salam aleykum. qardaş men bu haqda size yazmışdım yenə yazıram mən şəhvətlə mübarizə aparıram 10 15 dözürəm çalışıram haram şeylər düşünməyim əməl edirem ama bir müddətdən sonra yuxularım qarışı gecə eyni vaxtlarda elə bil kimsə oyadır və ağlıma şəhvətli düşüncələr gəlir qəlbimi qəflət bürüyür axırdada uduzaraq istimna edirəm yatanda fatihə ixlas oxuyuram ama qurtula bilmirəm. həmdə subayam evlənməyə imkan yoxdu. çox sağolun. məsləhətiniz nədir?
Ответ / Cavab
Aleykumussalam.
Məsləhətlərimizi vermişdik, onlara əməl etmək lazımdır.
salam aleykum va rahmatullah ,Allah razi olsun sizden 1)Resulullah bizim her sohbetimiz her yerde ewidir yoxsa ,ancaq xitab edende yada tevessul edende? 2)birde ayagyolundan sonra yani uzur isteyirem sidikden sonra ,salfetka ve su ile temizdemek olar ,eger ancaq salfetka olsa bes? Ayatollah sistani
Ответ / Cavab
Aleykumussalam.
1.Quran ayəsinə əsasən hər bir əməlimizdən xəbərdardır. Tovbə 105
2.Salfetka paklamaz və nəm olarsa, nəcisi bir az da yayar. Sidiyi ancaq su ilə yuyub paklayın.
Bildiymə görə novruz bayramı müsəlmanların bayramı deyil. Cahillərin bayramıdı. Bizim 2 bayramımız var. İslamı təbliğ eliyən səhifədə oxucuların novruz bayramını niyə təbrik eliyirsiz?
Ответ / Cavab
Aleykumussalam.
Novruz bayramı islamdan da əvvəl bu xalqın milli bayramı olub və İslam gəlməklə novruzu qadağan etməyib. Bizim iki bayramımız var demək özü yalnış bir fikirdir.
Salam Aleykum.Hz Ayşe barede dinimiz ne deyir? Ekser şiələr Allah onu lənət etsin deyir peyğəmbər əfəndimizi o zeherledi deyilir.bu doğrumu sizin yorumunuz nedir?
Ответ / Cavab
Aleykumussalam.
XAnım Aişə ciddi xətalara yol verib, Peyğəmbərimizi çox narahat edərdi və hətta Quranda, Təhrim surəsində ALlah Aişə xanım və başqa Peyğəmbər xanımını tovbə etməyə və Peyğəmbərə qarşı cəbhə yaratmamağı çağırır. Peyğəmbərimizi zəhərləməsi məsələsi isə isbat olmayıb.
Peyğəmbərimiz dünyadan gedəndən sonra isə İmam Əli xilafətə yetişəndə, Həzrətə qarşı üsyan qaldırıb, qoşun toplayıb muharibəyə qaıxır.
Əfsuslar olsun ki. tarixdə belə qaranlıq hallar olub
Salam aleykum.men size yazdim. Qeza namazı ile bagli men terk etdiyim vaxt yadimda deyil men nece hesab edim ki keçmiş qəzaları qilim yadimda deyil avqust ayi idi ya sentyabr indi mən avqystdan bu yana hesablayim yoxsa sentyabrdan ? Sual 2. Menim anam keçmiş qəza oruclarimi tutmaga izn vermese men ona basqa adla oruc tutdugumu desem haram is tuturam . məsələn desemki filan hacetim reva oldu deye ehd etmisdim oruc tutacam. Ama niyyetde qeza niyeti edim? Məsləhət verin Allah razi olsun sizden
Ответ / Cavab
Aleykumussalam
Bunu siz müəyyən etməlisiz və hesablamalısız. Təqribi də olsa hesablamalısız.
