28 Март, 2017 , Опубликовано: 28 Март, 2017
Asim |

Salam, Qurani-Kerimde sureler niye yaranma tarixine gore siaralanmayib? Bildiyimiz kimi ilk suresi Eleq suresinin ilk 5 ayesidir. Evvelceden tesekkurler.

Ответ / Cavab

Aleykumussalam.

Bu nizamı ALlah buyurub və Peyğəmbərimiz də belə qurub.

Allah sizə yar olsun

Задан: 28 Март, 2017 , Опубликовано: 28 Март, 2017
Abdullah |

salam aleykum va rahmatullah Allah sizi bize cox qormesin 1)uzur isteyirem yani sidikden sonra barmaq ile cixartmillar? onu yada salfateka?axi salfetkaynan eden yayilmir, sonra su ile olar? birinden ewdimiwdim sol elin barmaqi ile sixirlar,sonra su? Ayatollah sistani qaydasini yaza bilersiz

Ответ / Cavab

Aleykumussalam.

Risalələrdə Təxəllinin hökmləri  məsələsinə baxın və orada istibra qaydası var, oradan oxuyun.

Allah sizə yar olsun

Задан: 28 Март, 2017 , Опубликовано: 28 Март, 2017
Konul |

Salam Haci. Sualim belke qaribe gorunacak amma bilmak istayiram. Bir adam öləndə çox əziyyət çəkir, tək öləndə yox ümumiyyətlə həyatı boyu əziyyət çəkir. Eləsidə var hər işi, ölümüdə yağ kimi olur. Bilmək istəyirəm bu yaxşi adam olub işi yağ kimi gedir, pis adam olub ölümüdə əziyyətlə olur. Bu o deməkdir? Yoxsa ola bilərki əziyyəy çəkən o dünyada yaxşi olsun, əziyyət şəkməyən o dünyada çəksin. Çox saqolun

Ответ / Cavab

Aleykumussalam.

Xeyr, bu meyar deyil. Həyatdır və həyatda mextəlif hallar insanın qarşısına çıxar.

Allah sizə yar olsun

Задан: 28 Март, 2017 , Опубликовано: 28 Март, 2017
Али |

Салам алейкум. Что означает слово "гурбатан"?

Ответ / Cavab

Aleykumussalam.

Blizost, biç blije.

Allah sizə yar olsun

Задан: 28 Март, 2017 , Опубликовано: 28 Март, 2017
.......... |

Salam.Size bir sualim var. Men hele qeribe ozume aid olmayam yuxular gorurem. Seher namazina da cox halsiz dururam. Cox bezmisem.Ne edim ki ,bele yuxular gormeyim.Evvelceden cox tesekkurler.

Ответ / Cavab

Aleykumussalam.

Yatarkən bir həmd və 3 ixlas surəsi oxuyun və həmçinin kovsər surəsini oxuyub. heçnə demədən yatın.

Allah sizə yar olsun

Задан: 28 Март, 2017 , Опубликовано: 28 Март, 2017
Xanim |

Esselamu aleykum.Zehmet olmasa, Reqaib namazinin qilinma vaxtini yazardiz.(receb ayinin hansi gununde qilinir).

Ответ / Cavab

Aleykumussalam.

Bu namaz rəcəb ayının ilk cümə gecəsi qılınacaq.

Allah sizə yar olsun

Задан: 28 Март, 2017 , Опубликовано: 28 Март, 2017
Abu |

Salam Haci Haci sizden Bir meslehet almax isterdi m haci men cavanam 18- yasm var evlenmeye imkan yoxdu hele muveggeti nigahda alinmir ve esger gedecem yayda ozum namaz gillam tovbe elemiwem pis emellere ama istimnaya 3-4defe tovbe elemiwem pozmuwam men ne ede bilerem ozuz deyin cavanam nece edm ve xestleiy yaranir mende agrilar olur cimsi organlarimda wiwir geddigce o yerler ayaglarm agrayir ama evvel ele deyirdi yani namaz gilmamiwdan evvel namaza basdadm her weye tovbe eledm indi 3-4 defe istimna olb ama zina elemiwem omur boyu indi mene yardm edn meslehetiniz lazmdi neynyim yani mene esas xesteliy yaranmasin ama his olunur yavas yavas

Ответ / Cavab

Aleykumussalam.

