Salam Aleykum, sualima gore cox cox uzr isteyirem , yeni evlenen insan 40gun namaz qilmaya biler? Icaze varmi buna? Ewitmisem ki teze aile quran insanlar 40gun namaz qilmaya biler, icazelidir, bele birsey var mi? Tesekkur edirem
Salamlar. Sizə bir sualım var hacı. Hiss edirəm ki, evimdə, işimdə, ailəmdə və özümdə rahatsızlıq var. İşlərim düz getmir. Şükür Allaha bütün namazlarımı yerinə yetirirəm, haramdan uzağam. Görəsən bu rahatsızlığın nəsə sehr vəya cadu ilə əlaqəsi varmı? Belə şeylər həqiqətdirmi? Həqiqətdirsə necə batil etmək olar?
Ответ / Cavab
Aleykumussalam.
Zehninizi belə şeylərlə yormayın. Daha artıq dua və təvəssül edin.
Salam Aleykum.. 1. Allahin cinsi var? mene deyillerki , hansisa Peygemberle Daniwib men inanmiram.. 2 , daniwibsada hansi peygemberle olub ve ne haqqda Allah razi olsun.
Ответ / Cavab
Aleykumussalam.
1.Xeyr, yoxdur, Allah belə şeylərdən uzaqdır.
2.Həzrət Musa ilə danışıb. Amma bilin ki, ALlahın danışması, bizim başa düşdüyümüz kimi danışma deyil
Salam aleykum, ramazan ayinda dini toy etmey olar? tebii ki, iftar vaxti.Yani oruc acdi kimi bir wey, dini mahnilar da seslensin, icazelidirmi? onceden tewekkur edirem cavablandirdigniz ucun.
Ответ / Cavab
Aleykumussalam.
Qadağan deyil, lakin adətən Ramazan ayı ibadət ayı olduğundan bu ayda ibadətlə məşğul olmaq və şənlik məclislərini başqa aya planlamaq lazımdır.
Salam. Men dunen size sual unvanlamisdim kebinle bagli. Islamda bunun basqa helli yolu yoxdurmu? Cunki onlar 10 il once resmi ayriliblar ve indi onu tapa bilmir cunki olkeden kenardadir
Ответ / Cavab
Aleykumussalam.
Müctəhidin dəftərinə yazın. İnternetdə hər bir müctəhidin rəsmi saytı var və azəri bölümü də var.
Salamaleykum haci.Meni 1 sual dushundurur.Nisanliyam,bilmirem 1 deq. sonra basima ne gelecek,ama geleceyi evlenenden sonraki veziyyetimi dusunurem daima.Namaz qiliram,ishleyirem,evlenenden sonra da isleyecem.Ama daima yoldasimla elaqede olandan sonra her gun qusl almagi dusunurem,bu mene cox cetin olacaq.Namazi atmagi qeti dusunmurem,yoldasima da tabe olmaliyam,onda her gun qusl almaliyam,o da her gun cimib ise gelmek meni xeste eder.Ölüm zaten var,ama bile-bile ozumu oda atmaq deyil bu? Yani subay vaxti 3-4 gunden bir dush aliriqsa,evlenenden sonra her gun almaq zorundayiq.Evde olan qadincun rahatdi,isleyen qadincun cetindi.Bu zaman teyemmum etmek olar?Yoxsa bunu nece planlamaq olar?Xahis edirem meslehet vererdiz.Belke de seytan beynimi doldurur indiden,meni qorxudur,bilmirem..
Ответ / Cavab
Aleykumussalam.
Axşam boynunuza qüsl gələndən sonra qüslünüzü verib sonra yatın.
Salamunaleykum.Niyə görə axirətini dünyaya satanların hörməti daha çoxdur.Hətta onların məclisində daha çox adam ölür.əksəriyyəti də özünü molla sayanlardir Təşəkkürlər.
Ответ / Cavab
Aleykumussalam.
Dünyada hörmət sahibi ALlahın əziz bənələridir. Qeyd edilənlərə isə hörmət zahiri görüntüdür.
Salam.doner alarken halal olub olmamasini arawdirmaq lazimdi?yoxsa satannan ne eti oldugunu soruwsaq meselen dese toyuq etidir onda elave melumat almadan alib yeye bileriy?
Ответ / Cavab
Aleykumussalam.
Toyuqdandırsa, bəli hansından olduğunu soruşun.
Mal və qoyun əti xarici ətlər deyilsə, yeyə bilərsiz.
Salam.men 2ilden coxdu namaz qiliram Amma evvel icki icmiwem Amma sonra namaza bawdayanda tovbe elememiwem mene deyirlerki sen tovbe edib sonra namaza bawlamali idin Indi men neyneyim?
Ответ / Cavab
Aleykumussalam.
Etdiyiniz günahlardan peşman olub qəlbnizdə Allahla barışıb ondan etdiyiniz günahlara görə üzr istəyib bağışlanma istəmisinizsə, bu elə tovbədir.
Salam Aleykum toyuq var ukraynanın üzerinede ereb herifleride var. islam qaydalarıyla kesilib yazılır evde bişirdiler men yemedim kartoflaydı kartofun yedim o toyuqdan yemek olar ve yaxud yemeyi etin yemeden yemek olar haram olmazki? Önceden teşekkürler Allah sizden razı olsun.
Ответ / Cavab
Aleykumussalam.
Qeyri müsəlman ölkəsindən gələn ət və ət məhsullarinin halal olmasina yəqinlik olmasa, nəcis hökmündə olacaq.