Salam Aleykum.çox üzr istəyirəm mən bövl etdikdən sonra azca rəngsiz və yapışqan məye gəldi bunun hökmü nədir? Risalədə qeyd olunan 3 məni hökmünə aid əlamət görmədim
Salam aleykum.Sual1- Men evvel namaz qilmisam oruc tutmuşam ama goz zinasi etmişəm namehremle virtual zina etmisem danisdigim çox olub.boyuk gunahlarim cox olub. Sebeb şəhvət hissime qalıb gele bilmemeyim olub bu movzuda iradeli deyildim.bilmey isterdim bu halda namaz oruc duzgundur yoxsa batildi? Sual 2.indi namaz qilmaq istirəm ama bilmirem namaza yeniden baslayim yoxsa kecmis qezalari qilim? Namazı terk etdiyim vaxt yadimda deyil indi kecmis qezalari qilmaliyam ya yox? Qilmaliyamsa men nece hesablayim? Xahis edirem bu gunahkar bendeye komeu edin.Allah razi olsun önceden
Ответ / Cavab
Aleykumussalam.
Düz qaydaslnda qılmısızsa, düz olacaq, amma qəbul olunub olunmaması ALlaha qalıb.
Tovbə edib namazlarınıza başlayın və və qılmadıqlarınızı da qəza edin.
salam haci bu suali size coxdan vermisdim ama aciqlamasin tam basa dusmedim esitdiyimi yaziram peygemberimize bir qadin sual veribki Allah yaratdigi bendeleri cox sevir?peygemberimiz cavabinda he deyib qadinda deyibi mende oz ovladimi cox sevirem bes nece olurki men oz ovladimi hec vaxt atese atmaram amma Allah sevdiyi bendelerini atese atir.Bu zamanda peygemberimiz onun sualia cavab vermir.Bu bilmirem duzdu sehvdi aa sehv olasada Allah sevdiyi bendelerii niye atese ata biler cox maraqlidi bilierm gunahimiz olur ama bizi sevir axi buda var.Sualima cavabini aciq yazardiz.Sagolun.
Ответ / Cavab
Aleykumussalam.
Əvvəla belə bir məsələ yoxdur və Peyğəmbərimiz də heç bir sualın qarşısında aciz qalmayıb, çünki bunu bilməliyik, o İlahi elmin mənbəyidir.
Ana uşağını, yəni hələ başa düşmyən uşağını niyə döyür? Sizə bir sual da verək. Oğul vətənini , torpağını, ailənin namusunu satarsa ana onu yenə sevər?
Bağban əkdiyi ağacları sevir, amma ağac bar verməzsə onu əzizləməz, çünki ona çəkilən zəhmətləri zay elədi.
Bir də bunu yaddan çıxarmayın, Allah insanları öz haqqına görə yox, digərlərinin haqqını zay etdiklərinə görə cəzalandıracaq. O öz haqqından tez keçir.
Salam aleykum, belke bu suali vermek yersizdir, amma zehmet olmasa cavablandirardiz, Adem Hevvadan sonra insan ovladinin coxalmasi nece bas verib? Namaz qilanalara en cox verilen suallardan biridir. bildiyim qeder bu haqda Qurani-Kerimde tam aciqlama yoxdur. Bir de siz verdiyiniz cavabi xahis edirem esaslandirasiz
Ответ / Cavab
Aleykumussalam.
Bu suala dəfələrlə cavab verilib və atıq buna cavab verməkdən həqiqi mənada yorulmuşuq. Bu barədə saytımızın məqalələr bölümündə yazı da var. Onu tapıb oxuya bilərsiz.
Salam Haci. Zehmet olmasa deyin namazada bitirdikdan sonra men salavat gondariram qohumlara. Bilmak istayiram bu salavatlari namaz bitdikdan sonra gondarmayin yada bawqa bir bow vaxta gondarmakla farqi var ya yox? Tewekkur
Salam aleykum hacı hər dəfə məscidə gedəndə anamdan icazə almalıyam? Belə deyəndə ki məscidə gedirəm etiraz etmir və mən də gedirəm. Bilmək istəyirəm ki hər dəfə deməyim, icazə almagım vacibdi? Cox sagolun
Bir var insan gunah edir deyir ki,bilirem,gunahdir,amma edirem,bir de var gunah edir,haqq qazandirir ki,gunah deyil,yaxwi iwdir,mes,selemle meshguldur,deyir ki,kasiba komek edirem.bu niye bele olur
Ответ / Cavab
Aleykumussalam.
İnsanın içində musəvvələ deyilən bir nəfs var. Bu nəfs insana etdiyi pislikləri yaxşı şəkildə göstərir və onu azdırır. İnsan ağlını işə salmalı və bu nəfsin təhlükəsindən özünü qorumalıdır.