Hörmətli oxucularımız. Bunu bilin ki, bədəndə cinsi ehtiras həddini aşandan yuxuda da olsa belə bədən öünü boşaldır və bunu da bilin ki, istimna etməmək xəstəliyə səbəb olmur.

Haram yerlərə, haram şeylərə  baxmayın, haram şeylər düşünməyin və yeməklərinizdə turş şeylərə üstünlük verib, qarın dolusu da yemək yeməyin.

Allah sizə yar olsun

Задан: 28 Март, 2017 , Опубликовано: 28 Март, 2017
Aysel |

Salam. Maliki yavmedin ya maliku yaumidin duzdu. Cox saqolun

Ответ / Cavab

Aleykumussalam.

İkincisi düzdür.

Allah sizə yar olsun

Задан: 28 Март, 2017 , Опубликовано: 27 Март, 2017
1111 |

Salam Haci. 1. Haci esebilikden,qezebden nece qurtulmaq olar? 2.Bizim qapimiza tez-tez qurd yagi tokurler.men buna qarsi ne ede bilerem?onun mene tesirinin qarsisini nece ala bilerem? Tesekkur edirem.

Ответ / Cavab

Aleykumussalam.

1.Əsəbləşdikdə ayaq üstəsizsə oturun, oturmusuzsa, uzanın. Halınızı dəyişin və şeytandan bezar olduğunuzu biildirin.

2.Qurd yağı elə də asan ələ gələn və çox olan şey deyil ki, onu tez tez sizin qapıya tökələr. Belə şeylərə sadəcə fikir verməyin.

Allah sizə yar olsun

Задан: 28 Март, 2017 , Опубликовано: 27 Март, 2017
Arzu |

Salam. Korpe usagin ilk sacinin qirxilmasi vacibdir? Bunu tam dibindən etmek lazimdir? Nece yasina qeder bunu etmeliyik ?

Ответ / Cavab

Aleykumussalam.

Yeni doğulmuş uşağın tüklərini  bir həftəliyində qırxıb , çəkmək və qədərində gümüş ya qiyməti qədərində pul fəqirə vermək  məsləhət olunub.

Allah sizə yar olsun

Задан: 28 Март, 2017 , Опубликовано: 27 Март, 2017
Xxx |

Salam. Yenidogulmusun qopub düşən gobeyini Islama gore neyləmək lazımdır ?

Ответ / Cavab

Aleykumussalam.

Basdırın çürüyüb getsin.

Allah sizə yar olsun

Задан: 28 Март, 2017 , Опубликовано: 27 Март, 2017
Islam313 |

Salam Aleykum. Eti haram hokmunde olan qush novleri varmi? Allah komeyiniz olsun.

Ответ / Cavab

Aleykumussalam.

Bəli, az  qanad çalıb çox süzən quşların əti haramdır.

Allah sizə yar olsun

Задан: 28 Март, 2017 , Опубликовано: 27 Март, 2017
Cinare |

salam aleykum,evvelki illerden qezasi olanlar Receb ve Saban aylarinin orucunu tuta bilermi yoxsa qezalarini tutmalidir ? menim indiye kimi daniwmadigim hetta bir-birimizi gordukde "Salam" bele vermediyim 7 nefer var. mueyyen sebeblerden onlarla hec cur barisa bilmerem, basqa cur men ne edim ki,bu mene gunah yazilmasin ve ya axiretde iwimi yungullewdirsin ? tewekkuler ...

Ответ / Cavab

Aleykumussalam.

Həmin vaxtlarda qəzalarını tutacaqlar.

Möminədirlərsə, çalışıb salaşmadan qaçmayın.

Allah sizə yar olsun

Задан: 28 Март, 2017 , Опубликовано: 27 Март, 2017
əli |

salam Hacı.rəcəb ayini oruc tutmaq istəyirəm.dəqiq 29 dur 30 u?

Ответ / Cavab

Aleykumussalam.

Dəqiqi sabah axşam bilinər.

Allah sizə yar olsun

Задан: 28 Март, 2017 , Опубликовано: 27 Март, 2017
Leyla |

Salam haci receb ayi ne demekdirki?o gun ne etmeliyik?sagolun.

Ответ / Cavab

Aleykumussalam.

Rəcəh qəməri təqvim aylarından birinin adıdır. Bu yda edilə biləcək müstəhəbb əməllər ana səhifədə var

Allah sizə yar olsun

Задан: 28 Март, 2017 , Опубликовано: 27 Март, 2017
Leyla |

Salam haci bayaq size mesel yazmisidim peygemberimizle bir qadin haqqinda indi bu yazdiqlarim mene guah oldu yeni deqiqlsdirmek isdeyirdim deqiqlesdirmeyin gunah olar yeniki peygemberimiz haqqinda bele bir sey dusunmusem gunahdi?gunahdirsa Allah ve peygeberimiz meni bagisliyar pesman olmusam sagolun.

Ответ / Cavab

Aleykumussalam.

Günah deyil, bilmədiyini öyrənmək  günah deyil.

Allah sizə yar olsun

Задан: 28 Март, 2017 , Опубликовано: 27 Март, 2017
VEFA |

Salam.menim nenem can ustdedi mende yaninda deyilem rusiyadayam. men ne oxuyumki nenemin isi biraz yungul olsun eziyyet cekmesin canini vererken. varmi ele dua namaz? insanin dogmasi gedende ferq etmir o qocadi cavandi canin yanir aglayirsan urekden aglayirsan bu gunahdimi nenem ucun eziyyetdimi?

Ответ / Cavab

Aleykumussalam.

Yasin, Sad və Saffat surəsi oxuyun.

Allah sizə yar olsun

Задан: 28 Март, 2017 , Опубликовано: 27 Март, 2017
Gultekin |

Salam. Men qeza orucu tuturam. Bilmek isterdim, isha namazindan sonra achiriq orucu? Birde men deqiq namaz vaxtlarini bilmek isterdim.

Ответ / Cavab

Aleykumussalam.

Oruc sübh namazından şam namazına kimi olur.

Dəqi vaxtları saytımızın ana səhifəsində qoymuşam.

Allah sizə yar olsun

Задан: 28 Март, 2017 , Опубликовано: 27 Март, 2017
Maya |

Salam.Zehmet olmasa sularimi cavablandirin. 1Qaynana haqqi deyilen bir shey varmi? 2Cox uzr isteyirem eyer qusulamaga imkan yoxdursa, ikan vermilerse , qaynana cox deyinirse bu halda neynemek olar? Gunadirmi? 3Eyer qaynanayla hec cur gelin yola getmirse bu halda gelin ayri qalmag istese gunah olarmi? Bu halda qaynana deseki haqqimi halal elemirem, halal olmurmu eledikleri?Qarshiligli plub hersey gelinde bacardigu qeder edibse , sadec uje doze bilmir. 4Qaynananin haqqi varmi her bir ishe. qarishmgi? Teshekkur edirem qabagcadan.

Ответ / Cavab

Aleykumussalam.

1.Belə bir şey eşitməmişik.

2.ÇAlışın gizlicə qüsl alın.

3.Ayrı yaşamaq haqqı var, lakin gəlin bunu bilməlidir ki, qaynana onun sevimli ərini yetişdirən anadır.

4.Qaynananın da haqqlarının sərhəddi var, gəlinin də haqqlarının sərhəddi var. Hər ikisi həddləri aşmamalıdır.

Allah sizə yar olsun

Задан: 28 Март, 2017 , Опубликовано: 27 Март, 2017
Страница 845 из 5746 << < 841 842 843 844 845 846 847 848 849 > >>
© 2026 При использовании материалов, ссылка на сайт www.iSLAM.az обязательна!
Copyright 2002-2016, Центр Религиозных Исследований, All Rights Reserved.
Вопросы и пожелания: [email protected]
  SpyLOG Сайт сделал: 313wb.com